Məhkəmə qərarları › İş №2(102)-2774/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2774/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2774/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X6) iş üzrə QƏRARİ Açar sözlər: hüquqi və fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyin ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X6) “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4830/2023 nömrəli, 4 oktyabr 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, çavuş X6 (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022ci il tarixli N nömrəli hərbi hissənin avtomobil texnikalarının istismar a buraxılması və sürücülərə müvəqqəti təhkim olunması haqqında əmri ilə ona təhkim olunmuş) UAZ markalı, G-996-QQ nömrəli hərbi avtomobil ilə xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu ərazisində sərxoş halda hərəkətdə olan zaman idarəetməni itirmiş və X1 idarə etdiyi, atası İddiaçı məxsus "Toyota Prado" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 26 oktyabr 2022-ci il tarixli qərar ilə X3 barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin qərarda X3 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etməni itirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin, həmin Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması müəyyən edilmiş dir. Hadisə nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin hərbi qulluqçusu X3 ona vurduğu 26.145 manat və ödənilmiş dövlət rüsumu 170 manat olmaqla, ümumilikdə 26.315 manat məbləğdə pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırmışdır ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan avtomaşına xeyli miqdarda maddi ziyan dəymişdir. X5 xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən mülkiyyətində olan avtomaşına dəyən ziyan 26.145 manat təşkil edir. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə rəsmi qaydada pretenziya göndərilmiş və yeddi gün ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə pretenziyanı alsa da, ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir.

4. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, hadisədə Müdafiə Nazirliyinin təqsiri olmadığını, qəza törədən hərbi qulluqçunun hazırda Nazirliyin müvafiq hərbi hissəsində işlədiyini və əmək haqqı aldığını, buna görə də iddianın ona qarşı yönəlməli olmasını bildirərək iddianın rədd olu nmasını xahiş etmişdir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/286 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Toyota Prado” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16380 manat; dəyişilməli hissələrin qiyməti – 13460 manat; təmirbərpa işlərinin qiyməti - 2920 manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11863 manat; dəyişilməli hissələrin qiyməti - 8943 manat; Təmir-bərpa işlərinin qiyməti - 2920 manat.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci in stansiya məhkəməsi) 2(009)-271/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddianın qismən təmin edilməsi, cavabdehdən 11.863 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət etmişdir.

7. Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X3 N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olması və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ona təhkim olunmuş UAZ markalı, G-996-QQ nömrəli hərbi avtomobil ilə xx.xx.2022-ci il tarixdə sərxoş halda hərəkətdə olan zaman idarəetməni itirməklə X1 idarə etdiyi, iddiaçıya məxsus “Toyota Prado” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq iddiaçıya zərər vurması işin mübahisəsiz hallarıdır.

8. Məhkəmə Mülki Məcə llənin 1099-cu maddəsinin tələbini və işin mübahisəsiz hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırki iddianı məhz Müdafiə Nazirliyinə qarşı irəli sürməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin bununla bağlı dəlilləri əsassızdır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 103.1, 119.1, 206.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə əsl cavabdeh kimi MAHHXQ çavuşu S.C.İmanov tanınmaqla iddia tələbinin ona qarşı irəli sürülməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunduğu kimi nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda yüksək təhlükə mənbəyi o laraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Yəni, hazırkı vəziyyətdə çavuş S.C.İmanov və Müdafiə Nazirliyi arasında əmək münasibətləri mövcud olmadığı üçün hazırkı iş üzrə Mülki Məcəllənin 1099-cu yox, 1108-ci maddəsi tətbiq edilməlidir. Hazırkı iş üzrə çavuş S.C.İmanov qəza törətdiyi avtomobilə sürücülük vəsiqəsi və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri əsasında qanuni və vasitəsiz sahiblik etmişdir. Deməli, hazırkı iş üzrə avtomobil texnikası ona təhkim olunduğu üçün, həmçinin sürücülük vəsiqəsi əsasında avtomobili idarə etdiyi üçün məsuliyyət çavuş S.C.İmanovun üzərindədir.

12. Üçüncü şəxs X6 apellyasiya baxışında izahat verərək bildi rib ki, hadisə vaxtı içkili olmuş, səhv etmişdir. 11.863 manatı birdəfəlik ödəmək imkanı yoxdur. Ziyanın maaşından tutulmasına razıdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4830/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən X3 N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan onun vurduğu ziyana görə hüquqi şəxs qismində cavabdeh məsuliyyət daşımalıdır.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ciddi və intizamlı Azərbaycan ordusunda hərbi qulluqçunun xidmət vaxtı sərxoş vəziyyətdə qeyd olunan hadisəni törətməsi, komandiri tərəfindən nəzarətsiz qalması, Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və görülən tədbirlərə mənfi təsir göstərir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, MPM-in 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinadla əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia üzrə cavabdeh X6 tanınmaqla iddia tələbinin ona qarşı irəli sürülməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Yəni, hazırkı vəziyyətdə MAHHXHQ çavuş S.C.İmanov və Müdafiə Nazirliyi arasında əmək münasibətləri mövcud olmadığı üçün hazırkı iş üzrə Mülki Məcəllənin 1099-cu maddəsi deyil, 1108-ci maddəsi tətbiq edilməlidir. b)

19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (r eal zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə q oyula bilər.

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

27. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıc ı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadır. Bu dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Məhkəmə xüsusi ilə baş vermiş hadisəyə görə zərərin ödənilməsi üçün cavabdeh Müdafiə Nazirliyinin cavabdehliyini araşdıraraq, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən iddianın təmin olunmasını mümkün saymışdır. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

40. Bununla belə, məhkəmə kollegiyası delikt üzrə məsuliyyətin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. 41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

42. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

43. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə y etirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

44. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişd ir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

45. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfin dən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.

46. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar fo rmalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

47. Kollegiya bildi rir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəm ə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4830/2023 nömrəli, 4 oktyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar