Məhkəmə qərarları › İş №2(102)-2796/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2796/2019

22.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2796/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2796/2019 22 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(103)-8579/2018 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(006)-77/2018 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehd iyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 72556 (yetmiş iki min beş yüz əlli altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas, 2644 (iki min altı yüz qırx dörd) ABŞ dolları 70 (yetmiş) sent faiz, cəmi 75201 (yetmiş beş min iki yüz bir) ABŞ dolları 64 (altmış dörd) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzil ilkin satış qiyməti 119000 (bir yüz on doqquz min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışında n əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi və ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzili tərk etməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) 12.09.2018-ci il tarixli, 2(103)-8579/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəriNəsimi rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verm işlər. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 kredit müqaviləsi üzrə 74091 (yetmiş dörd min doxsan bir) ABŞ dolları 42 (qırx iki) sent əsas, 4198 (dörd min yüz doxsan səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent faiz, cəmi 78290 (yetmiş səkkiz min iki yüz doxsan) ABŞ dolları 36 (otuz altı) sent kredit borcunun, bildirişin alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinə görə 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hər racda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsa slandırılmışdır ki, məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə münasibət bildirməmişdir. Bundan başqa, o, apellyasiya məhkəməsinə çağırılmamış, məhkəmə iclaslarında iştirak etməmiş, dindirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız kredit borcu üzrə tutmanın ipoteka premdetinə yönəldilməsindən sonra cavabdehlərin mənzildən çıxarılması hissəsində mübahsisələndirdiyindən, kassasiya şikayətində qətnamənin kredit borcunun tutulması hissəsi ilə bağlı dəlillərinin olub-olmamasından asılı olmayarq, qətnamə kassasiya qaydasında yalnız apellyasiya şikayəti üzrə yoxlanan hissədə qiymətləndirilməlidir. Odur ki, kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsini kredit borcu üzrə tutmanın ipoteka predmetinə y önəldilməsindən sonra cavabdehlərin evdən çıxarılması hissəsində dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» ASC tərəfindən 13 avqust 2014-cü il tarixli, 108850-003/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 17 faiz olmaqla 117000 (bir yüz on yeddi min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli, 108850003/14 saylı ipoteka müqaviləsinə görə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzili «xxxx» ASC qarşısında ipoteka ilə yüklü etmişdir. «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli, 108850-003/14 saylı kredit müqaviləsinə 06 may 2016-cı il tarixli, 01 saylı əlavə razılaşmaya əsasən 13 avqust 2014-cü il tarixli, 108850-003/14 saylı kredit müqaviləsinin mətnində 17 faiz dərəcəsi sözləri 14 faiz dərəcəsi sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.08.2014- cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına görə 13 avqust 2014-cü il tarixli, 108850-003/14 saylı kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi 14.08.2014-cü il tar ixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 may 2017-ci il tarixli, 046/EB saylı mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 65 kv.metr ümumi sahədən ibarət 80 saylı mənzilin bazar dəyəri 119000 (bir yüz on doqquz min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2017-ci il tarixli, 19608 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə görə Cavabdeh2 05 dekabr 2016-cı il tarixə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 72556 (yetmiş iki min beş yüz əlli altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas, 2644 (iki min altı yüz qırx dörd) ABŞ dolları 70 (yetmiş) sent faiz borcu olduğu müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldildiktə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Həmin maddədən görünür ki, “mənzilin boşaldılması” ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun tərkib hissəsidir, mənzilin boşaldılması ilə həmin prosedur başa çatır. İpoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ ipotekasaxlayana məxsus olduğuna görə o, mənzilin boşaldılmasını da tələb etmək hüququ na malikdir. 1 məhkəmə icraatından sonra 2-ci məhkəmə icraatının həyata keçirilməsi (mənzilin hərracda almış şəxsin ipotekaqoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə çıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi və s.) məhkəmə icraatının prinsiplərindən biri olan prosessual qənaət prinsipinə uyğun deyil. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunmuşdur: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri v ə digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə... məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Göründüyü kimi, mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə məhkəmə qərarı” kimi göstərilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin əksər dəlilləri kredit borcunun düzgün hesablanmaması, habelə ipoteka premdetinin ilkin satış qiymətinin azlığı ilə bağlı olsa da kollegiya Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən həmin dəlillərə qiymətin verilməsini əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclası barədə məlumatlandırılmamasından ibarət dəlilinə dair isə kollegiya qeyd edir ki, işdə olan sənədlərlə bu halın mövcudluğu öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasının keçirldiyi gün kassatorun nümayəndəsi *** tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatətlə müraciət edilmiş, lakin məhkəmə təxirə salınma ilə bağlı hər hansı üzürlü səbəbin olmaması əsası ilə vəsatəti təmin etməkdən düzgün olaraq imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(103)-8579/2018 nömrəli qət naməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar