Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Əliyev Sücayət Əli oğlunun müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi borc, sübutların qiymətləndirilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 (Əliyev Sücayət Əli oğlunun müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-379/2024 nömrəli iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC tərəfindən cavabdeh “X7 Azqida” MMC-yə 84 ay müddətinə illik 6% olmaqla ******* (iki milyon) manat kredit verilməsinə dair xx.xx.2014- cü il tarixli kredit müqaviləsi, "xxxx" ASC tərəfindən cavabdeh X7 Azqida MMC-yə 120 a y müddətinə illik 4% olmaqla, ******* (bir milyon beş yüz əlli iki min) manat məbəğində kredit verilməsi barədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. 2. xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsindən irəli gələn tələb hüququnun təminatı kimi Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında olan, 0.0187 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli, 24 saylı Sonrakı ipoteka müqaviləsi sənədləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkməəyə müraciət edərək, cavabdeh “X7 Azqida” MMC-dən Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 629796, 17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 221071,054 manat faiz borcu olmaqla, cəmi 4402867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat kredit borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426,1 кв метр ümumi, 274 кв метр yardımçı, 152.1 кв метр yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, hazırda xx.xx.2019-cu il tarixə “X7 Azqida” MMC-nin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402867,71 manat borcu vardır. Lakin cavabdeh öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, ipoteka müqaviləsi bağlanan zaman qeyd olunan əmlak onun adına olmamışdır. O ipoteka müqaviləsinə qol çəkməmiş, iddia tələbi ona aid deyildir.
6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia qismən təmin edilərək, cavabdeh “X7 Azqida” MMC-dən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796,17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tar ixli 213 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat əsas borc, 221071.54 (iki yüz iyirmi bir min yetmiş bir manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4402867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manatın və 30 manat dövlət rüsumunun cavabdeh “X7 Azqida” MMC-dən tutularaq, Ləğv prosesində olan "xxxx" ASC -yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə kredit borcunun tutulması hissəsində qeyd etmişdir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh “X7 Azqida” MMC müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur.
8. Məhkəmə iddia tələbinin borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında olan 0. 0157 ha torpaq sahəsində yerləşən 426,1 кв метр ümumi, 274 кв метр yardımçı, 152,1 кв метр yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması hissəsində qeyd etmişdir ki, həmin qeyd olunan əmlak faktiki olaraq girov qoyulmadığından, müqavilə bağlandığı zaman həmin əmlak Cavabdeh3 mülkiyyətində olmadığından və həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfin dən verilmiş xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin ipotekanının dövlət qeydiyyatı xx.xx.2017-ci il tarixli ********** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunduğundan təmin oluna bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 442, 445, 448.1, 739.1. 739.2 və 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh “X7 Azqida” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, proses iştirakçılarının hər iki subyekt tərkibi - istər iddiaçı Bank və istərsə də Cavabdeh1 MMC kommersiya hüquqi şəxlərdir. Belə olan təqdirdə onlar arasında yaranmış mübahisənin predmetini müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi təşkil etdiyi və tərəflər arasında hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün həmin mübahisə yalnız Kommersiya Məhkəmələrinin yurisdiksiyasına aid edilməli və işin baxılıb həll edilməsi məqsədi ilə o, Gəncə Kommersiya Məhkəməsinə göndərilməli idi. Bundan başqa vəkil sorğusu ilə əldə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilən Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evi X3 tərəfindən ipoteka qoyularaq 26 iyul 2013- cü il tarixli, “Kredit müqaviləsi № 605”-ə əsasən "xxxx" KB ASC-dən 200000 (iki yüz min) manat həcmində kredit götürülmüşdür. Göründüyü kimi Bankın məsul şəxsləri Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evinin X3 tərəfindən həmin banka ipoteka qoyulduğunu bildikləri halda, sənədləri və imzaları saxtalaşdıraraq 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24”-ün təminatı kimi həmin fərdi yaşayış evinin guya Cavabdeh3 tərəfindən “ipoteka qoyulması”-na dair görüntü yaratmışlar. Bununla da onlar X1 aldadaraq həmin fonddan külli miqdarda - ******* (iki milyon) manat həcmində dövlət vəsaitini mənimsəmişlər. 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi və 30 iyul 2014-cü il tarixli kredit müqaviləsi hansısa birində və yaxud da hər ikisində və ÇEK T № 105387 çekd ə də (hətta həmin çekdə Sücayət adı səhv olaraq Sucaət kimi göstərilmişdir) borc alan olaraq Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlunun imzası saxtalaşdırılmışdır. İşin mühüm faktiki halını təşkil edən bu xüsusat birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Belə saxtalaşdırma əsas verir ki, 30 iyul 2014-cü il tarixində Cavabdeh1 MMC tərəfindən iddiaçı Bankdan ******* (iki milyon) manat məbləğində pul vəsaiti kredit kimi götürülməmişdir. Digər tərəfdən “Vəkil sorğusu”-na əsasən əldə edilmiş “Kredit dosye”- lərində 24 dekabr 2015-ci il tarixli, “Kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat həcmində kredit məbləğinin Bank tərəfindən Cavabdeh1 MMC-nə verilməsini sübut edən hər-hansı bir sənəd olmamışdır. Bu da öz növbəsində həmin kredit müqav iləsi üzrə iddiaçı Bank, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı iddiasının əsassız olduğunu sübut edir.
12. İş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilən Cavabdeh1 əvvəlki ditektoru Əliyev Sücayət Əli oğlu kredit müqavilələrindəki və 105387 nömrəli çekdəki imzaların isə onun imzasına oxşadılmaqla icra edildiyini, onun direktor olduğu dövrdə həmin kredit müqavilələri üzrə borc götürülməsindən məlumatsız olduğunu bildirmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 4/776-5/602 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzalar; 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar (05 ədəd); 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imzalar; 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzadan, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzalar-Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əksləri relyef klişedən sənə dlərin üzərlərinə birbaşa vurulmuşlar. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 4/1546 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğluna ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşı sındakı imza, 30 iyul 2014cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətininin 1-3-cü vərəqlərində “Borc alan” qrafasında əks olunmuş imzalar, 30 iyul 2014-cü il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza, 30 iyul 2014-cü il tarixli l"1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 24 dekabr 2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan”” qrafalarındakı imzalar (05 ədəd), 24 dekabr 2015-ci il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 dekabr 2015-ci il tarixli 128 saylı, 03 dekabr 2015- ci il tarixli 129 nömrəli (02 ədəd), 04 dekabr 2015-ci il tarixli 130 nömrəli (05 ədəd) və 05 dekabr 2015-ci il tarixli 131 nömrəli (02 ədəd) əmrlərdə Cavabdeh1 MMCnin direktoru” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğluna ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı Bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza - Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticənin “1.1”, “1.2” və “1.3” bəndlərində göstərilən tədqiq olunan imzal ar müvafiq olaraq öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Əliyev Sücayət Əli oğlunun 03 vərəqədə olan eksperimental imza nümunələrində imzaların hər hansı qeyri-adi vəziyyətdə və ya qeyriadi şəraitdə (yorğunluq, ayaq üstə, qəsdən dəyişdirmə, xəstəlik və s.) icra olunma əlamətləri müşahidə olunmadı.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1- ci bəndlərindən göründüyü kimi, 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)35/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1ndən ******* (üç milyon dörd yüz min) manat əsas borc, 84999 (səksən dörd min doqquz yüz doxsan doqquz) manat faiz, 200000 (iki yüz min) manat cərimə məbləği olmaqla, cəmi ******* (üç milyon altı yüz səksən dörd min doqquz yüz doxsan doqquz manat) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu t utularaq, iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 5 may 2023-cü il tarixli, 2(105)-105/2023 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə baxılmalı idi. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessua l Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
19. Məhkəmə kollegiyası borcun cavabdeh tərəfindən götürülməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli rəyi ilə 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iy ul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş Əliyev Sücayət Əli oğluna məxsus olmaması, o cümlədən 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric çekinin mövcud olmamasını ap ellyasiya şikayətinin əsaslı olması və iddianın rədd edilməli olması nəticəsinə gəlməyə əsas verməməklə, kredit təşkilat tərəfindən tələb edilən borc məbləğinin cavabdeh tərəfindən götürülməsini istisna etməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdi r. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. İddiaçı Ləğv prosessində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC Dekabank” X5 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat, 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürülməsi qeyd olunmuşdur ki, həmin siyahıda göstərilən, o cümlədən hazırkı iddia üzrə tələb olunan kredit müqavilələri üzrə məbləğlər barədə Cavabdeh1 MMC tərəfindən vergi orqanına bə yannamələrlə məlumat verməsi təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş siyahıda 30 iyun 2014-cü il tarixli müqavilə üzrə ******* manat götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun mövcud olmaması nəzərə alındıqda, 2015-ci il üzrə hesabat dövrünün sonuna olan ******* manat kredit borcu məhz hazırkı iddia tələbinin premeti olan xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə götürülmüş ******* (iki milyon) manat və xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsi üzrə isə götürülmüş ******* (bir milyon beş yüz əlli iki min) manat, o cümlədən hazırkı iddianın predmeti olmayan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 100000 manat kredit məbləğinin cəmi olmuşdur. Əlavə olaraq isə qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104 )-35/2020 saylı qətnaməsi ilə də Cavabdeh1 MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli 08/06 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon dörd yüz min) manat məbləğində borcun tutulması qət edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlarla cavadbehin iddiaçı Ləğv prosessində olan "xxxx" X5 Səhmdar Cəmiyyətindən xx.xx.2014cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc pul götürməsi sübut olunmuşdur.
21. Məhkəmə kollegiyası həmçinin əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat borc məbləği illik 6 f aiz, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc məbləği illik 4 faiz ödənilməklə verilmişdir ki, həmin kredit müqavilələri üzrə ödənişlərin demək olar ki, olmaması nəzərə alındıqda həmin kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinin də əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, əsas borcdan ödənilmədiyi təqdirdə ******* manat üçün illik ödənilməli olan faiz məbləği 120000 manat, ******* manat üçün isə 62080 manat təşkil edir ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 22 iyul 2019-cu il tarixnə tələb olunan faiz məbləğlərinin əsassız olması da şübhə doğurmamışdır.
22. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 421, 442, 448 və 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh1 MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(102)-3799/2023 nömrəli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (məruzəçi), V.M.Məmmədov və A.Ə.Abbasov) kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməsi və işi yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməl i, mübahisəli hallar üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlar əsasında hər iki kredit müqaviləsinin Bankla MMC arasında qanunvericiliyə uyğun qaydada bağlanıbbağlanmamsına, əgər müqavilə qanunla müəyyən edilmiş formada bağlanmışsa tərəflərin üzərlərinə götürdükləri əsas və əlavə öhdəliklərin (verilməli olan borcun məbləği, onun qaytarılma tarixi, faiz barədə razılaşmaların şərtləri və s.) nədən ibarət olmasına, həm kreditor, həm də borclu tərəfindən öhdəliklərin icra edilibedilməməsinə hüquqi qiymət verilməli, hər hansı müqavilənin etibarsızlığı aşkar edilsə belə, iddiaçı Bank tərəfindən MMC-yə faktiki olaraq pul vəsaitinin verilib-verilmədiyi aydınlaşdırılmalı, əgər verilmişsə sonuncunun iddiaçı qarşısında qanunda irəli gələn öhdə lik çərçivəsində məsuliyyət daşıyıb-daşımadığı müəyyənləşdirilməli, yekun olaraq cavabdeh MMC-nin Bank qarşısında icra edilməmiş öhdəlikləri təsbit edilərsə bu öhdəliklərin qanuni əsası dəqiq göstərilməklə hər bir tələb (əsas borclar və faizlər) müvafiq normaya uyğun şəkildə həll edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1-ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-c i il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir.
27. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 4/776-5/602 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti “Bərdə YağPendir Azqida” məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-379/2024 nömrəli iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və L.S.Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdeh “X7 Azq ida” MMC-dən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcunun tutulması – hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə çıxarılaraq, həmin hissə üzrə iddia qismən təmin edilmiş, Cavabdeh “X7 Azqida” MMC-dən ******* (iki milyon) manat pulun tutularaq, iddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, iddia 629.796,17 manat faiz borcunun tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.
29. Məhkəmə öz mövqeyini iş materiallarına, icraat zamanı müəyyən edilmiş hallara və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq elə əsaslandırmışdır ki, ******* manat məbləğin iddiaçı tərəfində n cavabdehə kredit kimi verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
30. Belə ki, iddiaçı cavabdehə ******* manat məbləğində borcunun qalması barədə xx.xx.2014-cü il tarixli, 24 nömrəli kredit müqaviləsini təqdim etsə də, həmin müqavilənin və ya notarial qaydada təsdiqlənməməklə sadə kserosurət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Belə ki, iddia ərizəsinə yalnız həmin kredit müqaviləsi hüquqi şəxsin əsli ilə düzdür möhürü ilə təsdiqlənmiş kserosurəti əlavə edil mişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında ******* pulun kredit kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və əvvəlki məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.
32. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında ******* manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iddiaçı tə rəfindən təqdim edilmiş sənədlər və əvvəlki məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.
33. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bank tərəfindən cavabdeh MMC-nin hesabına ******* manat məbləğində pul köçürülmüş və sonuncu isə həmin pulu qəbul etmişdir. Lakin, həmin pulun iddiaçı (və ya başqa şəx s(lər)) tərəfindən köçürülməməsi barədə cavabdeh tərəf mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası icraat zamanı alınmış rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Habelə, rəy verilən zaman ərazinin Cavabdeh1 MMC-nin direktoru olmuş Əliyev Sücayət Əli oğlunun imza və sərbəst xətt nümunələrinə, cavabdeh olan MMC-yə məxsus olan möhürün eksperimental əks nümunələri istinad edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş Əliyev Sücayət Əli oğluna məxsus olmasa da, borcun rəsmiləşməsi zaman yazılmış sənədlərin (ərizə blankları, çek və s) təsdiq edilməsində istifadə olunan möhürün cavabdeh MMC-yə məxsus müəyyən edilmişdir ki, bu da borc verilən zaman hüquqi şəxsin iradəsini olmasını təsdiq etmişdir. Odur ki, işdə olan sübutlarla cavadbehin iddiaçı lpo "xxxx" KB ASC-dən ******* (iki milyon) manat borc pul götürməsi sübut olunmuşdur.
37. Məhkəmə kollegiyası bildirmişdir ki, iddia ******* (iki milyon) manat pulun qaytarılmamasına görə hesablanmış 629.796,17 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir. Tərəflər arasında yazılı müqavilə mövcud olmadığından, verilən borc üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçi nin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər və s. barədə məlumatlar göstərilmədiyindən tələb edilən faiz məbləğinin tutulması əsassızdır.
38. Bundan əlavə, birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni kollegiya əsaslı və qanuni hesab etmişdir. Belə ki, borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.
172. Tərəflərin dəlillərinin təhlili əsasında iddiaçının cavabdehə pul verməsi tam sübut olunur. Bu halda, cavabdehin ona verilən pulun qaytarması barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur. Göründüyü kimi, cavabdeh üzər inə düşən öhdəliyi tam yerinə yetirə bilməmiş və borcunun olmaması, kredit müqaviləsi üzrə verilən pulun onların hesabına mədaxil edilməməsi və ya MMC tərəfindən qəbul olunmaması barədə dəlilləri yuxarıda qeyd olunan hallara görə əsassızdır.
39. Apellyatorun birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, göstərilən dəlil əsassızdır. Çünki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllnin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə baxılmalı i di. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll e dilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh "xxxx" MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
41. Şikayət belə əsaslandırılmışdır ki, nə birinci, nə də apellyasiya məhkəmələri işə baxarkən 30 iyul 2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsi № 24”- in sadə yazılı formada tərtib edildiyinə diqqət yetirmiş və Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin 4-Ə-01/34 reyestr nömrəsi ilə BakıŞəhər notariusu Əli Hüseynov tərəfin-dən təsdiq edilmiş 05 fevral 2012- ci il tarixli “Daşınmaz əmlakın alqısatqı Müaviləsi”-nə əsasən həmin tarixdən X2 mülkiyyətinə keçməsinə hüquqi qiymət verməmişdirlər. Notariat qaydasında təsdiq edilmiş həmin müqavilədə satıcıya məxsus imza Cavabdeh3 tərəfindən icra edilməmişdir. Belə ki, ipoteka qoyan qismində çıxış edən Cavabdeh3 məhkəmədə izahat verərək bildirmişdir ki, 30 iyul 2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsi № 24”-dəki imza ona məxsus deyildir. 4-Ə-01/34 reyestr nömrəli, 5 fevral 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi”-ndə də satıcı qismində çıxış edən Cavabdeh3 yerinə eyni şəxs imza etmişdir. Bu hal da məhkəmələrin nəzərindən qaçırılmışdır.
42. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı "xxxx" KB ASC-yə həmin dövrdə rəhbərlik etdiyi şəxslərin barəsində məhkəmə hökmünün olduğu və həmin şəxslərin digər şəxsin adından hazırkı halla analoji qaydada dövlət vəsaitinin mənimsənildiyi, bir ədədi bankda və digər ədədi müəssisədə saxlanılmaqla “X4” MMC-nin 2 ədəd eynilik təşkil edən möhürlərin mövcudluğu məhkəmənin diqqətinə çatdırılmışdır. İşin bu əhəmiyyətli faktiki halı apellyasiya instansiyası məhəkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və ona hüquqi qiymət verilməmişdir.
43. Digər tərəfdən 24 dekabr 2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə 1552000,00 manat həcmində kreditin alınmasını sübut edən heç bir “Ödəniş tapşırığı” və ya “Kassa məxaric orderi” olmadığı halda apellyasiya instansiyası məhkəməsi öz Qətnaməsini vergi orqanının təqdim etdiyi “Mənfəət vergi Bəyannamələri”-nə istinad edərək əsaslandırmağa çalışmışdır. Bu da öz növbəsində apellyasiya məhkəməsi tərəfindən AR MPM-nin 81 və 88-ci maddələrinin tələblərinin kobud pozulması kimi qiymətləndirilməlidir.
44. Həmçinin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini icra etməmişdir.
45. Bundan əlavə, kassasiya instansiyası mhkəməsi öz qərarında iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə borc alanın öhdəliyi bank tərəfindən borc alanın ssuda hesabına kredit məbləği köçürüldükdən sonra başlayır və iddiaçının cavabdehdən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etməsi üçün ilk öncə kredit məbləğinin cavabdehin hesabına köçürüldüyü təsdiq edilməlidir. İş materialları ilə isə bu hal öz təsdiqini tapmır və bu halı təsdiq edən əsas – kassa məxaric orderi iş materiallarında mövcud deyil, iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. İddiaç ı özü də kassasiya şikayətində bu halı təsdiq edərək, kredit müqaviləsi üzrə cavabdehə həmin məbləğin verilməsini təsdiq edən kassa məxaric orderini müəyyən etməyin mümkün olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi 30 iyul 2013- cü il tarixli, 35 nömrəli Kredit müqaviləsi üzrə kredit vəsaitinin istifadə müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edildiyindən, ilkin iddia tələbi üzrə kredit məbləğinin borcalana verilməsinə dair iddiaçının əsaslandığı “Borc alanın” ssuda hesabına kredit məbləğinin köçürülməsinə sübutetmə vasitəsi ilə razılaşmayaraq hesab etmişdir ki, bank tərəfindən kredit məbləğinin borcalanın iddiaçı ASC-də açılmış hesabına köçürülməsinə dair borcalana müvafiq məlumatın verilməsi barədə sübutu təqdim etmədiyindən, hazırki mübahisədə borcverənin üzərinə götürdüyü öhdəl iklərinin tam yerinə yetirilməsinin müəyyən edilməsi halının təsdiqini şərtləndirdiyindən, həmin hesaba köçürülmüş vəsaitin borcalan tərəfindən istifadəsinə dair “başqa hesab köçürülməsi” barədə ödəniş tapşırığı və kredit məbləğinin nağdlaşdırılmasına dair məxaric orderinin təqdim edilməsi zəruridir. Lakin qeyd olunan sübutlar iş materiallarına əlavə edilməmiş, habelə həmin sübutların təqdim edilməsi tərəflərə, xüsusilə də iddiaçıya təklif edilsə də, sonuncu tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmişdir.” Belə olan halda iddiaçı tərəfindən müvafiq sübut-ların təqdim edilməsini iddia tələbi üzrə borcalanın öhdəliyin müəyyən edilməsində vacib amil təşkil etdiyini bir daha təsdiq edir və qeyd olunan maddi hüquq normalarının şərtlərinin ödənilməməsi tərəflər arasında bağlanmış müqa viləni əhəmiyyətsiz əqd olması faktını təkzib olunmaz edir. b)
46. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
48. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə e dilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
52. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
53. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
57. Maddə 405.1. Tərəflər müqavilənin büt ün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
58. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
59. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habeləbu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərinmübadiləsi yolu ilə bağlana bilər.
60. Maddə 407.1. Müqavilə oferta göndərmi ş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
61. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
62. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
72. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin d əlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və iş üzrə Ali Məhkəmə Mülki kollegiyasının əvvəlki qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
73. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış h üquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
74. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-379/2024 nömrəli iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.