Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2794/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnaməyə əsasən, Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızı ona məxsus olan bütün əmlakına dair sərəncam verməkdə daxil olmaqla səlahiyyətləri Cavabdeh vermişdir.
2. Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnaməyə əsasən Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsini İddiaçı 40.000 manata satmış, alıcı (İddiaçı) tərəfindən notariat ofisinin depozitinə qoyulmuş 40.000 manat pul satıcı (Cavabdeh) tərəfindən qəbul edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1184/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, X1 İddiaçı, Cavabdeh və X2 qarşı Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmis ində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiq edilməsi barədə iddiası təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5676/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1184/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5676/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 200.000 manat pulun və ödənilmiş 490 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktki hallarına istinadən onunla əsaslandırılmışdır ki, tərəflər 200.000 manat pulun 160.000 hissəsini nağd şəkildə, 40.000 manat hissəsinin isə cavabdehə rəsmi qaydada ödənilməsi barədə razılığa gəlmişlər. Səbəbini soruşduqda, cavabdehin yanında olan Tural adlı şəxs bildirmişdir ki, mülkiyyətçinin tələbi belədir ki, 160.000 manat hissəsi müqavilədə yazılsa, gəlir vergisi çox verməli olacaqdır. Buna görə 40.000 manat yazılmasın təkid edir. O,ı cavabdehə 40.000 manat məbləğində pulu köçürmə yolu ilə, 160.000 manat hissəsi ni isə nağd şəkildə vermişdir. Alğı-satqıdan sonra onun sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********55-05101-083001 nömrəli reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında daha əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5676/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsində alıcı kimi onun ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Bu mənada, xx.xx.2018-ci il tarixində onunla cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında binanın zirzəmisində yerləşən ümumi sa həsi 54,4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş və bu səbəbdən, onun tərəfindən cavabdehə ödənilən ümumilikdə 200.000 manat pul (160.000 manat nağd, 40.000 manat isə köçürmə yolu ilə) sonuncudan alınaraq ona geri qaytarılmalıdır. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi, cavabdeh hüquqi əsas olmadan 200.000 manat məbləğində pulu əldə etməklə əsassız olaraq varlanmışdır.
8. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş edərək, bildirmişdir ki, pul məsələsinin cavabdehə aidiyyəti yoxdur. Alğı-satqı nəticəsində əldə edilmiş 40.000 manat pulu cavabdeh işçisi olduğu Tural Mirzəyevə vermişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, məlum alğı-satqı əməliyyatından sonra ona cavabdeh tərəfindən heç bir məbləğ verilməmişdir. Ümumiyyətlə o, bu əməliyyatda iştirak etməmişdir.
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-2744/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, cavabdehdən 40.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 210 manat pulun alınaraq iddiaçıya veriləsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin əqdi imzalamaqla cavabdeh iddiaçının hesabına 40.000 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.
12. Bundan əlavə, iddiaçı geri qaytarılmalı olan məbləğin 200.000 manat olmasını iddia edir. Lakin həmin puldan 160.000 manat hissəsinin cavabdehə heç bir sənədi imzalatmadan verilməsi inandırıcı görünmür. Hər bir halda, iddiaçı iddianın bu hissədə təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə iddianın bu hissəsini əsassız hesab edir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1091 və 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 106.1, 106.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun çıxarılmamışdır. Məhkəməyə təqdim edilmiş Səbail rayon Prokurorluğunun qərarında və Yasamal Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı iddia etdiyi 200.000 manat pulun 160.000 manat hissəsini Tural adlı şəxsə və Necdet adlı şəxsə verdiyi barədə izahatı var. Həmçinin, cavabdeh həmin Səbail rayon Prokurorluğunun qərarında, Yasamal Rayon Məhkəməsində işə baxılan zaman və Abşeron Rayon Məhkəməsində mülki iş araşdırılan zaman onun adın a rəsmiləşdirilmiş 40.000 manat pulu Tural adlı şəxsə verdiyi barədə izahatlar verib. İşin həqiqi halından görünür ki, cavabdeh 40.000 manat pulu götürməyib, həmin məbləği Tural adlı şəxsə verib və o, da aparıb.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-338/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsi artıq mövcud olmadığından, iddiaçı həmin əqd əsasında ödəmiş olduğu pulun cavabdehdən alınaraq o na verilməsini tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddianın qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni blikası Mülki Məcəllənin 1091 və 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən cavabde h (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə sübutları işin faktiki hallarına uyğun deyil, iddiaçının təqdim etdiyi mövqeyə uyğun qiymətləndirmiş, yəni cavabdehin həmin sübutlara münasibətini və dəlillərini araşdırmadan, cavabdehin təqdim etdiyi sübutlara münasibət bildirmədən yalnız iddiaçının təqdim etdiyi sübutları qiymətləndirmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, Səbail rayon Prokurorluğunda İddiaçı izahatında, həmçinin, daha əvvəlki Yasamal Rayon Məhkəməsinin icraatında olmuş məhkəmə iclası zamanı şahid qismində ifadə verən X7 alğı-satqıda iştrak etmiş və alğı-satqı proseslərinədək və ondan sonra bütün danışıqların Necdet və Tural adlı şəxslərlə aparıldığını, onlarında alğısatqı prosesində iştrak etdiyini və pulu Necdət və Tural adlı şəxsə verdiklərini bildirmişdir. Məhkəmə İddiaçı Səbail rayon Prokurorluğunda, X8 Rayon Məhkəməsində verdiyi izahatlara hüquqi qiymət verməyib. Həmin sübutlara hüquqi qiymət verildiyi zaman cavabdehin Mülki Məcəllənin 1091 və 1092-ci maddələrində qeyd edilmiş əsassız varlanma olmadığı sübut olunacaqdır. Lakin məhkəmə kollegiyası tərəfindən ifadələrə hüquqi qiymət verilməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söy kənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsini n aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenum unun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
45. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi f aktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
46. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.