Məhkəmə qərarları › İş №2(102)-278/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-278/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)2438/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010cu il tarixli, AK-063 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.678,67 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.602,27 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dö vr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 507,30 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 483,36 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 165,81 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, 1 saylı bina, blok 1-də yerləşən 7 saylı mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin pul vəsaitinin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər dən iddiaçı Bankın xeyrinə ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.678,67 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.602,27 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 507,30 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) məbləğinin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məq sədi ilə 30 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 165,81 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan ilkin satış qiyməti 120,960 manat olmaqla satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, həmin pul vəsaiti borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən iddiaçı Bankın xeyrinə ümumi qaydada tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərcinın ödənilməsi məqsədi ilə 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiz ası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)

3. Cavabdeh "xxxx" ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 də həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Bankın xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsinin ləğv edilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək, ekspert rəyinin alınması və rəyə uyğun olaraq məbləğin müəyyən edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(103)-2438/2024 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şi kayətinin təmin edilməməsi, rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə)

6. Cavabdeh1 apelyasiya məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə vermişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 təqdim edilməmiş, onun həmin qətnamədən xəbəri olmamışdır. Cavabdeh1 həmin qətnamədən bu yaxınlarda, yəni qətnamənin icrasını həyata keçirən icra məmuru ona zəng edib, qətnamənin icrasını tələb etdikdə xəbər tutmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, qətnamə qəbul edilən ə rəfədə və sonralar Cavabdeh1 səhhətində problemlər olmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-2438/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iş üzrə məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin ona verilmədiyini bildirsə də, iş materiallarından görünür ki, həmin qətnamə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə xx.xx.2024cü il tarixdə yerləşdirilmişdir. Onun kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda hesab edilməlidir ki, məhkəmənin xx.xx.2024cü il tarixli qətnaməsi xx.xx.2024-c ü il tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim edilmiş və o, qətnamədən vaxtında kassasiya şikayəti verməmiş, prosessual müddəti ötürmüşdür.

10. Cavabdeh1 səhhətində yaranmış və “prosessual müddətin bərpa edilməsi barədə” ərizədə qeyd edilən problemlər ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, onun təqdim etdiyi tibbi sənədlərdən görünür ki, həmin problemlər 2024-cü ilin mart və aprel aylarında olmuşdur. Qətnamənin Cavabdeh1 təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonrakı dövrdə onun səhhətində problemlərin mövcud olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

11. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 405, 408.1.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 (vəkil X7) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2438/20242 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadını ləğv edib, prosessual müddətin bərpa edilərək, kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi Cavabdeh1 təqdim edilməmiş, onun həmin qətnamədən xəbəri olmamışdır. Cavabdeh1 həmin qətnamədən bu yaxınlarda, yəni qətnamənin icrasını həyata keçirən icra məmuru ona zəng edib, qətnamənin icrasını tələb etdikdə xəbər tutmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, qətnamə qəbul edilən ərəfədə və sonralar Cavabdeh1 səhhətində problemlər olmuş və bununla bağlı sübutlar (həkim rəyləri və digər arayışlar) apellyasiya instansiyası məhkəm əsinə təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin 2(103)-2438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 verdiyi “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməmişdir.

14. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1, 133.6, 269, 357.1-ci maddələrinin pozulduğuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxı lmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

19. Maddə

405. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

20. Maddə 408.1, 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır Kassasiya baxışının hədləri

21. Kassasiya şikayətində qərardad tam mübahisələndiri ldiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qətnamə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, onun kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan qanunla nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüşdür.

24. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin prosessual müddətin ötürülmə səbəbi kimi səhhətində problemlər olduğuna istin ad etsə də, onun təqdim etdiyi tibbi sənədlərə əsasən həmin problemlərin 2024-cü ilin mart və aprel aylarında olduğu müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən sonra cavabdehin səhhətində problem olduğuna dair sübutlar təqdim edilməmişdir.

25. Göstərilənlərə əsasən müddətin bərpasından imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan kassasiya şikayətində göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)2438/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar