Məhkəmə qərarları › İş №2(102)-279/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-279/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-279/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)882/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) 2014-cü ildə keçmiş qayınatası X6 ilə birgə sonuncuya məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni söküb, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədib şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəliblər. Bu məqsədlə 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi iddiaçı hissə-hissə olmaqla qayınatasına 53000 manat pul vermişdir. Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikilmişdir. Bundan sonra Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, birgə vəsait hesabına tikilmiş restoranı tək işlədib, əldə olunan qazancdan razılaşmada nəzərdə tutulmuş qaydada istifadə etməmişdir.

2. İddiaçıya birgə fəaliyyətdən 22.000 (iyirmi iki min) manat pul verilmişdir. 3. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Telman Əhmədov iddiaçıdan 53.000 manat pul aldığını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət edərək 139.000 (yüz otuz doqquz min) ABŞ dolları pulun (manatla ekvivalenti 236300 AZN), 15.000 (on beş min) manat pulun, əldə çıxmış fayda olan 63.000 (altmış üç min) manat pulun və 606 (altı yüz altı) manat dövlət rüsumunun, ümumilikdə 314906 (üç yüz on dörd min doqquz yüz altı) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı keçmiş qayınatası X4 2014-cü ilin iyun ayından başlayaraq, həmin ilin dekabr ayınadək, 139.000 (yüz otuz duqquz min) ABŞ doları və 15.000 (iyirmi min) manat pulu borc olaraq vermiş və bu günədək həmin pulu X6 iddiaçıya qaytarmamışdır. Belə ki, 2013-cü ildə iddiaçı qayınatası Telman Əhmədovgildə qonaq olarkən, T.Əhmədov iddiaçıya deyib ki, Oğuz-Şəki yolunun üstündə olan və işlətdiyi kafe köhnə, balaca və şəraitsiz vəziyyətdədir, orada müasir restoran tikib yaxşı pul qazanmaq olar. İddiaç qayınatasına təklif edib ki, 24.000 (iyirmi dörd min) ABŞ dollarına al dığı 6 sot torpağı satıb əldə olunmuş pulla restoranın tikintisinə başlasın, özü də həmin ilin sentyabr ayında qayıdıb Azərbaycan Respublikasına gələcək və tikintiyə lazım olan əlavə pulu verəcək. Telefonla danışarkən, Telman Əhmədov iddiaçıya bildirib ki, onun torpağını satıb, restoranın tikintisinə başlayıb, hətta restoranın layihəsi barədə də ona məlumat verib.

6. Bu minvalla restoranın tikintisi üçün iddiaçı qayınatasına 139.000 (yüz otuz doqquz min) ABŞ dolları və əlavə olaraq 15.000 (on beş min) manat pul vermişdir. Restoran fəaliyyətə başladıqdan sonra qayınatası iddiaçıya 21.000 (iyirmi bir min) manat pul vermiş, daha sonra isə 1000 manat pul ödəmişdir. Bundan sonra qayınatası iddiaçıya pul ödəməyi dayandırmışdır.

7. İddiaçı pulu almaq üçün 21 noyabr 2020-ci il tarixdə polisə mür aciət etmiş, Qəbələ rayon polis şöbəsinin istintaq bölməsində 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Telman Əhmədovun iddiaçıdan pul almasını qismən etiraf etməsinə baxmayaraq, həmin qərarla, Telman Əhmədovun iddiaçıdan139.000 (yüz otuz doqquz min) ABŞ dolları və 15.000 (on beş min) manat pul alması və həmin məbləği qaytarmaması tam təsdiqini tapmışdır. 29 avqust 2021-ci il tarixdə Telman Əhmədov vəfat etmişdir. Telman Əhmədovun vəfatndan sonar onun həyat yoldaşı Cavabdeh3, övladları: Cavabdeh1, Cavabdeh4 və kürəkəni Cavabdeh2 onun əmlaklarını, o cümlədən onun pulu ilə tikilən restoranı işlətməyə başlayıblar. Bununla da, həmin şəxslər faktiki olaraq Telman Əhmədovdan qalan əmlaklara sahibliyi və istifadəni həyata keçirirlə r. Buna görə də iddiaçı qayınatası Telmanın iddiaçıya olan borcunu onlardan tələb edir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.5, 157.8, 385.1, 386.1, 425.1, 425.2, 448.1, 448.2, 449.1, 1091.1, 1092.1, 1159.1 və 1243-cü maddələrinə istinad etmişdir.

9. Cavabdehlərin nümayəndəsi (vəkil) iddiaya etiraz edib. Etirazın dəlilləri ondan ibarət olub ki, iddiaçı əsassız varlanmaya istinad edir, halbuki bu tələb 2 ildən sonra qüvvədən düşür. İddia isə 8 ildən sonra qaldırılıb. Həmçinin bu müddət kəsici olduğu üçün müddətin tətbiqi barədə ərizə verməyə zərurət yoxdur. Bundan əlavə, iddiaçının mərhum qayınatasına pul verməsi heç bir mötəbər sübutla təsdiq edilmir.

10. Cavabdehlərin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

11. Birinci instansiya məhkəməs ində iddiaçı tərəfdən X7, X12, X8 və X5 şahid qismində dindiriliblər.

12. Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50.000 (əlli min) manat məbləğində pul vəsaiti və 606 (altı yüz altı) manat dövlət rüsumu olmaqla, cəmi 50.606 (əlli min altı yüz altı) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Elman İsayev)

13. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə, o cümlədən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara və şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, 2014-cü ildə dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu, Nic qəsəbə sakini X6 ilə iddiaçı aras ında sonuncunun pul vəsaiti hesabına Telman Əhmədova məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafenin sökülərək, yerində müasir tipli restoran tikilməsi, gələcəkdə həmin restoranın birlikdə işlədilməsi, şərikli qazanc əldə etmələrinə razılığa gəlinib. Bundan sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi iddiaçının hissə-hissə sərf etdiyi pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoran tikilmişdir. Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, sonuncunun vəsaiti hesabına tikilmiş restoranı 6 il ərzində tək işlətmişdir. Buna baxmayaraq, iddiaçı yaxın qohumluq münasibətinə görə Telman Əhmədova qarşı hər hans ı iddia irəli sürməmişdir. Lakin 2018ci ildən arvadı Pərvanə Məmmədova ilə aralarında yaranmış ailədaxili mübahisələr zəminində iddiaçının qayınatası Telman Əhmədovla da münasibətləri pozulduğundan, Rusiya Federasiyasında ticarətlə bağlı işləri zəiflədiyi və maddi vəziyyəti pisləşdiyindən iddiaçı onun pul vəsaiti hesabına tikilmiş restoranı tək işlədərək qazanc əldə etdiyi dövrlər üçün Telman Əhmədovdan icarə haqqı istəmişdir. Həmçinin bundan sonra restoranı işlətdiyi hər ay üçün icarə haqqı verməsi, icarə haqqı verə bilməyəcəyi təqdirdə restoranı başqa şəxsə icarəyə verəcəyi, bunlar mümkün olmadıqda isə restoranın tikintisinə sərf etdiyi pul vəsaitini geri qaytarması barədə Telman Əhmədovdan tələb etmişdir. T.Əhmədov pulu qaytarmaqdan imtina etdiyindən İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda Telman Əhmədov ümumilikdə İddiaçı tikintiyə xərcləmək üçün yalnız 50.000 (əlli min) manat pul aldığını etiraf etmişdir. X6 29 avqust 2021-ci il tarixdə vəfat etmişdir.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, X2 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən iddiaçı tərəfindən X4 verilmiş 50000 (əlli min) manat məbləğində pul X2 vərəsələri – Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçıya qaytarılmalıdır.

15. Birinci instansiya məhkəməsi pul məbləğinin X2 vərəsələrindən tələb olunması ilə bağlı qeyd edib ki, hazırda miras qoyan X2 əmlakından sonuncunun vərəsələri – arvadı Cavabdeh3, qızı Cavabdeh1 və qızı Cavabdeh4 istifadə edirlər. Bu s əbəbdən Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərinə əsasən X2 öhdəlikləri üzrə məsuliyyəti onun vərəsələri - arvadı Cavabdeh3, qızı Cavabdeh1 və qızı Cavabdeh4 daşıyırlar.

16. İddia tələbinin Cavabdeh2 (mərhum X1) qarşı olan hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, Cavabdeh2 X2 vərəsəsi hesab olunmadığından iddia tələbi ona qarşı olan hissədə əsassızdır.

17. Birinci instansiya məhkəməsi cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək göstərmişdir ki, iddiaçı tərəfindən hazırki iddia ilə bağlı iddia müddəti ötürülməmiş, ərizə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə verilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mü lki Məcəlləsinin 373.2-373.5, 377.1, 1091, 1092.1, 1306.1, 1146 və 1243-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1 və 76.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehlər də apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilən hissəsində ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

21. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun dəlillərlə əsaslandırılıb.

22. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - iddianın mahiyyətindən görünür ki, iddiaçının X6 ilə gəldikləri razılığa görə onun verdiyi vəsaitlə iş qurulm alı və ondan hər iki tərəf fayda götürməli idi. Lakin T.Əhmədov iddiaçıya heç bir vəsait qaytarmamış, yalnız icarə haqqının əvəzi olaraq 22000 manat qaytarmışdır. Hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 8 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda cavabdehlərin hər hansı ərizə verməyinə zərurət yoxdur; - iş materiallarına, iddia ərizəsinə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlara nəzər yetirəndə məlum olur ki, guya iddiaçı 2014-cü ilin iyun-dekabr aylarında T.Əhmədova 139000 ABŞ dolları və 15000 manat pul vermiş, T.Əhmədov isə həmin puldan heç nə qaytarmamış və yalnız icarə haqqının dəyəri ni ödəmişdir. Hansı ki, iş materiallarında iddiaçının cavabdehə pul verməsi barədə heç bir sübut mövcud deyildir; - məhkəmə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” polisin qərarında T.Əhmədovun izahatına istinad edib. Halbuki T.Əhmədov latın qrafikasında yazıb-oxuya bilməyib. Həmin qərarın T.Əhmədova verilib-verilməməsi də araşdırılmayıb; - iş materiallarında, cavabdehlərin mirası qəbul etmələri, ümumiyyətlə, Telman Əhmədovdan miras əmlak qalıb-qalmadığı müəyyən edilmir. Hətta bu barədə vəsatət verilərək iddia ərizəsinin baxılmamış saxlanılması xahiş olunsa da, heç bir hüquqi əsaslandırma olmadan vəsatət təmin edilməmişdir; - məhkəmə hesab etmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabı na təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Normadan da göründüyü kimi qanunverici tələb hüququ verdiyi şəxsi kreditor adlandırır. İşin hallarından isə iddiaçının kreditor olması təkzib olunur; - məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 19 dekabr 2020-ci il tarixli“ cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda X2 Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda 50000 (əlli min) manat pul aldığını, gələcəkdə maddi vəziyyəti pisləşəndə və yaxud öldükdə nəvəsi Emil üçün obyekt olduğunu etiraf etdiyini yazmaqla kifayətlənmiş və həmin pulu qaytarmağını qeyd etsə də, məhkəmə qətnamədə həmin hissəyə toxunmamışdır; - məhkəmə Telman Əhmədovun hərəkətlərini əsassız varlanma kimi qiymətləndirmiş 50000 (əlli min) manat məbləğində pulun iddiaçıya qaytarılmasını təmin etmişdir. Lakin məhkəmə qanunvericiliyin məcburi tətbiq edilməli normalarını tətbiq etməmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırki mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi. Sözügedən müddət isə kəs ici müddət olduğundan bu halda mənim hər hansı ərizə verməyinə zərurət yox idi. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - göründüyü kimi, iddiaçının Telman Əhmədova verdiyini iddia etdiyi 139000 ABŞ dolları və 15000 manat vəsait 2014-cü ilin sonlarında yəni dekabr ayında verilmişdir. İddiaçı həmin məbləği hazıradək mübahisələndirməmiş, yalnız X6 vəfat etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin bu hallarını obyektiv araşdırmadan birtərəfli qaydada yalnız iddia ərizəsinə və iddiaçının dəlillərinə uyğun qətnamə qəbul etmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-882/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 53.000 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və 606 (altı yüz altı) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Vəzirxan Məlikov))

24. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq cavabdehlərin məhkəmə baxışı iclasında iştiraklarının təmin edilməməsi əsas ilə qətnamənin ləğv edilməli olması nəticəsinə gəlmiş və qeyd etmişdir ki, məhkəmə baxışı iclası 25 aprel 2022-ci il tarixə, saat 14:30-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onların iştirakı olmadan baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İş materiallarında cavabdehlərin vəkili və nümayəndəsi kimi Nümayəndə2 iştirakı qeyd edilmiş olsa da, iş materiallarına vəkil orderinin kserosurəti əlavə edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçının keçmiş qayınatası X6 ilə 2014-cü ilin iyun ayından başlayaraq qoyduğu vəsait və cavabdehin restoran işini təşk il etməsi ilə bağlı razılaşmaları olmuş və hər iki tərəf bu ortaqlıqdan səmərəli nəticə əldə etmək istəmişlər. Bununla belə, tərəflərin birgə fəaliyyəti uğurlu şəkildə davam etməmiş və ortaqlığı dayandırmalı olmuşlar. Tərəflərin razılaşdıqları birgə fəaliyyətdə cavabdehin öz öhdəliyini pozması aşkardır, lakin iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə dair mötəbər sübutlar müəyyən olunmamışdır. Cavabdeh, razılaşmaya zidd şəkildə restoranın gəlirindən ədalətli şəkildə istifadə etməmiş, birgə fəaliyyətin normal axarına maneçilik törətmişdir. Hazırkı işdə cavabdehin öz üzərinə götürdüyü öhdəlikdən kənara çıxması təsdiq olunur. Qarşılıqlı öhdəliklərdə isə müqavilənin bir tərəfi əqddən irəli gələn öhdəliklərini icra etmirsə, müqavilənin digər tərəfinin müvafiq şərtlərə riayət et məklə, müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etməsi qanunvericiliyə uyğundur.

26. İddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı keçmiş qayınatası X6 ilə 2014-cü ilin iyun ayından başlayaraq, sonuncuya məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni söküb, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədərək, şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəldikdən sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi Telman Əhmədova hissə-hissə 53000 manat pul vermiş, həmin pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikintisi başa çatmışdır. Bundan sonra, Telman Əhmədov restoranı birlikdə i şlədərək şərikli qazanc əldə edəcəkləri barədə iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, birgə vəsait hesabına tikilmiş restoranı tək işlədərək əldə olunan qazancdan razılaşmada nəzərdə tutulmuş qaydada istifadə etməmişdir. İddiaçıya birgə fəaliyyətdən 22000 (iyirmi iki min) manat pul verilmişdir. İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən Telman Əhmədov iddiaçıdan 53000 manat pul aldığını etiraf etmiş, qaytardığına dair isə hər hansı bir sübut növü aşkar edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür. X11 53000 manat pulu iddiaçıya qaytarması 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan müəyyən edilmir. Telman Əhmədov əsassız varlanmış şəxs olduğundan 53000 manat pul onun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə qiymət verərək göstərib ki, şahidlər iddiaçı tərəfindən pulun Telmana şəxsən verilməsinin şahidi olmamışlar. Buna görə də şahid ifadələri iddianın tam təmin edilməsi üçün yetərli deyildir. Qanunvericiliyin tələbinə görə isə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə bir sübutu isə iddiaçı məhkəmələrə təqdim etməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi məbləğdə pulun Telman Əhmədova verilməsinə dair hər hansı bir sübut təqdim etmədiyi üçün apellyasiya şikayəti və iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Cavabdeh2 qarşı hissəsi ilə bağlı hesab edib ki, iddia tələbi həmin cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 hazırda X2 vərəsəsi hesab olunmur.

30. Apellyasiya instansiyası məhkəməsi əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 8 ilə yaxın müddət keçdiyi nəzərə alınmaqla iddia tələbinin rədd edilməli olması, sözügedən müddət kəsici müddət olduğundan hər hansı ərizə verilməsinə zərurət olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qanunvericiliyə əsasən müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materialları ilə müəyyən edilir ki, restoranın tikintisi məqsədilə Telmana verdiyi 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu almaq üçün iddiaçı 21 noyabr 2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ rayon PŞ-də şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 19 dekabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı öz hüququnun pozulduğunu 21 noyabr 2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilmişdir. Yəni borclu tərəfdən öz öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, boclu tərəf isə öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu keçmiş qayınatasından ala bilməyəcəyini görmüş və dərhal polisə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 27 yanvar 2022-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il 2 ay sonra məhkəməyə müraciət etmişdir.

31. Cavabdehlərin mirası qəbul etməmələri, ümumiyyətlə Telman Əhmədovdan miras qalıb-qalmadığının müəyyən edilməməsi, əslində işin baxılmamış saxlanmalı olması barədə apellyasiya şik ayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Telman Əhmədovun mülkiyyətində olan torpaq sahəsində restoran tikilməsi, Telman Əhmədovun həmin restorana gözlənilən mülkiyyət hüququnun olması işin mübahisə edilməyən tərəfidir. Daha sonra cavabdehlər həmin restoranın işlətmədiklərini qeyd etmirlər. Eyni zamanda vərəsəlik şəhadətnaməsinin almadıqlarını qeyd edirlər. Halbuki mirası qəbul etmək üçün vərəsəlik şəhadətnaməsinin alınması məcburi şərt deyildir. Mirası faktiki idarəçiliyə qəbul edildiyi vaxtdan artıq miras vərəsənin mülkiyyətidir. Bundan başqa, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddə sinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etd ikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

32. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınmamasına görə iddia ərizəsinin baxılmamış saxlanılmasına əsaslar mövcud deyildir. Yəni vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması iddiaçının Telman Əhmədovun öhdəliklərinin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Şikayət bu hissədə də əsassızdır.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür. X11 53 000 manat pulun iddiaçıya q aytarması 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan, eyni zamanda iş materialları ilə təsdiq edilmir. 34. "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar üzrə toplanmış materialda Telman Əhmədovun izahat vermədən öncə latın qrafikası ilə oxuyub yazmaqda çətinlik çəkməsini bildirməsi, mütəxəssisin iştirakı olmadan kompyuterdə yazılmış izahata imza etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin qərar 19 dekabr 2020-ci il tarixdə qəbul edilmiş, Telman Əhmədov isə 29 avqust 2021-ci il tarixdə ölmüşdür. Keçən 9 ay müddətində Telman Əhmədov həmin qərarı mübahisələndirməmişdir. Yəni latın qrafikası ilə yaza bilməsəydi T.Əhmədovun həmin qərarı mübahisələndirmək hüququ var i di. Ancaq T.Əhmədov həmin qərarla razılaşaraq onu mübahisələndirməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 425.1, 425.2, 442, 447.1, 447.7, 448.1, 1091.1, 1091.2, 1092.1, 1146, 1151.1, 1153, 1243 və 1306.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdehlər (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası iddiaçıya birgə fəaliyyətdən qazanılan vəsait kimi 22.000 manatın ödənilməsini göstərmişdir. Halbuki, iddiaçının iddia ərizəsindən və polis orqanına verdiyi izahatından hə min vəsaitin icarə haqqı əvəzi olaraq ödənildiyi görünür. Həmçinin həmin vəsaitin ödənilməsi də yalnız iddiaçının izahatı ilə öz təsdiqini tapır. İş materiallarında buna dair heç bir mötəbər sübut yoxdur; - kəsici müddətin ötürülməməsi ilə bağlı şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsi düzgün olmayaraq əsaslı hesab etməmişdir. Məhkəmə iddiaçının xx.xx.2020-ci ildə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etməsi ilə müddətin axımının dayanması qənaətinə gəlmişdir. Halbuki, iddia ərizəsindən, polis orqanına verilən izahatlardan aydın görünür ki, iddiaçı hüququnun pozulduğunu 2014-cü ilin sonlarında artıq bilirdi; - bundan başqa, Qəbələ Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilib ki, T.Əhmədovun hər hansı əmlakına vərəsəli k işi açılmayıb. Bu məktubu da məhkəmə qiymətləndirməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidi r. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulma sı xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaran mamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mən afelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir

39. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edilsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilir. Buna görə də məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticəni düzgün hesab edir.

42. İddia tələbi restoran tikintisinə görə çəkilmiş xərcin və restoranın fəaliyyəti ilə bağlı əldə edilmiş gəlirin ödənilməsi b arədədir.

43. İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə də iddiaçı keçmiş qayınatası X6 ilə 2014-cü ilin iyun ayından başlayaraq, sonuncuya məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni söküb, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədərək, şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəldikdən sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi Telman Əhmədova hissə-hissə 53000 manat pul vermiş, həmin pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikintisi başa çatmışdır. Bundan sonra, Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə iddiaçı qarşısında götürdüyü öhdəliyə əm əl etməyərək, birgə vəsait hesabına tikilmiş restoranı tək işlədərək əldə olunan qazancdan razılaşmada nəzərdə tutulmuş qaydada istifadə etməmişdir. İddiaçıya birgə fəaliyyətdən 22000 (iyirmi iki min) manat pul verilmişdir. İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən Telman Əhmədov iddiaçıdan 53000 manat pul aldığını etiraf etmiş, qaytardığına dair isə hər hansı bir sübut növü aşkar edilməmişdir.

44. Məhkəmə kollegiyası restoran tikintisi üçün iddiaçıdan 53000 manat pul almasının T.Əhmədovun özünün polisdə verdiyi izahatı ilə təsdiq edilməsi, həmin pulun T.Əhmədov tərəfindən tam qaytarılmasını sübut etmək vəzifəsinin sonuncunun vərəsələrinin üzərinə düşməsi və bu barədə sübut olmaması, həmçinin 22000 manat pulun d a iddiaçıya birgə fəaliyyətdən əldə edilən gəlirdən ödənilməsi ilə bağlı mövqeyi ilə razılaşır.

45. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətləri üzrə iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 25-35-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş halları baxımından düzgün hesab edir və buna görə də əlavə şərhə zərurət görmür.

46. Belə olan halda hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya birgə fəaliyyətdən qazanılan vəsait kimi 22.000 manatın ödənilməsini göstərsə də, iddiaçının iddia ərizəsindən və polis orqanına verdiyi izahatından həmin vəsaitin icarə haqqının əvəzi olaraq ödənildiyinin əksini tapması, iş materiallarında buna dair heç bir mötəbər sübutun olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hər hansı ziddiyyətli nəticəyə gəlməyib. Çünki icarə haqqının əvəzi olaraq ödənilən pulun məhz birgə fəaliyyətdən qazanılan vəsait kimi qiymətləndirilməsi işin halları baxımından düzgün olub.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərini də – əsassız varlanma ilə bağlı tələb üçün qanunda göstərilmiş müddətin kəsici müddət olması, iddiaçının həmin müddəti ötürməsi, cavabdehlərin mirası qəbul etməmələri – əsassız sayır.

49. Əvvəla, əsassız varlanma ilə bağlı tələb üçün qanunda göstərilmiş müddət kəsici müddət deyil, iddia müddətidir. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu mu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında aydınlıq gətirib. Həmin Qərarda qeyd edilib ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müd dət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

50. Bundan başqa, iddiaçının müddəti ötürməsi, cavabdehlərin mirası qəbul etməmələri barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin həmin dəlillərinə qiymət verərək, dəlillərlə bağlı gəldiyi nəticəni yetərincə əsaslandırmışdır.(bax:30-32-ci bəndlər.) Buna görə də eyni dəlillərə təkrar qiymət verilməsinə zərurət yoxdur.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən dəyişdirilmədən saxlanmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-882/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar