Məhkəmə qərarları › İş №2(102)-2796/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2796/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2796/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcların ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13138/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(006)190/2019 saylı qətnaməsi ilə (hаkim P.A.Hüseynov) iddianın qismən təmin edilməsi, 11.03.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 70.000 manatın, kredit məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 11.200 manatın, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 22 manatın, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin – 150 manatın 40 manatının iddiaçıdan, 110 manatının isə cavabdehdən alın araq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13138/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 aprel 2019-cu il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə iddiaçı banka münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 11.0 3.2015-ci il tarixli, 021/15 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 70.000 manat, əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 30.612,94 manat, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə borclu Cavabdeh arasında 11.03.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 faiz dərəcəsi olmaqla 70.000 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin krediti qəbul edərək üzərinə öhdəlik götürmüşdür ki, borcunu “Kredit müqaviləsində” nəzərdə tutulmuş qaydada hissə-hissə banka qaytaracaq. Göstərilənlərə baxmayaraq, cavabdeh, bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, ödənişləri vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin iddiaçı banka borcu yaranmışdır ki, əsas kredit borcunun məbləği 70.000 manat, faiz borcunun məbləği isə 30.612,94 manat təşkil edir. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiy a şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası faiz borcunun müəyyən edilməsi ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, n əticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müə yyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, bank ilə cavabdeh arasında 11.03.2015-ci il tarixdə bağlanmış 021/15 №-li “Kredit müqaviləsinə” əsasən, cavabdehə, illik 16 faiz dərəcəsi ilə 12 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Bankın təqdim etdiyi və işdə olan sənədlərdən görünür ki, bank cavabdehə yazılı “xəbərdarlıq” göndərək əsas kredit borcu olaraq 70.000 manat, faiz borcu olarq 30.612,94 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etmişdir. Buna baxmayaraq borc ödənilməmişdir. Göründüyü kimi, bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öh dəlik icra edilsə də, borcun banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə görə borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy in məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh, “Kredit müqaviləsinə” əsasən kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəmədiyindən, onun, müqavilə müddətinin sonuna banka 70.000 manat əsas və 30.612,94 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Həmin cədvəldən görünür ki, 70.000 manat məbləğində kredit borcu, cavabdehə, kreditdən istifadəyə görə illik 16 faiz dərəcəsi ilə 12 ay müddətinə verilmişdir ki, cavabdeh tərəfindən 8.991 manat faiz borcu kimi 2015-ci ilin dekabr ayının sonuncu iş günü, əsas borc kimi 70.000 manat və faiz kimi 2.208,89 manat isə müqavilə müddətinin sonunda ödənilməlidir. Müqavilənin 2.5-ci maddəsinə görə isə, borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 32 % ödəməlidir. İş materiallarında olan 11.03.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilə 11.03.2015-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır, yəni müqavilənin müddəti 11.03.2 016-cı il tarixdə bitmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi müqavilə müddəti üçün faizlərin hansı məbləğdə olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın müvafiq rəyini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.03.2019-cu il tarixli, 26809 nömrəli ekspert rəyindən görünür ki, iş materialları nda olan hesabdan çıxarış məlumatlarında və 11 mart 2015-ci il tarixli 021/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 11.03.2016-cı il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan faiz borcu 11.200 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal iddiaçı bankın birinci instansiya məhkəməsinə təqdim etdiyi “Maliyyə arayışında” da öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə düzgün və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qi ymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəmə sinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13138/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar