Məhkəmə qərarları › İş №2(102)-2786/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2786/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2786/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 09 aprel 2015-ci il t arixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı LPO "xxxx" KB QSC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 % ödəmək şərti ilə 7.250 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-yə 5.361 manat 85 qəpik əsas borcu, 5.809 manat 43 qəpik faiz, 7.074 manat 87 qəpik cərimə, 747 manat 40 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16.093 manat 55 qəpik borcunun olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsi üzrə 5.361,85 manat əsas borc, 5.809,4 3 manat faiz, 7.074,87 manat cərimə, 747,40 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16.093,55 manat məbləğində pul vəsaiti və ödənilmiş 138,28 manat dövlət rüsumunun Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında 09 aprel 2015-ci il tarixli 1xx/xx/101265/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 24 faiz dərəcəsi ödənilməsi şərti ilə 48 ay müddətinə 7.250 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 5.361,85 manat əsas borc, 5.809,43 manat faiz, 7.07 4,87 manat cərimə, 747,40 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16.093,55 manat borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur

5. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022- ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsa sən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh müqavilə müddəti bitən, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 6.248,73 manat; faiz üzrə 4.718,30 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, müqavilə müddətindən sonra illik 5 %-lə maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 5.360,98 manat; faiz üzrə 4.718,30 manat. Gecikdirilmiş vaxt üçün hesablanmış faiz 741,35 manat təşkil edir.

7. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin (hakim Kamran Əsədov) e-2(002)1282/2022 saylı, xx.xx.2022-ci il tarixli qətn aməsi ilə, iddia qismən təmin edilmiş, 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.360,98 manat əsas borc, 4.718,30 manat faiz, 400 manat cərimə, 741,35 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 11.220,63 manat kreditin Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh müqavilə üzrə LPO "xxxx" KB QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

9. Xəbərdarlıq məktubundan görünür ki, LPO "xxxx" KB QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, ək s təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.

11. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

12. Məhkəmə hesab etmişdir ki, 400 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur.

13. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qey d olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Həmçinin ekspert rəyindən göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc 5.360,98 manat, faiz isə 4.718,30 manat təşkil etmişdir.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 467-cı maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətdə, Mülki Məcəllənin 467-ci, Mülki Prosessual Məcəllənin 9, 14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əsas borc, fai z borcu, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz düzgün hesablanmamış, artıq hesablanmışdır. Bu səbəbdən də təkrar ekspertiza keçirilməsi zəruridir. Həmçinin, iddiaçı LPO "xxxx" KB QSC Cavabdeh ilə aralarındakı müqavilənin müddəti bitənədək ona heç vaxt xəbərdarlıq göndərməmiş, 09 aprel 2019-cu ildə kredit müddəti bitməsinə baxmayaraq, kredit öhdəliyinin icrasını uzun müddət tələb etməmiş, müvafiq iddia ilə məhkəməyə yalnız 06 aprel 2022-ci ildə müraciət etmişdir. LPO "xxxx" KB QSC-nin iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin kredit götürdüyü gündən bir neçə ay sonra pozulduğunu qeyd etmiş olsa da, cavabdehə müqavilə şərtlərinə riayət edilməsinin vacibliyi ilə əlaqədar hər hansı xəbərdarlıq belə o lunmamış, əksinə, müqavilə müddəti bitdikdən sonra da iddiaçı uzun müddət məhkəməyə müraciət etməmişdir. İddia müddətinin keçməsinə 3 gün qalmış məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Ekspertin rəyi cavabdehə təqdim edilməmiş, elektron kabinetə yerləşdirilməmişdir. Sonuncu məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası barəsində cavabdehə bildiriş, sms göndərilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən ekspertin rəyinə münasibətini bildirməmiş hesab olunur. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etmədiyindən iddiaya etirazı təqdim edə bilməmiş, bununla da müdafiəsini təşkil etməkdən məhrum olmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ Rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədə n saxlanılmalıdır.

19. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı əlavə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, müqavilənin müddəti bitdikdən sonra xəbərdarlığa ümumiyyətlə zərurət yoxdur, dəbbə borcu isə kifayət qədər azaldılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 445, 447-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəli lləri Kassasiya şikayətinin dəlilləri

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, 09 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.360,98 manat əsas borcun saxlanılaraq, xx.xx.2019-cu ildən sonrakı 4.718,30 manat faiz borcu ilə bağlı hesablamaların illik 5%-ə uyğun olaraq hesablanaraq dəyişdirilməsi və 400 manat cərimə, 741,35 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarındakı müqavilənin müddəti bitənədək ona heç vaxt xəbərdarlıq göndərməmiş, 09 aprel 2019-cu il tarixdə kredit müqaviləsinin müddəti bitməsinə baxmayaraq, kredit öhdəliyinin icrasını uzun müddət tələb etməmiş, müvafiq iddia ilə məhkəməyə yalnız xx.xx.2022-ci ildə müraciət etmişdir. İddiaçının iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin kredit götürdüyü gündən bir neçə ay sonra pozulduğunu qeyd etmiş olsa da, cavabdehə müqavilə şərtlərinə riayət edilməsinin vacibliyi ilə əlaqədar hər hansı xəbərdarlıq belə olunmamış, əksinə, müqavilə müddəti bitdikdən sonra da iddiaçı uzun müddət məhkəməyə müraciət etməmiş, iddia müddətinin keçməsinə 3 gün qalmış məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tə rəfindən yalnız 400 manat cərimə,741,35 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, total olaraq 1.141,35 manat borc işin faktiki hallarına uyğun olaraq proporsional qaydada azaldılmamışdır. Kassator daha sonra bildirmişdir ki, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Tərəfimizdən edilmiş müraciətə əsasən təkrar ekspertiza həyata keçirilməmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün bir gə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırki kassasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 24 % ödəmək şərti ilə 7.250 manat kredit verilmişdir.

41. Maliyyə arayışına görə, cavabdehin iddiaçıya 5.361,85 manat əsas borcu, 5.809,43 manat faiz, 7.074,87 manat cərimə, 747,40 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16.093,55 manat kredit borcunun olduğu qeyd edilmişdir.

42. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022-ci il tarixli rəyinə əsasən, mülki iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq cavabdehin həmin müqavilə müddətinin bitən tarixə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 6.248,73 manat; faiz üzrə 4.718,30 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, müqavilə müddətindən sonra illik 5 %-lə maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 5.360,98 manat; faiz üzrə 4.718,30 manat; gecikdirilmiş vaxt üçün hesablanmış faiz 741,35 manat.

43. Mülki Məc əllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

45. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Apellyasiya instansiyası məhkəməsi sadalanan m addələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə Bankdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair Bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

47. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Lakin, cavabdeh yenə də kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzg ün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

48. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-1984/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar