Məhkəmə qərarları › İş №2(102)-2777/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2777/2019

18.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2777/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Əli Məhəmməd oğlu Rüstəmov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkil1 iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7214/2018 nömrəli iş üzrə 25 iyun 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Z.Ağayev) 2(010)-767/2018 nömrəli, 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8246,66 ABŞ dolları əsas borc, 3206,44 ABŞ dolları f'aiz borcu və gecikdirməyə görə 50 ABŞ dolları dəbbə pulu, cəmi 11503,1 (on bir min beş yüz üç dollar 10 sent) ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsı nəzərə alınmaqla manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı İnvestisiya KB-nın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və R.Ə.Eyvazov) 2(103)-7214/2018 nömrəli, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)767/201 8 nömrəli, 21 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İnvestisiya KB Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 05.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8246,66 ABŞ dolları əsas borc, 4280,27 ABŞ dolları faiz borcu və 2289,09 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14816,02 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7214/2018 nömrəli iş üzr ə 25 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi b arədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-7214/2018 nömrəli iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiy ası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinə sübut kimi 06.11.2017-ci il il tarixli maliyyə arayışı, 05.02.2015-ci il tarixli 15-MZ-3-0-131-15 №-li Bank Hesabı, Kredit və Zaminlik müqaviləsinin notariat qayd ada təsdiq edilmiş surəti, 15-MZ-3-0-131-15 saylı, Kredit müqaviləsinə 1 saylı Əlavənin notariat qaydada təsdiq edilmiş surəti, 15-MZ-3-0-131-15 saylı, 05.02.2015 tarixli Bank Hesab, Kredit və Zaminlik müqaviləsinə Əlavənin notariat qaydada təsdiq edilmiş surəti, 05.02.2015-ci il tarixli kassa məxaric orderinin surəti, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubu, 05.05.2017-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. İş materiallarından göründüyü kimi "İddiaçı" İKB ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli № 15-MZ-3-0-131-15 saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh3 ilə eyni tarixli və saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin müddəti müqavilənin 6.2-ci bəndinə görə həmin müqavilənin 6.1-ci bəndində qeyd olunmuş müddət (18 ay) bilənə qədər (05.08.2016) qüvvədə qalır. Həmçinin 15-MZ-3-0-131 -15 saylı, 05.02.2015 tarixli Bank Hesab, Kredit və Zaminlik müqaviləsinə 05.06.2015-ci il tarixli Əlavə ilə kredit müqaviləsinin şərtlərinə dəyişiklik edilərək kreditin müddəti 27 ay 0 gün, illik faiz dərəcəsi 24% olmaqla kreditin bağlanma tarixinin 05.05.2017-ci il olması müəyyən edilsə də, həmin dəyişiklik Bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 05.08.2016-cı il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə 21 noyabr 2017-ci il tarixdə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cti maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kredito r qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənlişdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əh əmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış ol araq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7214/2018 nömrəli iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7214/2018 nömrəli iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar