Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2785/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Hüseynli Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 15.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Hüseynli Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2722/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 07.06.2013-cü il tarixli, K0791 saylı kredit müqaviləsi ilə “xxxx” ASC ilə Hüseynli Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Hüseynli Cavabdeh 18 ay müdətinə 50000 manat məbləğində kredit götürmüşdür. 07.06.2013-cü il tarixli, İ0443 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC ilə X6 arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kredit alan Hüseynli Cavabdeh bank qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X3 məxsus əmlak- yaşayış sahəsi bankın xeyrinə yüklü edilmişdir. Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Hüseynli Cavabdeh ilə “xxxx” ASC arasında verilmə tarixi 12.06.2013-cü il, bitmə tarixi 07.12.2014-cü il olan kr edit müqaviləsi bağlanmış, Hüseynli Cavabdeh 50000 manat kredit götürərək heç bir gecikmə olmadan krediti ödəmişdir. Həmçinin həmin çıxarışdan görünür ki, Hüseynli Cavabdeh ilə “xxxx” ASC arasında yenidən verilmə tarixi 22.07.2014-cü il, bitmə tarixi 21.07.2016-ci olan kredit müqaviləsi bağlanmış, Hüseynli Cavabdeh 50000 manat kredit götürərək heç bir gecikmə olmadan krediti ödəmişdir. Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışda qeyd olunmuşdur ki, Bakı şəhər Vergilər Departamaneti tərəfindən verilmiş bu arayış Hüseynli Cavabdeh dair (VÖEN **********) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, “Binə” Ticarət Mərkəzi, 7A-4-66 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin) adı paltar mağazasıdır. Uçota alınma tarixi 02.08.2011-ci ildir. “xxxx” ASC-yə məxsus 70085, 72424, 75188, 78232, 101728, 97300, 90091, 83952, 86830 saylı qəbzlərdən görünür ki, Hüseynli Cavabdeh götürdüyü kreditə görə İddiaçı hər dəfə 3160 manat banka ödəniş etmişdir. Azərbaycan Kredit Bürosundan çıxarışdan məlum olur ki, Hüseynli Cavabdeh “xxxx” ASC ilə ikinci dəfə 22.07.2014-21.07.2016-cı il tarixləri əhatə edən, kreditin məbləği 50000 manat olan kredit müqaviləsi bağlamış və bu müqaviləni heç bir gecikmə olmadan özü tam şəkildə ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynli Cavabdeh 28840 mana tın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh Hüseynli Cavabdeh 34463 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə cavabdeh Hüseynli Cavabdeh arasında bağlanmış 07 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Hüseynli Cavabdeh 50000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq onun anası X1 mülkiyyətində olan Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən 116 saylı evin, 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə arasında olan razılığa əsasən anasının mənzili s atılmasın deyə və həm də cavabdeh onun bacısının həyat yoldaşı olduğu üçün banka olan kredit borcunun bir qismi onun tərəfindən ödənilmişdir. Onun ödədiyi pulların qaytarılmasını cavabdeh gecikdirmiş, lakin ödəyəciyini bildirmişdir. Bacısına görə cavabdehə vaxt vermişdir ki, ailəsində problemlər yaranmasın. Cavabdehin əvəzinə banka 07.10.2013-cü il tarixdə 3160 manat, 04.11.2013-cü il tarixdə 3160 manat, 04.12.2013-cü il tarixdə 3160 manat, 07.01.2014-cü il tarixdə 3160 manat, 07.03.2014-cü il tarixdə 3160 manat, 07.04.2014-cü il tarixdə 3160 manat, 06.05.2014-cü il tarixdə 3160 manat, 04.07.2014-cü il tarixdə 3160 manat, 07.08.2014-cü il tarixdə 3160 manat olmaqla cəmi 28840 manat ödəmişdir. Bu məbləğlərdən başqa 02.12.2014-cü il tarixdə 3151 manat və 22.12.2014-cü il tarixdə isə 2472 man at ödəniş etmişdir. Abşeron rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-1992/2019) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə bağlanmamış və tərəflər qarşılıqlı olaraq hər hansı öhdəlik daşımamışdır. Belə bir müqavilə olmadığı üçün cavabdeh Hüseynli Cavabdeh İddiaçı tərəfindən ödədiyi iddia olunan pul məbləği ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Bundan əlavə iddiaçı qəbzlərdən başqa hər hansı mötəbər sübut təqdim etməmiş, qəbzlərdə qeyd olunan məbləğləri ödəməyə imkan verən hər hansı gəlirinin olmasını əsaslandıra bilməmişdir. Bu da onu göstərir ki, cavabdeh Hüseynli Cavabdeh gəlirləri vasitəsilə krediti ödəmək qabiliyyətinə malik olmuşdur. Bu ndan əlavə məhkəmə iclasında tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Heybətov X4 Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ-da yerləşən “Binə” Ticarət Mərkəzində sıra 7A, korpus 4, dükan 66 nömrəli mağazada Cavabdeh Hüseynlinin işçisi olmuş, bu fakt məhkəmədə mübahisə predmeti olmamış, yəni iddiaçı tərəf bunu mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Hüseynli Cavabdeh işçisi olduğu, yəni cavabdehin verdiyi əmək haqqı müqabilində işlədiyi bir halda, hər ay 3160 manat olmaqla, ümumilikdə 34463 manat pulun Hüseynli Cavabdeh əvəzinə banka ödəməsi inandırıcı deyildir və məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı belə bir imkana malik olması ilə bağlı hər hansı bir sübut müəyyən edilm əmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Hüseynli Cavabdeh etiraz ərizəsində iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə imtina edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hər hansı müqavilə öhdəlikləri olmadığından, tələb mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilmədiyindən iddia tələbi həmin əsasla rədd edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-735/2020) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərə k iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 34063 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Ə.Hüseynlinin 07.06.2013-cü il tarixli, K0791 saylı kredit müqaviləsi əsasında “xxxx” ASC-dən 18 ay müdətinə 50000 manat məbləğində kredit götürməsi, kreditin təminatı olaraq 07.06.2013cü il tarixli, İ0443 saylı ipoteka müqaviləsi ilə X2 mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, ev 116, mənzil 30-un bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, X2 iddiaçının anası, cavabdehin qayınanası olması, iddiaçının 70085, 72424, 75188, 78232, 101728, 97300, 90091, 83952, 86830, 118555, 122202 saylı saylı qəbzlərlə cavabdehin götürdüyü kreditə görə banka ödəniş etməsi işin mübahisələndir ilməyən haldır. İşin mübahisəli halı iddiaçının ödədiyi pulların kimə məxsus olmasıdır. Hər iki tərəf ödənilmiş pulların özlərinin vəsaiti olduğunu bildirmişlər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qəbzlərdə qeyd olunan məbləğləri ödəməyə imkan verən hər hansı gəlirinin olmasını əsaslandıra bilməməsini göstərərək, sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla səhvə yol vermişdir. Əvvəla, İddiaçı cavabdeh Ə.Hüseynlinin əvəzindən banka ödəniş etməsi barədə 11 ədəd qəbz təqdim etmiş, həmin qəbzlərdə pul ödəyənin İddiaçı, alanın Ə.Hüseynli olması və pulun kreditin ödənişi üçün ödənilməsi qeyd edilmişdir. Həmin qəbzlərin əsli olmaqla, iddiaçıda olmuş və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir. Buna görə də bir halda ki, qeyd edilən qəbzlərdə pulu ödəyənin İddiaçı olması qeyd edilib və həmin qəbzlərin əsli də iddiaçıda olub, belə olan halda ödənilən pulların İddiaçı məxsus olması prezumpsiyası vardır. Bunun əksini, yəni İddiaçı ödədiyi pulların ona deyil, özünə məxsus olmasını isə artıq cavabdeh sübut etməlidir. Cavabdeh isə belə bir sübut təqdim etməmiş, ödənilən pulların öz pulu olmasını birldirsə də, dediyi bu xüsusatları hər hansı yazılı sübutla təsdiq edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bundan başqa, birinci instansiya məhkəməsi borcun ödənilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanmamasını, belə bir müqavilə olmadığı üçün cavabdeh Hüsey nli Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik daşımamasına da istinad etmişdir. Tərəflər arasında yazılı müqavilə olmasa da, iddiaçının cavabdehin əvəzinə pul ödəməsi işin mübahisə edilməyən haldır. İddiaçının cavabdehin əvəzindən pul ödəməsi faktı özü-özlüyündə tərəflər arasında belə bir razılığın və öhdəlik münasibətlərinin olmasını ehtiva və təsdiq edir. Kassasiya instansiyası məhkməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və İ.Xəlilov, iş № 2(102)-4232/2020) cavabdeh Hüseynli Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-735/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi lə ğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçının 07.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 22.12.2014-cü il tarixdə olmaqla, cəmi 34063 manat ödəniş etmişdir. İddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə 01.04.2019-cu il tarixdə müraciət etmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə təmin olunmasını Mülki Məcəllənin əsassız varlanma hüquq münasibətlərini tənzimləyən 1091.1 və 1092.1 maddələrinə istinadla əsaslandırmış və cavabdehin iddiaçının həmin məbləğdə əmlakı hesabına əsassız varlandığı qənaətinə gəlmişdir. Lakin ap elyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin tətbiq edilməli olan 1095-ci maddəsini tətbiq etməmişdir. Həmin maddəyə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, istinad olunan normada əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə verib-verməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmməd ov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-2722/2020) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)-1992/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Hüseynli Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən görünür ki, İddiaçı cavabdeh Hüseynli Cavabdeh əvəzindən banka ödəniş etməsi barədə məhkəməyə 11 ədəd qəbz təqdim etmiş, həmin qəbzlərdə pul ödəyənin İddiaçı, alanın Hüseynli Cavabdeh olması və pulun kreditin ödənişi üçün ödənilməsi qeyd edilmişdir. Bu qəbzləri n əsli iddiaçıda olmuş və onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda, ödənilən vəsaitin iddiaçıya məxsus olması şübhə doğurmur və bunun əksini sübut etmək isə artıq cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh Hüseynli Cavabdeh əvəzinə banka 34063 manat ödəməsi öz təsdiqini tapmışdır. Hazırki mübahisə üzrə cavabdeh Hüseynli Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 07.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişi 22.12.2014-cü il tarixdə etmiş, lakin hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 01 aprel 2019-cu il tarixdə müraciət etmişdir. Apellyasiya ins tansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 01 aprel 2019-cu il tarixdə, yəni sonuncu ödənişdən 4 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X5) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2722/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xah iş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2722/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiy a şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öh dəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qü vvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya inst ansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “....İddiaçı 07.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişi 22.12.2014cü il tarixdə etmiş, lakin hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 01 aprel 2019cu il tarixdə müraciət etmişdir. İddiaçı 01 aprel 2019-cu il tarixdə, yəni sonuncu ödənişdən 4 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmi şdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2722/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2785/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2785/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver