Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Allahverdizadənin katibliyi, ilkin İddiaçı və vəkili Vəkil2, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil1 iştirakları ilə, Cavabdeh MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (A.Ş.Mirzəzadə, iş 2(004)-257/18) İddiaçı Cavabdeh MMC-yə qar şı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (N.Ş.Cəfərov, Ş.M.Məmmədova və V.T.Həsənov, iş 2(103)-10861/18) Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd olunmuş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilib Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi qismən, 2017-ci ilin son 6 ayına görə icarə haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin olunub 18.000 (on səkkiz min) manat məbləğində icarə haqqı borcunun Ca vabdeh MMC-dən alınıb İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin nümayəndəsi X5 və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin 18.000 manat məbləğində icarə haqqı borcunun Cavabdeh MMC-dən alınıb İddiaçı verilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilib ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verib qətnamənin qismən, ilkin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və ilkin iddianın bütövlükdə təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya qaydasında baxılan zaman Cavabdeh MMC-nin nümayəndəsi X5 və vəkili Vək il1 özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, qarşı tərəfin kasassiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin olunmamasını xahiş etdilər. Həmçinin, ilkin iddia tələbi üzrə İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, Cavabdeh MMC-nin kassasiya dəlillərinə etirazlarını bildirib şikayətin təmin olunmamasını xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edib təmir üçün xərclədiyi 120.000 manat pulun, ayda 3.000 manat olmaqla 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün, cəmi 9.000 manat icarə haqqının, 2017-ci ilin son 6 ayı üçün icarə haqqı olan 18.000 manatın, həmçinin özünə dəymiş ziyan kimi 20.000 manatın, cəmi 16 7.000 manat pulun Cavabdeh MMC-dən xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verib təmir üçün xərclənmiş 120.000 manat pulun, ayda 3.000 manat olmaqla 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün cəmi 9.000 manat icarə haqqının, 2017-ci ilin son altı ayının ayda 3.000 manat olmaqla cəmi 18.000 manat icarə haqqının, kanalizasiya xəttinin bərpa edilməsinə sərf edilən 8.000 manat pulun, icarə müddətində qeyri-yaşayış sahəsinin istismarı ilə əlaqədar vurulmuş 110.000 manat maddi ziyanın, mənəvi zərərə görə 20.000 manat, cəmi 285.000 manat pulun Cavabdeh MMC-dən xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk dəfə Bakı şəhərində 20 11-ci il iyun ayının 14-də görüşərkən cavabdeh təşkilatın nümayəndəsi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsini xahiş etmiş və obyektin aylıq icarə haqqı 2300 manat olmaqla icarəyə verilməsini razılaşmışlar. Binanın təmirinə 120.000 manat pul xərcləmiş, Cavabdeh MMC-dən binanın təmirinə xərclədiyi 120.000 manat pulun 113.500 manat hissəsini almışdır. Təmir üçün verilən pul hər ay icarə haqqından tutulmuşdur. Belə ki, 2011-ci ilin avqust ayında 6 il müddətinə müqavilə bağlanmış, 2300 manat aylıq icarə haqqının 1577 manat hissəsi çıxılmış və ona 723 manat verilmişdir. 2013-cü ilin oktyabr ayında yenidən 6 il müddətinə müqavilə bağlanmış, 3.005 manat aylıq icarə haqqından iddiaçıya 1.700 manat pul verilmiş, 1.305 manat verilən puldan çıxılmışdır. Ötən müddət ərzində cavabdeh təşkilatın ona borclu qaldığı məbləği tələb etməyə başlamış, bununla bağlı Respublikanın müxtəlif təşkilatlarına müraciət etdikdən sonra cavabdehlə aralarında 16 mart 2017-ci il tarixdə 6 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Sonuncu müqavilənin bağlanmasında cavabdehin məqsədi ona olan borcu ödəməmək olmuşdur. Belə ki, Cavabdeh MMC məktubla müraciət edib icarə müqaviləsinin 4.5-ci maddəsinin şərtlərinə görə icarə müqaviləsinə birtərəfli qaydada iki ay əvvəlcədən xəbərdarlıq etməklə xitam verdiyini bildirmişdir. Halbukı 16 mart 2017-ci il tarixli icarə müqaviləsinin 4.5-ci maddəsində bu müqavilənin ləğvinə zərurət yaranması halı ilə şərtləndirilmişdir. Lakin məktubda bu zərurətin hansı səbəbdən yarandığı anlatılmamışdır. Cavabdeh MMC ilə 2011-ci ildən yaranmış icarə münasib ətlərində onlar mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsindən uzun müddət istifadə etməyi razılaşdıqlarından obyektin daxilində cavabdeh təşkilatın işinə spesifik olan tikinti-quraşdırma işləri aparmışdır ki, bu da həmin obyektin başqa məqsədə istifadə üçün icarəyə verildiyi halda yenidən rekonstruksiya olunmasını, yəni əlavə xərclərin çəkilməsini zəruri etmişdir. Halbukı, 2016-cı ilin sonlarında obyekti marketə icarəyə verilməsi ilə bağlı danışıqlar apardığı zaman cavabdeh təşkilat ondan heç kəslə müqavilə bağlamamağını, uzun müddət onlarla işləməyini, borclarını qaytaracaqlarını vəd etdiklərindən başqa şəxslərlə müqavilə bağlamaqdan imtina etmiş, lakin sonradan bunun cavabdehin ona və obyektinə qarşı bir oyun olduğunu anlamışdır. Cavabdeh MMC İddiaçı qarşı icarə müqaviləsinin etibarsız h esab edilməsi, ödənilmiş pulun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə görə bağlanmış 16 mart 2017-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, 16 mart 2017-ci il tarixli icarə müqaviləsinə görə 01 iyun 2017-ci il tarixdə iyun ayı üçün 3.000 manat icarə haqqının, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 27.000 manat, həmin obyektin kanalizasiya xəttinin təmirinə xərclənmiş 596 manat, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu və 1 manat bank xidməti haqqı olmaqla, ümumilikdə - 30.627 manat məbləğində pulun cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən 575 kv.m qeyri-yaşayış sahəsini 6 il müddətinə 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq aylıq icarə haqqı 2.300 manat olmaqla icarəyə götürmüşlər. İddiaçı həmin obyektin təmir işlərinə ilk dəfə 80.000 manat, icarə obyektinin təmir işlərinin tamamlanması üçün əlavə olaraq 16 yanvar 2012-ci il tarixdə 33.500 manat olmaqla 113.500 manat pul vəsaiti vermişlər. İddiaçı 26 yanvar 2012-ci il tarixinə kimi təmir işlərinin bitirilməsinə dair öhdəlik götürmüş, bu barədə yazılı qəbz tərtib edib imzalamış və akt əlavə edilmişdir. Obyektin təmir işləri bitdikdən sonra icarə müqaviləs i üzrə hər ay razılaşdırılmış 2.300 manat icarə haqqından hər ay cavabdehə ödəmişdir. Lakin iddiaçı şirkət tərəfindən cavabdehə həmin obyektinin təmiri üçün verilmiş 113.500 manat pul, hər ay iddiaçı şirkət tərəfindən ödənilmiş 2.300 manat məbləğində icarə haqqının 1.577 manat hissəsi təmir xərclərinə verilmiş borca çıxılmış, 723 manat ödənilmişdir. Bundan sonra birinci müqaviləyə xitam verilib obyektin icarəsinə görə aylıq icarə haqqı 3.005 manat olmaqla 01 oktyabr 2013-cü il tarixdə 31 yanvar 2019-cu il tarixədək müqavilə bağlanmışdır. İddiaçı icarə obyektinin təmiri üçün götürdüyü 113.500 manat məbləğində puldan 83.520 manat borclu qalmışdır. Bundan başqa, 02 dekabr 2015-ci il tarixli qəbzə əsasən obyektin kanalizasiya sistemində görülmüş təmir işlərinə görə cəmi 153 manat pul xərcləmiş dir. Bundan başqa, 30 aprel 2015-ci il tarixli akta əsasən iddiaçı şirkətinin maliyyə vəsaiti hesabına həmin icarə obyektin zirzəmisində kanalizasiya sistemi tamamilə dəyişdirilib yeni boru xətləri ilə əvəz edilməsinə xərclənmiş 1.498 manat pul aralarında hər birinə 749 manat olmaqla bölünmüş və həmin puldan xərclədiyi 153 manat çıxıldıqdan sonra 596 manat məbləğinin pulun ödənilməsi İddiaçı üzərinə düşmüş, həmin pulun növbəti ayda icarə haqqından tutulması razılaşdırılsa da pul tutulmamışdır. Bundan sonra, ikinci müqaviləyə xitam verilmiş, obyektin icarəsi ilə bağlı 16 mart 2017-ci il tarixdə 16 mart 2023-cü il tarixədək 1-ci və 2-ci il üçün 3.000 manat, 3cü və 4-cü il üçün 3.500 manat və 5-ci və 6-cı il üçün 4.000 manat aylıq icarə haqqı ödənilməklə 6 il müddətinə icarə müqaviləsi bağl anmışdır. İcarə müqaviləsinin 1.2-ci bəndində tərəflərin 01 oktyabr 2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verməyə razılaşdıqları, 1.3-cü bəndində xitam verilmiş 01 oktyabr 2013-cü il tarixli icarə müqaviləsi ilə bağlı gələcəkdə bir-birilərinə qarşı hər-hansı iddia tələbi, pretenziya və mübahisəyə yol verməyəcəkləri ilə bağlı öhdəlik götürdükləri və buna görə qarşılıqlı məsuliyyət daşıdıqları, 5.7-ci bəndində icarə haqqından müvafiq vergilərin ödənilməsinin icarəyəverən tərəfindən həyata keçiriləcəyi göstərilmişdir. Bundan başqa, Gəncə şəhəri 3 saylı Notariat Kontorunda 16 mart 2017-ci il tarixli, reyestrdə 7E-1873 nömrə ilə qeydə alınmış ərizəsində İddiaçı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 575 kv. m olan qeyri-yaşayış sahəsinə (ica rə obyektinə) dair 01 oktyabr 2013-cü il tarixdə Cavabdehun baş direktoru X3 ilə aralarında icarə müqaviləsi bağladığını, hazırda obyekt sahibi olaraq onun X3 ilə aralarında narazılığının olmadığını və 16 mart 2017-ci il tarixədək icarə haqqı ilə bağlı heç bir borcunun və ödəməsinin qalmadığını, gələcəkdə bununla bağlı hər hansı iddiasının və ya tələbinin olmayacağını, olarsa əsassız sayılacağını təsdiq etmişdir. Bundan başqa, 28 aprel 2017-ci il tarixli №108 saylı məktubla 31 iyun 2017-ci il tarixdən 16 mart 2017-ci il tarixli icarə müqaviləsinə xitam verildiyi və icarə haqqının ödənişinin dayandırıldığı bildirildiyi halda İddiaçı 25 may 2017-ci il tarixdə pul tələbinə dair iddia və iddianın təmini barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 31 may 2017-ci il tarixli qərardadla ünvan 1 ü nvanda yerləşən Cavabdeh MMC -yə məxsus 438 adda hər biri inventar nömrələri ilə qeyd olunmuş avadanlıqların və daşınar əmlakların istifadəsinin və daşınmasının cavabdehə və digər şəxslərə qadağan olunması qərara alınmışdır. 01 iyun 2017-ci il tarixli kassa məxaric orderinə əsasən iddiaçıya 16 mart 2017ci il tarixli icarə müqaviləsinə görə iyun ayı üçün 3.000 manat ödənilmişdir. Həmin kassa məxaric orderində İddiaçı iyun ayı üçün icarə haqqının vergisini ödəyəcəyini yazıb imzalamışdır. 12 iyun 2017-ci il tarixdə Yasamal rayon məhkəməsinin qərardadı ilə 31 may 2017-ci il tarixli qərardad dəyişdirilib ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində olan inventar nömrələri ilə qeyd olunmuş avadanlıq və daşınar əmlakın özgəninkiləşdirilməsi qadağan olunması və adları çəkilən əşyaların cavabde hin qanuni sahibliyi və istifadəsində olan hər hansı bir sahəyə köçürülməsinin qadağan edilməməsi qərara alınmışdır. 16 mart 2017-ci il tarixdə növbəti icarə müqaviləsi bağlandıqdan əvvəl, həmin icarə obyektinə görə dəfələrlə problemlər yaşanmışdır. Belə ki, ilk iddiaçı 03 oktyabr 2016-cı il tarixdə, səhər saat 08:30 radələrində obyektə gəlib icarə haqqının artırılmasını tələb etməklə səs-küy salmış, obyektin qapılarını bağlamağa cəhd edib şirkətin iş rejimini pozmuş, bu barədə 03 oktyabr 2016-cı il tarixli şikayət məktubu ilə şirkətin əməkdaşlarının və Gəncə şəhərində «KATV1» kabel televiziyasının xidmətlərindən yararlanan vətəndaşların və abunəçilərin qanunla mühafizə olunan hüquq və azadlıqlarının qorunması məqsədi ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddia çı tərəfindən ölkədə geniş əks-səda yaranmasına və medianın diqqətinin cəlb edilməsinə hesablanmış ictimai asayişin pozulması cəhdlərinin qarşısının alınması ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər görülməsi xahiş edilmişdir. Bu hadisə ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra 20 oktyabr 2016-cı il tarixdə Kəpəz RPİ-nin İTB-nin baş inspektoru polis mayoru Amin Axundov tərəfindən raport yazılmışdir. Bundan başqa ilkin iddiaçı icarə haqqının artırılması ilə bağlı müxtəlif orqanlara əsassız şikayətləri ilə bağlı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şirkətə 12 dekabr 2016-cı il tarixdə daxil olmuş 3-10/13602 nömrəli məktuba 29 dekabr 2016-cı il tarixdə 402 nömrəli məktubla cavab verilmişdir. Bundan başqa, Gəncə şəhər İcra Hakimiyyətinin və onun struktur bö lmələrinin əməkdaşları icarə obyektinə gələrək, burada qanunsuz artırma işlərinin həyata keçirildiyini, obyektin üzərinə məhkəmə tərəfindən həbs qoyulduğuna dair qərardadın çıxarıldığını və bu qeyri-yaşayış sahəsində şirkətin həyata keçirdiyi fəaliyyətinin qanuna zidd olduğunu dəfələrlə bildirmişlər. Bu hadisə ilə bağlı şirkət iddiaçıya öz narazılığını bildirmiş, lakin 16 mart 2017-ci il tarixdə icarə müqaviləsi bağlanarkən ünvan 2 ünvanda yerləşən icarə obyekti ilə bağlı bütün problemlərin həll edildiyini, 575 kv.m.-dən ibarət olan bütün qeyri-yaşayış sahəsinin mülkiyyətində olduğunu və bir də icarə haqqının artırılması ilə bağlı narazılıq və şikayət etməyəcəyini bildirməsinə inanılıb obyektin icarəsinə dair 16 mart 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Lakin sadalanan hadisələr yen idən təkrarlandığına görə bu məsələyə aydınlıq gətirilməsi üçün şirkət tərəfindən müvafiq araşdırılmalar həyata keçirilmişdir və müəyyən olunmuşdur ki, Daşkəsən rayon Məhkəməsinin 26.01.2010-cu il tarixli 2(030)-30/2010 saylı qərardadı ilə (hakim Mirbahəddin M.Hüseynov) iddiaçının mülkiyyətində olan digər əmlaklarla yanaşı ünvan 4 ünvanda yerləşən 477.9 kv.m icarə obyektinin üzərinə həbs qoyulması və həmin daşınmaz əşyalar barəsində hər hansı hərəkətlərin edilməsi İddiaçı və digər şəxslərə qadağan edilmişdir. Qərardadda məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş Gəncə şəhəri. Dədə Qorqud küçəsi. 38 ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsinin 1.1-ci bəndində göstərildiyi kimi 575 kv.m. deyil, cəmi 477,9 kv.m.-dən ibarət olduğu, qalan 97.1 kv.m. sahənin qanunsuz tikili sayıldığı qeyd edilmişdir. Bundan başqa, Daşkəsən rayon məhkəməsinin 02 may 2011 -ci il tarixli qətnaməsi ilə X1 iddiası qismən təmin edilib İddiaçı 105.000 ABŞ dollarının manatla məzənnəsi ilə və 20 manat dövlət rüsumunun alınması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti, Ali Məhkəmənin 19 noyabr 2012-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 8(104)-23/2013 saylı qərardadı ilə Daşkəsən rayon məhkəməsinin 02 may 2011 -ci il tarixli, 2(030)117/2011 saylı qətnaməsinə dair icra sənədi üzrə İddiaçı 105.000 ABŞ dolları borcunun ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 477.9 kv.m. olan qeyri- yaşayış sahəsindəki payına yönəldilməsi və satılması qərara alındığından şirkətin mübahisəli obyektdə fəaliyyətini davam etdirməsi mümkünsüz olmuşdur ki, bu da icarə müqaviləsinin tələblərinə zidd olduğundan 28 aprel 2017-ci il tarixdə icarə müqaviləsinin 4.5-ci maddəsinə uyğun olaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsinə zərurət yarandığına görə 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq göndərməklə iyun ayının 31-nə icarə haqqı ödəməsinə baxmayaraq İddiaçı icarə haqqının ödənilməsindən əvvəl 25 may 2017-ci il tarixdə şirkətə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Buradan belə bir sual əmələ gəlir ki, əgər iddiaçının şirkətə qarşı hər-hansı bir tələbi var idisə, onda niyə o, şirkətin fəaliyyətini həyata keçirilməsinə maneçilik törətmək məqsədi ilə məhkəmədə ona qarşı iddia qaldırır və sonra şirkətdən icarə haqqı alır? Bu hal onu göstərir ki, İddiaçı bir tərəfdən son ay üçün icarə haqqını əvvəlcədən almaqla şirkətin həmin müddətdə öz fəaliyyətini həyata keçirilməsinə icazə verdiyini nümayiş etdirmiş, digər tərəfdən məhkəmədə iddia qaldırmaqla onun fəaliyyətinin həyata keçirilməsinə maneçilik törətməklə şirkəti aldatmışdır. Bundan başqa, obyektin icarə müqaviləsinin notarial qaydada bağlanmaması nəticəsində şirkət fəaliyyət göstərdiyi icarə obyektində kassa və post terminal aparatlarını yerləşdirə bilməmiş, daha sonra notarius obyektin üzərində məhdudiyyət və icra işi olmasına görə icarə müqaviləsini təsdiqləməkdən imtina etmişdir. İcarə obyektinə qarşı hal-hazırda məhkəmə mübahisəsi mövcuddur. İddiaçı dediyinə görə arvadı əmlak bölgüsü tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə qət naməsi ilə həmin əmlakın 3/2 hissəsi arvadına 3/1 hissəsinin isə özünə verilməsi qət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Cavabdeh MMC-nin nümayəndəsi X5 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman təmirə görə borclu qaldığı 27.000 manat pulu qaytarmaması ilə İddiaçı əsassız varlanmasına, həmçinin şirkətə qarşı hüquq və vəzifələrini vicdanla yerinə yetirməməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 kassa siya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman obyektdə aparılan təmir-quraşdırma işlərinin mülkiyyətçi kimi obyektdən istifadəsinə yararlı olmamasına, obyektin əvvəlki vəziyyətə gətirilməsi və bərpası üçün xeyli miqdarda vəsait tələb olunmasına, təmir işlərinin Cavabdeh MMC-nin sifarişi və istəyi əsasında aparılmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilkin iddia tələbinin qismən təmin olunması, iddia tələbinin tam təmin olunmaması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, Cavabdeh MMC-nin nümayəndəsi X4 və vəkili Vəkil1, İddiaçı və vəkili Vəkil2 dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesa b edir ki, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə qətnaməsi ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instans iyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə ilkin iddia tələbinin qismən, 2017-ci ilin son 6 ayına görə 18.000 manat icarə haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması hissəsində təmin olunması, qalan hissədə ilk və qarşılıqlı iddia tələblərinin rədd olunması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini ilk iddia tələbinin icarə obyekt inin təmiri üçün çəkilmiş 120.000 manat xərcin həm təmirli əmlakın həm də təmirə çəkilmiş xərcin ilk iddiaçıya verilməsinin mümkünsüzlüyünə, 120.000 manat pul öhdəliyinin əmələ gəlməsi üçün Mülki Məcəllənin 386-cı maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmamasına, 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün hər aya görə 3.000 manat icarə haqqı olmaqla, cəmi - 9.000 manat icarə haqqı tələbi üzrə iddianın 5 il müddəti ötürüldükdə sonra verilməsinə, 2017-ci ilin son 6 ayı üçün hər aya görə 3.000 manat olmaqla, 18.000 manat icarə haqqının müqaviləyə 08.01.2018-ci il tarixində xitam verilməsinə görə ödənilməli olmasına, obyektin kanalizasiya xəttinin yenilənməsi üçün çəkilən xərclərin 8.000 manat dəyərində olmasını təsdiq edən sübutların olmamasına, obyektin istismarı ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi tələb olunan 110.000 manat pulun tələb edilməsinin əsaslarının təhvil-təslim aktında «obyekt üzrə qüsur və çatışmazlıqlar yoxdur» qeydi ilə təkzib olunmasına və bununla da hər iki tərəfin zərər vurulmamasını etiraf etmələrinə, 20.000 manat mənəvi zərərlə bağlı hissədə ilk iddiaçının mənəvi sarsıntı və ya iztirab keçirməsini sübuta yetirə bilməməsinə, qarşılıqlı iddia tələbinin 16.03.2017-ci il tarixli icarə müqaviləsinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 14-cü fəslində nəzərdə tutulan əsasların müəyyən edilməməsinə, 3.000 manat icarə haqqının ödənildiyi dövrdə icarə müqaviləsinin qüvvədə olmasına, obyektin təmiri üçün çəkilmiş 27.000 manat xərcin tələb edilməsi üçün Cavabdeh MMC-nin həmin işlərin ilk iddiaçının mənafeyinə və ehtimal olunan istəyinə uyğunl uğunu sübuta yetirə bilməməsinə, obyektin kanalizasiya boru sisteminin dəyişdirilib yenisi ilə əvəz edilməsinə görə çəkilmiş xərclərdə Cavabdeh MMC-nin özünün könüllü şəkildə iştirak etməsinə və ilk iddiaçının şirkət qarşısında 596 manat pul öhdəliyinin əmələ gəlməsi üçün Mülki Məcəllənin 386-cı maddəsində nəzərdə tutulan əsasların mövcud olmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə ilkin iddia tələbinin qismən, 18.000 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissədə razılaşsa da, ilkin iddia tələbinin obyektin təmirinə və orada Cavab deh MMC-nin sifarişinə uyğun aparılan yenidən qurma işlərinə çəkilən xərclərin tələbi hissəsində təmin olunmaması barədə gəldiyi nəticə ilə razılaşmır. Tərəflər arasında bağlanmış 26.08.2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra icarə predmeti) 6 il müddətinə, 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq hər ay 2.300 manat ödəməklə cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 01.10.2013-cü il tarixdə yeni şərtlərlə icarə müqaviləsi bağlanmış, icarə müddəti 01.10.2013-cü ildən 31.01.2019-cu ilədək, aylıq icarə haqqı isə 3005 manat razılaşdırılmış, müqavilənin 5.2-ci maddəsində icarəyə verənin icarə obyektinin təmiri üçün icarəçinin ona nağd şəkildə verdiyi 83.520 (səksən üç min beş yüz iyirmi) ma nat vəsaiti bu müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqından çıxmaqla aşağıdakı qaydada: bu müqavilənin imzalandığı tarixdən qüvvədə olduğu 64 (altmış dörd) ay ərzində 83.520 (səksən üç min beş yüz iyirmi) manatın geri qaytarılması üçün icarəçi tərəfindən icarəyə verənə ayda ödəməli olan 3.005 (üç min beş) manatdan 1.305 (bir min üç yüz beş) manatın çıxılması və qalan 1.700 (bir min yeddi yüz) manat məbləğində pulun hər ay icarəyə verənə ödənilməsi, bununla da, icarəçi tərəfindən icarəyə verənə hər ay 1.700 (bir min yeddi yüz) manat məbləğində pulun ödənilməsinin icarəyə verən tərəfindən bu müqavilədə nəzərdə tutulan aylıq icarə haqqının tam ödənilməsi kimi qəbul edildiyi qeyd edilmişdir. İddiaçı 16.01.2012-ci il tarixdə imzaladığı qəbzdə Cavabdeh MMC-dən 2011-ci il ərzində a ldığı 80.000 (səksən min) manatdan başqa təmir işlərinin tamamlanması üçün əlavə 33.500 (otuz üç min beş yüz) manat aldığını təsdiq etmiş, 26.01.2012-ci il tarixə təmir işlərini bitirməyə, icarə obyektini cavabdehə təhvil verməyə dair öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında 16.03.2017-ci il tarixdə bağlanmış növbəti icarə müqaviləsində 01.10.2013-cü il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi, müqavilənin 1.3-cü bəndində xitam verilmiş 01.10.2013cü il tarixli icarə müqaviləsi ilə bağlı tərəflərin gələcəkdə bir-birinə qarşı hər hansı iddia tələbinə, pretenziyaya və mübahisəyə yol verməyəcəklərinə dair öhdəlik götürdükləri və buna görə də qarşılıqlı məsuliyyət daşıdıqları müəyyən edilmiş, müqavilədə icarə müddətinin 16.03.2017-ci ildən 16.03.2023-cü ilədək mü əyyən edildiyi, icarəçinin icarə haqqını manat hesabı ilə hər ayın birinci 10 (on) iş günü ərzində köçürmə və ya nəğd şəkildə icarəyə verənə ödəməli olduğu, müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş 6 il icarə müddətinin 1-ci və 2-ci ili üçün icarə haqqının ayda 3.000 (üç min) manat, 3-cü və 4-cü ili üçün ayda 3.500 (üç min beş yüz) manat, 5-ci və 6-cı ili üçün ayda 4.000 (dörd min) manat məbləğində icarə haqqının ödəniləcəyi, inflyasiya baş verməsindən asılı olmayaraq, icarə haqqının məbləğinin bu müqavilədə nəzərdə tutulan 6 (altı) il ərzində dəyişdirilə bilməzliyi nəzərdə tutulmuşdur. 16.03.2017-ci il tarixdə İddiaçı notarial qaydada verdiyi ərizəsində qeyd olunan tarixədək icarə haqqı ilə bağlı heç bir borcun qalmadığını, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağı nı, olarsa əsassız olacağını bildirmişdir. 28.04.2017-ci il tarixdə Cavabdeh MMC məktubla iki ay əvvəlcədən xəbərdarlıq etməklə 31.06.2017-ci il tarixdən 16.03.2017-ci il tarixli icarə müqaviləsinə xitam verildiyini və icarə haqqının ödənişinin dayandırıldığını bildirmişdir. 04.01.2018-ci il tarixdə tərəflər arasında icarə obyektinin təhvil verilməsi, icarə obyektində qüsur və çatışmazlıqların olmaması barədə təhvil-təslim aktı imzalanmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin yuxarıda sadalanan halları ilə bağlı düzgün nəticəyə gəlinsə də, tərəflər arasında mübahisənin icarəyə verilmiş obyektin təmiri, yenidən qurulması, yəni qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin tələblərinə uyğunlaşdırılması, habelə orada aparılan tikinti quraşdırma, kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərin və onlara çəkilən xərclərin, həmçinin adi qaydada istismar olunması üçün obyektin əvvəlki vəziyyətinin bərpası üçün görülməli işlərin və onların yerinə yetirilməsi üçün tələb olunan vəsaitin məbləğinin müəyyən olunması ilə bağlı xüsusi bilik tələb edən sualların cavablandırılmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmədən və keçirilmədən ilkin iddia tələbinin bu hissədə də rədd olunması barədə qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək ü çün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektin təmiri və Cavabdeh MMC-nin tələbatına uyğun qurulmasının həmin obyektin sonradan ümumi qaydada istifadəsi üçün maneçilik törədib-törətməməsinin müəyyən edilməsi, kanalizasiya xəttlərinin təmiri və dəyişdirilməsi ilə bağlı aparılan işlərin və ümumilikdə obyektdə görülmüş tikinti-quraşdırma işlərinə çəkilmiş xərclərin müəyyən edilməsi kimi sualların işin xüsusi bilik tələb olunan halları olmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla bağlı mülki-prosessual qanunvericilikdə nəzərdə tutulan hərəkətlər edilmədən ilkin iddia tələbinin təmir-quraşdırma işlərinə çəkilmiş xərclərə aid hissədə rədd olunması ba rədə qərar qəbul edilmişdir. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassator İddiaçı kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların təl əblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə qətnaməsi ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb hüquqi qiymət verilməli və mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edils in. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 noyabr 2018-ci il tarixli 2(103)-10861/18 saylı qətnaməsi ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-2788/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2788/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver