Məhkəmə qərarları › İş №2(102)-2797/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2797/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rasim X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbini qanuni əsasının tapılması, müqavilənin təfsiri qaydaları, nisyə alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Rasim X1 Cavabdeh qarşı icarə haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1599/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Hacı Ağa oğlu (bundan sonra – iddiaçı) çörək sexi işlətmiş, Cavabdeh oğlu (bundan sonra – cavabdeh) aralarındakı razılaşmaya əsasən həmin sexdən çörəklərin daşınması (paylanması) ilə məşğul olmuş və ona hər çörəkdən pay verilmişdir. 29 iyun 2014-cü il tarixdə iddiaçı ona məxsus “Ford Transit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadəyə dair cavabdehə etibarnamə vermiş, cavabdeh həmin avtomobil vasitəsilə çörəklərin daşınması öhdəliyini icra etmişdir.

2. Cavabdeh avtomobilin onun istifadəsinə verildiyi vaxtdan hər ay 200 ABŞ dolları olmaqla 7 ay ərzində iddiaçıya cəmi 1400 ABŞ dolları ödəniş etmiş, 2017-ci ilin avqust ayında avtomobili iddiaçıya qa ytarmışdır.

3. Hazırda iddiaçı sözügedən avtomobillə bağlı cavabdehlə aralarında icarə münasibətlərinin olmasına istinad edərək, avtomobilin cavabdehdə olduğu müddət ərzində aylıq 200 ABŞ dolları olmaqla ödənilməyən qalıq 5800 ABŞ dolları icarə haqqının ödənilməsini tələb edir.

4. Cavabdeh isə iddiaya etiraz edərək, avtomobillə bağlı aralarında şifahi nisyə alqıatqı müqaviləsinin olduğunu, cavabdehin hər ay 200 ABŞ dolları olmaqla dəyərini tam ödədikdən sonra avtomobilin onun mülkiyyətinə veriləcəyini, bununla bağlı 7 ay cəmi 1400 ABŞ dolları ödəniş etdiyini, lakin qalan öhdəliyin icrası mümkün olmadığından müqavilədən imtina edərək, avtomobili iddiaçıya geri qaytardığını bildirir.

5. Mübahisəli avtomobilin iddiaçıya qaytarılmasından sonra tərəflər arasında iddiaçıya məxsus digər – “Fo rd Transit” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı analoji münasibətlər (avtomobil xx.xx.2017-ci il tarixli etibarnamə ilə cavabdehin istifadəsinə verilmiş, cavabdeh həmin avtomobillə iddiaçının sexindən çörəklərin daşınmasını həyata keçirmişdir) yaranmış və həmin avtomobillə bağlı bir neçə məhkəmə mübahisəsi olmuşdur.

6. Belə ki, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 9000 manat tutulmasını xahiş etmiş, həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, 04 oktyabr 2019cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.

7. Qətnamədə qeyd olunmuşdur ki,...9000 manat borc barədə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi eyni tarixdə c avabdehə etibarnamə üzrə verilmiş 9000 manat dəyərində avtomobilin və sonradan razılaşma protokolu üzrə birgə fəaliyyət nəticəsində 9000 manat həcmində işin görülməsinin (öhdəliyin icrasının) təminatı məqsədilə tərtib edilərək notarial qaydada təsdiq edilmiş, tərəflərin kredit müqaviləsi bağlamaq niyyəti və bu barədə razılaşdırılmış iradə ifadəsi olmamışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən, müqavilə bağlanarkən tərəflərin bu barədə razılaşdırılmış iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərtidir. Tərəflərin sonrakı hərəkətləri, o cümlədən xx.xx.2017-ci il tarixli razılaşma protokolu, birgə fəaliyyətin başa çatması və avtomobilin iddiaçıya qaytarılması da təsdiq edir ki, tərəflərin iradə ifadəsinin həqiqi mənası xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə deyil, xx.xx.20 17-ci il tarixli razılaşma protokolu ilə əlaqədar birgə fəaliyyət nəticəsində 9000 həddində yerinə yetirilməli öhdəliklə bağlı olmuş, həmin öhdəliyin isə 8100 manat hissəsi icra olunmuşdur. Belə olan halda,...xx.xx.2017-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Bu səbəbdən tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunmaqla iddia qismən təmin olunmalı, xx.xx.2017-ci il tarixli razılaşma protokolunda birgə fəaliyyət ilə bağlı icra edilməmiş öhdəlik üzrə qalan 900 manat (9000-8100=900) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Bundan sonra, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı “Ford Transit” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin və ya avtomobilə görə ödədiyi pulun qaytarı lması barədə iddia qaldırmış, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2256/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6742/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, iddiaçıdan 9000 manat alınaraq cavabdehə verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.

9. Qətnamədə qeyd edilmişdir ki,...əvvəlki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı xx.xx.2017-ci il tarixli razılaşma protokolu üzrə cavabdeh iddiaçıya hissə-hissə 9000 manat ödəməli, iddiaçı isə özünə məxsus “Ford Transit” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin mülk iyyətinə verməli idi. cavabdeh 9000 manatı tam ödəsə də, iddiaçı avtomobili təhvil verməmiş, başqa şəxsə satdığını bildirmişdir. Ona görə də, avtomobilə görə ödənilmiş 9000 manatı qaytarmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5800 ABŞ dolları (ödənildiyi vaxt manat məzənnəsi ilə) və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında olan xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşmaya əsasən öz “Ford Tranzit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini hər ay 200 ABŞ dolları ödəmək şərti ilə cavabdehə vermişdir. Cavabdeh 7 ay ərzində mütəmadi olaraq ona 200 ABŞ dolları ödəmiş və sonradan pul ödəməkdən imtina edərək 2017-ci ilədək maşından pulsuz istifadə etmişdir. Bu məsələ 2017-ci ilin avqust ayına qədər davam etmiş və cavabdeh maşını qaytararaq onunla işləməyəcəyini bildirmişdir. İddiaçı borcunu almaq məqsədilə cavabdehə yeni təklif etmiş və cavabdehin razılaşması ilə ikinci “Ford Tranzit” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ildə etibarnamə ilə cavabdehə vermişdir. Sonradan ikinci maşınla bağlı baş vermiş məhkəmə proseslərində cavabdeh iddiaçının dediklərini və qarşılıqlı razılaşmanı təsdiq etmişdir. Bu təsdiq məhkəmə qətnamələrində və iclaslarında öz əksini tapmışdır. 36 ay müddətində cavabdeh tərəfindən iddiaçıya mə xsus avtomobil istismar olunmuş və əvəzində yalnız 1400 ABŞ dolları ödənilmişdir. Nəticədə cavabdehin 5800 ABŞ dolları borcu yaranmışdır.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə arasında olan xx.xx.2014-cü il tarixli şifahi razılaşma əsasında iddiaçının “Ford Tranzit” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun çörək sexindən çörək daşınması məqsədilə sürücü kimi fəaliyyət göstərmişdir. Aralarında olan razılaşmaya görə, hər ay 200 ABŞ dolları ödəmək şərtilə 45 aydan sonra sözügedən avtomobilin cavabdehin mülkiyyətinə keçməsi razılaşdırılmış, cavabdeh 7 ay müddətində avtomobilə görə cəmi 1400 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında ABŞ dollarının məzənnəsinin qalxması ilə avtomaşının ona baha başa gələcəyini düş ünərək iddiaçıya maşını istəmədiyini bildirmiş, iddiaçı isə sürücü kimi fəaliyyətimi davam etdirib, qazancını götürməyi təklif etmişdir. Cavabdeh bu təklifə etiraz etməmiş və ödədiyi 1400 ABŞ dollarını da geri istəməmişdir. 2 il 5 ay işlədikdən sonra başqa çörək sexindən gələn təklifə görə iddiaçının avtomobilini özünə qaytarmışdır. İddiaçı ona başqa sexə getməməyi, həmin sex tərəfindən veriləcəyi deyilən maşını gələcəkdə onun mülkiyyətinə keçirəcəyi şərtilə alacağını bildirmiş və digər sexin təklif etdiyi formada işləyəcəklərinə söz vermişdir. İddiaçı ilə aralarında icarə müqaviləsi olmamış, iddiaçı öz sexindən çörəklərin daşınması üçün avtomaşından istifadəni icarə kimi qiymətləndirmişdir, avtomobili öz məqsədləri üçün istifadə etməmişdir. Eyni zamanda, iddiaçı qanunvericilikdə müəyyə n edilmiş müddətlərdə məhkəməyə müraciət etməmiş, istər müqavilə, istərsə də əsassız varlanma tələbi üzrə iddia müddətləri keçmişdir.

13. İddiaçı cavabdehin etirazında qeyd olunan dəlillərlə razılaşmayaraq, məhkəməyə təqdim etdiyi yazılı vəsatətində göstərmişdir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan avtomobil 2017-ci ilin avqust ayında istismara yararsız vəziyyətdə qaytarılmışdır. Cavabdeh həmin və digər 2 avtomobilin icarə haqqını ödəmədiyi üçün polis orqanlarına müraciət etmiş və aralarındakı mübahisə mülki xarakterli olduğuna görə xx.xx.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək, mülki məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin vaxtdan məhkəməyə müraciət etmiş, aralarında bir neçə məhkəmə mübahisəsi olmuş və 2021-ci ilədək davam etmişdir. İddiaç ı 2020-ci ildə ağır xərçəng xəstəliyinə tutulduğundan müxtəlif xarici ölkələrdə müalicə olunmuş, bu səbəbdən hazırkı mübahisə ilə bağlı məhkəməyə vaxtında müraciət edə bilməmişdir.

14. Cavabdeh 23 noyabr 2022-ci il tarixdə iddia ərizəsinə qarşı daha bir etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1945/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin olunmuşdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında öncələr digər “Ford Transit” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mübahisə olmuşdur. Həmin mübahisəyə birinci və apellyasiya instansiyası məhk əmələrində baxılarkən də cavabdehin verdiyi iddia ərizəsi, izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, o, 2014-cü ildə iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən sözügedən avtomobili hər ay 200 ABŞ dolları ödəməklə istifadə etdiyini, 7 ay ərzində avtomobildən istifadə edərək hər ay 200 ABŞ dolları olmaqla, cəmi 1400 ABŞ dolları ödəniş etdiyini, sonradan avtomobil istifadəsində qalsa da, ABŞ dollarının məzənnəsinin manata nəzərən bahalaşması səbəbindən və bu tendensiya davam etdiyindən iddiaçıya qalan borcu ödəyə bilməmişdir. “Ford Transit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin avqust ayında digər “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnaməyə əsasən ona təqdim edilməmişdən öncə iddiaçıya qaytarmı şdır.

17. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus avtomobildən aralarında olan şifahi razılaşmaya əsasən 2014-cü ilin iyul ayından 2017-ci ilin avqust ayınadək özündə saxlayıb istifadə etsə də, razılaşmaya əsasən hər ay ödəməli olduğu 200 ABŞ dolları məbləğində pulu yalnız 7 ay ərzində ödəmiş, qalan dövr üçün ödənişləri icra etməyərək, iddiaçı qarşısında 5.800 ABŞ dolları həcmində icra edilməmiş öhdəliyi (borcu) qalmışdır. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında öhdəlik götürsə də, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyi icra etməmişdir.

18. Cavabdeh iddiaya qarşı ilk etirazında məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, sonradan 23 noyabr 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmiş, iddia müddətinin tətbiqi barədə tələb göstərməmişdir. Bu əsasları nəzərə alaraq Məhkəmə iddia müddətini tətbiq etməmişdir.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tərəflər arasındakı münasibətlərin mahiyyətinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı ilə aralarınd a heç bir rəsmi icarə müqaviləsi olmamışdır. “Ford Transit” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili öz məqsədləri üçün istifadə etməmiş, sexdən çörək daşımış və sürücü kimi pul qazanmışdır. İddiaçının çörəklərin daşınması üçün avtomaşından istifadə edilməsini icarə kimi qiymətləndirməsi əsassızdır. Əvvəlki məhkəmə prosesləri ilə bağlı iddia ərizəsinə, məhkəmə qərarlarında olan izahatına istinad edilib, əsaslandırma aparılsa da, onun izahatları düzgün qeyd edilməyərək, təhrif edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə hansısa səbəbdən qiymət verilməmişdir.

22. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-1599/2023 nömrəli, 29 mart 2023-cü il il tarixli qətnaməsi ilə (hakimlər – C.Musayeva (sədrlik edən və məruzəçi), M.Məmmədov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və sonrakı hərəkətlərindən göründüyü kimi “Ford Transit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin sahibliyinə keçməsini mümkün edən şərtlər tərəflərin “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağladıqları xx.xx.2017-ci il tarixli razılaşma protokolunda əks olunmuş şərtlərlə eynilik təşkil edir. Belə ki, həqiqətən də iddiaçı tərəfindən 2014-cü ildə özünün işlətdiyi çörək sexindən çörəkləri götürərək paylaması üçün cavabdehə etibarnamə ilə “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobilə görə sonuncu iddiaçıya hər ay 200 ABŞ dolları olmaqla ödəniş etməli olduğu halda cəmi 1400 ABŞ dolları pul ödəmiş, sonradan devalvasiya nəticəsində işləri zəiflədiyi və qalan pulu ödəyə bilmədiyi üçün, müqavilənin icrasından imtina etmiş, iddiaçının yanında işçi olaraq qalmış, payladığı çörək hesabına özü də qazanmaqla iddiaçıya gəlir vermişdir. Daha sonra isə tərəflər arasında dəyəri 9000 manat olan “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avto mobilə dair xx.xx.2017-ci il tarixli razılaşma protokolu bağlanmış, cavabdeh tərəfindən həmin avtomobilə görə razılaşmaya uyğun olaraq müvafiq məbləğdə pul ödənilməsinə baxmayaraq, iddiaçının əməli qeyd edilən razılaşmaya uyğun olmamış, yəni həmin avtomobilin cavabdehin mülkiyyətinə keçməsi üçün ondan tələb olunan hərəkətləri yerinə yetirməmişdir.

25. Qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası tərəflər arasında icarə müqaviləsinin deyil, hissə-hissə ödəmə şərti ilə mal alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını müəyyən etmiş, bununla da cavabdehin iddiaya etiraz kimi bildirdiyi halları daha inandırıcı saymışdır. Odur ki, “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətinə keçmədiyindən iddiaçını n avtomobilin əvəzində ödənilməli olan, lakin müqaviləyə xitam verildiyi üçün ödənilməmiş pulu tələb etmək hüququ yaranmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilmişdir.

26. Kollegiya, iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqinə dair niyyətini təqdim etdiyi ərizədə ifadə etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi onun tərəfindən daha sonra, sonuncu məhkəmə baxışı iclasında iddianın rədd edilməsi xahişi barədə verilmiş ərizəyə istinadən həmin iddia müddətinin tətbiqinə dair xahişdən imtina etdiyi qənaətinə gəlmişdir. Halbuki, cavabdehin bu məsələ ilə əlaqədar niyyəti verdiyi ərizədə kifayət qədər aydın olmuş dur. Bununla belə, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir.

27. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385.1, 386.1, 404.1, 404.2, 441.1, 567, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 82.3, 88, 218.1, 233.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianı n təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi 13 vərəqdən ibarət çox qarışıq, sıravi, hüquqşünas olmayan insanın anlaya bilmədiyi tərzdə qətnamə qəbul etmişdir.

30. İddia tələbi iddiaçıya məxsus **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildən cavabdehin 2014-2017-ci illərdə istifadə etməklə gəlir əldə etdiyi və razılaşmaya əsasən ödəməli olduğu 5.800 ABŞ dolları ilə bağlı olmuş, məhkəmə kollegiyası isə iddiaçıya məxsus ikinci **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı məsələni vurğulayaraq, onunla bağlı artıq məhkəmə qətnaməsi mövcud olduğundan və qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməsi yolverilməz olduğund an iddia tələbini rədd etmiş, lakin aralarında olan ikinci avtomobilin razılaşma protokolunu birinci şifahi razılaşma ilə əsassız olaraq əlaqələndirmişdir.

31. Apellyasiya məhkəməsi iddia müddəti ilə bağlı məsələyə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)6742/2021 saylı cavabdeh ona qarşı “pul və ya avtomobilin geri verilməsi barədə” iddia tələbi üzrə mülki işdə cavabdeh izahatında bildirmişdir ki, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək barədə razılaşmışlar və həmin avtomobilə görə iddiaçıya 1400 ABŞ dolları ödəmiş, lakin sonradan qalan pulu ödəyə bilməmişdir. Həmçinin, cavabdeh Qaradağ rayon məhkəməsində də izahatında etiraf edərək bildirmişdir ki, avtomobilə görə iddiaçıya 1400 ABŞ dolları ödəmiş, lakin sonradan qalan pulu ödəyə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə t əkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

40. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

41. Maddə

560. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı tələbinin qanuni əsası kimi mübahisəli avtomobillə bağlı cavabdehlə aralarında icarə münasibətlərinin olmasına istinad etmiş və avtomobilin cavabdehdə olduğu müddət ərzində ödənilməyən qalıq icarə haqqının ödənilməsini tələb etmişdir.

53. Cavabdeh isə iddiaya etiraz edərək, avtomobillə bağlı aralarında şifahi nisyə alqıatqı müqaviləsinin olduğunu, cavabdehin hər ay 200 ABŞ dolları olmaqla dəyərini tam ödədikdən sonra avtomobilin onun mülkiyyətinə veriləcəyini, bununla bağlı 7 ay cəmi 1400 ABŞ dolları ödəniş etdiyini, lakin qalan öhdəliyin icrası mümkün olmadığından müqavilədən imtina edərək, avtomobili iddiaçıya geri qaytardığı nı bildirmişdir.

54. Göründüyü kimi, tərəflər arasındakı mübahisəli məqam mübahisəli avtomobillə bağlı münasibətlərinin hüquqi mahiyyəti (icarə və ya alqı-satqı müqaviləsindən irəli gəlməsi) ilə bağlıdır.

55. Mülki qanunverciliyə əsasən, mülki hüquq subyektləri arasındakı müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

56. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı müqavil ə şərtlərini təfsir edərkən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və sonrakı hərəkətlərindən göründüyü kimi “Ford Transit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı mübahisəli avtomobilin cavabdehin sahibliyinə keçməsini mümkün edən şərtlər tərəflərin “Ford Transit” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağladıqları xx.xx.2017-ci il tarixli razılaşma protokolunda əks olunmuş şərtlərlə eynilik təşkil edir. Qeyd olunanlara əsasən tərəflər arasında icarə müqaviləsinin deyil, hissə-hissə ödəmə şərti ilə mal alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını müəyyən edilir. Odur ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətinə keçmədiyindən iddiaç ının avtomobilin əvəzində ödənilməli olan, lakin müqaviləyə xitam verildiyi üçün ödənilməmiş pulu tələb etmək hüququ yaranmamışdır.

57. Kollegiya hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Kassasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almaqda da haqlı olmuşdur. Belə ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməklə yanaşı, iddiaçının subyektiv hüququnun olmadığına dair dəlillər irəli sürməsi, iddia müddətinin tə tbiqi barədə ərizəsindən imtina kimi qiymətləndirilə bilməz. İddia müddətinin tətbiqindən imtina cavabdehin bununla bağlı açıq və birbaşa ifadə edilmiş iradəsi əsasında mümkündür. İddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin iddiadan müdafiə vasitələrindən olmaqla, onlardan birindən istifadə olunması, digərini istisna etmir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Rasim X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1599/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar