Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2783/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili *** oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-**/2019 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(012)*/2019 nömrəli qətnamə si ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 7359F nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 13723 manat məbləğində əsas borcun, 1074 manat məbləğində faiz borcunun, cəmi 14797 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyy ət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 24 manat rüsumun, ümumilikdə 14881 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 8, 201 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 14881 manatın İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(105)-**/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin ed ilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-*/2019 saylı qətnaməsinin İddiaçı ASC-nin apelyasiya şikayəti üzrə ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 ay ərzində boşaldılması və əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulmasına dair iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan *- saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 350 manatın Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı ASC iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 13723 manat məbləğində əsas borcun, 1074 manat məbləğində faiz borcunun, cəmi 14797 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 24 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 8, 201 nömrəli mənzilə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili *** oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi “İpoteka Haqqında” Qanunun 59.3-cü maddəsini düzgün tətbiq etməmiş, həmin maddəyə düzgün qiymət verməmişlər. Belə ki, qanunun həmin maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkin lik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun qeyd olunan maddəsinin imperativ müddəalarından göründüyü kimi, cavabdeh öz evini kreditin qaytarılması üçün girov qoyduğundan həmin evdə onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini 1 ay ərzində tərk etməlidirlər. Məhkəmələr qanunun qeyd olunan maddəsini düzgün tətbiq etməyərək iş üzrə iddia tələbinin yuxarıda qeyd olunan hissəsində təmin etməyərək düzgün nəticəyə gəlməmişlər. İddiaçı ASC-nin iddia tələbi ipoteka predmeti satıldıqdan so nra mənzilin 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması şəklindədir. Bu şəkildə tələbin hazırki mərhələdə qoyulması tamamilə qanuni və əsaslıdır. Əks halda, iddiaçı bankın hüquqları pozulmuş olur, çünki hazırki mərhələdə iddia tələbinin təmin olunmaması Azərbaycan Respublikası MPM-nin 153.2.2 və 261.0.2-ci maddələrinin tələbləri baxımından gələcəkdə eyni məsələ ilə bağlı iddianın irəli sürülməsini istisna edir. Göründüyü kimi, məhkəmələr işə baxarkən “İpoteka haqqında” qanunun 59.3-cü maddəsini və Mülki Məcəllənin 319.6-cı maddəsini düzgün tətbiq etməyərək və iddia ərizəsində göstərilən ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması hissəsində bankın tələbininin təmin olunmamasına düzgün hüquqi qiymət verməyərək maddi hüquq pozuntusuna yol vermişlər. Azərbaycan Respublikası MM-nin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərindən də göründüyü kimi, bank tərəfindən verilmiş iddia ərizəsi əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması hissəsində də təmin olunmalıdır. Bundan başqa, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. Məhkəmə daşınmaz əmlakın ilkin satış qiymətini ipoteka müqaviləsində qeyd olunan qiymətə uyğun müəyyənləşdirərkən nəzərə almamışdır ki, həmin evin istismarı nəticəsində qeyd olunan əmlakın dəyəri aşağı enir. Bununla apelyasiya instansiyası məhkəməsi “İpoteka Haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ekspert rəyində göstərilən qiymət ilkin satış üçün çox yüksəkdir və ipoteka predmetinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsinə dair zərurət yaranmışdır. Bundan başqa, qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 88 və 218.1-ci maddəsinin də tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-**/2019 nömrəli qətnaməsinin qismən, evin 1 ay ərzində boşaldılması barədə iddianın təmin edilməməsi hissəsində, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulmasına dair iddianın təmin edilməməsi hissəsində və ipoteka predmeti olan əmlakın dəyərinin 60000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili *** oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpot eka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni mənzilə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış mənzili könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və mənzilin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni mənzil satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması hissəsinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 319.6-cı maddəsinə görə bu Məcəllənin 319.1319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xüsusi mülkiyyət hü ququ əsasında Cavabdeh2 məxsus *- saylı mənzilinin qiyməti 53.300 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xx xxxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, *- saylı mənzilin bazar dəyəri 60.000 manat təşkil edir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcu isə 14797 manatdır. Göründüyü kimi, ipoteka predmetinin dəyəri kredit müqaviləsi üzrə borcdan 4 dəfə çoxdur. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulmasına dair iddianın təmin edilməməsinə dair hissəsi qanuni və əsaslıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipotek a predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəf indən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, *- saylı mənzilin bazar dəyəri 60.000 manat təşkil edir. Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8 saylı evin 201 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apelyasiya kollegiyası hazırki kasasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddianın təmin edilməyən hissələri ilə bağlı düzgün hüquqi mövqedə olmuş və mövqeyini maddi hüquq normalarının tələblərinə riayət etməklə əsaslandırmış, “İpoteka haqqında” Qanunun 59.3cü və Mülki Məcəllənin 319.6-cı maddələrini mübahisə üzrə düzgün tətbiq etmişdir. İddiaçının ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyi ilə yüksək müəyyən edildiyini, əmlakın istismarı nəticəsində dəyərinin dəyərinin aşağı düşməsini bildirsə də, ekspert rəyinin qeyri-mötəbərliyini müəyyən edəcək hər hansı sübutu kasasiya şikayətinə əlavə edə bilməmişdir. Prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilə gəldikdə isə bildirilməlidir ki, kasasiya yoxlaması zamanı həmçinin apelyasiya kollegiyası tərəfindən hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul et diyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məc əllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-**/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2783/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2783/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver