Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2793/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxx (Azərbaycan) ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirilən hissədə yoxlanılmış məhkəmə aktının həmin hissəsindən yenidən şikayət verilməsinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC (bundan sonra iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 23 faiz ödəmək şərtilə 24 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə digər Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,1 kvadrat metr olan mənzili (bundan sonra mübahisəli mənzil) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2015 -ci il tarixli BKA-001/15 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 42304,51 ABŞ dolları əsas borc, 3976,24 ABŞ dolları faiz borcu, 4058,76 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 50339,51 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeyd alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan xx.xx.2015- ci il tarixli, İMBK-001/15 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan mübahisəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına öd ənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2017-cı il tarixli, 2(010)-124/2017 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilərək Cavabdeh1 42304,51 ABŞ dolları əsas borc, 3976, 24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49.280,75 ABŞ dolları borcdan cavabdeh tərəfindən ödənilmiş 1666,91 ABŞ dolları çıxılmaqla, cəmi 47613,84 ABŞ dollar borc və 60,4 manat dövlət rüsumunun tutulara q banka ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh2 xüsusi mülkiyyətində olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cə fərov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması” hissəsində dəyişdirilmiş, mənzilin açıq hərracda ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmılmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. C) kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, dəyişdirilmədən saxlanılmışdır. apelyasiya instansiyası məhk əməsinin qətnaməsi Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkil X3) Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mənzilin iki dəfə qiymətləndirilməsini həyata keçirilmişdir. İlkin ekspert rəyində mənzil 145000 manat qiymətləndirilmiş, lakin buna baxmayaraq təkrar ekspertiza təyin edilmiş və heç bir əsas olmadan, istinad və müqayisə mənbələri göstərilmədən evə süni və məqsədli olaraq cəmi 105000 manat məbləğində qiymət qoyulmuşdur. Evə belə aşağı məbləğdə qiymət qoyulması evin yerləşdiyi ərazidə daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat aşağı olduğu üçün qiymətləndirmənin nəticələri ilə razı olmadım təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermiş, lakin vəsatəti də heç bir əsas olmadan təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi haqqında “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli 04/2020 № li qərardadı Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsi: Maddə: 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Hazırki işə baxan məhkəmə tərkibi mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı təqdimatla Ali Məhkəmənin Sədrinə müraciət etmişdir. Təqdimata Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının iştirakı ilə xx.xx.2020-ci il tarixdə baxılaraq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası idddiaçının vəkilinin izahatını dinləyib, mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi haqqında “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli 04/2020 №li qərardadını əsas götürərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli iş üzrə x x xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Baxılan iş üzrə digər Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, şikayətdə hazırki iş üzrə mübahisəli mənzilin ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilmiş, işə baxılandan sonra tərəflərindən iddiaçıya 16006 manat pulun ödənilməsini, lakin bu məbləğin işə baxılarkən nəzərə alınmamasını qeyd edilmişdir. İşdən görünür ki, işə Cavabdeh1 apelyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsində və kassasiya şikayəti üzrə kassasiya məhkəməsində baxılan zaman istər borcun məbləği, istərsə də, ipoteka prededmetinin ilkin satış qiyməti ilə bağlı hissələr apelyasiya və kassasiya qaydasında yoxlanılm ışdır. Belə olan halda qətnamənin qeyd edilən hissələrinin yenidən kassasiya qaydasında yoxlanılması hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi barədə yuxarıda istinad edilən qərardadın tələblərinə əsasən yolverilməzdir. Göstərilənlərə əsasən, cavabdeh nın kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-in 418-1.3-cü maddəsinə görə, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə xx xxxx 2020- ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-2793/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2793/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2793/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver