Məhkəmə qərarları › İş №2(102)-2777/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2777/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2777/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASC) vəkili xxx oğlunun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4668/201 9 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 33308,9 ABŞ dolları əsas, 23007,15 ABŞ dolları faiz, 388.56 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56704,61 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daçınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən, 2 otaqlı, 94.53 kv.m ümumi, 43.84 kv.m yaşayış, 50.69 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 74 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nin borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2019 saylı, 16 oktyab r 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 İddiaçı İKB ASCnin xeyrinə 33308,90 ABŞ dolları əsas borc, 23007,15 ABŞ dolları faiz borcu, cəmi 56316,05 (əlli altı min üç yüz on altı ABŞ dolları beş sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borcun və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq ümumilikdə 60 (altmış) manatın tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 23 nömrəli evin 74 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 (yüz min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonr a bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 270 (iki yüz yetmiş) manatın Cavabdeh1 alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, qiymətləndirmə işinə görə xidmət haqqının əvəzi olaraq 416 (dörd yüz on altı) manatın «xxxx» MMC-yə (VÖEN **********, H/h AZ72PAHA40060AZNHC**********, bank rekvizitləri «xxxx» ASC, M/h AZ82NABZ********************, kod 505141, SWİFT:PAHAAZ22, VÖEN**********) ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Almaz Süleymanova) Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-4668/2019 saylı, 18 dekabr 2019-cu iltarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti təmin edillməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi) Güln arə Tağızadə, Elman Rəhimov) Cavabdeh1 (Vəkil) kasasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, məhkəmə borcun şişirdilməsini nəzərə almamış, ipoteka predmetinin dəyərinə aid hər hansı əlavə araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyas ının iclasında iddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB ASC) vəkili xxx kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının və cavabdehin vəkillərinin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 kredit müqaviləsi bağlanmasını, müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə, illik 27 faizlə 38000 ABŞ dolları kredit verilməsini, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus daşınmaz əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində Cavabdeh1 kredit borcunun yaranmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmi ş mühasibatlıq və qiymətləndirmə rəyləri ilə borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün təyin olunmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 442, 448, 449.4, 269.5, 317.1, 319.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.1 və 36.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan iba rətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit və kredit öhdəliklərinin təminatı olaraq ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh isə kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Tətbiq edilən maddi hüquq normaları (Mülki Məcəllənin 385.1 386.1, 442, 448, 449.4, 269.5, 319.1, “İpoteka haqqında” Qanunun 34.1.1 və 36.1.1-ci maddələri) da öhdəlik münasibətlərini, öhdəliyin yerinə yetirilməməsi halında öhdəliyin təmini üsullarını nizamlayan normalardr. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iddia qaldırılan zaman “İpoteka haqqında” Qanunun tətbiq edilən 34-cü maddəsinə görə öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblər inə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Borcun şişirdilməsinin apelyasiya instansiyası tərəfindən nəzərə alınmaması, ipoteka predmetinin dəyərinə aid hər hansı əlavə araşdırma aparılmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, əvvəla, qətnamədən görünür ki, borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı işin hallarını apelyasiya instansiyası ekspert rəyləri əsasında müəyyən etmişdir. Bundan əlavə, cavabdeh apelyasiya şikayətində borcun şişirdilməsini yalnız manatın ABŞ dollarına münasibətdə dəyərdən düşməsi ilə əlaqələndirmiş, ipoteka predmetinin qiyməti ilə bağlı isə, ümumiyyətlə, hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlillərin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən v ə Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4668/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar