Məhkəmə qərarları › İş №2(102)-2785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2785/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2785/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2785/2019 17 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli 2(103)11694/2018 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-606/2018) ləğv prossesində olan İddiaçı Əmanə tlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddiası qismən, Cavabdeh qarşılıqlı iddiası isə təmin edilərək Cavabdeh cəmi 9284,21 ABŞ dollarının manatla tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh “xxxx” ASC-də olan hesablarındakı pul vəsaitlərinə yönəldilməsi və qalan borcun Cavabdeh tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın həll edilməsi hissəsində ləğv edilərək borcun əvəzləşdirilməsi tələbinə dair Cavabdeh qarşılıqlı id diası üzrə mülki işin icraatına xitam verilmiş və Cavabdeh göstərilən tələblə bankın ləğvedicisinə, bundan sonra yarana biləcək mübahisə ilə bağlı isə ləğvetmə prosesinə nəzarət edən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmmişdir. İşin halları: 11 mart 2015-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka 19.663,01 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borcludan tutulması və tutmanın Cavabdeh bankdakı depozit hesabında olan vəsaitə yönə ldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək 11 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasının onun bankdakı pul əmanətlərinə yönəldilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək qərardadın qarşılıqlı tələblərin əvəzləşdirilməsi imkanını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540, 543, 545-ci maddələrinin tələblərinin nəzərə alınmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş dir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə dair hissədə qətnaməni ləğv edib həmin hissədə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsaslanmışdır. Həmin qərara görə müflis elan olunmuş bankın ləğvetmə proseduranda bankın kreditorlarının banka qarşı tələb irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, “Banklar haqqında” qanunun qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Konstitusiya məhkəməsinin Plenumu hesab edir ki, iflas prossesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlər mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Kollegiya işin yu xarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar