Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-193/2022 nömrəli iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Göyçay rayonu Qarabaqqal k əndində yerləşən 0.5173 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tutulmuş mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində 0.5173 ha torpaq sahəsi almışdır. Sonradan cavabdeh həmin torpaq sahəsinə gedən yolu zəbt edərək ona gedib-gəlməyinə manələr yaratmışdır. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 mart 2021ci il tarixli 2(046)-519/2021 nömrəli qərardadı ilə (hakim İbrahim Fəttahov) mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssi rəyinin verilməsi “X1 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 06.08.2021-ci il tarixli 10/3079 saylı rəyindən görünür ki, “X1 və Ekspertiza Mərkəzi” MMC-nin 01 iyun 2021-ci il tarixli, 25 saylı mütəxəssis rəyində göstərilmişdir ki, ərazinin pay torpaqlarının bölgü layihəsində həmin torpaq sahəsinin qarşı tərəfi boş torpaq sahəsi olduğundan İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gediş-gəliş yolu torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sxemdə nəzərdə tutulmamışdır. Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı m ülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal yerləşən 0,5173 ha torpaq sahəsinə gedən yol Cavabdeh və digər kənd sakini tərəfindən bağlanmışdır. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(046)-519/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Göyçay rayon Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılması, 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcləri olan 50 manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əldə edilmiş ekspert və mütəxəsis rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 05173 ha torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gedən yolunun bağlanması iddiaçının mülkiyyətdən sərbəst şəkildə istifadə hüquqlarını pozur. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası m əhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov- sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 06.01.2022-ci il tarixli, 2(107)-193/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(046)-519/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin (yolun) ona məxsus olduğunu, mübahisəsi gedən yolun onun torpaq sahəsinin kordinatları daxilində olduğunu, həmin yerdən neçə illərdir məhz özü istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspe rt rəyləri onun dəlilini təkzib etmişdir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən yol sahəsi cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələr kən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya sonda bildirir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsinin zəruriliyini bildirsə də, bunu əsaslandıra bilməmiş, ekspert rəyini təkzib edəcək hər hansı rəsmi sənədi təqdim etməmiş, mübahisəli yol sahəsi ilə bağlı özünün subyektiv hüququnun olmasını təsdiq edə bilməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Kasasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini və ya işin təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin işin hallarına lazımincə qiymət verməməsindən, kassatorun istinad etdiyi normalarda təsbit edilmiş hüquqları pozulmaqda davam edir. Apelyasiya şikayətində də xüsusilə qeyd edilmişdir ki, DƏDRX Əİ 16 saylı Ucar Əİ-nə vəkil sorğusu verilərək, həmin mübahisəli ərazidə gediş-gəliş yolunun olmasının dəqiqləşdirilməsi istənilmişdir. Həmçinin apelyasiya ərizəsində bild irilmişdir ki, həmin sorğuya cavab alınan kimi məhkəməyə təqdim ediləcək. Lakin apellyasiya instansiya məhkəməsi qətnamədə bu sorğu barədə heç bir qeyd etməmiş, sorğunun cavabının gəlməsini gözləmədən qətnamə çıxarmışdır. Halbuki, həmin sorğuya gələn 17.01.2022-ci il tarixli cavabda deyilir ki, qeyd edilən torpaq sahəsinin şimal hissəsində gediş-gəliş yolu olmuşdur. Cavabdehin mübahisəli torpaq sahəsi əvvəllər cavabdehə məxsus olub və cavabdeh tərəfindən iddiaçıya satılmışdır. Cavabdeh qeyd edilən torpaq sahəsini iddiaçıya satanda həmin sahənin gediş-gəliş yolu olmuşdur. Cavabdeh tərəf dəfələrlə apellyasiya icraatında da bildirdiyi kimi, cavabdeh heç cür öz hərəkətləri ilə iddiaçının heç bir hüququnu pozmur. Əksinə, iddiaçı cavabdehə məxsus torpaq sahəsinə girərək onun hüquqlarını pozur. C avabdeh tərəf bir daha bəyan edir ki, torpaq sahəsində iddiaçının hüquqlarının pozulmasına istinad etdiyi yerin özünün həqiqətənmi iddiaçıya məxsus olması hələ mübahisəli məsələdir və iddiaçı tərəf ilk öncə özünə məxsus torpağın həqiqi yerini müəyyən edib, daha sonra mülki qaydada məhkəməyə müraciət etməli idi. Cavabdeh iddiaçıya həmin torpaq sahəsini satanda orada gediş-gəliş yolu olmuşdur. Torpaq sahəsi ilə olan indiki problemlərdə isə cavabdeh tərəfin heç bir məsuliyyəti yoxdur və bir daha qeyd edilir ki, bu mübahisə mahiyyəti etibarı ilə inzibati mübahisədir. Çünki vəkil sorğusuna da cavabda deyilir ki, qeyd edilən torpaq sahəsinin şimal hissəsində gediş-gəliş yolu olmuşdur. Bu halda iddiaçı tərəf müvafiq dövlət orqanlarından dəqiqləşdirməli idi ki, niyə bu şimal yolu daha nəzərdə tutu lmayıb və buna görə də heç bir halda E. Babayev həmin torpaq sahəsinin gediş-gəliş yolu üçün cavabdeh olmamalıdır. Ən azından gediş-gəliş yolu torpaq sahəsinin şimalında olub, Cavabdeh məxsus torpaq sahəsi isə həmin torpaq sahəsinin cənub-şərq hissəsinin qonşuluğunda yerləşir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək baş ına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən h ərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 43 1-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apelyasiya kollegiyasının vəkili tərəfindən verilmiş sorğuya cavabını gözləmədən qətnamə qəbul etdiyi, əldə edilnə cavabla iddiaçının digər istimaqətdən yolunun olmasını dəlil olaraq əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh işə hələ birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak etmiş, iddiaçıya məxsus torpaq sahəsinə digər istiqamətdən yol olması barədə məhkəməyə nə sübut təqdim etmiş, nə də digər istimaqətdən yolun mövcudluğunun müəyyən edilməsi ilə bağlı hər h ansı vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə olan halda cavabdehin yeni bir sübutla apelyasiya məhkəməsində çıxış etməsi qeyrimümkündür. Çünki prosessual qanunvericilik apelyasiya baxışı zamanı yeni sübut təqdim edilməsi və həmin sübutun tədqiq edilməsi imkanını sübutu təqdim edən tərəfin işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edə bilməməsinin əsaslandırılması halında mümkün olduğunu müəyyən etmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsində iştirak edib hər hansı sübutla çıxış etmədiyi halda yeni əldə edəcəyi sübutun gözlənilmədən apelyasiya kollegiyası tərəfindən məhkəmə aktı qəbul edilməsini prosessual pozuntu hesab etsə də, qeyd edilən əsaslandırmaya uyğun olaraq bu hal prosessual pozuntu hesab edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvinə əs as ola bilməz. Bundan əlavə o da xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh hazırda kasasiya şikayətində iddiaçıya torpaq sahəsini satanda həmin torpaq sahəsinə gediş-gəliş yolu olduğunu göstərmiş, lakin kasasiya yoxlaması nəticəsində onun özü tərəfindən məhkəməyə təqdim edilmiş istintaq orqanına 08.01.2022-ci il tarixində verdiyi izahatında (səh 101) özü torpaq sahəsini satanda torpaq sahəsinə yol yerinin olmadığını iddiaçıya bildirdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə olan yolla bağlı ziddiyyətli yanaşma nümayiş etdirmişdir. Daha sonra cavabdehin əldə edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi nəzərə alınmasının qeyri-mümkünlüyü barədə dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh rəydə iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının dəqiq müəyy ən edilmədiyində istinad etsə də, kasasiya yoxlaması nəticəsində iş materiallarında olan mütəxəssis rəyi ilə o hal aşkar olunmuşdur ki, mütəxəssis iddiaçının torpaq sahəsinin koordinatlarının naturaya uyğun işlənmədiyini vurğulamış, daha sonra isə araşdırmanın ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən davam etdirildiyini, xüsusi proqramla iddiaçının torpaq sahəsinin naturaya gətirildiyini və naturaya baxış zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən kənddaxili yola çıxan başlanğıc hissənin cavabdeh tərəfindən bağlandığını müəyyən etdiyi göstərmişdir. Buradan da göründüyü kimi, mütəxəssis tərəfindən iddiaçının torpaq sahəsi xüsusi proqramla naturaya uyğunlaşdırılmaqla araşdırma həyata keçirilmişdir ki, belə halda da koordinatların naturaya uyğun işlənməməsi zəbtin müəyyən edilməsi baxımından əhəmiyyətini itirmişdir. Yəni həyata keçirilmiş araşdırmanın nəticəsi iddiaçının naturada olan torpaq sahəsinin yolunun bağlanmasının müəyyən edilməsi ilə yekunlaşmışdır. Odur ki, cavabdehin bu istinadı da apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kas asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-193/2022 nömrəli iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.