Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2790/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin giriş çıxışına dair yaranmış maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin giriş çıxışına dair yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1306/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli, 01924 saylı müqaviləyə əsasən Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 33 saylı binanın ümumi sahəsi 40 kv.m olan 01 saylı qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır.
2. Cavabdeh məxsus olan Abşeron rayonu, Məhəmmədli yaşayiş massivi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı binanın 43 saylı mənzili, iddiaçıya satılmış qeyriyaşayış sahəsinin üstündə yerləşir. Cavabdeh iddiaçının razılığını almaqla mənzilinə eyvan artırmışdır.
3. İddiaçı cavabdeh tərəfindən mənzilə etdiyi artırma və evin qabağında saldığı bağçanın qanunsuz olması barədə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçıya verilən 27 yanvar 2020-ci il tarixli 6/248 nömrəli cavab məktubunda qeyd olunub ki, qeyd etdiyi metal tordan quraşdırılmış çəpər həmin ərazidə əkilmiş ağacların mühafizəsi üçün nəzərdə tutulmuşdur. Tikinti işlərinin dayandırılması və ya söküntüsü Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir, İcra Hakimiyyətinin söküntü üçün maddi texniki bazası yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin giriş-çıxışına dair yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz tikilən eyvan və bağçanın cavabdehin hesabına sökülməsi, həmin ərazinin tam şəkildə boşaldılması, piyadaların gedişi üçün nəzərdə tutulmuş yolun qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi, hüquqi yardıma görə ödənilmiş 230 manat vəsaitin, 10,40 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin və 5000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məhəmmədli yaşayiş massivi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı binanın 55 saylı mənzili də onun mülkiyyətindədir. Cavabdeh qanunsuz olaraq yaşadığı mənzildən həyətə balkon çıxarmış və binanın sol sağ tərəfində yerləşən piyada keçidini dəmir və taxta alətlərlə hörərək özünə bağça düzəltmişdir. Nəticədə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun bağlanması, günəş işığının düşməməsi və havasızlıq kimi maneələr əmələ gə lmişdir. Eyni zamanda binanın sağ tərəfini sakinlərin, uşaqların istifadəsində olan piyada keçidini də zəbt edərək oranı hasarlayaraq bağça kimi istifadə edir. Halbuki, həmin ərazi hamının istifadəsində olan ümumi piyada yoludur, həmin yol bağlandığından sakinlər evlərinə, həyətlərinə girən zaman məcburiyyət qarşısında qalıb maşınların hərəkət etdiyi yolla gedirlər. Bu da insan həyatı üçün hər an təhlükə törədir. Nəticədə binanın giriş-çıxış yolunun bağlanması onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə yaradır. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz olaraq eyvanın tikilməsi və binanın girişində piyada keçidinin zəbt olunaraq orada bağçanın salınması tamamilə qanunsuzdur.
6. Məhkəmə baxışı zamanı Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsi v ə "xxxx" MTK iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yaşadığı binanın 1-ci mərtəbəsinin altında qaraj üçün nəzərdə tutulan yerin sahibinə - cavabdehə, şəxsi obyekt üçün nəzərdə tutulan tikililərdən istifadəsinə bir sözlə də olsa müdaxilə etməmişdir. Onun həmin qarajına aidiyyəti olmayan, qarajın yan tərəfində gediş-gəlişə mane olmayan binaların pəncərəsinin altını təmizləyib, 10 il bundan əvvəl yaşıllıq yaratmış, 5-6 zeytun ağacı, qızılgül kolları, həmişə yaşıl olsun deyə sarmaşıq kolları əkmişlər. Salxım söyüdlər qonşuların hamısına da xoş olub, uşaqları təhlükəsizlik olan yoldan uzaq tutmuş, uşaqların ağacların altında əylənmə imkanları olmuşdur. Yəni həmin yer yol a gediş və gəlişə mane olmayan istifadəsiz bir yerdir. Sadəcə açıq yer olduğundan itlərdən, heyvanlardan qorunması üçün öz əmək və vəsaitləri ilə alınmış bir metr setka çəkilib. Hələ cavabdeh ora gəlməmişdən onların eyvanı həmin şəxsin qarajının üstündə vardı. Sadəcə olaraq oranı bütün ailələr kimi bağlamışlar. Cavabdeh şikayətində qeyd edir ki, guya həmin balkon onu günəş işığından məhrum edir. Halbuki, qonşuları da şahiddirlər və onun dediklərini təsdiqləyir və cavabdehin iddia etdiklərinin tamamilə yalan və böhtan olduğunu bildirirlər. Cavabdeh özü ona və ailəsinə mənəvi cəhətdən çox ziyan vurur. İddiaçının təqdim etdiyi fotoşəkillərdə göstərilən balkon onun evinin balkonudur, rəsmi razılıq olmasa da, balkonu çıxaran zaman iddiaçının razılığını almışdır. İddiaçının sonradan fikrini dəyi şməsinin səbəbini bilmir. İddiaçının iddia etdiyi ərazi yaşıllıq zonasıdır, çəkilmiş hasar orada olan yaşıllıqların qorunması məqsədi daşıyır, oradan bütün bina sakinləri istifadə edirlər.
8. Abşeron Rayon Məhkəməsinin 2(012)-1768/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının özü məhkəmə iclasında etiraf edərək bildirmişdir ki, cavabdehin xahişi ilə, onun öz mənzilinin qarşısında balkon tikməsinə etiraz etməmiş, razılıq vermişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, o, mənzilinin qarşısında balkon tikərkən yalnız qonşu kimi iddiaçının razılığını almış, rəsmi razılıq almamışdır. Buradan da görünür ki, cavabdeh mənzilin qarşısındakı eyvanı qanunsuz şəkildə tikmişdir və bu, yaş ayış sahəsinin yenidən planlaşdırılmasına dəlalət edir. Baxmayaraq ki, iddiaçı müqavilə əsasında əldə etdiyi qeyri-yaşayış sahəsinə sahiblik edərək ondan istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir, nə qədər ki, cavabdeh öz mənzilinin qarşısında, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı olmadan balkon sahəsi tikmişdir “Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 24 may 2010-cu il tarixli Fərmanın tələbi baxımından həmin balkon sahəsinin sökülməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə onun subyektiv hüququ yaranmamışdır, bununla da iddiaçıda subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia h əmin hissədə təmin edilməməlidir.
10. Bundan başqa iddiaçının iddia tələbində sökülməsini tələb etdiyi bağça çoxmənzilli yaşayış binasının qarşısında yaradılmışdır, bağçanın yerləşdiyi torpaq sahəsi və piyadaların gedişi üçün nəzərdə tutulmuş yol da ümumi paylı mülkiyyət hüququ ilə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur, həmin sahələrin istifadəsi qaydasının müəyyən edilməsi və onlarla bağlı qanunsuz təsirlərin, maneələrin olduğu müəyyən edildikdə bu məsələlərin həlli məhz çoxmənzilli binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən həll edilməlidir. Bununla da həmin iddia tələblərinə münasibətdə iddiaçı subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia həmin hissələrdə də təmin edilməm əlidir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23, 24, 27, 43 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217-ci maddələrinə stinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticə iddianın təmin edilməsinə yönəldiyi halda, qətnamənin nəticə hissəsi iddianın rədd olunması ilə yekunlaşmışdır. Məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş və iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırmadan iddia tələbini rədd etmişdir. Məhkəmə prosesind ə vəsatət təqdim edilərək Abşeron rayon İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin, Abşeron rayonu Məmmədli bələdiyyəsinin və Abşeron rayon MKTB-nin Mənzil-Kommunal İstismar Sahəsinin (Məmmədli kəndi üzrə) məhkəmə prosesində üçüncü şəxslər qismində iştirak etməsinin zəruriliyi bildirilsə də, vəsatətə hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə prosesində yerli baxış keçirilməsi şifahi vəsatətlə bildirilsə də, buna da hüquqi qiymət verilməmişdir. Binanın girişçıxış yolunun bağlanması onun mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaradır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1306/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertin qarşısında Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin sağ tərəfində Cavabdeh tərəfindən yaradılmış bağçanın piyadaların sərbəst hərəkətinə hər hansı formada maneçilik edib-etməməsi, həmin bağçanın iddiaçıya satılmış qeyri-yaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik edib-etməməsi, iddiaçının mənzilindən həyətə çıxarılmış balkonun cavabdehə məxsus qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik edib-etməməsi barədə suallar qoyulmuşdur.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2609 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin sağ tərəfində Cavabdeh tərəfindən yaradılmış bağça piyadaların sərbəst hərəkətinə və həmin binada yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik törətmir. Cavabdeh tərəfindən Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin 43 saylı mənzilindən həyətə çıxarılmış balkon "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01924 nömrəli müqaviləyə əsasən İddiaçı satılmış Abşeron rayonu Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik etmir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ape llyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təkzib edilir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180-ci, Mənzil Məcəlləsinin 35, 43-cü maddələrinə istinad etmişdir. Kassasiya ikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1306/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət v erməmiş və iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırmadan iddia tələbi rədd olunmuşdur. Məhkəmədən yerli baxış keçirilməsini xahiş etsə də məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda Abşeron rayon İH-nin Memarlıq və Tikinti Şöbəsinin, Məmmədli Bələdiyyəsinin, Abşeron rayon MKTB-nin Mənzil kommunal İstismar Sahəsinin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatəti təmin olunmamışdır. Cavabdehin qanunsuz olaraq yaşadığı mənzildən həyətə balkon çıxarması və binanın sağ tərəfində yerləşən piyada keçidini dəmir və taxta alətlərlə hörərək özünə bağça düzəltməsi nəticəsində onun qeyri-yaşayış sahəsinə giriş-çıxış yolununun bağlanması, günəş işığının düşməməsi və havasızlıq kimi maneələr əmələ gəlmişdir. Eyni zamanda binanın sağ tərəfində sakinlərin, uşaqların istifadə sində olan piyada keçidini də zəbt edərək oranı hasarlayaraq bağça kimi istifadə etmişdir. Halbuki, həmin ərazi hamının istifadəsində olan ümumi piyada yoludur, həmin yol bağlandığından sakinlər evlərinə, həyətlərinə girən zaman məcburiyyət qarşısında qalıb maşınların hərəkət etdiyi yolla gedirlər bu da insan həyatı üçün hər an təhlükə törədir. Eyni zaman binanın sağ divarı üzərində qeyri yaşayış sahəsinə məxsus olan kommunal xətlər və sayğaclar (işıq, qaz və su sayğacları və xətləri) yerləşir ki, həmin xətlər və sayğaclar bağçanın içində qalmaqla hüquqlarımı məhdudlaşdırır. b) Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
22. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
23. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 152 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
26. Maddə 35 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sa həyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edi lir.
27. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
28. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzi lli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassa siya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassator kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddianın təmin olunması üçün iddiaçının mülkiyyətə qəsd və ya başqa maneələrin törədilməsi, habelə yaşayış sahəsinin tərkib sahəsinin mülkiyyətçisi kimi hüquqlarının pozulması faktı sübut olunmalıdır. Yalnız bu halda iddiaçı mülkiyyətçi, habelə yaşayış sahəsinin tərkib sahəsinin mülkiyyətçisi kimi cavabdeh tərəfindən bu cür hərəkətlərə son qoymağı təl əb edə bilər.
37. Lakin cavabdehin mənzilinə balkon artırması və həyətdə bağ salması nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən yaradılmış bağçanın piyadaların sərbəst hərəkətinə hər hansı formada maneçilik edib-etməməsi, həmin bağçanın iddiaçıya satılmış qeyri-yaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik edib-etməməsi, iddiaçının mənzilindən həyətə çıxarılmış balkonun cavabdehə məxsus qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik edib-etməməsini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 10/2609 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yaradılmış bağça piyadaların sərbəst hərəkətinə və həmin bin ada yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyriyaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik törətmir. Cavabdeh tərəfindən mənzilindən həyətə çıxarılmış balkon, iddiaçıya satılmış Abşeron rayonu Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik etmir.
38. Yerli baxış keçirilməsi və Abşeron rayon İH-nin Memarlıq və Tikinti Şöbəsinin və Abşeron rayon MKTB-nin Mənzil kommunal İstismar Sahəsinin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatətlərin təmin olunmaması barədə kassatorun dəlilləri də əsassızdır. Çünki əvvəla, iddiaçı apelyasiya instansiyası məhkəməsində işə baxılarkən yerində baxış keçirilməsi barədə vəsatət verməmiş, ekspertiza təyin olunması barədə vəsatətini əsaslandırarkən birinci instansiyası məhkəməsi tərəfindən baxış keçirilmədiyi qeyd olunmuşdur. Bundan başqa, yerində baxış keçirilməsi MPM-də məhkəmənin mütləq vəzifəsi kimi müəyyən edilməyib. Obyektlə bağlı nəzərə alınmalı olan xüsusatlar barədə kifayət qədər aydınlıq olmadığı halda bu tədqiqat üsulundan istifadə etmək məhkəmənin hüququdur. Hazırki işdə apellyasiya instansiyası təqdim olunmuş fotoşəkillər, tərəflərin izahatları və ekspert rəyi əsasında işin əhəmiyyətli halları barədə tam təsəvvürə malik olmuşdur və yerində baxış keçirilməsinə zərurət olmamışdır.
39. Abşeron rayon İH-nin Memarlıq və Tikinti Şöbəsinin, Abşeron rayon MKTB-nin Mənzil kommunal İstismar Sahəsinin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması üçün əsaslar olmadığına görə, apelyasiya instansiy ası məhkəməsi bu barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1306/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.