Məhkəmə qərarları › İş №2(102)-2787/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2787/2019

29.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2787/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi, Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlu, Cavabdeh1 vəkili Yusifov Rəşad Mirfazil oğlunun iştirakları ilə, Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏ YYƏN ETDİ: Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini,qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması”, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı ş əhəri Səbail rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, iş 2(009)-3520/2017) ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada 15.225,70 ABŞ dolları əsas, 14.814,01 ABŞ dolları faiz, 1.094,62 ABŞ dolları dəbbə, ümumilikdə 31.134,33 ABŞ dollarının (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) iddiaçının xeyrinə tutulması qərara alınmış, ilkin iddia qalan hissədə, qarşılıqlı iddialar isə bütövlükdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-1982/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın təmin olunan-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və ilkin iddianın həmin cavabdehlərə aid hissədə təmin edilməməsi, qətnamənin cavabdehlərin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və G.Quliyev, iş № 2(102)-5935/2018) Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qis mən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-12046/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə təmin olunmaması, qətnamənin Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələrinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş dir. Kassasiya şikayətinin dəlilləri: Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Cavabdeh1 vəkili Yusifov Rəşad Mirfazil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdiri lmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bank ilə Cavabdeh3 arasında bağlanmış 11.04.2013-cü il tarixli, 31/2013 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana “BMW 535” markalı minik avtomobilinin (bundan sonra – mübahisəli avtomobil) alınması məqsədilə 36 ay müddətinə 23,8%-lə 54.600 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin təm inatı olaraq Cavabdeh2 və Cavabdeh1 22.04.2014-cü il tarixli, Cavabdeh4 isə 10.02.2015-ci il tarixli eyni tarixli zaminlik müqavilələrinə əsasən birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh3 12.04.2013-cü ildə mübahisəli avtomobilin sahibi kimi qeydiyyatdan keçmişdir. Həmin avtomobil 23.01.2014-cü il tarixdə ipotekadan azad edilmiş və eyni tarixdə X1 sahibliyinə verilmiş, ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. X1 sahibliyində olduğu müddətdə onun tərəfindən avtomobilə dair Cavabdeh2, X6, Cavabdeh1, X4, X7, X8 və Cavabdeh4 etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi 14.01.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında BDYP-nin qeydiyyatından çıxmış və digər şəxsin adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüqu q münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəy işdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavi lə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 339.2, 347.2.1 və 354.2-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Ləğv Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətikassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında bütün tərəflərin işti rakı təmin edilməmiş, bununla da çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzak irə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəra itdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 12 oktyabr 2018-ci il tarixli bildirişə əsasən, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin mülki işin 12-ci vərəqində olan 20 noyabr 2018-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, işə kassatorun nümayəndəsinin iştirakı ilə baxılmış, onun izahatı dinlənilmiş və məhkəmə i clas protokolunda qeyd olunmuşdur. Digər tərəflərin isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib-edilməməsi yalnız onların özü tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin kassasiya icraatında işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Kassasiy a şikayətində həmçinin prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar