Məhkəmə qərarları › İş №2(102)-279/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-279/2020

13.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-279/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10673/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin (hakim Fərrux Qasımov) 2(001)-3811/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx xxxxxxxx 2009-cu il təvəllüdlü X1, xx xxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)3811/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli 2(103)-10673/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3811/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X5 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-10673/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və pros essual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, tərəflərə münasibətdə birtərəfli mövqedə olmuş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili X4 oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən m əhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-7139/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxx 2018-ci ildən başlayaraq xx xxxxxxxx 2009-cu il təvəllüdlü X1, xx xxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat sabit pul da olmaqla ümumilikdə 462 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və cavabdehin maliyyə vəziyyətində olan dəyişikliyə əsaslanmaqla müəyyən olunmuş alimentin miqdarının artırılması və alimentin qazancın(başqa gəlirlərin) yarısı miqdarında tutulmasını tələb edir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC-də xx.xx.2014-cü ildən Dəmiryolu Yükdaşımaları bölməsində dəmiryolu yükdaşımaları üzrə baş mütəxəssis vəzifəsinə işləyir. Vergilər daxil əmək haqqı 1175 manat təşkil edir. Bununla yanaşı o, 2-ci qrup əlil olmaqla 230 manat Prezident təqaüdü, 506,48 manat pensiya alır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu 2018-ci il tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri dəyişmişdir. Həmçinin uşaq böyümüş və onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbayca n Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi i lə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-7139/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məb ləğini göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları və cavabdehin maliyyə vəziyyətinin əvvəlkindən də daha artıq olması, cavabdehin gəlirlərinin qeyri-müntəzəm və dəyişən olmaması nəzərə alınmaqla əmək haqqının və başqa gəlirlərinin yarısı həcmində artırılması qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, qanunla müəyyən edilmiş 160 mana t uşaqlar üçün yaşayış minimumu olmaqla, uşağın saxlanması üçün bu məbləğdən artıq alimentin tutulmasını qadağan etmir. Tutulan alimentin uşaqların ehtiyaclarından daha artıq olması barədə isə cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin alimentin yarısının uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə cavabdehin müvafiq tələbi olmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10673/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar