Məhkəmə qərarları › İş №2(102)-2783/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2783/2019

22.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2783/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyiilə. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: P.A.Hüseynov; 2(006)-2712/2017) İddia qismən təmin edilmiş, 18.09.2013-cü il tari xli, 26R00000 saylı kredit razılaşması üzrə 47629,87 ABŞ dolları əsas borc, 3432,38 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu və 24.10.2014-cü il tarixli,********** saylı kredit razılaşması üzrə 20327,18 ABŞ dolları əsas borc, 1615,06 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, ümumilikdə 73204,49 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödəniş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödəniş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, cəmi 60 manat məbləğində pul cavabdehl ər,Cavabdeh6, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Göyçay rayonu. ******kəndində xüsusi mülkiyyətdə olan 0.139 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli,6 otaqlı, 131,8 kv.m yaşayış, 204 kv.m yardımçı, 335,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi,həmin ipoteka predmetinin ilkin satış qiymətinin 130200 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması,həmin ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 73204,49 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 60 manat məbləği ndə pulun İddiaçı QSC-yə ödənilməsi,qalan məbləğin Cavabdeh1 verilməsi,ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi,ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə istifadə hüququ itirməklə Cavabdeh1 həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin boşaldılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 200 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada alınaraq “X4” MMC-yə ödənilməsi qət edilmişdir. İddia digər hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi) V.Baxışova və V.Həsənov; 2(103)-4113/2018) Cavabdeh1apellyasiya şikayəti rədd olunmuş, Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Rəsulov Raşil Həsən oğlundan, Cavabdeh6 Əsgər qızından, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə *********** saylı kredit razılaşması üzrə 47629,47 ABŞ dolları məbləğində kredit borcu, 3432,38 ABŞ dolları məbləğində faiz borcu, 13325,6 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64387,85 ABŞ dolları məbləğində borcun ********** saylı kredit razılaşması üzrə 20327,18 ABŞ dolları məbləğində kredit borcu, 1615,06 ABŞ dolları məbləğində faiz borcu və 4608,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 26551,17 ABŞ dolları məbləğində borcun ümumilikdə cəmi 90939, 02 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanı yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Göyçay rayonu, ***** kəndində Cavabdeh1 mülkiyyətində olan 0.139 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 131.8 kv. yaşayı ş, 204 kv.m yardımçı, 335.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi həmin əmlakların açıq hərracdan satılması və cəmi 90939,02 ABŞ dolları məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Göyçay rayonu, ****** kəndində Cavabdeh1 mülkiyyətində olan 0,139 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 131.8 kv. yaşayış, 204 kv.m yardımçı, 335.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə və torpaq sahəsinə istifadı hüquqlarının itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, boşaldılması, torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02.09.2011-ci il tarixli ********** saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətt mü qaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.09.2013-cü il tarixli ************** saylı kredit razılaşlması əsasında 84 ay müddətində,aylıq faiz dərəcəsi 0.8333% olmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6300 ABŞ dolları məbləğində kredit götürülmüşdür.Tərəflərin imzaladıqları 04.03.2016-ci il tarixli ********** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəmələri olduğu vəsaitləri 18.07.2016-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15370,13 ABŞ dolları ödəmiş,onun 47629,87 ABŞ dolları məbləğində kredit borcu qalmışdır.Kredit müqaviləsinin 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.01.2017-ci il tarixə 171 gün üçün hesablanmış faiz borcu 3432,38 ABŞ dolları təşkil edir.Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər geciktirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir.05.01.2017-ci il tarixə 171 gün üçün hesablanmış cərimə 13325,6 ABŞ dolları təşkil edir.Bundan başqa,kredit xətti müqavilə si üzrə Cavabdeh1 İddiaçıQSC ilə bağladığı 24.10.2014-cu il tarixli ********** saylı kredit razılaşması əsasında 82 ay müddətinə,aylıq faiz dərəcəsi 0.8333% olmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladığı 02.03.2016-ci il tarixli ********* saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəmələri olduğu vəsaitləri 26.07.2016-cı il tarxdən banka qaytarmanışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2672,82 ABŞ dolları ödəmiş onun 20327,18 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən fa iz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.01.2017-ci i ltarixə 163 gün üçün hesablanmış cərimə 4608,93 ABŞ dolları təşkil edir.Kredit xətt müqavilədi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağlı 27.10.2011-ci il tarixli ************** saylı ipoteka müqaviləsi əsasında Göyçay rayonu ******* kəndində mülkiyyətinə olan 0.1398 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 108.8 kv.m yaşayış 82.8 kv.m yardımçı.186.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşənmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 3№-li reyestr kitabının 36 №-li vərəqində qeydiyyata alınmış və RX ************* №-li çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində Cavabdeh1 mülkiyyətində olan 0.139 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 131.8 kv. yaşayış, 204 kv.m yardımçı, 335.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini n icrasının təmin etmək məqsədi ilə Cavabdeh6, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.Göstərilənlərə əsasən iddianın təmin edilməini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı QSC ilə 02.09.2011-ci il tarixdə *********** saylı kredit xətt müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsi guya ümumi xarakterli olduğundan həmin kredit müqaviləsinin çərçivəsində onunla bank arasında kredit razılaşmaları imzalanmışdır. Lakin girov predmeti və zaminlər kredit razılaşmalarına deyil, ümumi xarakter daşıyan kredit xətti müqaviləsinə qoşulmuşdur. Kredit xətti müqaviləsinə girov predmetinin və zaminlərin birləşdirilməsi hüququn mahiyyətinə və istehlakçıların hüquqla rına ziddir.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307,385,386,402,405,471,477,739 maddələrinin maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması ilə və ya düzgün tətbiq edilməməsi,çıxarılmış məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktları aydınlaşdırılmamış,iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin məhkəmənin qətnaməsində göstərilmiş nət icələrin işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatı Cavabdeh1 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən iş materiallarında olan İddiaçı QSC ilə 02.09.2011-ci il tarixli ************** nömrəli kredit xətti müqaviləsi üzrə ************** saylı 18.09.2013-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 84 ay müddətinə,aylıq faiz dərəcəsi 0,8333% olmaqla 63000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək,müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağa öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arası nda bağlanmış Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 04.03.2016-cı il tarixli ************* №-li sazişdən görünür ki, bank ilə kredit alan arasında 02.09.2011-ci il tarixli ***************** saylı Kredit xətti Müqaviləsi üzrə 18 sentyabr 2013-cü il tarixdə bağlanmış **************** saylı Kredit Razılaşması əsasında kredit alan, kredit Razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri bu Sazişlə əlavə olunan 04 mart 2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq(10.08.2001-ci ilədək) banka ödəməlidir. 18 sentyabr 2013-cü il tarixli kreditin verilməsi üzrə köçürülmədən görünür ki, 18.09.2013-cü il tarixdə Cavabdeh1 İddiaçı QSC-dən 63000 ABŞ dolları məbləğində vəsait götürülmüşdür. 13.02.2017-ci il tarixli 3937 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 26R000003058 saylı 18.09.2013-cü il tarixli Kredit Razılaşması üzrə 05.01.2017-ci il tarixdə 47629,87 ABŞ dolları əsas, 3432,38 ABŞ dolları faiz,13325,6 ABŞ dolları cərimə borcu, cəmi 64387,85 ABŞ dolları borcu vardır. 02.09.2011-ci il tarixli ************** saylı Kredit xətti Müqaviləsi üzrə 24 oktyabr 2014cü il tarixli ********* saylı Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 82 ay müddətinə,aylıq faiz dərəcəsi 0,8333% olmaqla 23000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək,müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağa öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış Kredit razılaşması və Ödəniş planına dəyişiklik edilməsi haqqında 02.03.2016-cı il tarixli 026R***** *****s №-li sazişdən görünür ki, bank ilə kredit alan arasında 02.03.2016-cı il tarixli 26L000000466 saylı Kredit xətti Müqaviləsi üzrə 02 sentyabr 2011-ci il ***************** saylı Kredit Xətti Müqaviləsi üzrə 24 oktyabr 2014-cü il tarixdə bağlanmış 026R********** saylı Kredit Razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri bu Sazişlə əlavə olunan 02 mart 2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq(24.08.2021-ci ilədək) banka ödəməlidir. Daha sonra həmin kredit xətti müqaviləsi üzrə 24 oktyabr 2014-cü il tarixli Kredit Razılaşmasına əsasən İddiaçı QSC təeəfindən Cavabdeh1 82 ay müddətinə aylıq faiz dərəcəsi 0.8333% olmaqla 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddəti 24.08.2021-ci ilədək müəy yən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin hər iki müqavilə üzrə cərimənin miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirərək, ***************** saylı 18.09.2013-cü il tarixli Kredit Razılaşması üzrə cərimənin miqdarı 100 ABŞ dolları məbləğinədək, 026R********** saylı 24.10.2014-cü il tarixli Kredit Razılaşması üzrə cərimənin miqdarı 100 ABŞ dolları məbləğinədək azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka i lə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 739.1-ci mаddəsinə görə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasənİpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması;əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borc alan Cavabdeh1 borc verən İddiaçı QSC qarşısında icra edilməmiş pul öhdəliyi vardır.Cavabdeh kredit müqaviləsi ilə üzrinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutma ipoteka ilə yüklü edi lmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh Raşil Həsən oğlunun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar