Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ciiltarixli 2(103)11561/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 06.06.2018-ci il tarixli 2(006)-324/2018 nömrəli qətnaməsi ilə İddi açı cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditlər üzrə hesablanmış faiz və cərimənin ləğv olunması” tələbinə dair və iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiaları üzrə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditlər üzrə hesablanmış faiz və cərimənin ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin iddia tələbinin qismən təmin edilərək, İddiaçı “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə 16113.48 ABŞ dolları məbləğində əsas, 1863.34 ABŞ dolları məbləğində faiz, 83.94 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18060.76 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məz ənnəsinə uyğun olaraq tutulması, İddiaçı “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması, İddiaçı 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı 50 manat məbləğində keçirilmiş ekspertiza xərcinin dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 05.11.2018-ciiltarixli 2(103)-11561/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(006)-324/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ciil tarixli qətnamə sindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditlər üzrə hesablanmış faiz və cərimənin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə 10.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 04.02.2015-ci il tarixdə Ban VTB Azərbaycan ilə bağladığı 141955-1-15035 saylı kredit müqaviləsi dəyişdirilərək kredit üzrə əsas borc məbləğinin manatla göstərilməsi, kreditlər üzrə hesablanmış faiz və cərimələrin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı “xxxx” ASC cavabdeh İddiaçı qarşı “borcun tutulması” barədə ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, “xxxx (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 20.04.2015-ci il tarixli, *********** saylı “Nağd pul krediti müqaviləsi”nə əsasə n 01.02.2018-ci il tarixə banka borclu olduğu 16113.48 ABŞ dolları məbləğində əsas, 1863.34 ABŞ dolları məbləğində faiz, 83.94 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18060.76 ABŞ dolları pul məbləğinin (əmrin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı tutularaq “xxxx (Azərbaycan)” ASC-nə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Tağıyev) 2(011)-2888/2018 saylı, 13.02.2018-ci il tarixli məhkəmə əmri ilə İddiaçı ümumilikdə 18060.76 ABŞ dolları pul məbləğinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx (Azərbaycan)” ASC-nə ödənilməsi əmr edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)-2888/2018 saylı, 0 2.03.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2888/2018 saylı, 13.02.2018-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş üzrə iddia icraatına keçilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)-2888/2018 saylı, 13.04.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə birləşdirilərək baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. K assasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ödəniş qəbzlərinin həmin ekspertiza tədqiqatına təqdim edilməməsi nəticəsində ekspertiza rəyinin düzgünlüyünə olan şübhələri artırmış, bundan əlavə qətnamənin faiz məbləği ilə olan hissəsi də əsassız olmuş, hakim işə ədalətli yanaşmamış və bir sıra təhriflərə yol vermişdir. Hakimin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normaları ilə əsaslanmalı olduğu halda, hakimin şəxsi mülahizələrinə və daxili inamına əsaslanmışdır. Sədrlik edən hakim onun iştirakını lazımınca təmin etməmiş, bununla da onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. On a görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli2(103)-11561/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və “xxxx (Azərbaycan)” ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili İbadov Zaur Fəzail oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edi lməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.11.2018ciiltarixliqətnaməsi ilə İddiaçı apelyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(006)-324/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” (Azərbaycan) ASC-nin 6 saylı Sa hil filialı ilə İddiaçı arasında bağlanmış 141955-1-15035 saylı 20 aprel 2015-ci il tarixli “bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən, Bank kredit alana 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit xətti açmağı, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 19 (on doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” (Azərbaycan) ASC-nin 6 saylı Sahil filialı ilə İddiaçı arasında bağlanmış 141955-1-15035 saylı 20 aprel 2015-ci il tarixli “nağd pul kredit müqaviləsinə əsasən, Bank kredit alana 60 ay müddətinə 17576 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə qaydad a kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 19 (on doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür. 19.02.2016-cı il tarixdə bağlanmış 141955-1-15035 saylı “kredit müqaviləsi” nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən, kredit alanın Banka 19 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 16240 (on altı min iki yüz qırx) ABŞ dolları məbləğdə müəyyən edilir. Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada 60 (altmış) ay müddəti ərzində istifadə etməyi və 19 fevral 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 19% ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı q eyd etmişdir ki, İddiaçı faiz borcu məbləğinin düzgün hesablanmamasını qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin borcun hesablanması zamanı tərəfindən edilmiş hansı ödənişlərin nəzərə alınmamasını sübut edə bilməmişdir. Digər tərəfdən istinad edilən ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də ki apellyasiya icraatında müəyyən edilməmişdir. Eyni zamanda, İddiaçı məhkəmə iclasının keçirilməsi barədə məlumatlandırılmamasından ibarət dəlili ilə kollegiya razılaşmayaraq hesab etmişdir ki, bu dəlillər də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında mövcud olan və məhkəməyə məlum olan İddiaçı ünvanına məhkəmə bildirişləri göndərilm iş, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılması üzrə bütün zəruri tədbirləri görmüşdür. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385, 386, 389, 390, 421, 423, 425, 427, 439, 442, 443, 445, 448, 462, 467, 739 və 741-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 107, 119 və 217-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin AR Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şi kayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli 2(103)-11561/2018 nömrəli qətnaməsi dəyişiklik edilmə
Məhkəmə qərarları › İş №2(102)-2797/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2797/2019
22.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver