Məhkəmə qərarları › İş №2(102)-2782/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2782/2019

07.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2782/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı X1 vəkili Vəkil və cavabdeh “xxxx” MTK-nin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-9574/2018 saylı qətnaməsindən iddiaçı X2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(010)-573/ 2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) iddiaçı X1 cavabdeh “xxxx” MTK-nə qarşı “alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, vurulmuş maddi, mənəvi zərərin ödənilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-9574/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, cavabdeh təşkilatla arala rında 17 sentyabr 2014-cü il tarixdə bağlanmış “alğı-satqı müqaviləsinə dəyişikliklər edilməsi, dəymiş maddi zərərin əvəzi olaraq 2.700 manat, mənəvi zərərin əvəzi olaraq 15.000 manat pul tələbinə dair iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatla aralarında 17 sentyabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh təşkilat Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, “D” yaşayış massivində inşa edilən, 1-ci blok, “H”-ın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı “L” saylı mənzili tikib ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 63,12 kv.metr, mənzilin 1 kv.metrinnin dəyəri 803,43 manat, mənzilin ümumi dəyəri 50.720 manat təşkil etmişdir. Sonradan o, müəyyən etmişdir ki, yaşadığı mənzilin ü mumi sahəsi müqavilədə göstərilən 63,13 kv.metr deyil, 55 kv.metrdir. Ona görə də 17 sentyabr 2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Müqaviləyə dəyişiklik edilmədiyi təqdirdə, cavabdeh təşkilat müqavilədə göstərilən artıq 8 kv.metr sahəyə görə cavabdeh təşkilat ona 6.530 manat pul ödəməlidir. Bundan başqa 17 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə və cavabdeh təşkilatla bağladığı 1 saylı protokola əsasən sonuncu mənzil fasiləsiz olaraq mərkəzi istilik sistemi ilə təmin etməli idi. 11 aprel 2017-ci il tarixdə sakinlərin vəsaiti hesabına quraşdırılmş mərkəzi istilik sisteminin fəaliyyəti dayandırılmışdır. Mənzilin istilik sistemi vasitəsilə qızdırılmaması və isti su ilə təmin edilməməsi cavabdeh təşkilatın təqsiri üzündən baş vermişdir. Mənzil ist ilik sistemi ilə qızdırılmadığına görə o, məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına mənzilə istilik sistemi (kombi) quraşdırmışdır. Mənzildə istilik sisteminin quraşdırılmasına 1.700 manat xərc çəkmişdir. O, 13 sentyabr 2017-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək artıq hesablanmış pulun və çəkilmiş əlavə xərclərin ödənilməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əl avə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh “xxxx” MTK-nin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı xxxin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh “xxxx” MTK-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-n in 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı xxxin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin dəyişdirilməsi üçün əsasların olmamasına, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442-ci maddələrinin və digər maddi, proses sual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh təşkilat Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, “D” yaşayış massivində inşa edilən, 1-ci blo k, “H”-ın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı “L” saylı mənzili tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə, mənzilin ümumi sahəsi 63.12 kv.metr, 1 kv.metrinin dəyəri 803,43 manat olmaqla, ümumi dəyəri 50.720 manat müəyyən edilmişdir. 09 iyun 2017-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış və mənzilin ümumi sahəsinin 55,0 kv.metr olduğu qeyd edilmişdir. Eləcə də tərəflər arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə və 1 saylı protokola əsasən cavabdeh təşkilat inşa etdiyi binada yerləşən mənzilləri, o cümlədən iddiaçıya məxsus mənzili fasiləsiz olaraq mərkəzi istilik sistemi ilə təmin etməyi öhdəsinə götürmüş və sakinlərin vəsaiti hesabı na binada mərkəzi istilik sistemi quraşdırılmışdır. Sonradan cavabdeh təşkilatın 31 mart 2017-ci il tarixli, 162 saylı protokol-qərarına əsasən sakinlərin təklifi nəzərə alınaraq mənzillərə fərdi kombilərin quraşdırılmasına icazə verilmiş və kombilərin sakinlərin vəsaiti hesabına satın alıması və kombilərin quraşdırılmasının isə cavabdeh təşkilatın hesabına (usta ilə təmin edilməsi, əmək haqqının ödənilməsi) həyata keçirilməsi qərara alınmışdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin mənasına görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o, zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı qeyd edilən maddənin əsas şərti kimi cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli pozuntusunun baş verməsini və bunun nəticəsində ona zərər dəyməsini, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını sübuta yetirməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikd ə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklər ondan ibarət olmuşdur ki, iddiaçı təşkilat inşa etdiyi binada olan mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə müqavilədə göstərilən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddət də və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri, komisyon və kommunal xərcləri cavabdeh təşkilata ödəməyi öhdəsinə götmüşdür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 50.720 manat müəyyən edilmişdir. Həmin məbləğə iddiaçının imza etdiyi müqaviləyə əlavə edilmiş “1 saylı protokolda” göstərilən işlər, yəni liftin quraşdırılması, giriş qapısı (metal, seyf), pəncərələr (plastik, Türkiyə istehsalı, hər otaqda cift açılan), su dayaqları (plastmas borular, firat, Türkiyə istehsalı), qaz dayaqları (dəmir borular, qalınlığı 4 mm, Rusiya istehsalı), kanalizasiya dayaqları mərkəzi istilik sistemi (İtaliya istehsalı olan qızdırıcılar), binanın həyətinin abadlaşdırılması, mənzilin daxilində elektrik, telefon, televiziya xətlərinin çəkilməsi, mənzilin daxilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların oboylanması, mənzilin tavanın təmiri və rənglənməsi, daxili qapıların quraşdırılması (Rusiya istehsalı), hamamın təmiri (kafel/metlax, Türkiyə istehsalı) və avadanlıqların quraşdırılmasının dəyəri daxildir. Tərəflərin razılaşdırdığı kimi müqavilə ilə birlikdə təqdim olunmuş sxemə uyğun mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bunun la da müqavilə öhdəliyini tam icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, alğı-satqı müqaviləsinin dəyişdirilməsi üçün əsas ola bilən cavabdeh təşkilatın müqavilə şərtlərini əhəmiyyətli pozması və nəticədə iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Qətnamənin müzakirə edilən bu hissəsinə aid apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlili mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş ölçüdən az olması ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tikinti-texniki ekspertizasının 09 aprel 2018-ci il tarixli rəyinə görə, iddiaçıya məxsus mənzilin arakəsmələrinin altı nəzərə alınmadan faktiki ümumi sahəsinin 60.5 kv.metr, arakəsmələ rin altı nəzərə alınmaqla ümumi sahəsinin 63.7 kv.metr olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012 tarixli Qərarının 3.1-ci bəndinə görə, yaşayış binasının ümumi sahəsi- binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ekspertiza tərəfindən verilmiş rəyin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012 tarixli Qərarının təl əblərinə uyğun olmasını nəzərə alaraq ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı, qeyd edilən rəyin əsassız olmasını, öz iddia tələbinin isə əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. İddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin daha bir dəlili mərkəzi istilik sisteminin dayandırılması və mənzilə istiliyin verilməməsi ilə bağlıdır. Belə ki, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində qeyd edilir ki, 17 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə və “1 saylı protokola” əsasən cavabdeh təşkilat mənzili fasiləsiz olaraq mərkəzi istilik sistemi ilə təmin etməli idi. Buna baxmayaraq cavabbeh təşkilat iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, bununla da ona ziyan dəymişdir ki, iddiaçı həmin ziyanı tələb edir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, bu iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilat isə, iddiaçıdan fərqli olaraq iddiaya qarşı etirazının əsasını təşkil edən sübutları məhkəmələrə təqdim etmişdir. Belə ki, cavabdeh təşkilatın 31 mart 2017-ci il tarixli, 162 saylı protokol-qərarına əsasən, mərkəzi istilik sistemi (qazanxana) işindəki problemlər gündəliyə çıxarılmışdır. Cavabdeh təşkilat bina tikintisi zamanı üzərinə götürdüyü öhdəliklərdən biri olan mərkə zi istilik sistemini (qazanxananı) quraşdırmış və qazanxana fəaliyyət göstərmişdir. X5 28 noyabr 2016-cı il tarixli qərarından sonra təbii qazın qiymətində əhali üçün verilən güzəşt qazanxanalara şamil olunmadığından istilik pulunda artım olmuş, istilik haqqının yığılmasında böyük problemlər yaranmışdır. Sonda sakinlərin təklifləri nəzərə alınaraq fərdi kombinlərin quraşdırılmasına icazə verilmiş, kombilərin sakinlərin şəxsi vəsaiti hesabına alınması, kömək üçün kombilərin quraşdırılmasının cavabdeh təşkilatın hesabına həyata keçirilməsi qərara alınmışdır. Bununla da müəyyən edilir ki, iddiaçının öz vəsaiti hesabına istilik sisteminin (kombinin) mənzildə quraşdırılmasının cavabdeh təşkilatın öz üzərinə götürdüyü öhdəliklərini pozması kimi qeyd etməsi əsassızdır. Cavabdeh tərəf iddiaçı qarş ısında üzərinə götürdüyü öhdəliyi lazımi və müqavilədə nəzərdə tutulmuş qaydada icra etmişdir. İddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər bir dəlili birinici instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edən zamanı təklif edilmiş sualların ekspert qarşısında qoyulmaması ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdır (MPM-nin 97.3-cü maddəsi). Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir (MPM-nin 97.4-cü maddəsi). Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsin də iş üzrə araşdırma aparılan zamanı iddiaçı əlavə suallarla bağlı əlavə ekspertizanın keçirilməsi barədə də vəsatət verməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və d üzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X2 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-9574/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar