Məhkəmə qərarları › İş №2(102)-2782/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2782/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2782/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya icraatına xitam 24.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2558/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 iyun 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 20 iyun 2017-ci il tarixli kredit müqaviləsi ilə iddiaçı İddiaçı Cavabdeh 60000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh aldığı borc pulu 20 iyun 2019-cu il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 60000 ABŞ dolları pulun, 1500 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, ümumilikdə 61500 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanımış və aralarında normal münasibətlər olmuşdur. 2017-ci ildə Cavabdeh ona müraciət edərək biznes fəaliyyəti ilə bağlı ona ümumilikdə 60000 ABŞ dolları borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün borc istədiyi məbləği cavabdehə vermək qərarına gəlmiş və bundan sonra tərəflər arasında 10 iyun 2017-ci il tarixdə Bakı şəhəri, 54 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmış və təsdiq edilmişdir. 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 60000 ABŞ dolları borc pul vermiş, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ondan aldığı 60000 ABŞ dolları pulu 20 iyun 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu vəd verdiyi vaxtda ona qay tarmamışdır. O, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Hətta, onun tərəfindən cavabdehə pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 60000 ABŞ dolları pulu 26 dekabr 2019-cu il tarixədək ödəməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh hazırkı günədək onun pulunu ödəməkdən yayınmışdır. Cavabdehin 2019-cu ilin iyun ayından bu günə qədər, yəni 6 aylıq müddət ərzində 60000 ABŞ dolları pulu qaytarmamasına görə hesablanmış əldən çıxmış fayda 1500 ABŞ dolları təşkil edir.

4. Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 60000 (altmış min) ABŞ dolları pul tutulduğu anda Azərbayca n Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin 1500 ABŞ dolları əldən çıxmış faydaya dair hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh həqiqətən də 20 iyun 2017-ci il tarixdə Bakı şəhəri, 54 saylı Notariat ofisində təsdiq edilmiş kredit (borc) müqaviləsinə əsasən iddiaçı X1 60000 ABŞ dolları məbləğində borc pul alması, cavabdehin həmin pulu 20 iyun 2019-cu il tarixədək iddiaçıya ödəyəcəyi barədə üzərinə öhdəlik götürməsi, lakin iddiaçı tələb etdməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında icra etm ədiyi və hazırki günədək borclu olduğı 60000 ABŞ dolları pulu iddiaçıya qaytarmadığı öz təsdiqini tapmışdır

6. Lakin iddiaçı iddia tələbində cavabdehin 2019-cu ilin iyun ayından bu günə qədər 60000 ABŞ dolları pulu qaytarmamasına görə 1500 ABŞ dolları məbləğində əldən fayda çıxmasını göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və göstərilən bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

7. Cavabdeh 20 iyun 2017-ci il tarixdə 20 iyul 2019- cu il tarixədək qaytarmaq şərti ilə iddiaçı X1 60000 ABŞ dolları borc pul aldığını etiraf etmiş, lakin etirazının əsası kimi həmin 60000 ABŞ dolları borcunu iddiaçıya keçən müddət ərzində əmlakları və şəxsi vəsaiti hesabına tam olaraq ödəməsini və hazırda iddiaçıya hər hansı məbləğdə borcunun qalmamasını təsdiq edən hər hansı sənədi və sübutu məhkəməyə təqdimetməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 385.1, 427.3, 442, 448.1, 448.2, 739.1, 740-cı, Mülki Prossesual Məcəllənin 119, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2558/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2020-ci il tarixli 2(067)-810/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiy i qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehin 2019-cu ilin iyun ayından bu günə qədər 60000 ABŞ dolları pulu qaytarmamasına görə 1500 ABŞ dolları məbləğində əldən fayda çıxmasını göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və göstərilən bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

12. Cavabdeh 20 iyun 2017-ci il tarixdən 20 iyul 2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı 60000 ABŞ dolları borc pul aldığını etiraf etmiş, lakin etirazının əsası kimi həmin 60000 ABŞ dolları borcunu iddiaçıya keçən müddət ərzində əmlakları və şəxsi vəsaiti hesabına tam olaraq ödəməsini və hazırda iddiaçıya hər hansı məbləğdə borcunun qalmamasını təsdiq edən hər hansı sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

15. Cavabdeh kassasiya şikayətindən imtina ərizəsi göndərərək, kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili cavabdehə münasibətdə kassasiya icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirdilər.

17. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

18. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. (maddə 410.1)

19. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. (maddə 410.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından Cavabdeh imtinası qəbul edilməli və Cavabdeh münasibətdə apelyasiya in stansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Cavabdeh münasibətdə kassasiya icraatına xitam verilməlidir.

21. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)2558/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Cavabdeh münasibətdə hazırkı iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar