Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-658/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6549/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İsmayiloviçə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 759.9 manat əsas, 113.9 manat cərimə, cəmi 873.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İsmayiloviç cavabdeh İddiaçınə qarşı alğı-satqı müaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsi ilə iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh İsmayiloviçin cavabdeh İddiaçınə qarşı alqısatqı müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, ilkin İddiaçı MMC ilə qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin ləğv edilməsi, ilkin İddiaçı MMCdən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Günel Tanrıverdiyeva). İlkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsindən şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6549/2022 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsindən iş üzrə ilkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan ilkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)6549/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsindən apellyasiya şikayət verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(060)-6549/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasını şikayətin məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırmışdır. Ancaq qeyd edir ki, bu tamamilə pozulmuş hüquqlarının bərpası məqsədi ilə hüquqlarının məhkəmə müdafiəsini süni yollarla məhdudlaşdırılmasıdır. Apellyasiya şikayəti 05 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə informasiya” sisteminə əlavə edilmiş, lakin “Elektron məhkəmə sistemində” yaranmış problem səbəbindən apellyasiya şikayəti “Natamam imzalanmış” statusu almışdır. Həmçinin “Natamam imzalanmış” statusunda olan apellyasiya şikayətində “imtina et” seçim düyməsi mövcud olmadığından imtina edilərək yenidən əlavə edilməsi qeyri mümkün olmuşdur. Məhz bu səbəbdən apellyasiya şikayəti 05 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə poçt daşıma şirkəti vasitəsi ilə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 05 yanvar 2023-cü il tarixdə təhvil alınaraq skan edilərək “Elektron məhkəmə informasiya” sisteminə əlavə edilmişdir. Apellyasiya şikayəti poçt vasitəsi ilə məhkəməyə göndərilən zaman apellyasiya şikayətinə “Elektron məhkəmə informasiya sistemi”ndə yaranmış “texniki problem” səbəbindən apellyasiya şikayətinin poçt vasitəsi ilə göndərildiyini bildirən ərizə əlavə edilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi tərəfindən apellyasiya şikayəti və şikayətə əlavə edilmiş digər sənədlər skan edilərək “Elektron Məhkəmə informasiya sistemi”nə əlavə edilən zaman qeyd edilən ərizə əlavə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6549/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(060)-6549/2022 saylı qərardadı ləğv edilməli, Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsindən “İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddəsinə uyğun hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşə əlavə edilmiş Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, “İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə sisteme yerləşdirilmiş, sənədin statusu natamam imzalanmış kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı təşkilat apellyasiya şikayətini eleıtron kabinet vasitəsi ilə göndərsə də sistemdə yaranmış texniki nasazlıqdan apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə göndərə bilməmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfindən apellyasiya şikayəti həmin tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə göndərilməməsi təşkilatın öz səhvindən olmamış, elektron məhkəmə sistemində yaranmış texniki nasazlıq səbəbindən olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilat tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6549/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)- 6549/2022 saylı qətnaməsindən “İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəlləsinin tələblərinə 361-363-cü maddəsinə uyğun hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6549/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6549/2022 saylı qətnaməsindən “İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəlləsinin tələblərinə 361-363-cü maddəsinə uyğun hesab edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-658/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-658/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver