Məhkəmə qərarları › İş №2(102)-2797/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2797/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili V1 oğlunun, Cavabdeh4 vəkili V3 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsindən İddiaçı İKB (Yelo Bank) ASC və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim Z.Axundova) xx.xx.2019-cu il tarixli, 2(003)**/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 33540,73 ABŞ dolları əsas, 17969,42 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 51610,15 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və xidmət haqqı və rüsum kimi ödənilmiş 60 manat məbləğində pulun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan V2 prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı s ahədən ibarət 115 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə üzrə tutulacaq borcun qalan hissədə ümumi qaydada icra edilməsi, V2 prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən olunması, Cavabdeh2 məxsus olan V2 prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlunun V2 prospektində yerləşən 5 ota qlı, 139,4 kv.m ümumi, 94,7 kv.m yaşayış, 44,7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Abbasova X2 şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub “xxxx” MM C-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev və R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC və Cavabdeh4 tərəfindən apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-**/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı İKB (Yelo Bank) ASC və Cavabdeh4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predm etinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə banka 33540,73 ABŞ dolları əsas, 19970,8 ABŞ dolları faiz, 4073,28 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 57584,81 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki V2 prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satı lması və borcun həmin satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan V2 prospektində yerləşən, 5 otaqlı, 139.4 kv.m ümumi, 94.7 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinə yönəldikdən və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlunun V2 prospektində yerləşən 5 otaqlı, 139,4 kv.m ümumi, 94,7 kv.m yaşayış, 44,7 kv.m yardımçı sahədən ibarət 115 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlunun həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Ban ka təhvil verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin borc məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol verilmişdir. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə, mənzilin qiymətləndirilməsi ilə bağlı ekspert rəyində mübahisə mənzilin 90000 manat qiymətləndirilməsi zamanı əvvəlki illərlə müqayisədə mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəzərə alınmamış, qeyd edilən mənzilin dəyəri həddən artıq yüksək məbləğdə qiymətləndirilmişdir. Bu isə faktiki olaraq həmin əmlakın hərrac zamanı satılmasını qeyri-mümkün edəcək. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, mövcud bazar qiymətləri araşdırılmamış, nəticə etibarilə şişirdilmiş qiymət müəyyən edilmişdir. Həmin yaşayış sahəsinin hazırda təmirə ehtiyacı vardır və görünüşünə nəzər saldıqda əmlaka qoyulan qiymət reallığı əks etdirmir. Bundan əlavə, məhkəmə tərəfindən təkrar qiymətləndirmə keçirilmiş və nəticədə evin real qiyməti müəyyən edilmişdir. Lakin məhkəmə əsassız olaraq birinci rəyi əsas götürmüşdür. Halbuki bu halda təkrar qiymətləndirmə təyin etməli və nəticəyə uyğun qərar qəbul edilməli idi. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 və vəkili V3 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit ayrılmış və həmin pulun ödənilməsi barədə qrafik verilmişdir. Cavabdeh1 da banka olan borcunu qrafikə uyğun olaraq 21000 ABŞ dolları ödəmiş, devalvasiyadan sonra maddi imkanı olmadığına görə borcun qalan hissəsini ödəyə bilməmiş və bu barədə banka məlumat vermişdir. Bank tərəfindən borcun məbləği düzgün göstərilməmiş və məhkəmə də bunları nəzərə almamışdır. Bank tərəf indən ödəniləcək pulun ilk növbədə dəbbə puluna və faizlərə hesablanacağı bildirildikdə ödəməni dayandırmışlar. İndiki halda ödənişlərdə yaranmış gecikmələr kreditor tərəfindən süni şəkildə yaradıldığından bank əsas borcu şişirdilmiş məbləğdə və eyni zamanda faiz və cərimə borcunu tələb etməkdə haqlı deyil, Cavabdeh1 əsas borcdan ödədiyi pullar nəzərə alınmamışdır. Ekspert rəyləri ilə də borc məbləği düzgün müəyyən edilməmişdir. Bundan başqa ipoteka predmetinin bazar qiyməti 150000 manatdan yuxarıdır. Mənzilin ilkin satış qiyməti ilə bağlı qiymətləndirmə rəyləri arasında ziddiyyətlər olsa da, apelyasiya məhkəməsi buna da əhəmiyyət verməmişdir. Eyni zamanda apelyasiya məhkəməsi işə baxarkən “İpoteka Haqqında” Qanunun 59.3-cü maddəsini düzgün təfsir etməyərək ipoteka predmeti satıldıqdan s onra 1 ay ərzində cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsi, həmin mənzildən çıxarılmaları və mənzilin mülkiyyətçiyə təhvil verilməsi qənaətinə gəlmişdir. Bununla məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsinin ləğv edilərək və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlərr. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB (Yelo Bank) ASC-nin vəkili V1 oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, məhkəmədən onların şikayətinin təmin edilməsini, cavabdeh tərəfin kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili V3 oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, məhkəmədən onların şikayətinin təmin edilməsini, iddiaçı tərəfin kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 739-cu, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59.3-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas, ekspert rəyi ilə müəyyən edilmiş faiz və azaldılmış cərimə borcu Cavabdeh1 və Cavabdeh3 Bankın xeyrinə t utulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə tərtib olunan rəylərə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə məhkəmə tərəfindən müqavilənin bitmə tarixinə və maliyyə arayışının tərtib edildiyi xx.xx.2018-ci il tarixə Cavabdeh1 tərəfindən banka ödənilməli əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi barədə sual qoyulsa da ekspert tərəfindən yalnız maliyyə arayışının tərtib edilmə tarixinə olan əsas borcun nə qədər təşkil etməsi qeyd edilmişdir. Evin dəyəri ilə bağlı mütəxəssis rəylərinə münasibətdə isə qeyd edilməlidir ki, “xxxx” MMC tərəfindən tərtib edilən mütəxəssis rəyi 1-ci mütəxəssis rəyi ilə müqayisədə kifayət qədər ətraflı əsaslandırılmamış, fərdi yaşayış evinin foto şəkilləri çəkilməmiş, evə baxış keçirilməsi rəydə öz əksini tapmamış, yalnız internet informasiya ehtiyatlarından əldə olunmuş məlumatlar əsasında evin dəyəri müəyyən edilmişdir. Ona görə də apelyasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertizaya əsasən tərtib olunan rəylər sübutlar siyahısından çıxarılmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və ilkin olaraq iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı apelyasiya baxışı zamanı da borcun düzgün müəyyən edilmədiyi, məhkəmə-mühasabatlıq ekspertizası üzrə rəyin, həmçinin evin qiymətləndirilməsi barədə ekspert rəyinin qeyri-mötəbərliyi barədə məhkəməyə barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertizalar üzrə əldə edilmiş rəylər sübutlar sırasından çıxarıldığı halda həmin rəylərə sübut kimi yanaşaraq rəylər arasında ziddiyyət olmasına, məhkəmənin bu halı araşdırmamasına istinad etmişdir. Kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya baxışı zamanı əldə edilmiş rəylər apelyasiya kollegiyası tərəfindən haqlı olaraq sübutlar siyahısından xaric edilmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Cavabdeh4 kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh4 da iddiaçı kimi rəylər arasında ziddiyyət olmasına istinad etmiş, apelyasiya baxışı zamanı əldə edilmiş rəylərin qeyri-mötəbərliyinin əsasları apelyasiya kollegiyası tərəfindən düzgün olaraq göstərilmişdir. Cavabdehin mənzilin dəyərinin 150000 manat təşkil etməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, cavabdeh bu halı apelyasiya şikayətində də göstərmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Mənzilin satıldıqdan sonra boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi barədə olan kasasiya şikayətinin dəlilinə gəldikdə isə, həmin dəlil də apelyasiya şikayətinin dəlili olmuş, bu hal üzrə də apelyasiya kollegiyası tərəfindən “İpoteka Haqqında” Qanunun 59.3-cü maddəsinin pozulmasına yol verilməsi halı m üəyyən edilməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri də apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasə n, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqa vilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutman ın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB (Yelo Bank) ASC və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar