Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2789/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(103)1384/2023 saylı qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 18 iyul 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı2 xeyrinə mülkiyyətində olan “Mersedes Benz C 220 CDİ” markalı, **-ZG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilməmiş 3267 manat, İddiaçı1 xeyrinə əldən çıxmış faydaya görə 3 aylıq taksi fəaliyyətindən əldə edəcəyi 2.400 manat qazancın tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(001)4333/2022 saylı qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia qismən təmin edilmiş, X1 maddi ziyana görə 3.182 manat, dövlət rüsumuna görə 80 manat olmaqla cəmi 3.262 manat pulun İddiaçı2 xeyrinə tutulması, X1 iş üzrə keçirilən eksp ertiza tədqiqatının dəyərinə görə 60 manat pulun dövlət nəfinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2(103)1384/2023 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassas iya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunan hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(103)1384/2023 saylı qərardadı ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) cavabdehin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olduğuna, yəni 3.182 manat olduğuna görə həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prossesual Məcəllənin 402.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahsənin predmeti bölünməzdir və ümumiyyətlə iddianın bütövlükdə təmin edilməsinin əsasları mübahisələndirilir. Belə olduğu təqdirdə ap ellyasiya məhkəməsi qətnamənin əsaslılığını tam yoxlamaqla qərar qəbul etməli idi. Tam yoxlanılan qətnamə üzrə qəbul edilən qətnamədən isə şikayət hüququ yaranmış olacaqdı. Məhkəmə bu hüquqdan cavabdehi məhrum etmişdir. Təqdim edilən kassasiya şikayəti MPM-nin 402-ci maddənin təsiri altına düşmədiyindən məhkəmə qətnaməsindən kassasiya şikayəti veriməsi hüququ bərpa edilməlidr. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindənkassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxudhüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsəkassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasın da ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən maddi ziyana görə 3.182 manat, dövlət rüsumuna görə 80 manat olmaqla cəmi 3.262 manat pulun İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan azdır, yəni qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 3.182 manat olduğuna görə həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən, kassasiy a instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan və predmet bölünən olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarılmış və yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələbləri hazırki mübahisəli məsələyə düzgün tətbiq edilmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəmə si Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(103)-1384/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.