Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1800/2023 nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13.8.2013-cü il tarixli, 412 nöm rəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evini 6500 manat ilkin ödəniş etməklə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış K/M 412 nömrəli, 13.8.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya verilmiş 36.500 manat kredit vəsaiti hesabına almışlar.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanda yerləşən baş evi İddiaçı və Cavabdeh xüsusi mülkiyyətindədir.
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)3176/2021 nömrəli qət naməsi ilə, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı və ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin Cavabdeh aid edilməsi və onun tərəfindən hər ay İddiaçı ödənilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 11.5.2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi “İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı arasında olan nikahlarının pozulduğu 27.5.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin Cavabdeh aid edilməsi və onun tərəfindən hər ay İddiaçı ödənilməsi” hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla 13.8.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəliyin iddiaçı Cavabdeh və cavabdeh İddiaçı ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun o laraq müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 26.4.2023-cü il tarixli, 3-21-3-33/2-3602/2023 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46 ünvanında yerləşən daşınmaz əmlaka Gəncə Apellyasiya Məhkəməsinin 11.5.2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsi əsasında ½ hissədə Cavabdeh və ½ hissədə isə İddiaçı payları müəyəyn edilmişdir. Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46 ünvanında yerləşən bağ evinə dair Cavabdeh adına xx.xx.2022-ci il tarixli, ********* * qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.032 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövrünə aid olan kredit borcu üzrə yaranmış borc məhkəmə qətnaməsi ilə birgə borc sayıldığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə görə iddiaçı hərbi qulluqçu olmuş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Bununla bağlı təxris olmuş və hərbi həkim komissiyasının 139 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qəra ra alınmış və ona 2 dərəcə əlillik təyin edilmişdir. “Başak İnam Sığorta” tərəfindən ona 10.950 manat sığorta pulu ödənilmiş və həmin vəsait sonra bank vasitəsilə kredit müqaviləsi üzrə ümumi borca silinmişdir. İddia ərizəsində göstərilmişdir ki, göründüyü kimi, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında həmin tarixdən İddiaçı tərəfindən banka ödənilmiş ilkin ödəniş (yəni 6500 manat), İddiaçı 10.950 manat sığorta tərəfindən pulu ödənilmiş, həmin məbləğdə ipoteka olan kreditə silinmişdir və ödənilmiş kredit müqaviləsinə əlavə edilmiş cədvəl üzrə ödənişlərin yarısı, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər (10.614 manat) həmin məbləğlərin yarısı cavabdehdən tutulmalıdır.
8. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh 2013-cü ilin avqust ayında sözügedən evi sabiq əri olan iddiaçı ilə birgə nikah dövründə almışlar və birgə nikahdan olan uşaqları ilə birlikdə 2013-cü ildən xx.xx.2018-ci il tarixə kimi həmin evdə yaşamışlar. İddiaçı 2018-ci ilin oktaybr ayının 14-də həmin evi X1 17.000 manata notarial qaydada vermişdir. İddiaçı 17.000 manat pulu aldıqdan sonra, mətbəx mebelinə görə cavabdehə 1000 manat verərək onu iki uşaqları ilə birlikdə evdən çıxartmışdır. Evin satılması üçün notariat kontorunda verdiyi razılıq ərizəsini cavabdeh xx.xx.2018-ci il tarixdə gedib ləğv etdirmişdir. Birgə nikah dövründə aldıqları evin tərəflər arasında 1/2 hissədə bölünməsi və 1/2 hissədə ipoteka öhdəliyi barədə qüvvəsini almış məhkəmə qətnaməsi var. Cavabdeh evini tələb etdiyi üçün, iddiaçı cavabdehə qarşı məhkə mələrdə müxtəlif iddialar qaldıraraq ondan pul tələb edir. Hətta, iddiaçı evi satdığı X2 ilə birləşərək məhkəmədə cavabdehə qarşı evin təmir edilməsinə çəkilən 38.000 manat xərcin və ödənilmiş 205 manat dövlət rüsumunun tutulması barədə iddia qaldırmışdır. Gəncə Apellyasiya Məhkəməsində mülki iş üzrə ekspertiza təyin edilmişdir. “Başak İnam Sığorta” şirkəti tərəfindən ödənilən 10.950 manat sığorta pulu və evin ilkin ödənişinə görə 6500 manat pul birgə nikah dövrünə aiddir. İddiaçının bu cür iddialar yazaraq məhkəmələrə müraciət etməsi əsassızdır.
9. Gəncə Şəhər Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(125)-1498/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə tərəflərin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödədiyi halda hazırki iddiaçının həmin məbləğin yarısını cavabdehdən tələb etmək hüququ var. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə qeyd etmişdir ki, hazırki tələbində iddiaçı 13.8.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər sözügedən ev üzrə onun tərəfindən banka ödənilmiş pul məbləğini və banka olan borca yönəltdiyi, ona verilən sığorta haqqını tərəflərin birgə öhdəliyi hesab etmiş, həmin öhdəliyin yarısını cavabdehdən tələb etmişdir ki, onun bu tələbi təmin edilə bilməz. Ona görə ki, həmin dövrdə tərəflər birgə nikahda olmuşlar və təsərrüfatı birgə idarə etmişlər. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də həmin ipoteka predmeti olan ev üzrə tərəflərin birgə nikahı dövründə ödənilmiş məbləğlər tərəflərin hər ikisinin birgə qazancı hesab edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçının özünə aid sığorta haqqını birgə nikah dövründəki borca yönəltməsi cavabdehdə hər hansı öhdəlik yaratmır. Başqa sözlə, iddiaçının tələbi və bu tələbi üzrə təqdim etdiyi sübutlar cavabdehin sözügedən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş öhdəliyini əhatə etmir.
11. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyinin iddiaçı tərəfindən icra edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Mə cəlləsinin 32, 36.1, 37.1, 37.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hərbi qulluqçu olmuş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Bununla bağlı təxris olmuş və hərbi həkim komissiyasının 139 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərara alınmış və ona 2 dərəcə əlillik təyin edilmişdir. Birgə nikahda olduqları dövrdə 13.8.2013-cü il tarixli, 412 nömrəli alğı-satqı və ipoteka müqaviləsin ə əsasən Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46 ünvanında yerləşən bağ evinin 6500 manat ilkin ödəniş etməklə, "xxxx" ASC tərəfindən ona verilmiş 36.500 manat kredit əsasında almışdır. Hazırkı kredit ilə bağlı “Başak İnam sığorta” tərəfindən ona 10.950 manat sığorta pulu ödənilmiş və vəsait sonra bank vasitəsi ilə kredit müqaviləsi üzrə ümumi borca silinmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1800/2023 nömrəli iş üzrə 1 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasə n ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsi ilə kredit müqaviləsi əsasında yaranmış öhdəlik tərəflərin ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilmişdir. Həmçinin qeyd olunan qətnamə ilə ipoteka predmeti olan ev üzrə tərəflərin birgə nikahı dövründə ödənilmiş məbləğlər tərəflərin hər ikisinin birgə qazancı hesab edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi dövrdə tərəflər birgə nikah münasibətlərində olmuş, təsərrüfatı birgə idarə etmişlər. İddiaçının mübahisələndirdiyi vəsait birgə əmlakın əldə edilməsinə yönəldilmişdir.
18. İddiaçının özünə aid sığorta haqqını birgə nikah dövründəki borca yönəltməsi cavabdehə münasibətdə hər hansı bir öhdəlik yaratmır. Başqa sözlə, iddiaçının tələbi və bu tələbi üzrə təqdim etdiyi sübutlar cavabdehin sözügedən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş öhdəliyini əhatə etmir. Digər tərəfdən ailə qanunvericiliyinin tələbinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri daxildir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiy mət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1800/2023-saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, kredit müqaviləsi üzrə ümumi əmlak əldə etmək üçün ilkin olaraq ödədiyim 6500 manat ödəni ş və sonradan qalıq borcu kimi ödədiyim 10.950 manat siğorta pulu da paylara uyğun olaraq müəyyən edilməli və tərəflər arasında ümum borc kimi bərabər paylara bölünməlidir. Çünki öhdəlik olaraq götürülmüş borc məbləği nikah müddətində ümumi əmlak əldə etmək üçün götürülmüş və ödənilmişdir.
22. Kassator hesab etmişdir ki, məhkəmə Ailə Məcəlləsinin 37.3-cü maddəsini tətbiq etməməklə maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh poçt vasitəsilə kassasiya şikayətinə etiraz göndərsə də, həmin etiraz elektron kabinet vasitəsilə göndərilmədiyindən nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” i nformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
26. Maddə 225.2 Ni kaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
27. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
28. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağı zlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
29. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
31. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
32. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
33. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarı
34. Ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyy ətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əml akının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmeti olan ev üzrə tərəflərin birgə nikahı dövründə ödənilmiş məbləğlərin tərəflərin hər ikisinin birgə qazancı hesab edilmsi müəyyən edilmərək qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi dövrdə tərəflər birgə nikah münasibətlərində olmuş, təsərrüfatı birgə idarə etmişlər. İddiaçının mübahisələndirdiyi vəsait birgə əmlakın əldə edilməsinə yönəldilmişdir. İddiaçının özünə aid sığorta haqqını birgə nikah dövründəki borca yönəltməsi cavabdehə münasibətdə hər hansı bir öhdəlik y aratmır. Başqa sözlə, iddiaçının tələbi və bu tələbi üzrə təqdim etdiyi sübutlar cavabdehin sözügedən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş öhdəliyini əhatə etmir.
49. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında da göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 avqust 2023-cü il tarixli 2(104)-1800/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.