Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2790/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddət, buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-6110/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9600 manat borc və dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə əlavə verərək, cavabdehdən ümumilkdə 7100 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)1489/2022 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilmişdir. b) ap ellyasiya instansiyası məhkəməsində ilk icraat
4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)6110/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Şərafət Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Babayev və Rafael Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
6. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar ç ıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1393/2023 nömrəli qərardadı ilə (hakimlər Şəfiyev İspəndiyarın sədrliyi və məruzəsi ilə, Əhməd Əhmədov və Vüqar Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır.
8. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehin elektron kabinetinə 16 noyabr 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin cavabdeh həmin qətnamədən kasassiya şikayətini 13 fevral 2023-cü il tarixdə vermişdir. Beləliklə, kassasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Prosessual Məcəll əsinin 135, 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində növbəti icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)6110/2022 nömrəli qərardadı ilə (hakimlər Şərafət Məmmədovanın sədrliyi və məruzəsi ilə, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət tərkibdə) kassasiya şikayəti geri qaytarılmışdır.
10. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)6110/2022 nömrəli qərardadı ilə (hakimlər Şərafət Məmmədovanın sədrliyi və məruzəsi ilə, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət tərkibdə) buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
12. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-6110/2022 saylı qətnaməsinin surəti Cavabdeh elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 noyabr 2022-ci il tarixdə yerləşdirilsə də, lakin Cavabdeh həmin qətnamədən kasassiya şikayətini 13 fevral 2023-cü il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.
13. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
14. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin a xımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
15. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-in 135.6. maddəsində nəzərdə tutulmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəm ə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəbə istinad etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6110/2022 nömrəli qərardadının ləğv edilərək, növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə ona xx.xx.2023-cü il tarixdə çatdırılmış, həmin gün isə bazar günü olduğundan, o xx.xx.2023-cü ildə kassasiya şikayəti verərək, prosessual müddəti ötürməmişdir.
19. Kassator şikayətini AR Mülki Məcəlləsinin 370-ci, eləcə də AR Mülki Prosessual Məcəlləsinin 133.1, 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu q: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmi şlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ap ellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi ərizəni və kassasiya şikayətini nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-6110/2022 saylı qətnaməsinin surəti Cavabdeh elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 noyabr 2022-ci il tarixdə yerləşdirilsə də, Cavabdeh həmin qətnamədən kasassiya şikayətini 13 fevral 2023-cü il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəbə istinad etməmişdir. Ona görə də kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir.
32. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)6110/2022 nömrəli qərardadı dəyişdirilməd