Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2785/2020 28.10.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi və vəkili X9 oğlunun, Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, X nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim F.Əliyev) xx xxxxxx 2019-cu i l tarixli, xnömrəli qətnaməsi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, Xsaylı baş kredit razılaşması, xx xxxx 2013-cü il tarixli, xsaylı və xx xxxxxxx 2014-cü il tarixli x saylı kredit müqavilələri ləğv edilib, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli, xsaylı kredit müqaviləsi üzrə 231.415,17 ABŞ dolları əsas borc, 23.164,07 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 255,079,21 ABŞ dollarının və xx xxxxxxx 2014-cü il tarixli, x saylı kredit müqaviləsi üzrə 634.778,34 ABŞ dolları əsas borc, 61.227,93 ABŞ dol ları faiz borcu və 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 696.706,27 ABŞ dolları məbləğlərində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 1275.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə və Cavabdeh1 məxsus xxx, 10/53 ünvanında xüsusi mülkiyyətdə olan 0.0832 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 237.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 1275.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 650.000 manat, xxx, 10/53 ünvanında xüsusi mülkiyyətdə olan 0.0832 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 237.3 kv.m olan fərdi yaşayış evinin ilkin satı ş qiymətinin 375.000 manat müəyyən edilməsi, əmlak kompleksinin və fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlak kompleksinin və fərdi yaşayış evinin satışından əldə olunan cəmi vəsaitdən 255,079,21 ABŞ dolları və 696.706,27 ABŞ dolları məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan xxx, 10/53 ünvanında olan 0,0832 ha torpaq sahəsi və onun üzərində yerləşən 237,3 kv.m ümumi, 80.9 kv.m yaşayış, 156.4 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin (X5, Cavabdeh4, Cavabdeh5) yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıq da həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın və bildirişlərin qeydə almması üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və Z.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2303/19 nömrəli qətnaməsi ilə Cavabdeh1 verdiyi apelyasiya şi kayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, xsaylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanması, Ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manat pul Cavabdeh1 alınıb X2 hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bununla belə, kassasiya baxışında “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi və vəkili Əsgər Kərimov, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Ağazahid Qulamov ərizə təqdim edərək, tərəflərin öz aralarında barışığa gəldiklərini bildirmiş, bağladıqları xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və işin ictraatına xitam verilməsini xahiş etmişlər. Məhkəm əyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “1. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair xsaylı mülki işə baxılır. 2. “Bank” ilə “borclu” arasında bağlanmış xx.xx.2013-cü il tarixli Xsaylı və xx.xx.2014-cü il tarixli X saylı “Kredit müqaviləsi” üzrə “borclunun” xx xxx 2020-ci il tarixə Banka borcu aşağıdakı kimi müəyyən olunmuşdur: 866.414,48 ABŞ dolları məbləğində əsas borc, 84.392,00 ABŞ dolları məbləğində faiz borcu və 22.813,00 ABŞ dolları məbləğində cərimə, cəmi 973.619,48 (doqquz yüz yetmiş üç min altı yüz o n doqquz, 48) ABŞ dolları məbləğində borc. 3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən 973.619,48 ABŞ dolları, 1 ABŞ dolları = 1,70 AZN məzənnəsi ilə manata konvertasiya edilir və 1.655.153,12 AZN məbləğində müəyyən olunur. “Borclu” həmin məbləğin 1.472.904,62 AZN olan hissəsindən Saziş imzalandıqdan dərhal sonra bu Saziş qüvvəyə mindiyi gün silinəcək olan 100.000 (bir yüz min) AZN həcmində vəsaiti ödəyir, qalıq 1.372.904,62 AZN olan hissəsi isə qrafikə uyğun olaraq 60 (altmış) ay müddətində ilk 12 (on iki) ay ərzində hər ayın 27-dən gec olmayaraq aylıq 20.000 AZN, növ bəti 48 ay üzrə isə illik 10 (on) faiz hesablanaraq hər ay 28.733,39 AZN-dən az olmayaraq ödənilir. Bununla da, “Borclu”nun “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq. “Bank” “Borclu”ya bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaqdır. 3.2. “Borclu” bu Sazişlə müəyyən olunmuş borcu 1.472.904,62 AZN (bir milyon dörd yüz yetmiş iki min doqquz yüz dörd, 62) AZN məbləğində vəsaiti ilk 12 ay müddətində tam ödədiyi təqdirdə, bu Sazişin 3.1-ci bəndində göstərilən hərəkətlər “Bank” tərəfindən təmin olunur (faizin hesablanmaması, arayışın verilməsi və ipoteka predmetlərinin yüklülükdən azad olunması).
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclu” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icras ını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz olmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclu”dan 1.655.153,12 (bir milyon altı yüz əlli beş min bir yüz əlli üç, 12) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. İpoteka predmetləri ünvan 3 ünvanında istifadədə olan 0.13324 ha torpaq sahəsində yerləşən, 1257,8 kv.m. ümumi, 1218,5 kv.m. əsas, 57,3 kv.m. yardımçı sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti 318.000 (üç yüz on səkkiz min) manat və xxx, 10/53 ünvanında xüsusi mülkiyyətdə olan 0.0832 ha torpaq sahəsində yerləşən, 237,3 kv.m. ümumi, 80,9 kv.m. yaşayış, 156,4 kv.m. yardımçı sahəsi olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) m anat müəyyən edilməklə daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclu”nun “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissə isə “ipoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclu”ya məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borca yönəldilir. 5. “Borclu” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qay dada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onun bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və girov müqavilələrinə xitam veriləcəkdir. 6. “Borclu” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.”
7. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.
8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasın ı tələb etmək hüququ verir.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir.
11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.” Məhkəmə iclasında iştirak edən “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi və vəkili X9 oğlu və cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili X1 təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər, mübahisəni barışıqla həll edərək, sazişin təsdiq olunması və işin icraatına xitam verilməsi barədə ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifa dələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazi şini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olar aq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2303/2019 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2303/2019 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış: “1. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair xsaylı mülki işə baxılır. 2. “Bank” ilə “borclu” arasında bağlanmış xx.xx.2013-cü il tarixli X saylı və xx.xx.2014-cü il tarixli X saylı “Kredit müqaviləsi” üzrə “borclunun” xx xxx 2020-ci il tarixə Banka borcu aşağıdakı kimi müəyyən olunmuşdur: 866.414,48 ABŞ dolları məbləğində əsas borc, 84.392,00 ABŞ dolları məbləğində faiz borcu və 22.813,00 ABŞ dolları məbləğində cərimə, cəmi 973.619,48 (doqquz yüz yetmiş üç min altı yüz on doqquz, 48) ABŞ dolları məbləğində borc. 3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən 973.619,48 ABŞ dolları, 1 ABŞ dolları = 1,70 AZN məzənnəsi ilə manata konvertasiya edilir və 1.655.153,12 AZN məbləğində müəyyən olunur. “Borclu” həmin məbləğin 1.472.904,62 AZN olan hissəsindən Saziş imzalandıqdan dərhal sonra bu Saziş qüvvəyə mindiyi gün silinəcək olan 100.000 (bir yüz min) AZN həcmində vəsaiti ödəyir, qalıq 1.372.904,62 AZN olan hissəsi isə qrafikə uyğun olaraq 60 (altmış) ay müddətində ilk 12 (on iki) ay ərzində hər ayın 27-dən gec olmayaraq aylıq 20.000 AZN, növbəti 48 ay üzrə isə illik 10 (on) faiz hesablanaraq hər ay 28.733,39 AZN-dən az olma yaraq ödənilir. Bununla da, “Borclu”nun “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq. “Bank” “Borclu”ya bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaqdır. 3.2. “Borclu” bu Sazişlə müəyyən olunmuş borcu 1.472.904,62 AZN (bir milyon dörd yüz yetmiş iki min doqquz yüz dörd, 62) AZN məbləğində vəsaiti ilk 12 ay müddətində tam ödədiyi təqdirdə, bu Sazişin 3.1-ci bəndində göstərilən hərəkətlər “Bank” tərəfindən təmin olunur (faizin hesablanmaması, arayışın verilməsi və ipoteka predmetlərinin yüklülükdən azad olunması).
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclu” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz olmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclu”dan 1.655.153,12 (bir milyon altı yüz əlli beş min bir yüz əlli üç, 12) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. İpoteka predmetləri ünvan 3 ünvanında istifadədə olan 0.13324 ha torpaq sahəsində yerləşən, 1257,8 kv.m. ümumi, 1218,5 kv.m. əsas, 57,3 kv.m. yardımçı sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti 318.000 (üç yüz on səkkiz min) manat və xxx, 10/53 ünvanında xüsusi mülkiyyətdə olan 0.0832 ha torpaq sahəsində yerləşən, 237,3 kv.m. ümumi, 80,9 kv.m. yaşayış, 156,4 kv.m. yardımçı sahəsi olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilməklə daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada b oşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclu”nun “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissə isə “ipoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclu”ya məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borca yönəldilir. 5. “Borclu” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onun bu Sazişin 2-ci bəndində qey d edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və girov müqavilələrinə xitam veriləcəkdir. 6. “Borclu” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.”
7. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.
8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birind ə bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir.
11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.” məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.