Məhkəmə qərarları › İş №2(102)-2783/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2783/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2783/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş ziyanın ödənilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-339/2022 nömrəli, 12 yanvar 2022-ci i l tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Sərdar oğlu (bundan sonra – cavabdeh) 23 mart 2020-ci il tarixində, saat 22-20 radələrində idarə etdiyi VOLKSWAGEN POLO minik markalı 99 VJ-484 dövlət qeydiyyat nişanlı avtomobilli Azadlıq prospektində iddiaçının etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur.

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-cu il tarixli qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cavabdehin əməllərində cinayət tərkibi olmadığına görə barəsində cinayət işi başlanması rədd edilmişdir. 3. "xxxx" MMC tə rəfindən verilmiş xx.xx.2020-cü il tarixli Qüsur aktından görünür ki, «Nissan Sunny» markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə 14988,60 manat ziyan dəymişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 14988.60 (on dörd min doqquz yüz səksən səkkiz manat altmış qəpik) zərərin, 200 (iki yüz) AZN, 30 (otuz), 44 (qırx dörd) AZN və 30(otuz) AZN dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 mart 2020-ci ildə Nərimanov rayonu, M.Nərimanov küçəsində toqquşma hadisəsi baş vermişdir. Həmin hadisədə cava bdehin idarə etdiyi "VOLKSWAGEN POLO-minik" markalı, 99VJ484 dövlət qeydiyyat nişanlı, özünə məxsus maşınla onun idarə etdiyi "NİSSAN SUNNY” minik markalı maşına çırpmışdır. Bundan sonra həm VOLKSWAGEN POLO-minik" markalı maşın, həm onun idarə etdiyi maşın digər maşınlara dəymiş, beləliklə ortada 6 maşına zərər dəymişdir. Bundan sonra Nərimanov Rayon Polis İdarəsində təhqiqatçı X1 icraatına verilmiş, HK1/253 sıra sayı altında qeydə alınmışdır. Təhqiqatçı bu qədər şəxsə zərər dəyməsinə baxmayaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək, işi İXM-nin 333.3-cü maddəsi olduğuna aid qərar qəbul etmişdir. Lakin ona dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Beləliklə ona 15000 manata qədər zərər dəymişdir. Dəfələrlə Zaurla həm təhqiqatçının vasit əsilə həm də özü danışsa da ona dəymiş zərəri bugün sabah verəcəm deyərək uzatmış, nəhayət verməkdən boyun qaçırmışdır. “Nə istəyirsiniz edin” deyərək ona dəymiş zərərin ödənilməsindən boyun qaçırdır. "Nurgun Motors"dan Qüsur aktının alınması üçün 200 (ikiyüz) azn rüsum ödəniş etmişdir (qəbzin surətini göndərir). 30 (otuz) azn Evakuatr xərci ödəmiş, 44(qırx dörd) azn isə DİN BDYP-yə birdəfəlik dayanacaq haqqı ödəniş etmişdir. Təhqiqtaçının qəbul etdiyi qərarda göstərilir ki, Cavabdeh idarə etdiyi "VOLKSWAGEN POLO-minik" markalı, 99VJ484 dövlət qeydiyyat nişanlı maşın onun özünə məxsusdur.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, 5 avtomobilə zərər vurulmuşdur. Sağaldıqdan sonra bütün zərərçəkmiş şəxslərlə görüşmüşdür. Q ohumu avtomobil təmiri və servisi mərkəzi işlətdiyindən bütün zərər vurduğu avtomobilləri qohumunun avtomobil təmiri və servisi mərkəzində təmir etdirmişdir. Nəticədə həmin şəxslərlə aralarında heç bir mübahisə olmamış, lakin iddiaçıya onun avtomobilini öz hesabına təmir etmək təklifi verdikdə o, öz növbəsində imtina etmiş və təmir üçün nəzərdə tutulmuş məbləğdən daha yüksək olan qiymət bildirməklə zərərin əvəzini tələb etmişdir. Cavabdehin avtomobilini təmir etmək öhdəliyini üzərinə götürə biləcəyini, lakin şişirdilmiş məbləğdə ödəniş etməyəcəyini bildirmiş. Hadisə baş verdikdən sonra avtomobil satılmış və nəticədə müəyyən olunur ki, iddiaçının heç bir maddi sübutu yoxdur.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.İ.Ədilova) (bundan sonra – birinci instansiya məhkəməsi) 05 no yabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia tələbinin əsasını onun etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilə dəyən ziyanın ödənilməsi təşkil edir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Nissan Sunny markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, onu yalnız etibarnamə əsasında idarə etmişdir. Ona görə də iddiaçının ziyanın ödənilməsi tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır

10. Məhkəmə öz mövqeyini M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Mə hkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla hesab etmişdir ki, iddiaçının ziyanın ödənməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya icraatı zamanı iddiaçının tərəfindən avtomobilin mülkiyyətçisi X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il t arixli rəyinə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə nəzəri hesablama yolu ilə "xxxx" şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Sunny” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12465,0 manat müəyyən edilmiş, məhkəmə-avtotexniki ekspertizası üzrə isə nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunmuşdur ki, baxış zamanı nəqliyyat vasitəsinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vas itələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələrinin ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-339/2021 saylı mülki iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 12465(on iki min dörd yüz altmış beş) manat maddi zərərin və 30(manat) dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçının etibarnamə əsasında idarə etdiyi, üçüncü şəxs X2 mülkiyyətində olmuş avtomobilə zərər vurması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı irə li sürməyə subyektiv hüququnun yaranmadığını əsas gətirərək iddianı rədd etmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçının avtomobilin mülkiyyətçisi olmadığını bildiyi halda, nə mülkiyyətçini üçüncü şəxs kimi işə cəlb etmiş, nə də həmin dövrdə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçıya onu əsl iddiaçı ilə əvəz edilməsini təklif etməmiş, başqa sözlə iddiaçının belə bir əvəz edilməyə razı olub-olmamasını müəyyənləşdirməmişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsinə göndərdiyi etirazda ekspertiza rəyi ilə müəyyən edilən zərərin məbləğini də qəbul etməmiş, göstərmişdir ki, iddiaçı avtomobili hadisədən dərhal sonra 3500 manata satıb, ona görə də qətnamədə bunun göstərilməsini istəmişdir ki, gələcəkdə avtomobilin mülkiyyətçisi ona qarşı iddia q aldırarsa 12465 manat yox, 8965 manat pul tələbini mübahisələndirsin. Etirazda göstərdiyi bu dəlil əsaslı ola bilməz. Çünki, yol nəqliyyat hadisəsindən dərhal sonra avtomobil 3500 manata satılsa da, 2012-ci il buraxılışı olan zərər dəymiş avtomobilin dəyəri əlbəttə ki, hadisə baş verməmişdən əvvəl 3500 manat olmamışdır. Demək, yararsız vəziyyətə düşdüyü üçün dəyəri azalmış və həmin qiymətə satılmışdır. Ekspertiza rəyinin əsaslandırıcı hissəsindən görünür ki, avtomobilin 2012-ci ildən 2020-ci ilədək istismarda olduğu nəzərə alınmış, dəyişilməli hissələrin dəyəri olan 12524 manat köhnəlmə faizi tətbiq etməklə 9035 manatadək azaldılmış, təmir-bərpa işlərinin qiyməti isə 3430 manat olmuşdur. Göstərilənlərə baxmayaraq, cavabdeh özü də zərərin məbləği barədə hansısa sübutu məhkəməyə təqdim etməm işdir. Çünki, bəyan etdiyi bu halı sübut etmək yükü artıq onun üzərinə düşür, o, isə istinad etdiyi halları sübut edə bilməmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı idi. Lakin, apellyasiya instansi ya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən heç bir əsas olmadan kənara çıxaraq öz mülahizəsi əsasında qətnamə qəbul etmişdir. İşin danılmaz faktiki halından da görünür ki, iddiaçı mülkiyyətçi olmadığı təqdirdə iddia qaldırmış, apellyasiya instansiya məhkəməsi isə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmamasını yoxlamadan heç bir mötəbər sübuta söykənməyən qətnamə çıxarmışdır. Hazırkı işdə baş vermiş yolnəqliyyat hadisəsində maddi ziyan iddiaçıya deyil, mülkiyyətçi X3 dəymişdir. Odur ki, ziyanın ödənilməsini tələb etmək hüququ iddiaçıya deyil, X3 məxsusdur. Mübahisələndirilən hal zərərin məbləği yox, iddiaçının zərəri tələb etməyə subyektiv hüququnun olub-olmamasıdır. Apellyasiya instansiya məhkəməsi ən azından gəldiyi nəticəyə görə gələcəkdə t ərəflər arasında yaranan problemləri nəzərə almalı idi. İşin obyektiv, qanunvericiliyin tələblərinə uyğun araşdırmaqla qətnamə qəbul edilməli idi. Avtomobilin mülkiyyətçisi X4 iddia qaldırmayacağını bildirmədən özü iddia ilə məhkəməyə müraciət etməli idi. Onun razılığı ilə digər şəxsin buna subyektiv hüququ olmaya-olmaya iddia qaldırması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, ekspertiza keçirilmiş, nəyin ekspertizasının aparıldığı məlum olmamışdır

19. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1 21.2-ci maddələrinə, “Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılması na dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli və “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyul 2015-ci il tarixli Qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərər in əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsi n şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-339/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar