Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2780/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4306/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia təmin edilmiş, Cavabdeh 4200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi, hakimlər L.M.Məmmədovadan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4306/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul ed ilməsi qət edilmişdir. İddiaçı və vəkili X1 şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4306/2019 qətnaməsinin ləğv edilərək, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, cavabdeh xx xxxxxx 2014-cü il tarixdə 1200 manat borc almış, həmin borcu ödəyə bilmədikdə isə xx xxxxxx 2015-ci il tarixdə əlavə 3000 manat borc alaraq, pulu vaxt ında qaytaracağını vəd etmişdir. Cavabdehin borcu etiraf etməsi ilə iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı isə iddia ilə xx xxxxxx 2018-ci il tarixdə müraciət etmiş və iddia müddətini ötürməmişdir. Həmçinin cavabdeh iddia müddətinin tədbiqinə dair ərizəni birinci instansiyası məhkəməsinə təqdim etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin müddəti tətbiq etmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi işə iddiaçının xəbəri və iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi, vəkil X1 şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Bununla belə, cavabdeh məhkəməyə teleqram göndərərək, kassasiya şikayətinə etiraz etdiyini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehə xx xxxxxx 2014-cü il tarixdə 1200 manat məbləğində borc vermiş və cavabdeh qəbz tərtib edərək, borcu 3 aya qaytaracağını bildirmişdir. Həmçinin iddiaçı cavabdehə xx xxxxxx 2015-ci il tarixdə əlavə olaraq 3000 manat məbləğində borc vermiş və cavabdeh yazılı qəbz tərtib edərək, borcu 5 ay ərzində qaytaracağını göstərmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən cavabdehə borc pul xx xxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixlərdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia müddətini ötürməsinə dair mövqeyi tam olaraq əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının borc pulu ver diyi tarixlərdən hesablamaqla iddiaçının iddia müddətini ötməsi qənaətinə gəlmişdir. Halbuki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və həmin normaların rəsmi şərhinə əsasən iddia müddətinin axımı öhdəlik münasibətlərinin yarandığı tarixdən deyil, öhdəliyin icra müddəti bitdikdən sonra başlanılır. İddiaçı 1200 manat məbləğində borcu cavabdehə xx xxxxxx 2014-cü il tarixdə 3 ay müddətinə vermişdir. Belə olan halda, həmin borcun qaytarma öhdəliyinin icra müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərəkən həmin öhdəlik üzrə iddia müddəti ötürülmüşdür. Lakin 3000 manat məbləğində borc iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2015-ci il tarixdə 5 ay müddətinə verilmiş və borcun qaytarma müddəti xx xxxx 2015-ci il tarixdə bitmişdir. Belə ol an halda isə iddiaçı xx xxxx 2018-ci il tarixdə məhkəməyə müraciət edərkən, həmin öhdəlik üzrə icra müddəti bitməmiş və bu öhdəliyə iddia müddətinin tədbiqinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx xxxxxx 2015-ci il tarixdə cavabehə əlavə borc verərkən, xx xxxxxx 2014-cü il tarixli borc üzrə iddia müddətinin axımının yenidən başlanılmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, tərəflər arasında ayrı-ayrı tarixlərdə müstəqil öhdəlik münasibətləri yaranmış, cavabdeh xx xxxxxx 2015-ci il tarixdə qəbzi tərtib edərkən, əvvəlki borcu da əlavə 5 ay müddətində qaytaracağına dair öhdəliyi üzərinə götürməmişdir. Həmçinin iddia müddətinin tədbiqinə dair ərizənin yalnız birinci instansiya məhkəməsinə verilmə li olduğuna dair kassasiya şikayətinin dəlili ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında, o cümlədən “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli qərarında irəli sürdüyü mövqeyə əsasən birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onu n apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İş materiallarına Quba Rayon Məhkəməsinin Cavabdeh ünvanlandırdığı məhkəmə bildirişlərinin surətləri əlavə olunmuşdur. Lakin həmin bildirişlərin cavabdehə göndərilməsini və təqdim edilməsini təsdiq edən poçt xəbərnamələri iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin birinci instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına dair sübutlar iş materiallarında mövcud olmadığından, onun iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instasiyası məhkəməsinə təqdim etmək hüququ olmuşdur. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamasını kassasiya şikayətində qeyd etsə də, iş materiallarına əsasən o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iclasında iştirak edərək izahat vermiş, məhkəmə iclasının xx xxxxxx 2019-cu il tarixə təxirə salınmasına dair məhkəmə bildirişinin kötüyünə imza etmiş, lakin həmin məhkəmə iclasına gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normalarını pozmuş və həmin hissədə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin ediməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv ed ilməklə, iş materialları qeyd olunan hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4306/2019 nömrəli qətnaməsi qismən, yəni xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə iddia müddətinin tətbiq edilməsi hissəsində ləğv edilsin və iş həmin hissə də yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2780/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2780/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver