Məhkəmə qərarları › İş №2(102)-2777/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2777/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2777/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (üçüncü şəxs: X8) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlığına vurulmuş zərər, preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (üçüncü şəxs: X8) pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2118/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin i nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Binəqədi rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Salman oğlunun şikayəti əsasında toplanmış C-73 nömrəli material üzrə Cavabdeh1 və X7 əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və “Vitamed” Tibb Mərkəzinə qarşı tibbi əməliyyatına görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 manat məbləğində pulun X3 və "Vitamed” Tibbi Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri təmin edilməmiş, qətnamə apellyasiya instasniyası məhkəməsi tərəfindən dəyiş dirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 504/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur; “HB Güven” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası”diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “ Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir; İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur; İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırkı dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya y aratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər; İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində onu müayinə və müalicə etmiş tibb işçilərinin peşə fəaliyyətilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizası “MTE və PAB” phş-nin Komisyon ekspertizalar şöbəsində aparılarkən ekspert tərəfindən ona həkimotolorinqoloqun müayinəsindən keçəməsi üçün ATU-nun LOR kafedrasının a ssistenti, t.e.n. Ayaz Qasımovun adına göndəriş verilmişdir. Lakin araşdırma zamanı izahatı alınmış, həmin komisyon ekspertizanın aparılmasında iştirak etmiş şöbə rəisi Cavid Cahangirli yazdığı izahatında göstərmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirildikdən sonra ATU-nun həkim-assistenti Ayaz Qasımovun müayinəsinə göndərilərkən, o, A.Qasımovla kobud rəltar etdiyindən həkim onun müayinəsindən imtina etməli olmuşdur. Ona görə də, ekspert tərəfindən İddiaçı “Qələndər” Klinikasının plastik-rekonstruktiv cərrahı, t.e.d., professor Vaqif Qələndərlinin müayinəsinə göndərilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, iş materiallarına, onun özünün məhkəmə-tibbi və həkimmütəxəssis müayinələrinə əsasən ekspertlər komissiyası tərəfindən xx.xx.2021-ci il tari xdə ekspertiza başa çatdırılmış və buna dair, qüvvədə olan əsasnamə və təlimatlara uyğun elmi əsaslı Ekspert rəyi tərtib olunub, aidiyyəti üzrə müstəntiqə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 5600 manat pulun alınıb ona verilməsi və ödənilməli dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında burun üzərində septoplastika və burun çəpər əydiyinin aradan götürülməsi tibbi əməliyyatı icra olunmuş, lakin əməliyyat uğursuz nə ticə vermişdir. Belə ki, əməliyyatdan sonra nəfəs alıb-verməyi daha da çətinləşmiş və burnun üzərində döyənəklər yaranmışdır. X12 bildirmişdir ki, bunlar həkim nöqsanıdır və təkrar əməliyyat olmalı, lakin növbəti əməliyyat üçün əvvəlki əməliyyatın üzərindən azı 6 ay keçməlidir. Birinci əməliyyatdan 6 ay keçdikdən sonra təkrar X12ə müraciət etmiş, bu dəfə də həkim bildirmişdir ki, onu əməliyyat edən həkim hazırkı iddia ərizəsində cavabdeh olaraq göstərilmiş Cavabdeh1 olmuşdur. Yəni "HP Güven" klinikasında əməliyyat olduğu gün X12in yanında gördüyü xanım olmuşdur. X12 təkrar əməliyyat üçün cavabdehə müraciət etməli olduğumu bildirmişdir. O, cavabdehlə telefonda danışmış və Cavabdeh1 onu işlədiyi “X2”da qəbul etmişdir. Cavabdeh1 burnundakı nöqsanları aradan qaldırmaq üçün xx.xx.2020-ci il tar ixə "Vitamed" Tibb Mərkəzində əməliyyat üçün gün təyin etmiş və yalnız 300 manat klinika xərclərini ödəməyinin onun üzərinə düşdüyünü bildirmişdir. Qeyd olunan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində cavabdeh həkim Cavabdeh1 onu qəbul etmiş və sözügedən tibbi əməliyyatı həkim Elnarə Əkbərova ilə birlikdə icra olunmuşdur. O, həmin gecəni klinikada qalmış və növbəti gün evə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzindən buraxılarkən ona verilən epikrizdə həkim olaraq Elnarə Əkbərova göstərilmişdir. Bir neçə gün sonra nəticə olaraq müəyyən oldu ki, xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində Cavabdeh1 tərəfindən icra olunmuş növbəti əməliyyat da uğursuz nəticə vermiş, onun sağlamlığına ziyan vurulmuşdur. Hadisəyə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həkim Elnarə Əkbərovaya qarşı "dəymiş ziyanın əvəzi olaraq pul tələbinə dair" iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Prokurorluq və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tibbi əməliyyat və ondan qalan nöqsanların aradan qaldırılması üçün sonrakı əməliyyat Cavabdeh1 tərəfindən icra olunmuşdur. Prokurorluq araşdırması zamanı tibbi əməliyyatların icrasında və əməliyyatdan sonrakı hərəkətlərdə cinayət əməli müəyyən edilməmişdir. Həkim Cavabdeh1 tibbi əməliyyatlarından qalan nöqsan, yəni sol burun borusundakı sinexiya X1 xx.xx.2022-ci il tarixdə müvafiq tibbi əməliyyat ilə götürülmüşdür. Lakin burnumun üzərindəki nöqsanlar qalmaqdadır. Əvvəlki əməliyyatdan qalmış estetik nöqsanların götürülməsi üçün təkrar estetik əməliyyat olmalıdır. Təkrar olduğu üçün icra olunmalı əməliyyata 4000 manat pul tələb olunur. Həmin pulu ödəməyə onun maddi imkanı çatmır. Həkimlərlə şifahi razılaşmalarına əsasən burnunun estetik görünüşü düzəlməli və burun çəpər əyriliyi aradan götürülməli idi. O, ilkin əməliyyata 1000 manat, növbəti təkrar əməliyyata isə 300 manat və ümumi olaraq dərmanlara 300 manat pul sərf etmişdir. Həkimlərlə şifahi razılaşmalarına əsasan əməliyyatdan sonra burnunun görünüşündə və ya digər funksiyalarında problem müəyyən olunsa, xərclədiyi pullar və dəymiş ziyana görə də əlavə pul vəsaiti ona geri ödənilməli idi. Göründüyü kimi, cavabdeh həkim Cavabdeh1 burnundakı problemləri həll etməyib, əksinə burnunun görünüşünü daha pis vəziyyətə gətirmiş, hə mçinin, burnunun öz funksiyasının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, tibbi əməliyyata sərf etdiyi 1600 manat və mənəvi zərər, həmçinin yenidən zəruri olan əməliyyatı keçirtməyi üçün tələb olunan 4000 manat pul cavabdehdən alınaraq ona verilməlidir.

7. Məhkəmə araşdırması zamanı X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur.

8. Cavabdeh2 MMC etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçının hazırkı iddiasının faktiki əsasını təşkil edən hallar yuxarıda göstərilən məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməklə yanaşı, həm in xüsusatlar Bakı şəhəri Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırılmış və bu araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunmuşdur. Eyni zamanda bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5" PHŞ tərəfindən rəy verilmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2791/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia rədd edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının üzərində icra edilmiş əməliyyatların taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, iddiaçı məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096.1, 1097.1, 1115, 1118.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 80, 81-cimaddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi, əvvəlki məhkəmə aktı hazırkı iş üzrə preyudisial deyil və hamıya bəlli olan halların sübut edilməsinə ehtiyac yoxdur.

14. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2118/2023 nömrəli iş üzrə 29 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin iddia ərizəsi ilə eyni məzmun daşıyan dəlillərini əsassız saymışdır.

16. Bununla yanaşı, məhkəmə birinci instansiya məhkəməsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin başqa iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən faktların hazırkı işdə preyudisiallıq keyfiyyəti daşıması barədəki qənaəti i lə razılaşmamış və qeyd etmişdir ki, həmin işdəki cavabdehlərlə hazırkı işdəki cavabdehlər eyni şəxslər olmadığından, yəni işdə iştirak edən şəxslərin tərkibi eyni olmadığından həmin qətnamə ilə müəyyən edilən faktların hazırkı işdə preyudisiallığı qəbul edilə bilməz. Lakin preyudisiallıqla bağlı hal məhkəmənin gəldiyi ümumi nəticəyə təsir etmədiyindən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işi yenidən apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, iş üzrə olan epikrizlərə heç bir qiymət verməmiş, natamam və qərəzli bir ekspert rəyinə əsaslanaraq iş üzrə qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli oldu ğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zə rərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur;

25. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə

57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

27. Maddə

59. Tibb və əczaçılıq işçilər ö z peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

59. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

60. Bununla yanaşı, Məhkəmə kollegiyası cavabdehlərin fərqli olduğu ayrı-ayrı mülki işlər arasında preyudisial əlaqənin olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

61. Belə ki, mülki prosessual qanunvericiliyin preyudisiall ıqla bağlı normalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün preyudisiallıq kəsb edir (MPM-in 82.3-cü maddəsi). Normadan göründüyü kimi hər hansı şəxs bir mülki işdə iştirak edirsə, işdə iştirak edən digər şəxslərin tərkibindən asılı olmayaraq həmin iş üzrə müəyyən edilən hallar həmin şəxs üçün başqa işdə preyudisial əhəmiyyətə malik olur və yenidən mübahisələndirilə bilməz.

28. Bununla yanaşı, MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, məhz araşdırılmış, qiymə tləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

62. Bu baxımdan hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin başqa işdəki cavabdehlərlə hazırkı işdəki cavabdehlər eyni şəxslər olmadığından, yəni işdə iştirak edən şəxslərin tərkibi eyni olmadığından həmin üzrə üzr qəbul olunmuş qətnamə ilə müəyyən edilən faktların hazırkı işdə preyudisiallığının qəbul edilməz olduğu barədə mövqeyi MPMin 82.3-cü maddəsinin tələbinə uyğun olmamışdır.

63. Lakin qeyd olunan prosessual hüquq normasının pozulması düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmədiyi üçün MPM-in 418.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətn amənin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2118/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar