Məhkəmə qərarları › İş №2(102)-2788/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2788/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X12, "xxxx" Mənzil Tikinti Kooperativi və X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X12, "xxxx" MTK və X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunma qla) “müqavilələrin ləğv edilməsi və pulun ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-282/2025 nömrəli, 2025-ci il 5 may tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əri X21, “payçı” qismində “icraçı” Hüseynov Şakir Hüseyn oğlu ilə 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin 3-cü blokunda, 1 mərtəbədə ümumi sahəsi 100 kv.m olan mənzil (market liftin qabağı) payçıya verilir. Tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısın ın qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi işləri icraçı tərəfindən görülməlidir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 600 ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir.

2. Müqavilənin ödəmələrə aid hissəsində həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 35.000 dollar, xx.xx.2007-ci il tarixdə 5000 dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 dolllar məbləğlərində ödəniş ed ilməsi, ödəyənin imzası və ödəməni qəbul edənin imzaları əksini tapmışdır.

3. Bundan başqa, “payçı” X21 ilə “icraçı” Hüseynov Şakir Hüseyn oğlu arasında 02 dekabr 2006-cı il tarixli 77 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Sumqayıt şəhəri Sülh və Dostluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin 1-ci blokunun 1-ci mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan mənzil pay kimi Telman Səmədova verilir. Tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi işləri icraçı tərəfindən görülməlidir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 2200 ABŞ dolları təşkil edir. Payçı mü qavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda, müqavilə ləğv olunur və payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq həyata keçirilir.

4. Müqavilənin ödəmələrə aid hissəsində həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 15.000 dollar, xx.xx.2007-ci il tarixdə 5000 dollar, xx.xx.2007-ci il tarixdə 10.000 dollar və xx.xx.2007-ci il tarixdə 5000 dolllar məbləğində ödənişlər edilməsi, ödəyənin imzası və ödəməni qəbul edənin imzaları əksini tapmışdır.

5. Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)76/09 nömrəli, 25 iyun 2009-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs Hüse ynov Şakir Hüseyn oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 04 il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) 213.2.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Şakir Hüseynovu n üzərində əmlakı müsadirə olunmamaqla 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzası CM-nin 66.5-ci maddəsinə əsasən bu cəza ilə qismən toplanılmış və üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, haqqında Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 05 il sınaq müddəti ilə şərti hesab edilmiş, Şakir Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Şakir Hüseynova verilmiş Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri onun ittihamından xaric olunmuş, Şakir Hüseynovun davranışına nəzarət Nərimanov Rayon Məh kəmə İcraçıları şöbəsinə həvalə olunmuş və onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Azərbaycan Respublikasını tərk etməmək vəzifələri qoyulmuşdur.

6. X21 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və İddiaçı onun vərəsəsi kimi tanınmışdır. Bu barədə sonuncuya 26 oktyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Hüseynov Şakir Hüseyn oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmiş və Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Bu barədə sonuncuya 25 yanvar 2017-ci il tarixli ("xxxx" Mənzil-Tikinti Kooperativində mərhum – Hüseynov Şakir Hüseyn oğluna məxsus pay) və 13 dekabr 2023-cü il tarixli (“AQAT-95” firmasında Hüseynov Şakir Hüseyn oğluna məxsus 100 faiz pay) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin notariusu X13 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, icraatda olan, xx.xx.2016-cı il tarixdə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olmuş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəlik işi ilə əlaqədar olaraq, vərəsəsi Cavabdeh notariat kontoruna müraciət etmişdir. Bununla əlaqədar, müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi Hüseynov Şakir Hüseyn oğlunun adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Hüseynov Şakir Hüseyn oğlunun adına olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən yüksəkmərtəbəli və çoxmənzilli evə və həmin ünvanda yerləşən torpaq sahəsi nə dair çıxarışı vərəsəsi - Cavabdeh verilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı (X12, "xxxx" MTK və X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 60000 ABŞ dolları məbləğdə pulun və həmin məbləğə illik 5% ilə hesablanmaqla 52972,60 ABŞ dollarının, habelə tərəflər arasında bağlanmış xx.xx.2006cı il tarixli, 77 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 35000 ABŞ dollarının və həmin məbləğə illik 5% ilə hesablanmaq la 30037,67 ABŞ dollarının, ümumilikdə 178010,27 ABŞ dolları məbləğdə pulun ödəniş gününə dolların manata olan məzənnəsi ilə hesablanaraq, o cümlədən iddia tələbinin verilməsi üçün ödənilmiş 592,82 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırmışdır ki, sözügedən bina tikilib qutarmasına baxmayaraq, həmin qeyri-yaşayış sahələri T.Səmədova təhvil verilməmişdir. T.Səmədov xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. Hüseynov Şakir Hüseyn oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsəsi kimi oğlu Cavabdeh Hüseyn oğlu tanınmışdır. Sözügedən qeyri-yaşayış sahəl ərinin T.Səmədovun qanun üzrə vərəsəsi İddiaçı təhvil verilməsinə dair Cavabdeh pretenziya məktubu göndərilsə də, sonuncu bunu etməmişdir.

11. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Şakir MTK"-nın nümayəndəsi Cavabdeh izahatında bildirmişdir ki, atasının adına olan sənədlərə cavabdehlik daşıyır. Səlimov Telman, Səlimov Əliəddinin doğma qardaşıdır. Hər iki qardaş eyni vaxtda almışlar. Necə olar bilər ki, biri zərərçəkmiş şəxs qismində tanınsın. Digərinin isə xəbəri olmasın. Ona təxminən 2-3 il öncə müraciət olunmuşdur. Ona müraciət etmiş və demişdir ki, onun yeri olmuşdur. Onlara demişdir ki, sökülən binanı icra etmək mümkün deyildir. Onların sökülən binada yeri olduğu üçün halallaşmağa gəlmişdir. Söhbət zamanı Əliyəddinin oğlu Abdullaya demişdi r ki, sökülən binaya cavabdehlik daşımır, müraciət edəcək, əgər tikintiyə icazə verilsə tikiləcəkdir. Ona müqaviləni göstərməmiş, sadəcə şifahi formada bildirmişdir. Sənədlər təqdim olunsa, həqiqətən məhkəmə hökmündə adı olarsa, ümumiyyətlə əgər imza olarsa, onlarla halallaşacaqdır. Binanın tikintisinin vaxtı 2005-ci il, tikintisinin başa çatma vaxtı 2013-cü il olaraq göstərilir. Onlar sadəcə kosmetik işlər görüblər. Bina 9 blok, 17 mərtəbədən ibarət olmuşdur. Qarşı tərəfin vəkilinin dedikləri ilə razı deyildir. Atası rəhmətə getdikdən sonra 2016-cı il tarixdən rəsmi surətdə vərəsəliyi qəbul edib. Həmin vaxta kimi nə üçün ona müraciət olunmamış və bildirilməmişdir. 2022-ci yaxud 2023-cü il tarixdə müraciət olunması ziddiyət təşkil edir. Əliyəddin müəllimə 3 yaxud 4 il öncə sahəni təhvil ve rmişlər. Gültəkin xanımın oğlu müraciət edərkən, Əliyəddin müəllim sahəni çox uzun müddət öncə təhvil almışdı. Natiq müəllim onlardan 400 kv.m sahə, birinci və ikinci mərtəbələrdən sahə tələb etmişdir. Ona görə də aralarında məhkəmə mübahisəsi olmuşdur. İkinci mərtəbəni də tələb etmiş, o da sənədləri qarşıya qoymuşdur ki, dövlət ikinci mərtəbəni onlara mənzil sahəsi kimi vermişdir. Liftlərin arxasına düşən hissəyə qədər sahə Əliyəddin müəllimin özünə məxsusdur. Orta hissə Şahin adlı şəxsə məxsusdur. Həmin şəxsin adı da zərərçəkmişlərin siyahısında vardır. Bina 2018-ci il tarixdən istismara hazır vəziyyətdə olmuşdur.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, müqavilə imzalı və möhürlü hazır sənəd nümunəsi olmuşdur. Müqavilə bağl anmalı olan şəxsin məlumatı olmadan digər şəxs müqavilə bağlamışdır. Qanunsuz tikinti işləri aparıldığı üçün mərhumun üzərinə tikilib-təhvil vermək öhdəliyi qoyulmuşdur. Daha sonra Apellyasiya Məhkəməsi bildirmişdir ki, cinayət mühakimə icraatında belə bir hal mövcud deyildir. Hökmün həmin hissəsi ləğv edilmişdir. Təqsir o hissədə olmuşdur ki, tikintiyə icazə olmadan vətəndaşlardan pulun alınması olmuşdur. Bildirmişdir ki, vətəndaşlardan pulu almışdır. Hesab edir ki, iddiaçının həmin binadan qeyri-yaşayış sahəsi tələb etməkdə subyektiv hüququ yoxdur. Şakir Hüseynovdan mənzil və ya qeyri-yaşayış sahəsi alan şəxslər barəsində başlanan, davam edən və hökm ilə nəticələnən işdə zərərçəkmiş şəxs qismində tanınan şəxslər olmuşdur. Həmin zərərçəkmişlərin dairəsi istintaq və məhkəmə orqanları tərəf indən dəqiq müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərlə Şakir Hüseynovun özünün imzası ilə təsdiq olunan müqavilələr bağlanmışdır. Həmin şəxslərdən də alınan məbləğlər ilə əlaqədar qəbz təqdim olunmuşdur. Həmin müqavilələr ekspertizaya təqdim olunmuş və həmin müqavilələrin həqiqiliyi təsdiq olunandan sonra onları imzalayaraq təsdiq etmişdir. Həmin şəxslər də mənzil və qeyri-yaşayış sahəsi ilə təmin olunmuşdurlar. Bina 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən təhvil verilmişdir. Cavabdeh vərəsədir. Lakin vərəsəliyin də müəyyən hissəsini qəbul etmişdir. Vərəsənin də üzərinə nə dövlət, nə də məhkəmə tərəfindən hər hansı öhdəlik qoyulmamışdır. Əgər iddiaçının həyat yoldaşı Şakir Hüseynova müəyyən məbləğ vermişdirsə, bu cinayət işində təsdiqlənməli idi. Qar şı tərəfin həmin məbləği Şakir Hüseynova ödənilməsi necə sübut ediləcəkdir. Çünki qəbul edən Şakir Hüseynov deyildir. Məbləği qəbul edən şəxs qrafasındakı imzalar başqa şəxsə məxsusdur. Müqavilənin hər üçündə möhürün altında olan imza eyni şəxsə məxsusdur. İkisi iddiaçıya biri isə üçüncü şəxsə məxsusdur. Lakin ödəməni qəbul edən imzaların qrafasındakı imzalar fərqlidir. Rəydən də görünür ki, ödəməni qəbul edən şəxslə Hüseynov Ş. qrafasındakı imzalar fərqlidir. Həmin məbləğin cavabdehin atasına çatıbçatmaması şübhəlidir. Mübahisə predmeti pul tələbidirsə ümumi iddia müddəti 10 ildir. Həmin müddət də keçmişdir. Təhvil vermə müddəti müqavilədə aydın şəkildə göstərilmişdir. Müqavilənin icra olunduğu vaxt nəzərə alınsa 10 il müddət keçmişdir. Vətəndaşa mənzilin dəyəri ödənildikdən sonra təhvil verilir. Müqavilələrin şərtində də ciddi ziddiyətlər vardır. Bir müqavilə üzrə də ödəniş tam olmamışdır. Bütün bunlar isə şübhə yaradır. Şakir Hüseynov sağ olan zaman ödəməni tam həyata keçirmək və müqaviləni sonlandırmaq olardı. Bina mənzili vətəndaşların mülkiyyəti sayılır. Ona görə də iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia tələbini müdafiə edərək həmçinin bildirmişdir ki, qarşı tərəfin tələb olunan sənədlərin çox hissəsini məhkəməyə təqdim etməməsi bir daha göstərir ki, iddia tələbi düzgün irəli sürülmüş və faktiki hallar, eyni zamanda hüquqi əsaslar düzgün müəyyən edilmişdir. Yerləşdirilmiş hökmün mahiyyəti ilə tanış olduqda məlum olur ki, Şakir Hüseynov müvafiq qurumlarda qanunla tələb edilən ica zələri almadan və buna müvafiq icazəsi olmadan tikinti aparmış və tikinti apardığı prosesdə də vətəndaşlardan külli miqdarda vəsait tələb etmişdir. Bu proses də bir qrup şəklində olmuşdur. Digər şəxslərə də bununla bağlı ittiham verilmişdir. İddiaya etirazlardan biri ondan ibarətdir ki, iddiaçı tərəfin zərərçəkmiş şəxs qismində tanınması və onların həmin cinayət işində iştirakına dair hər hansı bir sübut yoxdur. Telman Səmədovun müqaviləsinin adının çəkilməməsi həmin dövrdə sırf Şakir Hüseynovun iradəsinin nəticəsi olmuş, onunla müqavilə bağlaması barədə məlumat verməsindən irəli gələrək, Telman Səmədov cinayət prosesinə cəlb edilməmiş, onun müqaviləsi həmin dövrdə yoxlanılmamış, onun tərəfindən ödənilmiş ödənişlərin həqiqətən qəbul edilməsi və sair mövzular aparılmış cinayət təqibinin möv zusu olmamışdır. MPM-in 82-ci maddəsinə əsasən hökm mülki icraat üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Onun müqaviləsi qarşı tərəfdən tanınır. Söküntünün olubolmamasından asılı olmayaraq, istənilən halda vətəndaş ilə müqavilə bağlanmış və vətəndaş həmin müqaviləyə görə pul ödəmişdir. Onların müqavilələri birinci və üçüncü blok barəsindədir. Hansı ki, həmin bloklar da yerindədir. Faktiki olaraq dördüncü blok mövcud deyildir. X10 və onların müqavilələrində olan imzanın eyni şəxs tərəfindən icra olunmasını bildirmişdir. Hər iki müqavilədə imzaları edən və ödənişləri edən şəxslərin imzaları üst-üstə düşür. Mühasibin adı X22r və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində hökm çıxarılmışdır. Orada vəzifəsi baş mühasib olaraq gös tərilmişdir. Müqavilədə icra müddəti göstərilmədiyi üçün vətəndaş da ödəniş etməsinə rəğmən binanın tikintisinin gecikdiyini görərək ödənişi dayandırmışdır. Binanın dəyərinin sonradan bahalaşması təbii bir prosesdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Şakir MTK"-nın nümayəndəsi Cavabdeh izahatında bildirmişdir ki, atasının adına olan sənədlərə cavabdehlik daşıyır. X30 Əliəddinin doğma qardaşıdır. Hər iki qardaş eyni vaxtda mənzil almışdır. Necə olar bilər ki, biri zərərçəkmiş şəxs qismində tanınsın, digərinin isə xəbəri olmasın. Ona təxminən 2-3 il öncə müraciət olunmuşdur. Ona müraciət etmiş və demişdir ki, onun yeri olmuşdur. Demişdir ki, sökülən binanı icra etmək mümkün deyildir. Onların sökülən binada ye ri olduğu üçün halallaşmağa gəlmişdir. Söhbət zamanı Əliyəddinin oğlu Abdullaya demişdir ki, sökülən binaya cavabdehlik daşımır. Müraciət edəcək, əgər tikintiyə icazə verilsə tikiləcəkdir. Müqaviləni göstərməmiş, sadəcə şifahi formada bildirmişdir. Sənədlər təqdim olunsa, həqiqətən məhkəmə hökmündə adı olarsa, ümummiyətlə əgər imza olarsa onlarla halallaşacaqdır. Binanın tikintisinin vaxtı 2005-ci il, tikintisinin başa çatma vaxtı 2013-cü il olaraq göstərilir. Onlar sadəcə kosmetik işlər görmüşlər. Bina 9 blok, 17 mərtəbədən ibarət olmuşdur. Qarşı tərəfin vəkilinin dedikləri ilə razı deyildir. Atası rəhmətə getdikdən sonra 2016-cı il tarixdən rəsmi surətdə vərəsəliyini götürmüşdür. Həmin vaxta kimi nə üçün ona müraciət olunmamış və bildirilməmişdir. 2022-ci yaxud 2023-cü il tarixdə müraciə t olunması ziddiyət təşkil edir. Düşünür ki, doğru deyildir. Əliyəddin müəllimə 3 yaxud 4 il öncə sahəni təhvil vermişlər. Gültəkin xanımın oğlu müraciət edərkən, Əliyəddin müəllim sahəni çox uzun müddət öncə təhvil almışdır. Natiq müəllim onlardan 400 m2 sahə, birinci və ikinci mərtəbələrdən sahə tələb etmişdir. Ona görə də aralarında məhkəmə mübahisəsi olmuşdur. İkinci mərtəbəni də tələb etmiş, o da sənədləri qarşıya qoymuşdur ki, dövlət ikinci mərtəbəni onlara mənzil sahəsi kimi vermişdir. Liftlərin arxasına düşən hissəyə qədər sahə Əliyəddin müəllimin özünə məxsusdur. Orta hissə Şahin adlı şəxsə məxsusdur. Həmin şəxsin adı da zərərçəkmişlərin siyahısında vardır. Bina 2018-ci il tarixdən istismara hazır vəziyyətdə olmuşdur.

15. İddiaçı ilə bağlanmış müqavilələr üzrə ödənişlər edilməsi ni cavabdeh tərəf mübahisələndirdiyinə görə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyin ilə müəyyən edilmişdir ki, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108- də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəs ində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədə “icraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108-də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar ilə mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imza lar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108- də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilələrdə “İcraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 70 nömrəli, xx.xx.2006- cı il tarixli müqavilənin “ödəməni qəbul edənin imzası” və “İcraçı” qrafalarında olan imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər. Təqdim edilmiş 48 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə reproqrafik surət olduğu üçün həmin müqavilə üzrə tədqiqat apa rılmamışdır.

16. Məhkəmə tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binaya baxış keçirilmiş, müəyyən edilmişdir ki, binanın 1-ci blokunun küçəyə baxan hissəsində X11 məxsus iki qeyri-yaşayış sahəsi mövcuddur. Qapıları qoyulmuş, istifadə edilmir, təmiri başa çatmamışdır. Həmin sırada bir boş obyekt var, tamamilə təmirsizdir. Qapıları da qoyulmamışdır. Cavabdehin dediyinə görə mübahisəlidir. Hazırda mübahisə üzrə işə Ali Məhkəmədə baxılır. Cavabdeh yerli baxış zamanı bildirmişdir ki, mövcud qeyriyaşayış sahəsi ilə sənədlərdəki ünvan eynidir. 9 blok 17 mərtəbə onların kompleksi olmuşdur. Г şəkilli binadır. 1, 2, 3 blok yerindədir, 4-cü blok isə sökülmüşdür. İddiaçı tərəfindən iddia edilən digər qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin s ahə binanın Dostluq küçəsinə düşən hissəsində yerləşir. Həmin sahədə “Dədəbaba” kafesi fəaliyyət göstərir. Kafeyə baxış keçirilərkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iştirakı müəyyən edilmiş, üçüncü şəxs X26 bildirmişdir ki, Sovet dövründən onun çayxanası olmuş, sahibkarlıq müqaviləsi bağlamışlar. Çayxanası söküləndə əvəzlənmiş, ona Şakir Hüseynov tərəfindən yer verilmişdir. Kafenin sahəsi 160 kvadrat metrdir. İki il olar ki, təmir etmişlər. Onların yerinin sahəsi ümumillikdə 200 kvadrat metr olmuşdur. Qeyri-yaşayış sahəsindən əlavə bu binadan bir dənə də mənzil verilmişdir. Əvvəl “Çaykovski” adı ilə, hazırda “Dədə-baba” kafesi kimi fəaliyyət görsədir. İddiaçı bildirmişdir ki, bina qazılandan yoldaşı pul köçürmüş, binanı tikəni tutmuşdurlar. Bina ya rımçıq qalmışdır. Yoldaşı 2016-cı ildə vəfat etmişdir. Onlar bu kafeni işlədən şəxsi görməmişlər, tanımırlar. Yoldaşı rəhmətə gedəndə bina yarımçıq vəziyyətdə olmuşdur. Sonra da müracit etmişlər. Demişlər ki, mənzil verəcəklər. Bir neçə vaxt gəlmişgetmişlər, heç nə verməmişdirlər. Cavabdeh bildirmişdir ki, binanı 2018-ci ildə təhvil verirdilər, yenidən vergiyə bağlandığına görə ləğv elətdirmişdir. Sonra 2020-ci ildə təhvil verilmişdir

17. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli, e-2(060)-1477/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, "xxxx" MTK və X26 olmaqla) “müqavilələrin ləğv edilməsi və pul" tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2006-cı il tarixli müqaviləyə əs asən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə görə ödənilmiş 35.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat məzənnəsi ilə və xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə (market liftin qabağı) görə ödənilmiş 60.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla, ümumilikdə 95.000 ABŞ dolları ödəniləcək günə olan manat məzənnəsi ilə pulun alınıb İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451,5 manat məbləğində pulun Cavabdeh İddiaçı xey rinə tutulması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 53.3 manat pulun və İddiaçı 56.7 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X15).

18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən lazımi sənədlər məhkəməyə təqdim edilməmiş, lakin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-130/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən vərəsəlik işi ilə əlaqədar olaraq xx.xx.2016-cı ildə vəfat etmiş ünvan 1 ünvanında qeydiyyatda olan Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsinin dairəsi müəyyən edilmiş, vərəsəsi oğlu Cavabdehdur. Həmçinin iş materiallarında olan reyestrdə 2V-12 nömrə ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmiş, 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Göründüyü kimi, bu hal Ali Məhkəməsinin MK-nın 14 oktyabr 2021-ci il tarixli 2(102)-4521/2021 saylı qərarı ilə öz təsdiqi tapdığından mübahisələndirilə bilməz.

19. Məhkəmə qeyd etmişdir ki, ekspertiza tədqiqatının dəyəri kimi yalnız iddiaçıya aid olan müqavilələr deyil, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 aid olan 15 fevral 2006-cı il tarixli, 48 nömrəli müqavilələrdə müqavilənin arxa hissəsində “ödəməni qəbul edə nin imzası” qrafasındakı imzalar - eyni şəxs tərəfindən, “icraçı Hüseynov Ş.” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Lakin həmin müqavilələrin “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar və “İcraçı Hüseynov Ş.” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Müəyyən edilir ki, “ödəməni qəbul edənin imzası” qrafasındakı imza başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin bu hal da özlüyündə pulun qəbul edilibedilməməsini, həmin şəxsə verilib-verilməməsini və bu kimi digər halları müəyyən etmir. Çünki müqavilə icraçı Hüseynov Ş. tərəfindən imzalanmış və dolayısı ilə ona aid olan digər bir şəxs tərəfindən pulun qəbul edilməsi həmin pulun ödənilməsinə dəlalət edir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəmə iclaslarında bildiri miş izahatlar sadəcə mülahizələrdən ibarət olmuş, bununla bağlı hər hansı mötəbər dəlil, sübut və iddia ərizəsinə əsaslı etirazın əsası kimi hər hansı bir sənəd təqdim edilməmişdir. X3 hökmdə zərərçəkmiş şəxs qismində olmaması hal-hazırkı iddianın əsassızlığına dəalət etmir. Belə ki, həmin hökmlə zərərçəkmiş şəxslərin dairəsinin dəqiq müəyyən edilə bilməməsi, X14 bu hadisələrdən xəbəri olmaması və sairə bu kimi hallar onun zərərçəkmiş şəxs qismində tanınmamasına səbəb ola bilər. Eyni zamanda bu ona aid olan müqavilələrin də etibarsız olması anlamına gəlmir.

21. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilələrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddi a qaldırıldığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur.

22. Məhkəmə illik 5% məbləğində dəbbə pulunun hesablanmasına münasibətdə qeyd etmişdir ki, illik beş faiz məbləğdə hesablanan faiz ödənişləri müqavilə üzrə kreditor tərəfindən hesablanan məbləğdir. Ona görə də iddiaçının ödənilmiş pula münasibətdə illik 5% məbləğ tələb etməsi hissəsində iddia tələbi təmin edilməməlidir.

23. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən eyni zamanda nəzərə almışdır ki, 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqaviləyə əsasən 15.000+5000+10.000+5.000=35.000 ABŞ dolları və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqaviləyə əsasən 35.000+5.000+20.000=60.000 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.

24. Məhkəm ə qeyd etmişdir ki, tələb mülkiyyətçinin və ya digər sahibin hər cür pozuntularının aradan qaldırılması haqqında tələbə aid olması səbəbindən və müqavilənin icra müddətinin hansı vaxtdan hesablanması ilə bağlı yetərli dəlillər mübahisə predmeti olmadığından iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təmin edilməməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 384.0.4, 385.1, 386.1, 387.2, 407.2, 425.1, 442, 445.7, 449.1, 567, 752.1, 755 və 1243.2,-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 106.1, 106.2, 119.1 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, binanın layihəsi və qeyriyaşayış sahəsinin sxemi olmadığından İddiaçı məxsus qeyri-yaşayış sahəsinin fiziki olaraq, sənəd üzrə binanın hansı hissəsində yerləşdiyini müəyyən etmək mümkünsüzdür, baxmayaraq ki, iddiaçı bunu özü bilir. Belə olduğu təqdirdə gələcəkdə iddia tələbi təmin edilsə belə, qətnamənin həmin hissədə icrası mümkünsüz olacaqdır. Cavabdehin indiyə kimi davam edən qanunsuz hərəkətləri də məhz bu istiqamətə yönəlmişdir. Bu səbəbdən iddiaçı yekunda ona məxsus olan əmlakları deyil, həmin əmlakların əldə edilməsi üçün ödənilmiş məbləği tələb etmək qərarına gəlmişdir. Eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilələrin 5.1-ci bəndində qeyd edilir ki, hər iki tərəfdən biri öz öhdəlini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyiş dirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehin hüquqi varisi olduğu Ş.Hüseynov iddiaçıya məxsus pul məbləğini almasına baxmayaraq, özünün müqavilə öhdəliklərini yerinə yetirməli, yəni göstərilən ünvanda qeyri-yaşayış sahəsini inşa edərək, iddiaçıya təhvil verməli olduğu halda bunu etməmiş, üstəlik inşa etdiyi sahəyə dair başqa şəxslərlə müqavilə bağlayaraq, qeyri-yaşayış sahəsini üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Belə olan halda iddiaçı ilə bağlanılmış müqavilənin qanuni əsaslarla ləğvi və ödənilmiş pul məbləğinin zamanında qaytarılması öhdəliyini də daşıyan cavabdeh bu hissədə hərəkətsiz qalmış və iddiaçıya məxsus pul vəsaitini qanunsuz əsaslarla özündə saxlayaraq, ondan yararlanmış, dövriyyəyə buraxaraq ondan xeyir götürmüşdür. Konstitus iya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözü gedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin formalaşdırmış olduğu hüquqi mövqeyə əsaslanaraq, hesab edir ki, ca vabdeh tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə baxmayaraq, iddiaçının ödəmiş olduğu cəmi 95000 ABŞ dolları məbləğində pulu özündə saxlamaqla, sonuncuya zərər vurmuşdur (Müqavilənin 5.1-ci bəndi də nəzərə alınmaqla). Belə olan halda hazırda iddiaçı hər iki müqavilənin ləğv edilməsi, tərəfindən ödənilmiş 95000 ABŞ dollarının və vurulmuş zərərin əvəzi olaraq, illik 5% hesablanmaqla pulun ödənilməsini tələb etməkdə haqlıdır. Hesablama apardıqda müəyyən edilir ki, 49 saylı müqavilə üzrə ödənilmiş 60000 ABŞ dollarının sonuncu ödəniş tarixindən (xx.xx.2007-ci il) götürülməklə həmin məbləğə illik 5% ilə hesablanan məbləğ 52972,60 ABŞ dolları (60000 ABŞ dolları x 5% / 100 / 365 gün (1 günün faizi) * 6445 gün (gecikdirilən günlərin sayı), 77 saylı müqavilə üzrə is ə ödənilmiş 35000 ABŞ dollarının sonuncu ödəniş tarixindən (xx.xx.2007-ci il) götürülməklə həmin məbləğə illik 5% ilə hesabalanan məbləğ 30037,67 ABŞ dolları (35000 ABŞ dolları x 5% / 100 / 365 gün (1 günün faizi) * 6265 gün (gecikdirilən günlərin sayı) təşkil edir. Beləliklə hesab edir ki, məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndindən irəli gələrək, iddiaçının dəymiş zərəri tələb etmək hüququnun olduğunu nəzərə almamış, yekunda maddi hüquq normasının tələbini qismən-iddia tələbnin təmin edilməyən hissəsində pozaraq, həmin hissədə iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş və dəymiş zərərin tələb edilən formada kompensasiya edilməsi imkanını nəzərə almamışdır. Bu mənada məhkəmənin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və id dia tələbi tam təmin olunmalıdır.

28. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bu tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, mülki işə təqdim olunmuş X21 ilə atası mərhum Hüseynov Şakir Hüseyn oğlu arasında sözügedən xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı alğı-satqı müqavilələrin bağlandığı görsənir. Məhkəməyə təqdim olunmuş müqavilənin hansı qaydada hazırlanması ona məlum deyil. Ümumiyyətlə müqavilədə qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Ən əsası müqavilələrdə qeyriyaşayış sahəsinə görə ödənildiyi görsənən pulları qə bul edən şəxsin imzaları Şakir Hüseynova məxsus deyil. Məhkəməyə təqdim olunmuş 30 oktyabr 2006-cı il tarixli və 2 dekabr 2006-cı il tarixli müqavilələr şübhə doğurur. Hər iki müqavilənin faktiki ödəniş hissəsində “ödəməni qəbul edənin imzası" qrafasındakı imzalar və müqaviləni imzalayan şəxsin imzası fərqlidir. İmzalar ayrı-ayrı şəxslər tərəfindən icra edilmişdir. Müqavilədə "Payçı" X16 aid hissədə ümumiyyətlə imza yoxdur. Hər iki müqavilədə qələm ilə yazılan yazılar, çəkilmiş imzalar və "Verilmə tarixi", "faktiki ödəniş", "ödəyənin imzası" və "ödəməni qəbul edənin imzası" qrafalarında qələmlə yazılan yazılar eyni şəxs tərəfindən və eyni vaxtda yazıldığı istisna olunmur. Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində təsdiq olunmuş layihə əsasında sahibkar fiziki şəxs Şakir Hüseynov tərəfin dən 2004-cü ildə kompleks yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Layihəyə əsasən hər biri dört blokdan ibarət, birinci və ikinci mərtəbələri qeyri-yaşayış sahəsindən ibarət olması nəzərdə tutulan iki hündürmərtəbəli yaşayış binasının tikilməli idi. Lakin həmin kompleks Şakir Hüseynovdan asılı olmayan səbəblərdən, kənar müdaxilə nəticəsində inşa edilməmişdir. Belə ki, məhkəmə aktı əsasında xx.xx.2011-ci ildə iki mərtəbəsi ofis kimi nəzərdə tutulan tikili sökülmüşdür. Hal-hazırda Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində (əvvəlki Dostluq küçəsinin kəsişməsi) yalnız üç blokdan ibarət bir bina mövcuddur. Həmin binanın birinci bloku on dörd mərətəbəli, ikinci bloku on üç mərtəbəli, üçüncü bloku on iki mərtəbəli binadır. Binada olan mənzillər və qeyri-yaşayış sahələri pay çılarına təhvil verilmiş və həmin binalarda boş mənzil və ya qeyri-yaşayış sahəsi yoxdur. Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunmalı olan binanın sakinlərinin şikayəti əsasında Hüseynov Şakir Hüseyn oğlu barəsində başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxslərdən X21 adlı şəxs olmamışdır. Bu isə onu göstərir ki, T.Səmədovla Şakir Hüseynov arasında müqavilə olmamışdır. Hər iki müqavilənin İİİ bəndində qeyd olunur ki, tikinti işləri başa çatdıqdan sonra "İcraçı" təhvil verir, "Payçı" isə təhvil alır. (3.1.). Halbuki, xx.xx.2006-cı ildə və xx.xx.2006-cı ildə guya bağlandığı görsənən müqavilələr hal-hazırki vaxta qədər icra olunmaması və təhvil-təslim aparılmaması müqavilələrin qüvvədə olmamasına dəlalət edir. Əlavə olaraq bildirir ki, 02 dekabr 2006-cı il tarixli müqavilədə 1 kv/m sahənin dəyəri üçün 2200 ABŞ dolları qeyd olunsa da "faktiki ödəniş" hissəsində cəmi hissə-hissə 35.000 ABŞ dolları yazılıb. Bildirir ki, nə 02 dekabr 2006-cı il tarixli nə də ki, 30 oktyabr 2006-cı il tarixli müqavilələr üzrə ödənişlərə aid maliyyə arayışı mövcud deyil. Ümumiyyətlə ödənişlər cədvəli möhürlə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyindən rəyindən məlum olur ki, “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar ilə Şakir Hüseynovun imzaları müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, iş üzrə iddiaçının mərhum əri X4 Şakir Hüseyn oğluna qarşı qaldırılmış cinayət işi üzrə zərərçəkən şəxs kim i tanınmamışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq dövründə zərərçəkən şəxs kimi tanınan şəxslərin müqaviləsi ekspertizadan keçirilmiş və bununla bağlı müqaviləyə Ədliyyə Nazirliyinin Məhkəmə espertizası Mərkəzinin möhür vurulmuşdur. Sumqayıt şəhəri, köhnə avtovağzal ərazidə təsdiq olunmuş layihə əsasında 2004-cü ildə sahibkar fiziki şəxs Şakir Hüseynov tərəfindən kompleks yaşayış sahəsi tikilməsi nəzərdə tutulmuşdur. Layihəyə əsasən hər biri dört blokdan ibarət iki ədəd hündürmərtəbəli yaşayış binası, iki mərtəbəli ofis binasının tikintisi nəzərdə tutulmuşdur. Həmin binalardan biri məhkəmə qətnaməsilə sökülmüşdür (həmin söküntü işləri ilə bağlı fotoşəkilləri birinci instansiya məhkəməsinə təqdim etmişəm). Belə ki, hal-hazırda Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində ( əvvəlki Dostluq küçəsinin kəsişməsində) yalnız üç blokdan ibarət bir bina mövcuddur. Ehtimal ki, X21 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanılmış müqavilə həmin məhkəmə qətnaməsi əsasında sökülmüş bina barəsindədir. X14 qardaşı, hazırki iş üzrə üçüncü şəxs qismində tanınan X12 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və onun müqaviləsi həmin cinayət işində ekspertizadan keçirilmişdir. X8 məhkəmənin çağırışına gəlməməsi onun qardaşı X14 Şakir Hüseynovla bağlanılması iddia olunan müqavilənin həqiqiliyə şübhələri daha da artırır. X6 özünə məxsus sahəni Şakir Hüseynovdan təhvil almış və müqavilə Şakir Hüseynov tərəfindən təsdiqlənmişdir. Müqavilə üzrə tərəf X21 2016-cı ildə vəfat etmişdir. Müqavilənin isə mərhum Şakir Hüseynovla 2006-cı ildə bağlanılması iddia edilir. N əzərə alınsa ki, alıcı müqaviləni bağlandığı müddətdən 10 il keçdikdən sonra vəfat etmiş, buradan məlum olur ki, X2 qeyri-yaşayış sahələri üzərində hüququnun olmadığını bilərək həmin əmlakların tələb olunmasında maraqlı olmamışdır. Bundan başqa mülki işə əlavə olunmuş vərəsəlik haqqında şəhadətnamədən görünür ki, məhkəməyə müraciət etmiş İddiaçı vərəsəliyi qəbul etdikdən sonra daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə qanunla müəyyən edilmiş 6 il iddia müddətini də buraxmışdır. Mərhum atası Hüseynov Şakir Hüseyn oğlu 21 iyun 2016-cı ildə vəfat etmişdir. xx.xx.2017-ci il tarixli, 2V-12 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum atası Hüseynov Şakir Hüseyn oğlundan ona "xxxx" MTK-da cüzi pay miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə onun qanun üzrə vərəsə kimi qəbul etdiyi mirasın həcmi məhkəmə qətnaməsilə ödəməli olduğu məbləğə mütənasib deyil. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1097-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu nəticəsində... hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hazırki mübahisəni araşdırarkən isinad olunan maddi hüquq normalarının tələbl ərini nəzərə almadığına görə yanlış qənaətə gəlmişdir. Ona görə ki, iş materiallarında olan müqavilələr əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar təqdim edilmədiyi səbəbindən iddia tələbi təmin edilməməlidir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla bağlı birinci instansiya məhkəməsinə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə versə də, məhkəmə bunu nəzərə almamışdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə onun qanun üzrə vərəsə kimi qəbul etdiyimmirasın həcmi məhkəmə qətnaməsilə ödəməli olduğum məbləğə mütənasib deyil. İddiaçının mər hum əri X21 2016-cı ildə vəfat etmişdir. Göründüyü kimi X21 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında 2006-cı il tarixdə bağlanılması iddia olunan müqavilə üzrə iddia müddəti keçmişdir. X14 qanun üzrə vərəsəsi kimi mirasını 2016-cı ildə qəbul etmiş İddiaçı da müqavilə üzrə iddia müddəti keçmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, binanı tikən Hüseynov Şakir Hüseyn oğlu, yəni hazırki cavabdehin atası vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökmün mahiyyətindən görünür ki, Hüseynov Şakir Hüseyn oğlu müqavilə bağladığı anda binanın tikilməsi üçün dövlət strukturlarından müva fiq icazə almadan çoxmərtəbəli bina inşa etdirib. Ona aldananlardan biri də hazırki iddiaçının ölən əri X21 olmuşdur. Qarşı tərəfin binanın tikilməsinə səlahiyyətinin olmadığı onlara məhkəmə gedişatında məlum olmuşdur. İddiaçı hökmü əldə etməmiş və zərərçəkmiş şəxs qismində tanınmamış, həmçinin cinayət işi üzrə şahid qismində dindirilməmişdir. Hüseynov Şakir Hüseyn oğlu tərəfindən 90000 ABŞ dolları alınanda həmin şəxs binanı tikməyə səlahiyyəti olmadığını bilib, şəxsi ilk andan aldadıb, aldığı pullar hesabına başqa şəxsləri də aldatmağa müvəffəq olmuşdur. Qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək gecikdirilmiş borcu illik 5% faiz hesablanmaqla geri ala bilərlər. Ona görə də iddianın həmin hissədə də təmin olunmasını xahiş edir. Müqavilə 2006-cı ildə bağlandığı halda iddianın gec qa ldırılmasının səbəbi, binanın tikintisinin illərlə davam etməsi, təmsil etdiyi şəxsin Hüseynov Şakir Hüseyn oğlunu nə qədər axtarsa da, tapa bilməməsi olmuşdur. İddiaçıya həmin şəxsin barəsində cinayət işi aparıldığı barədə məlumat verilməmiş, o, cinayət təqibi orqanına müraciət edərək, zərərçəkmiş şəxs qismində tanınmaqdan məhrum olmuş, ən azından şahid kimi dindirilməmişdir. Qarşı tərəf vərəsəlik qaydasında binanı qəbul etmiş, mənzil alan şəxslər yavaş-yavaş öz mənzillərini təhvil almağa başlamış, həmin vaxt iddiaçıya da bu barədə məlumat çatmışdır. İddiaçı cavabdehlə bir neçə dəfə görüşmüş, cavabdeh ona həmin binadan yer verə bilməyəcəyini, yeni binanın tikintisinə başlanıldığını və oradan sahə verə biləcəyini bildirmiş, beləliklə tərəflər arasında ilkin razılıq əldə olunmuşdur. Lakin u zun müddət keçməsinə baxmayaraq binanın tikintisi başlamamışdır. Bina Sumqayıt şəhərində, hazırki “Sülh Plaza” Biznes Mərkəzinin arxasında yerləşmişdir. Müqavilənin əsli onlarda mövcuddur. İddiaçı qeyriyaşayış sahəsinin yerini dəqiq bilir və yerində baxış iclası zamanı göstərmişdir, qeyriyaşayış sahələri birinci və üçüncü bloklarda yerləşir. X12 həqiqətən də iddiaçının ərinin qardaşı olmuş, cavabdeh ilk məhkəmə iclaslarında onun müqaviləsinin tanındığını, Səmədov Əliyəddinə dair məlumatların onlarda olduğunu və şəxsin zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir. Əliyəddin Səmədova müraciət edərək müqavilənin əslini əldə etmiş və məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Ekspert rəyində həm Əliyəddin Səmədovun, həm də Telman Səmədovun müqaviləsində olan Şakir Hüseynovun imz aları eyni şəxs tərəfindən çəkilmişdir. Ödəniş məbləğlərini qəbul etmiş şəxslər də eyni şəxslərdir. Güman edir ki, bu imza Şakirin mühasibinin imzasıdır. X36 işçisi olub, ittiham aktında 4 nəfərin qabaqcadan əlbir olaraq əmlakı ələ keçirməsi faktı öz əksini tapmışdır. Hər bir halda cavabdeh Əliyəddin Səmədovun müqaviləsinin əsl olduğunu və onu tanıdıqlarını etiraf etmiş, hər iki müqavilədə imzalar eyni olduğundan təmsil etdiyi şəxsin müqaviləsi də tanınmalı, cinayət təqibi orqanına məlumatı Şakir Hüseynov verməli idi. Eyni zamanda əgər Hüseynov Şakir müxtəlif şəxslərdən pul alıb öz öhdəliyini yerinə yetirmirsə, onun öhdəliyi vərəsəlik qaydasında cavabdehə keçir. Cavabdehla iddiaçı arasında razılaşmanın nəticəsinin olmaması səbəbi isə ondan ibarətdir ki, onun planı 16 mərtəbəli bina inşa etdirmək olmuş, buna icazə verilmədiyi üçün 8 mərtəbəli bina tikməli olmuş, lakin öhdəliklərini əhatə etmədiyindən həmin binanın tikintisində maraqlı olmamışdır. Əliyəddinin cinayət işi aparılmasından xəbəri olduğu halda, qardaşı Telmanın xəbərinin olmaması məsələsinə gəldikdə isə, bildirir ki, həmin ərəfədə qardaşlar arasında ailə münasibətləri ilə əlaqədar soyuqluq olmuşdur. Münasibətlərin bu hala gəlməsi ev alınandan sonra baş vermişdir. Bəzi müqavilələrdə ödənişi qəbul edən şəxs hissəsində imzanın qarşısında sonradan Şakir Hüseynov imza çəkmiş, bununla da qarşı ödənişi qəbul etdiyi müqavilələri imzaladığını bildirmişdir. Səmədov Telman müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün pulu qardaşı Əliyəddinə vermiş, Əliyəddin Telmanın əvəzinə pulu ödəmişdir. Səmədov Əliyəddinə məxsus m üqavilələrdən birinin əslini, digərinin surətini məhkəməyə təqdim etmişdir, həmin müqavilələr ekspertizaya göndərilib, iş ekspertizadan qayıtdıqdan sonra məhkəməyə ərizə ünvanlayaraq müqavilənin əslini geri almışdır. Əliyəddinin dəqiq neçə obyekt aldığını bilmir, amma aldığı əmlakların sayı Telmanınkılardan çoxdur. 49 saylı müqavilə onlarındır, Əliyyədinə məxsus olan 70 ya da 77 saylı müqavilənin əslini məhkəməyə təqdim edib. 48 saylı müqavilənin əsli Əliyəddində olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Səhv etmirsə 48 saylı müqavilə üzrə alınan əmlaka dair çıxarış alınmışdır. Müqavilələrdəki imzaların Əliyəddinə məxsus olubolmadığını bilmir, onun imzasını tanımır. 48 saylı müqavilə reproqrafik surət olduğu üçün onun barəsində tədqiqat aparılmamışdır. Sorğu vasitəsilə əldə olunmuş m üqavilələrdəki imzalar, onların imzası ilə eynidir, Şakir Hüseynovun özünün imzası ilə olan müqavilələrin sahiblərinin zərərçəkmiş kimi tanındığını bildirsələr də görünür ki, müqavilələrin heç birində Şakirin imzası olmayıb. Səmədov Əliyəddin Bakı Ağır Cinayətlər Məhkəməsindən gönərilmiş müqavilələrin ona məxsus olmadığını bildirib. Müqavilədə onların imzasının olmadığını qəbul edir, pulu Telman qardaşı Əliyəddinə vermiş, Əliyəddin qardaşının əvəzinə ödənişi həyata keçirmişdir. Ekspert rəyi ilə Səmədov Əliyəddinin və iddiaçının müqavilələrində ödənişi alan şəxsin eyni olduğu təsdiq edilmişdir. 2016-cı ildə Telman öləndə təmsil etdiyi şəxs obyektlərlə bir müddət maraqlanmamış, bundan sonra cavabdehə müraciət edəndə o, müqavilələrin mövcudluğunu təsdiq etmiş, bina tikiləndən sonra təhvil ver əcəyini bildirmişdir, xeyli müddət keçsə də obyekt təhvil verilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Sorğu vasitəsilə əldə olunmuş müqavilələrdəki imzalar, idiaçının müqaviləsindəki imza ilə eynidir, Şakir Hüseynovun özünün imzası ilə olan müqavilələrin sahiblərinin zərərçəkmiş kimi tanındığını bildirsələr də görünür ki, müqavilələrin heç birində Şakirin imzası olmayıb.

31. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə2 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyib, təmsil etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2006-2007-ci illərdə bağlanmış müqavilələrlə bağlı elə nüanslar vardır ki, müqavilələrin mötəbərliyini şübhə altına alır. Məhkəmə qətnaməsindən görünür ki, müqavilələri bağlayan şəxs Hüseynov Şakir Hüseyn oğlunun mühasibi olmuş və onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hüseynov Şakir Hüseyn oğlunun bağlamadığı müqavilələrin tərəfləri istintaqın gedişində zərərçəkmiş şəxs kimi tanınaraq onlarla yenidən müqavilə bağlanmışdır. Müqavilələrlə bağlı ekspertiza keçirilib. Hüseynov Şakir Hüseyn oğlu aldığı ödənişlərin əvəzində müqavilə bağladığı şəxslərə yaşayış və qeyri-yaşayış sahələrini təhvil vermişdir. Onun məhkum olduğu dövr 2007-2008-ci illəri əhatə edir və hazırki iş üzrə iddiaçı isə 2007- 2008-ci illərdə qeyriyaşayış sahəsini aldığını bildirmişdir. Belə ki, onun müqaviləsində ödənişi qəbul edən şəxs Hüseynov Şakir Hüseyn oğlu deyildir. Burada əsas məsələ Şakir Hüseynovun pulu alıbalmaması məsələsidir. Pulu alan şəxs müqavilədə ödənişi qəbul edən şəxs bölməsində imza çəkən ş əxs olmalıdır. Telmanın qardaşı Əliyəddin 2006-cı ildə 100 kv.m qeyri-yaşayış sahəsi almış, onun müqaviləsi ekspertizadan keçirilmiş, zərərçəkmiş kimi tanınanaraq obyekti təhvil almağa müvəffəq olmuşdur. X14 qardaşının zərərçəkmiş kimi tanınaraq, yenidən müqavilə bağlayıb, obyekti təhvil aldığı halda birincinin bundan xəbərsiz olması məntiqli deyil. Şəxs 2016-cı ildə ölüb, həmin vaxta qədər gedib zərərçəkmiş şəxs qismində tanına, qardaşı kimi yenidən müqavilə bağlaya və qeyri-yaşayış sahəsini ala bilərdi. Amma müqavilə üzrə hər hansı hərəkət edilməmişdir. Bununla yanaşı tərəflər arasında iki müqavilə bağlanmış, bir müqaviləyə görə ödənişlərin həyata keçirilməsi yekunlamamış, digər müqavilə üzrə ödənişlər edilmiş, nəticədə müqavilələrdən biri üzrə ödəniş tamamlanmış, digəri tamamlanmamışd ır. Vərəsə yalnız "xxxx" MTK-dan atasına məxsus payı miras olaraq qəbul etmişdir. Təmsil etdiyi şəxsin atası binanın tikintisini fərdi sahibkar kimi həyata keçirmiş, daha sonra müxtəlif dövlət orqanlarının tələbi, eyni zamanda, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə binanın tikintisini davam etdirmək üçün 2016-cı ildə cavabdeh tərəfindən "xxxx" MTK yaradılmışdır. "xxxx" MTK-ya məxsus heç bir əmlak yoxdur. Müqavilələri yenilənən şəxslər bir araya gələrək, liftin quraşdırılması, binanın yenidən rənglənməsi kimi işləri görmüşlər. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə podratçı tapılaraq bina inşa etdirilməsi ilə bağlı müraciət etmiş, razılıq əldə olunmuş, bununla da zərəçəkmiş şəxslərin mənzil və ya obyektlə təmin olunmaları da planlanmışdır. Pulun Şakir Hüseynova verilməsi şüb həlidir. Təmsil etdiyi şəxs yalnız "xxxx" MTK-dan atasına məxsus payı miras olaraq qəbul etmişdir, hansıki məhkəməyə təqdim etdiyi reyestrdən çıxarışda da göründüyü kimi, nizamnamə kapitalının miqdarı 100 manatdır. Miras əmlakı siyahıya alınıb, siyahıda yalnız "xxxx" MTK-dakı müvafiq pay qeydə alınmış, cavabdehin atasının başqa əmlakı olmamışdır. Cavabdeh onun 60%-ni yəni, 60 manatını miras olaraq qəbul etmişdir. Notariusdan verilmiş arayışdan cavabdehin başqa əmlak qəbul etmədiyini görmək mümkündür. Binanı tikdirən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmazdan əvvəl payçılara öz mənzillərini və qeyriyaşayış sahələrini təhvil verib. Vərəsənin həmin binadakı mənzilləri və ya qeyri-yaşayış sahələrini satmaq səlahiyyəti olmamışdır. Hökmlə müsadirə müəyyən olunmuş, binanın yenidən tiki lərək satılması öhdəliyi qoyulmuş, daha sonra hökm ləğv olunmuşdur. İş materiallarında Əliyəddinə məxsus olan müqavilələrdə ödənişi alan şəxs hissəsində imzalar fərqlidir, müqavilələrdən birinə Şakir özü imza çəkmiş və əmlakı Əliyəddinə təhvil vermişdir. Ola bilsin ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxslərlə mərhum yenidən müqavilə bağlayaraq, ödənişləri öz imzası ilə təsdiq etmiş və əmlakları təhvil vermişdir. İş materiallarında olan 48 saylı müqavilənin surəti cinayət işindən əldə olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə təqdim etməyinin səbəbi isə şirkətdə Əliyəddinə məxsus müqavilənin mövcud olması, onun zərəçəkmiş şəxs qismində tanınması, bu baxımdan ona əmlakının verilməsini diqqətə çatdırmaq olmuşdur. Təmsil etdiyi şəxs cinayət işi aparılan zaman hakimin zərərçəkmiş şəxslərlə bağlı müqavilələri tələb etməsindən sonra Əliyəddinə məxsus olan 48 saylı müqaviləni məhkəməyə təqdim etmiş, müqavilədəki imzalardan birinin atasına məxsus olduğunu bildirmişdir. Hüseynov Şakir Hüseyn oğlunun bağlamadığı müqavilələrin tərəfləri istintaqın gedişində zərərçəkmiş şəxs kimi tanınmış və onlarla yenidən müqavilə bağlanmışdır. Telmana məxsus olduğu iddia edilən müqaviləni qəbul etmirlər. Tural 2016- cı ildə Şakir MTK-nı təsis etdikdən sonra belə miras olaraq qəbul edildiyi bildirilən əmlak MTK-nın balansına keçməyib, MTKnın yaradılma məqsədi alıcılara mülkiyyət hüququ əldə etmələri üçün MTK arayışı vermək olmuşdur.

32. Məhkəmə kollegiyasının iclasında videogörüntü vasitəsi ilə iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs X12 izahat verib bildirmişdir ki, qardaşları ilə şərik bizneslə məşğul olmuşlar. Mübahisəli binada qardaşları ilə birlikdə daşınmaz əmlaklar almışlar. Qardaşları pulu ona vermiş, o da onların yerinə ödəniş etmişdir. Qardaşı Telmanın adına iki müqavilə olmuşdur. Həmin müqavilədək əmlakları qardaşı Telman almış, sadəcə onun yerinə ödəniş etmişdir. Pulu İlham adlı şəxsə vermişdir. O da Şakirin adamı olmuşdur. Cinayətin işinin gedişində qardaşı ilə aralarında söz-söhbət olduğundan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınanda qardaşına bu haqda xəbər verməmişdir. İstintaqın gedişində onda olan bütün sənədləri, həmçinin Telmanın müqavilələrini təqdim etmiş, müqavilələrə o imza etdiyindən istintaqa da onu çağırmışlar. Ümumilikdə nə qədər ödəniş etdiyini xatırlamır, nə ödəmişdisə sənədlərdə öz əksini tapmışdır.

33. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 5 may tarixli, 2(105)-282/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır (hakimlər - X20 (sədrlik edən və məruzəçi), X28 və X23).

34. Apellyasiya instansiyası məhkəməsi ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, cavabdehdən 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli podrat müqavilələri üzrə ödənilmiş ümumilikdə 90000 ABŞ dolları pul məbləğinə münasibətdə illik 5 faiz olmaqla pul tələb etmişdir ki, həmin müqavilələr üzrə mərhum Ş.Hüseynovun pul öhdəliyi m övcud olmamışdır. Qeyd olunan müqavilələr üzrə öhdəlik ödənilmiş pul məbləğinə müvafiq olaraq, çoxmənzilli binada qeyri-yaşayış sahələrinin inşa edilməsi və təhvil verilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi isə pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ üçün faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Nəzərə aınmalıdır ki, iddiaçı müqavilələrin ləğv edilməsi ilə bağlı iradə ifadəsini 2024-cü il tarixdən etibarən irəli sürmüşdür ki, cavabdehin pul öhdəliyi hazırkı iş üzrə qətnamələrin qanuni qüvvəyə mindiyi andan yaranmış hesab olunacaqdır. İddiaçı tərəfindən isə müqavilələr üzrə vurulmuş zərərin digər əsaslarla tələb edilməsinə dair isə iddia irəli sürülməmişdir. Buna görə də iddiaçının apell yasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh müqavilələrdə qeyri-yaşayış sahəsinə görə ödənildiyi görünən pulları qəbul edən şəxsin imzalarının Şakir Hüseynova məxsus olmamasını, müqavilədə "Payçı" X16 aid hissədə isə ümumiyyətlə imzanın olmamasını əsas gətirərək, həmin müqavilələrin saxta olmasını iddia etmişdir ki, cavabdehin bu dəlili əsassız hesab olunmuşdur. Qeyd olunan dəlilin əsaslılığının yoxlanılması üçün mərhum Hüseynov Şakir Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində olan 1(101)-76/09 nömrəli cinayət işi üzrə Sumqayıt şəhəri, 36-cı məhəllədən inşa ediləcək binada zərərçəkmişlərlə bağlanmış müqavilələrin müəyyən sayda surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müvafiq sorğu göndərilmiş və məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş müqavilələrin əksəriyyətinin hazırkı iş üzrə mübahisə predmeti olan 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrlə eyni formada olması, müqavilələrdə “İcraçı” qrafasında imzanın Ş.Hüseynov tərəfindən imzalanması, "ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların isə başqa şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların isə 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 n ömrəli müqavilələrdəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzalarla eynilik təşkil etməsi müəyyən edilmiş, bu hal tərəflər arasında mübahisələndirilmədiyindən, işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrdəki ödənişi edən şəxs qrafasındakı imzanın ona məxsus olduğunu, lakin həmin ödənişi qardaşı X16 görə etdiyini bildirmişdir. Müqavilələrin “Payçı” adlı qrafasında da X14 adı qeyd olunmuşdur ki, bununla da müqavilələrin məhz X21 ilə bağlanması və müqavilə üzrə öhdəliyin ona münasibətdə icra edilməməsi səbəbindən hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması təsdiq olunmuşdur.

36. Cavabdeh tərəfin üçüncü şəxs X12 ilə bağ lanmış 15 fevral 2006-cı il tarixli, 48 nömrəli və 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilələrdəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların Ş.Hüseynova məxsus olmasına baxmayaraq, 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006- cı il tarixli, 49 nömrəli müqavilələrldəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların başqa şəxsə məxsus olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilmişdir ki, mülki iş materiallarında üçüncü şəxs X12 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli iki fərqli müqavilə mövcud olmuşdur ki, mülki iş materiallarının 1-ci cildinin 108-ci səhifəsində olan, üçüncü şəxs X12 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalarla Bakı Ağır Cinayətl ər Məhkəməsindən sorğu əsasında əldə edilmiş üçüncü şəxs X12 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalar fərqli olmuşdur. Eyni hal iş materiallarına əlavə edilmiş X29 ilə bağlanmış 13 may 2006-cı il tarixli müqavillər üzrə də müəyyən edilmişdir. Hərçənd ki, cavabdeh tərəf özü bu halın mərhum Ş.Hüseynovun üçüncü şəxsi zərərçəkmiş şəxs kimi qəbul etməsini və sonradan müqavilənin yenidən tərtib edilməsini və ödənişləri öz imzası ilə təsdiqləməsi ehtimalı kimi qiymətləndirmişdir. Mülki işin 1-ci cildinin 108-ci səhifəsində olan, üçüncü şəxs X12 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalarla 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 20 06cı il tarixli, 49 nömrəli müqavilələrldəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzalar da eynilik təşkil etmiş, bu hal tərəflər arasında mübahisələndirilmədiyindən, işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Ən əsası isə mülki işin 1-ci cildinin 163-cü səhifəsində olan Hüseynov Şakir Hüseyn oğlunun və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-76/09 nömrəli, 25 iyun 2009-cu il tarixli hökmündən görünür ki, Hüseynov Şakir Hüseyn oğlu və qeyriləri ilə mütəşəkkil dəstə formasında 15 fevral 2006-cı il tarixli, 29 noyabr 2006-cı il tarixli, 30 oktyabr 2006-cı il tarixli və 02 dekabr 2006-cı il tarixli müqavilələr üzrə X7 cəmi 214500 ABŞ dolları və 189231 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir ki, hazırkı mübahisə predmeti olan, X21 ilə bağlanmış 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrlə ödənilmiş 90000 ABŞ dolları məbləğinin də məhz cinayət işi üzrə dələduzluq yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmışdır. Buna görə də cavabdeh tərəfin 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrin saxta olması və həmin müqavilələr üzrə ödənişlərin edilməməsi ilə bağlı dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlilinə münasibətdə isə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisə predmeti olan müqavilələr 2006-cı il tarixdə bağlanmış, həmin müqavilələr üzrə inşa edilməli olan qeyri-yaşayış binalarının inşası mərhum Ş.Hüseynovun həbs olunması ilə əlaqədar dayanmış, Ş.Hüseynov 2016-cı il tarixdə vəfat etdikdən sonra yarımçıq qalmış, daha sonra binaların inşası mərhum Ş.Hüseynovun oğlu, yəni hazırkı cavabdeh tərəfindən davam etdirilmiş və 2020-ci il tarixdə binanın inşası başa çatmışdır. Keçən müddət ərzində iddiaçı tərəf müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra ediləcəyini ümid etmişdir. İddiaçı müqavilə üzrə öz hüququnun pozulduğunu yalnız binanın inşası başa çatdıqdan və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icrasından yayınması müəyyən edildiyi tarixdən bilmişdir. Belə olduğu təqdirdə isə cavabdehin iddia etdiyi kimi nə Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müd dəti, nə də ki, 776.1-ci maddəsi üzrə podrat müqaviləsi üzrə binaya aid tələbə dair beş illik iddia müddəti ötürülməmişdir. Buna görə də cavabdehin qeyd edilən dəlili də əsassızdır.

38. Məhkəmə kollegiyası cavabdehin atası Hüseynov Şakir Hüseyn oğlundan ona yalnız "xxxx" MTK-da cüzi pay miras qalması, miras qoyanın borcuna görə vərəsə qismində məsuliyyətinin mirasın həcmi ilə məhdudlaşması və vərəsə kimi qəbul etdiyi mirasın həcminin məhkəmə qətnaməsilə ödəməli olduğu məbləğə mütənasib olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut et məlidir. Həmçinin, cavabdeh Mülki Məcəllənin 1254-cü maddəsinin tələbinə müvafiq olaraq mirasın siyahıya alınmasını təmin etməmişdir. Halbuki, cavavdeh miras açıldıqdan sonra mirasın sıyahıya alınmasını həyata keçirmək imkanına malik olmuşdur. Digər tərəfdən cavabdeh məhkəməyə yalnız 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edərək, miras qalmış əmlakın yalnız "xxxx" Mənzil-Tikinti Kooperativində Hüseynov Şakir Hüseyn oğluna məxsus paydan ibarət olduğunu iddia etsə də, məhkəmənin icraatında olan digər bir işdə 13 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdeh “AQAT-95” firmasında Hüseynov Şakir Hüseyn oğluna məxsus 100 faiz p ayı da qəbul etməsi müəyyən edilmişdir. Həmçinin, qanun üzrə vərəsəlik şəhadətnamələri arasındakı tarix fərqi də cavabdehin atasından miras qalmış əmlakları rəsmiləşdirməkdə hansısa səbəbdən maraqlı olmamasını təsdiq etməkdədir. Buna görə də cavabdehin qeyd edilən apellyasiya şikayətinin dəlili də əsassızdır.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 377.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 445.7, 752.1, 755, 776.1, 1151.1, 1243.2, 1254 və 1307-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 62.1, 77.1, 82.4, 119.1, 217.4 və 384.0.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü i l tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilələrin bağlandığı bildirilsə də, məhkəməyə təqdim olunmuş müqavilələrdən görünənlər, müqaviləni n mötəbər olmaması və ümumiyyətlə mövcudluğuna şübhə yaradır. Məhkəmə nəzərə almalıdır ki, müqavilə tərəfləri kimi Şakir Hüseynov və Telman Səmədov qeyd olunsa da, müqavilədə pulu ödəyən qrafasında Əliyəddin Səmədov və pulu qəbul edən qrafasında olan imzalar isə Şakir Hüseynova deyil, ümumiyyətlə başqa bir şəxsə məxsusdur. Müqavilələrdə qeyri-yaşayış sahəsinə görə ödənildiyi qeyd olunan pullar isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində təqsirləndirilən Şakir Hüseynova qarşı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan X12 tərəfindən artıq tələb olunmuş və Əliyəddin Səmədova dəymiş zərər kimi göstərilmişdir. Hazırki iş üzrə X9 qeyd olunan şəxs X8 qardaşıdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-76/09 nömrəli, 25 iyun 2 009-cu il tarixli hökmündən görünür ki, X12 adlı şəxs Şakir Hüseynovla bağladığı müqavilələrin pulunu tələb edir. Hazırki mülki iş üzrə müəyyən olunur ki, X21 ümumiyyətlə Hüseynov Şakir Hüseyn oğlu ilə müqavilə bağlamamışdır. İddiaçının özünün də bildirdiyinə və məhkəmə araşdırması zamanı məlum olanlardan aydın görünür ki, X5 Hüseynova yaşayış və qeyri-yaşayış sahələrini almaq üçün müqavilələr əsasında sonuncuya pullar ödəmişdir. Bu səbəbdəndir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində X12 zərərçəkmiş kimi tanınmışdır. Şakir Hüseynov barəsində aparılan cinayət işi üzrə X21 adlı şəxs tərəfindən Şakir Hüseynova qarşı heç bir tələb irəli sürülməmiş və tərəflər arasında bağlandığı qeyd olunan hər-hansı müqavilələr cinayət işinə əlavə olunmamışdır. Əsas məqam ond an ibarətdir ki, X12 (Telman Səmədovun qardaşı) ilə Şakir Hüseynov arasında razılaşma olmuş və bu məqsədlə öz aralarında yeni müqavilə bağlamışlar. Belə ki, həmin müqavilə üzrə ödənilmiş pullar Şakir Hüseynovun öz imzası ilə təsdiq edilmiş və bundan sonra X1 qeyri-yaşayış sahəsi təhvil verilmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsi bir çox hallara diqqət yetirməmiş və iş üzrə ilk olaraq iddia qaldırmiş şəxsin subyektiv hüquqa məxsus olub-olmamsını tam yoxlamamışdır. X33 Hüseynov arasında bağlandığı iddia edilən müqavilələrdə imzalar uyğun gəlmir, ödəniş qrafalarında imzalar müxtəlif şəxslərə məxsusdur. Bu uyğunsuzluqlar Şakir Hüseynovun ödənişlərin qəbul edilməsində iştirak etmədiyini göstərir və onun vərəsəsi Cavabdeh kimi tanınması əsassızdır. Müqavilələrdə “icraçı”nın möhü rü yoxdur, yazılar eyni şəxsin qələmi ilə yazıldığı ehtimal olunur, əlavə edilməli olan mənzil planları təqdim edilməyib. Müqavilələrdə “payçı” Telman Səmədovun imzası yoxdur. Ekspertiza materialları isə başqa şəxslərin müqavilələrinə aiddir. Hesab edir ki, müqavilələr sonradan tərtib edilmişdir. Birinci instansiya məhkəməsinə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verilsə də, məhkəmə bunu nəzərə almamışdır. Hazırkı iddia predmeti pul tələbidir və ona üç il iddia müddəti tətbiq olunmalı idi. Müqavilə üzrə tərəf X21 2016-cı ildə vəfat etmişdir. Müqavilənin isə mərhum Şakir Hüseynovla 2006-cı ildə bağlanılması iddia edilir. Nəzərə alınsa ki, alıcı müqavilənin bağlandığı müddətdən 10 il keçdikdən sonra vəfat etmiş, buradan məlum olur ki, X2 qeyriyaşayış sahələri üzərində hüququnun olmadı ğını bilərək həmin əmlakların tələb olunmasında maraqlı olmamışdır. Müqaviləyə əsasən tikinti iki il müddətinə təhvil verilməli idi. Məhz bu vaxt keçdikdən sonra (yəni 2 dekabr 2008-ci ildən sonra) X21 öz hüququnun pozulduğunu bilməli idi. Bundan başqa mülki işə əlavə olunmuş vərəsəlik haqqında şəhadətnamədən görünür ki, məhkəməyə müraciət etmiş İddiaçı vərəsəliyi qəbul etdikdən sonra daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə qanunla müəyyən edilmiş 6 il iddia müddətini də buraxmışdır. Beləlilklə, göründüyü kimi, 15 ildən sonra qaldırılmış iddia tələbi qeyri-müəyyən, mötəbər olmayan və natamam sübutlara əsaslanaraq təmin olunmuşdur. Miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Cavabdehin qanun üzrə vərəsə kimi qəbul etdiyi mirasın həcmi məhkəmə qətnamə silə ödəməli olduğu məbləğə mütənasib deyildir. Mülki iş üzrə iddiaçının tələbi əslində cinayət işi üzrə zərərçəkmiş şəxs hesab edilən başqa bir şəxsə - X11 - məxsus hüquqi mövqeyin təkrarıdır. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X12 olmuşdur. Həmin şəxs mərhum Hüseynov Şakir Hüseyn oğluna qarşı başlanmış cinayət işində zərər çəkmiş kimi tanınıb, bu iş üzrə təqdim olunan müqavilələr ekspertizada nkeçirilmiş və hüquqi qiymət verilmişdir. Hazırda mülki iş üzrə iddiaçı olan şəxs isə Əliyəddin Səmədovun qardaşı X3 həyat yoldaşı İddiaçıdır. İddiaçı təqdim etdiyi sənədlərdə Telman Səmədovun vərəsəsi olduğunu bildirərək, məhz Əliyəddin Səmədovun cinayət işi üzrə tələb etdiyi məbləği təkrarən tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

45. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

46. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

47. Maddə 377.1. İddia müddətinin axım ı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tut ulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

53. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bor clu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

55. Maddə 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

56. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

57. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 5

8. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

59. Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

60. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələb i ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

74. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin bəzi dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

75. Nəzərə alınma lıdır ki, iddia müddətinin məqsədi - hüquqi sabitliyi və mülki dövriyyədə müəyyənliyi təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

76. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də cavabdehin iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə dəlilini bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, mübahisə predmeti olan müqavilələr 2006-cı il tarixdə bağlanmış, həmin müqavilələr üzrə inşa edilməli olan qeyri-yaşayış binalarının inşası mərhum Ş.Hüseynovun həbs olunması ilə əlaqədar dayanmış, Ş.Hüseynov 2016-cı il tarixdə vəfat etdikdən sonra yarımçıq qalmış, daha sonra binaların inşası mərhum Ş.Hüseynovun oğlu, yəni hazırkı cavabdeh tərəfindən davam etdirilmiş və 2020-ci il tarixdə binanın inşası başa çatmışdır. Keçən müddət ərzində iddiaçı tərəf müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra ediləcəyini ümid etmişdir. İddiaçı müqavilə üzrə öz hüququnun pozulduğunu yalnız binanın inşası başa çatdıqdan və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icrasından yayınması müəyyən edildiyi tarixdən bilmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Hüseynov Şakir Hüseyn oğlu ilə bağlanmış müqavilədə qeyd olunan tikilinin onun həbs edilməsi, sonradan vəfat etməsi ilə əlaqədar olaraq binanın 2020-ci ildə təhvil verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, iş materialları ilə mübahisəsiz olaraq müəyyən edilir. Bu halda iddiaçının müqavilə üzrə iddia müddətinin məhz bundan sonra başlanması barədə apellyasiya məhkəməsinin mövqeyi də əsaslıdır.

78. Nəzərə alınmalıdır ki, 2020-ci ilə q ədər borcun icrası ehtimalı, hüquq münasibətini hüquqi baxımdan bitmiş deyil, “davam edən vəziyyətdə” saxlamışdır. Bu səbəbdən iddia müddətinin başlanması üçün əsas hadisə - hüququn faktiki pozulması (yəni tikintinin təhvil verilməməsi, borcun icrasından imtina və ya açıq rədd davranışı) hesab edilməlidir. İddia müddəti yalnız tərəflərin hüquq pozuntusunun baş verdiyi və ya artıq bilindiyi andan etibarən hesablanmalıdır. Öhdəlik münasibəti davam edirsə və tərəflərin davranışları öhdəliyin icrasına ümid saxlayırsa, iddia müddəti başlamır. İddia müddətinin hesablanması zamanı məhkəmələr yalnız formal tarixlərə deyil, hüquq münasibətlərinin faktiki inkişafına və subyektiv hüququn pozulmasının real müəyyən olunduğu ana diqqət yetirməlidirlər.

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yə ni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Məhkəmə kollegiyası y uxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-282/2025 nömrəli, 2025-ci il 5 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar