Məhkəmə qərarları › İş №2(102)-2772/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2772/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Qulam oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, iddiadan imtina edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-35/2020 nömrəli iş üzrə 23 oktyabr 202 0-ci il tarixli qətnaməsindən Cavabdeh1 Qulam oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci, apellyasiya və kassasiya instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1 Qulam oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000007202 saylı kredit razılaşması üzrə 37468,25 ABŞ dollar məbləğində kredit borcu, 9051,57 ABŞ dollar məbləğində faiz borcu və 41071,79 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddia çı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 m anat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 Qulam oğlunun və Cavabdeh2 həmin əmlakların boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudo va) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 37242,12 ABŞ dolları məbləğində kredit borcu, 8951,77 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 46.293,89 (qırx altı min iki yüz doxsan üç dollar səksən doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ mas sivi, 1618 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin ilkin satış qiymətinin 139868,82 (bir yüz otuz doqquz min səkkiz yüz altmış səkkiz manat səksən iki qəpik) manat və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin ilkin satış qiymətinin 21518,28 manat (iyirmi bir min beş yüz on səkkiz manat iyirmi səkkiz qəpik) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğdən ümumilikdə cəmi 46.293,89 (qırx altı min iki yüz doxsan üç dollar səksən doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 Qulam oğluna və Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 (iyirmi) manat döv lət rüsumu və 42 (qırx iki) manat xidmət haqqı, cəmi 92 (doxsan iki) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı QSC, cavabdehlər Cavabdeh1 Qulam oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə, (Sədrlik edən və məruzəçi-Səyyad Qafari, hakimlər Şəmsəddin Abbasov və Telman Məmmədov) İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi qismən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, faiz və cərimə borcunun tutulması, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 1000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə borcu İddiaçı QSC-nin xeyrinə tutulmuş, ipoteka predmeti olan Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin likvid dəyəri 140.000 (bir yüz qırx min) manat və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin likvid dəyəri 50.000 (əlli min) manat müəyyən edilmişdir. Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsini, Cavabdeh1 Qulam oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evin boşaldaraq, həmin sahədən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 7527,51 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmuşdur. Həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 Qulam oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Cavabdeh1 hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən faiz borcunun 7527,51 ABŞ dolları məbləğində olması barədə iş üzrə nəticəsi düzgün deyil. Bu, yalnız təkrar ekspertizanın aparılması yolu ilə müəyyənləşdirilə bilər. Faiz borcunun 7527,51 ABŞ dolları məbləğində olması Mülki Kollegiya tərəfindən sübut edilməmişdir. Həmçinin, cərimənin məbləği iddiaçı və məhkəmə tərəfindən sübut edilməmiş, ekspertdən isə cərimənin qanunsuz olaraq 17.03.2017-ci il tarixə kimi hesablanması tələb olunmuşdur. Cavabdeh kasasiya şikayətində qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiya hesab etmişdir ki, ipoteka müqaviləsi bağlayarkən müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və tərəflərin razılaşdıqları “xxxx” MMC qiymətləndirməni həyata keçirdiy inə görə onun müəyyən etdiyi qiymətlər qəbul edilməlidir. Halbuki, “xxxx” MMC iddiaçı bankla işlədiyinə və onun təsiri altında olduğuna görə onun verdiyi rəy obyektiv ola bilməz. Bütün rəylərdə göstərilən qiymətlər banka qalan əsas, faiz və cərimə borcunu ödədiyi halda Mülki Kollegiya son iclasında iddiaçı bankla işləyən, onun təsiri altında olan “xxxx” MMC-nin rəyini qəbul edib və ona əsaslanaraq ipoteka predmeti olan yaşadığı evə dəyərindən çox-çox aşağı 140.000 manat məbləğində qiymətləndirmişdir Bu apellyasiya məhkəməsinin işə qərəzli baxmasını və obyektiv olmadığını göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsi və məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi xahiş edilmişdir. Cavabdeh1 Qulam oğlu yazılı ərizə ilə məhkəməyə müraciət edərək banka olan borc məbləği tam ödənildiyi üçün iddiaçının iddiadan imtinasının qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etmə si və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, ərizə notarial qaydada təsdiq edilmişdir. Məhkəmə kollegiyası İddiaçı QSC iddiadan imtina edilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3985/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilə rək, iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənildiyi üçün edildiyindən MPM-nin 122.2-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehdən alınmalıdır. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat, apellyasiya şikayətinin verilməsinə görə 15 manat dövlət rüsumu ödəmiş, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 145+145=290 (iki yüz doxsan) manat, xxxx MMC-nin qiymətləndirmə rəyini dəyəri 500 manat, “xxxx” MMC-nin dəyəri isə 500 manat təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC –nin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Cavabdeh1 Qulam oğlundan İddiaçı QSC-nin xeyrinə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, apellyasiya şikayətinin verilməsinə görə 15 manat dövlət rüsumu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) xeyrinə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 145+145=290 (iki yüz doxsan) manat, “xxxx” MMC-nin xeyrinə 50 0 manat, “xxxx” MMC-nin xeyrinə 500 manat tutulsun. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar