Məhkəmə qərarları › İş №2(102)-2781/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2781/2019

29.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2781/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10151/2018 nömrəli iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Toğrul Axundov) 28 iyun 2018- ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək cavabdeh İddiaçı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 98 ünvanında yerləşən, 23 saylı mənzilə istifadə hüququnun olmaması (istifadə hüququ olmayan şəxs) müəyyən edilməsi qət edilmiş, qətnamənin qanuni qüvvəyə mindikdən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Xəyal Sarıyev) 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkə məsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən yaşayış və istifadə hüququnun tanınması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədzadə küçəsi, ev 98, 23 saylı mənzilə 14 iyun 2004-cü ildə həmin evdə yaşayan Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra gəlin köçmüş və Azərbaycan Respublkasının Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən icarədarın ailə üzvü kimi yaşayış sahəsinə köçürülmüşdür. Birgə nikahdan 20 mart 2005-ci ildə ekiz oğl anları X2 və X3 anadan olmuşdur. 27 iyul 2009-cü ildə isə üçünçü oğlanları X4 anadan olmuşlar. Beləliklə o, 2004-cü ildə əri Cavabdeh1 yaşadığı mənzilə onun arvadı kimi tam qanuni əsaslarla köcürülərək mənzilə yaşayış hüququ əldə etmiş və orada yaşayan digər ailə üzvləri kimi bütün hüquqlara malikdir və bütün vəzifələri daşıyır. Cavabdeh1 ilə onun arasında bağlanılmış nikah Yasamal rayon məhkəməsinin 10 iyul 2017-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Mənzil qaynanası Cavabdeh2 mülkiyyətindədir. Göstərilənlərə əsasən ünvan 1 mənzilinə yaşayış və istifadə hüquqlarının tanınması, həmin evdə olan 4 otağın ikisinin onun və övladlarının istifadəsinə verilməsi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, onu övladları ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə çıxarılma sını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun olmaması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd olunması və İddiaçı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 98, mənzil 23 ünvanda yerləşən mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 98, mənzil 23 ünvanda yerləşən mənzil RX seryalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07.11.2017-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun adına daşınm az əmlakın dövlət reyestrində 2741 nömrəli reyestr kitabının 253449 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əliyeva Нəcər Nazir qızı azyaşlı övladları X2, X3, X4 formal olaraq pasport qeydiyyatındadırlar və həmin mənzildən istifadə hüquqları yoxdur. Cavabdehin günahı üzündən mülkiyyət üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı mənzildə yaşamasa da formal oiaraq orada qeydiyyatda qalmışdır. Cavabdehin ona məxsus xüsusi mülkiyyətində olan yaşayış sahəsinindən qeydiyyatdan çıxmaması nəticəsində mülkiyyət hüququ kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. O, həmin sahədən təyinatına uyğun istifadə edə bilmir, bu isə mənafeyinə ciddi ziyan vurur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edil mişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı mübahisəli mənzilə 2004-cü ildə gəlin köçərkən həmin vaxt mənzilin mülkiyyətçisi olan mərhum qayınatası Şabanov Rauf özü onun həmin mənzilə köçməyinə, yaşamağına icazə vermiş, bir müddət sonra isə həmin mənzilə istifadə hüququ əldə etməklə qeydiyyata düşməyinə notarial qaydada razılıq vermişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclası nda kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən mübahisəli mənzil Cavabdeh2 mülkiyyətindədir. İddiaçı digər cavabdeh, yəni, mübahisəli mənzilin mülkiyyətçisinin oğlu Cavabdeh1la 14.06.2004-cü il tarixdə nikaha daxil olaraq həmin vaxtdan keçmiş mülkiyyətçinin razılığı ilə mübahisəli mənzilə köçmüş və 2017-ci ilə kimi həmin mənzildə yaşamışdır. Onlar arasında ər-arvad münasibətləri pozulduqdan sonra iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edib başqa yaşayış sahəsinə getmiş və hazırda da başqa yaşayış sahəsində yaşayır. Yasamal rayon məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında 14.06.2004-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Daşınmaz Əmlakın Dövlət Retestr Xidmətindən birinci instansiya məhkəməsinə ünvanlanmış **********20 nömrəli, 27.06.2018-ci il tarixli məktubdan görünür ki, mənzilin mülkiyyətçisi Cavabd eh2 ilə iddiaçı arasında mübahisəli mənzilə dair istifadə hüququnun qeydə alınması ilə bağlı İdarənin arxivində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.07.2001-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə (əvvəlki) Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını, yəni iddiaçı ilə Cavabdeh1 arasında 14.06.2004-ci il tarixdə nikahın bağlanıldığını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. M ülki Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetk inlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada mü vafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvl ərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiyasında və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə et mək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı isə mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Qeyd olunan normalara istinad edərək birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranmadığından, digər tələblər yəni, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən ed ilməsi və yaşayış sahəsinə köçürülmə tələbləri də əsassızdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, mübahisəli mənzilə 2004-cü ildə gəlin köçərkən həmin vaxt mənzilin mülkiyyətçisi olan mərhum qayınatası X1 özü onun həmin mənzilə köçməyinə, yaşamağına icazə vermiş, bir müddət sonra isə həmin mənzilə qeydiyyata düşməyinə notarial qaydada razılıq vermiş, bununla mənzilə yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün nə əvvəlki mülkiyyətçi (X1) ilə, nə də indiki mülkiyyətçi (Cavabdeh2) ilə Mülki Məcəllənin 228.2 və 228.5-ci maddəsinin əsas şərti olan-yazılı bağlanan və notariat qay dasında təsdiqlənən razılaşma mövcud deyildir. İddiaçının mübahisəli mənzildə qeydiyyatı ilə bağlı apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qanunvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tərəflər arasında n otarial qaydada təsqilənmiş yazılı razılaşmadan ibarət olan hüquqi fakt mövcud olmalıdır. Qarşılıqlı iddiaya münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbini iddiaçının mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfi ndən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi əsası ilə tələbin rədd edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkə məsi mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10151/2018 nömrəli iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar