Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2778/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X6 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2778/21 (Açar sözlər: vaxtında qaytarılmamış borca görə faiz, maddi zərər və əldən çıxmış fayda) Bakı şəhəri, 27 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “X6 Azərbaycan” QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (105)-2493/2020 nömrəli iş üzrə il tarixli qətnaməsindən iddiaçı “X6 Azərbaycan” QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “X6 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xxx il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9547.31 ABŞ dolları məbləğində pul vəsaitinin vaxtında qay tarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xxx il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9547.31 ABŞ dolları məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərb aycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, borcun vaxtında qaytarılmamasına görə banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində 2232.88 manat məbləğində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xxx il tarixli qətnaməsilə Cavabdeh1 və Cavabdeh2 muştərək qaydada 8750,59 ABŞ dolları əsas, 524,66 ABŞ dolları faiz və 272,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.547,31 ABŞ dolları (qətnamənin icra olunduğu gunə olan Azərbaycan Res publikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankınm muəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaitinin, iş uzrə odənilmiş 30 (otuz) manat dovlət rüsumunun və bildirişlərin gondərilməsinə dair 13,75 manat poçt xərcinin əvəzinin tutularaq, iddiaçı “X6 Azərbaycan” QSC-nə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dovlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, KMHJT81B1DU571291 ban nomrəli, ağ rəngli avtomobilə yonəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına “X6 Azərbaycan” QSC-nə odənilməli olan borcun və dovlət rüsumunun əvəzinin odənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Qətnamə qanuni quvvəsini almış və icr aya yonəldilmişdir. Lakin borclular qətnamədə nəzərdə tutulan məbləği banka hələ də odəməmişlər. Qətnamə ilə tutulan məbləğin vaxtında banka odənilməməsinə gorə banka maddi ziyan dəymişdir, bu zərərin miqdarı isə bank uçot dərəcəsi tətbiq edilməklə 2232,88 manat təşkil edir. Gostərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli 2(012)-47/2018 nömrəli qətnaməsi ilə (hakim İlham Kərimli) iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2232.38 manat məbləğində dəymiş maddi zərər və əldən çıxmış fayda, ödənilmiş 30 manat pul vəsaitinin əvəzi olmaqla, cəmi 2262.38 manat məbləğində pul vəsaitinin tutularaq “X6 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini o nunla əsaslandırmışdır ki, hazırki mübahisənin həlli üçün ilk növbədə cavabdehlərin məhkəmə qərarının icrasından boyun qaçırması halının mövcud olub-olmaması, onun bu istiqamətdə qərəzliliyi müəyyən edilməlidir. İşin hallarından müəyyən edilir ki, cavabdehlərin Abşeron Rayon Məhkəməsinin 2(012)2966/2015 saylı, xxx il tarixli qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçırmaları aşkardır. Belə ki, cavabdehlər tərəfindən bu günə kimi nə borc ödənilmiş, nə də ipoteka predmeti banka təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4, 449.1, 472-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələri ilə və Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09.07.2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və “X6 Azərbaycan” QSC-yə olan borcunun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimovsədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 2(105)-875/2019 saylı, xxx il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2019-c u il tarixli, 3492 saylı rəyindən görünür ki, 26 noyabr 2012-ci il tarixli, 69198/1 saylı kredit muqaviləsinə əsasən banka odənilməmiş 9.547,31 ABŞ dollarına gorə illik bank uçot dərəcəsi tətbiq edilməklə muqavilənin bitdiyi tarixdən, yəni 26 noyabr 2015-ci il tarixdən iddia qaldırılan 31 iyul 2018-ci il tarixədək əldən çıxmış fayda 2448,58 manatdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimovsədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 2(105)-875/2019 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-47/2018 saylı, xxx il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 45 manat məbləğində pul un Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclular Cavabdeh1 və Cavabdeh2 iddiaçı bank qarşısında ohdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X6” QSC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya vaxtında qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin onlar müqavilə ohdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul ohdəliklərini vaxtında yerinə yetirməmişlər. Beləliklə də, borclular tərəfindən kredit öhdəliyinin vaxtında icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının əldən çıxmış faydanın qaytarı lmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Aqil Abbasov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Elşad Şamayev) xxx il tarixli, 2(102)3596/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx il tarixli, 2(105)-875/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qər ara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin cavabdehlər tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda qismində zərər tələb edir. Hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Hətta iddiaçı özü də iddianın hüquqi əsası kimi həmin maddəyə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin pu ldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası mübahisəyə Mülki Məcəllənin 449-cu maddəsini, eləcə də həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarını hazırki işin müəyyən edilmiş halları baxımından düzgün tətbiq etməmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi Abşeron Rayon Məhkəməsinin xxx il tarixli qətnaməsi ilə cavabdehlərdən ümumilikdə 9.547,31 ABŞ dolları pul tutulması, tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, hazırki borcun da həmin qətnamənin icra ed ilməməsi səbəbindən yaranmasını müəyyən etmişdir. Lakin ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, icra məmuru tərəfindən tələbin ipoteka predmetinə yönəlməsi prosedurunun başlanıb-başlanılmaması, hərrac keçirilib-keçirilməməsi, hərrac keçirilibsə və ya gec keçirilibsə, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları müəyyən edilməmişdir. İstər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu prosedurun icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməs i ilə təmin edilir. Bunun da proseduru Qanunla müəyyən edilib. Buna görə də ipoteka ilə təmin edilmiş öhdəliyin hansı səbəbdən icra edilməməsi və ya gec icra edilməsi halı müəyyən edilmədən hərracın vaxtında keçirilməməsi, başqa sözlə ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismində zərər hesablanması və zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehlərin üzərinə qoyulması nəticəsinə gəlmək də mümkün deyil. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Fuad Məmmədov) 2(105)-2493/2020 saylı, il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx x il tarixli, 2(012)-47/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 45 manatın iddiaçı “X6 Azərbaycan” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş icra işinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xxx il tarixli qətnaməsi əsasında 14 sentyabr 2015-ci il tarixdə icra vərəqəsi verilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə 28 sentyabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra məmurunun sifarişi əsasında “Sərraf-N ” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2015-ci il tarixdə 14000 manat qiymətləndirilmişdir. İcra işində olan Y-154 saylı, 28 aprel 2016cı il tarixli “xxxx” MMC-nin hərracın nəticələri haqqında yekun protokolunun surətindən görünür ki, Cavabdeh1 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda ilkin satış qiyməti 14000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 8925 manat müəyyən edilmiş və həmin avtomobil “X6 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İcra i şində olan Abşeron Rayon Məhkəməsinin xxx il tarixli, 8(012)-996/2016 saylı qərardadının surətindən görünür ki, Abşeron rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xxx il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xxxil tarixli, 2(009)-2746/2016 saylı qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmiş, Cavabdeh1 mülkiyyətində olmuş “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılması ilə əlaqədar hərracın yekunları barədə 28 aprel 2016-cı il tarixli, Y-154 saylı protokol və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi, Cavabdeh1 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtoma şının orta bazar qiymətinin 17.000 manat olduğu əsas götürülməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xxx il tarixli icra sənədinin icrasının davam etdirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2720/2017 saylı, xxx il tarixli qətnaməsinin surətindən görünür ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2746/2016 saylı, xxxil tarixli, qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, “X6 Azərbaycan” qapalı səhmdar cəmiyyəti hazırki iddia ilə 02 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hərraca çıxarılmış Cavabdeh1 məxsus “Hyundai Tucson” markalı, **DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti reallıqdakı qiymətindən xeyli aşağı həddə müəyyən edilməklə hərracda satıldığından hərracın yekunları barədə 28 aprel 2016-cı il tarixli, Y-154 saylı protokol qanuni qüvvəyə minmiş qətnamə ilə etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka ilə təmin edilmiş öhdəlik Cavabdeh1 asılı olmayan səbəbdən icra edilməmişdir. Hərracın vaxtında keçirilməməsi, başqa sözlə, ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismində zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı olan hissəd ə rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik öhdəliklərin icrası üsulu olduğundan və zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən və hazırki mübahisə üzrə Cavabdeh1 iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddia tələbi zamin kimi Cavabdeh2 qarşı olan hissədə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən kollegiya iddianın təmin olunmaması qənaətinə gəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı “X6 Azərbaycan” QSC (vəkil X2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qə bul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər kredit şərtlərini pozaraq krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışlar. Bu da iddiaçının maddi zərər çəkməsinə səbəb olan amillərdən biridir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə əsas məbləği və ona hesablanmış faizləri vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti dövriyyəyə buraxaraq gəlir əldə edə bilərdi. Borclu kredit borcunu vaxtında ödəməməklə kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərini düzgün nəzərə almamışdır. Bu maddədən irəli gələn əsas mahiyyət ondan ibarətdir ki, bir halda ki öhdəlik vaxtında icra olunmur, bu o deməkdir ki, istər istəməz özgənin pul vəsaitini qanunsuz özündə saxlayır və həmin vəsaitdən faydalanmış olur. Bundan əlavə, apelyasiya məhkəməsi iddia tələbini yalnız Mülki Məcəllənin 449.1-ci maddəsi çərçivəsində məhdudlaşdırmaqla və yalnız həmin maddənin müddəaları baxımından həll etməklə tətbiq edilməli olan 445.7-ci maddəni tətbiq etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı “X6 Azərbaycan” QSC-nin vəkili X2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı “X6 Azərbaycan” QSC-nin nümayəndəsi X3 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququnahəsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada faydalanma və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən düzgün maddi hüquq normasının, yəni Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməli olduğu halda tətbiq edilmədiyinə istinad etsə də, iş materiallarından görünür ki, iddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəldikdə isə, həmin normada kreditorun borclu tərəfindən pul məbləğini gecikdirməsi nəticəsində daha böyük məbləğ tələb edə bilmədiyi halda, borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olm ası halı öz əksini tapmışdır ki, həmin norma hazırki halda iddia tələbinin hüquqi əsasını təşkil edə bilməz. Həmçinin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xxx il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9547.31 ABŞ dolları məbləğində pul vəsaitinin borclunun hərəkəti və ya hərəkətsizliyi ucbatından vaxtında qaytarılmaması hal əldə edilmiş icra işi əsasında da müəyyən edilmir. Hazırki iddia tələbinin hüquqi əsası mövcud olmadığından apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya i nstansiyası məhkəməsinin göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X6 Azərbaycan” QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2493/2020 nömrəli iş üzrə il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.