Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2776/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil və İddiaçı iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(009)-2683/2016, hakim Z.Ə.Əliyev) İddiaçı Cavabdeh -yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1463/2018, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov və S.F.Hacıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş,Səbail Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək Cavabdeh-dən 5000 manat maddi və 1000 manat mənəvi zərərə görə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Səbail Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmü ilə Cavabd eh-də sürücü işləyən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Həmin hökmdə zərərçəkmiş qismində tanınmış İddiaçı məhkumun törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində baş-beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə beyin travması, alt çənədə sağdan 1, 2, soldan 1, 2 və 4-cü dişlərin travmatik çıxığı, çənə nahiyyəsinin dəlib keçən əzilmiş yaraları kimi bədən xəsarətləri alaraq əmək qabiliyyətinin 1/3-dən az olmamaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan az ağır xəsarət almışdır. İddiaçı 16 noyabr 2015-ci il tarixdən 25 noyabr 2015-ci il tarixədək X4 müştərək qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, dişlərin travmatik çıxışı, çənənin əzilmiş yaraları diaqnozu ilə müalicə olunmuş, 18 dekabr 2015 -ci il tarixli ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən ona 1500 manat ödəniş edilmişdir. İddiaçı 10.05.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərə görə 11000 manat və mənəvi zərərə görə 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 61030 manat pulun Cavabdeh-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh-yə məxsus avtobus “xxxx” ASC sığorta şirkəti tərəfindən sığorta olunmuş və iddiaçıya sığorta şirkəti tərəfindən 1500 manat məbləğində ödəniş edilmişdir. Buna görə də cavabdeh iddiaçıya münasibətdə hər hansı bir mülki məsuliyyət daşımır. Məhkəmə iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh-ni deyil, sığorta şirkətini işə cəlb etməli idi. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə maddi və mənəvi zərərin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsininmülki hüquq pozuntularının (deliktlər) anlayışını müəyyən edən 1096-cı maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərər in əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə ə mlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən təsdiq edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cav abdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin digər diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağılabatan və ədalətli olmalıdır. İddianı rədd etmiş birin ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, X2 hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı sağlamlığına vurulmuş zərərə görə icbari sığorta müqaviləsi əsasında ona 1500 manat məbləğində ödəniş edilmiş, iddiaçı həmin məbləğlə razılaşmayaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin işçisinin hüquqa zidd hərəkətləri nəticəsində onun sağlamlığına dəyən zərərə görə 1500 manatdan artıq məbləğdə zərər çəkməsini təqsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddia edən tərəf kimi qeyd edilən halları sübuta yetirmək iddiaçının borcudur. Məhkəmə iddiaçı tərəfindən tələblərinin faktiki əsası kimi təqdim edilmiş müxtəlif məzmunlu tibbi sənədlərə Mülki Prosessual Məcəllənin göstərişləri aspektindən yanaşaraq bildirir ki, həmin sənədlərdə iddiaçıya g östərilmiş (və ya göstərilməli olan) tibbi xidmətlərlə bağlı məlumatlar əks olunsa da, iddiaçının müalicələrinə görə aldığı sığorta ödənişindən artıq məbləğdə xərc çəkməsini təsdiq edən, sübut kimi qəbul olunan və iddianın faktiki əsası kimi çıxış edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi 18 dekabr 2015ci il tarixdə 1500 manat sığorta ödənişi edildikdən sonra iddiaçı ağız boşluğunda daralma, çənənin çapıq deformasiyası diaqnozu ilə müalicə almış, ona müxtəlif dərmanlar yazılmışdır. Eyni zamanda tibbi göndərişdən aydın olur ki, iddiaçıya “Vestibuloplastika” əməliyyatı edilməli, onun 2 diş kökü çəkilməli, 6 implant qoyulmalı, panaromik rentgen və dental tomoqrafiya olunmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublika sı Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyi tərəfindən verilmiş 323/Keş nömrəli ekspert rəyinə əsasən İddiaçı alt çənədə frontal nahiyədə keçid pərdədə çapıq deformasiyası hesabına vestibulunda qısalığın və dişlərdə hissəvi adintiyanın olduğu müəyyən edilmiş, onun “Vestibuloplastika” cərrahiyyə əməliyyatına, daha sonra isə dişlərin implantasiyası əməliyyatının icrasına ehtiyacı vardır. Əməliyyatın qiyməti X1 250 manat olduğu göstərilsə də Mərkəzi Klinikada 1300 manat olması müəyyən edilmişdir. Həmçinin iş materiallarından dişlərin implantasiyası qiymətlərinin 200 manatdan 2500 manata qədər dəyişdiyi müəyyən edilmişdir. Odur ki, icbari sığorta ödənişi edildikdən sonra yenidən zərərçəkmişin əlavə xərcə ehtiyacını, cinayət hadisəsini tör ətməkdə təqsirli bilinən şəxsə görə işəgötürənin məsuliyyətini və sair obyektiv halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən (ortalama) maddi zərər kimi 5000 manat tutulmalıdır. Avtoqəza və kifayət qədər tibbi əməliyyat keçirməsi (keçirəcəyi) nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi hamıya bəlli olan hal olduğu və bunu sübut etməyə ehtiyac olmadığı üçün mütənasib olaraq 1000 manat mənəvi zərər üçün kompensasiyanın tutulması obyektiv həqiqətə, müvafiq ədalətin bərqərar edilməsinə xidmət etmiş olar. Kassatorun iddiaçıya icbari sığorta müqaviləsi üzrə pul ödənildiyinə görə hazırki tələblə bağlı cavabdehlik daşımaması barədə dəlilinə gəldikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə sağlamlığa dəyən zərər üz rə sığorta ödənişinin verilməsi qaydası müəyyən edilmişdir. Həmin maddənin 19.3-cü bəndinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2776/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2776/2019
18.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver