Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2771/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Aslanov Elxan Tərlan oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2653/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Aslanov Elxan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxar aq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(051)-1105/2019 saylı qətnaməsi ilə (hаkim H.S.Mirzəliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiаsı təmin edilərək, Cavabdeh 3100 (üç min yüz) ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2653/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən), İ.F.Quliyev (məruzəçi),M.A.Əsədli) Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və onunla yaxşı münasibəti olmuşdur. Cavabdeh 23 aprel 2015-ci il tarixdə onun yanına gəlmiş və 4000 ABŞ dolları məbləğdə pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt özündə pul olduğu üçün cavabdehə 4000 ABŞ dolları məbləğdə pul vermiş və cavabdeh həmin pulu 8 ay müddətində qaytaracağını bildirərək bu barədə qəbz yazıb, imzası ilə təsdiq etmişdir. Cavabdeh hazırki vaxtadək ona olan borcundan 900 ABŞ dollarını qaytarmış, qalan borcunu isə qaytarmamışdır. Dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmamışdır. Buna görə də Cavabdeh 3100 ABŞ dolları məbləğdə pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Aslanov Elxan Tərlan oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfl i araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh və vəkili Aslanov Elxan Tərlan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmaqla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh və vəkili Aslanov Elxan Tərlan oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıda kılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgü n tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 23 aprel 2015-ci il tarixdə 4000 ABŞ dolları məbləğdə pulu Cavabdeh vermiş, Orxan Səfərov isə aldığı pulu 8 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cаvаbdeh bоrcu iddiаçıyа lazımi qaydada qаytаrmаmışdır və оnun iddiаçıyа 3100 ABŞ dolları məbləğdə bоrcu qаlmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər аrаsındа yаrаnmı ş hüquq münаsibətləri bоrc münаsibətləri ilə bаğlı yаrаnаn mülki mübаhisədir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. -390.1-ci mаddəsində müqavilə azadlığı prinsipinin mаhiyyəti аçıqlаnаrаq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -14.2.1-ci mаddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ g əlməsi əsaslarındаn biridir. -324.1-ci mаddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -329.2-ci mаddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -389.1-ci mаddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiаçı 4000 ABŞ dolları məbləğdə pulu Cavabdeh vermiş, cavabdeh isə alınmış pulu iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. Bu rаzılıq оnlаrın аrаsındа mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 389.1-ci mаddəsi bаxımındаn yаnаşdıqdа isə, iddiаçı ilə cаvаbdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqаvilədir. Bu müqаvilə qаnunа zidd deyildir və tərəflər üçün öhdəliklər yаrаdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. -740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 3100 (üç min yüz) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı verilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kas sasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbləri baxımından da düzgün hüquqi nəticəyə gəlmişdir. Həmin maddəyə görə “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir”. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli ol madığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2653/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2771/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2771/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver