Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2799/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Quliyev Rauf Cəbrayıl oğlunun, cavabdeh x2 vəkili Tağıyev Kamran Həsən oğlunun iştirakı ilə, iddiaçı x1nun və cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(002)2305/2018 saylı qətnaməsi ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, cavabdeh x2 9714 A BŞ dolları məbləğində (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) borc pul vəsaiti, 12 manat dövlət rüsumu və hüquqi yardıma görə 50 manat pulun tutularaq iddiaçı x1na ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2018-ci il tarixli, 2(103)11814/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(002)-2305/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2018-ci il tarixli, 2(103)-11814/2018 saylı qətnaməsinin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, cavabdeh x2 10714 ABŞ dollarının (ödəniş gününə manata o lan məzənnə ilə hesablanmaqla) alınaraq ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2018-ci il tarixli, 2(103)-11814/2018 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 25000 ABŞ dolları məbləğində borc pulun, 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh x2 20 avqust 2015-ci il tarixdə ondan 25000 ABŞ dolları məbləğində borc pul almışdır. Bu barədə tərəflər arasında yazılı şəkildə akt tərtib o lunmuş və tərəflər həmin aktı imzalamışlar. Cavabdehə verdiyi həmin borcu x3-dən 05.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ABŞ dolları ilə aldığı kreditin hesabına vermişdir. Cavabdeh aldığı borcu tez bir zamanda, yəni iki ay ərzində ödəyəcəyini öhdəsinə götürsə də, borcundan müəyyən ödənişlər etmiş, qalan borcu isə ödəməmişdir. Belə ki, 22 may 2018-ci il tarixə cavabdehin 11067 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmış, cavabdeh ondan bu barədə qəbz almış, lakin 1000 ABŞ dollarım uşağının ödəyəcəyini bildirərək qəbzə 10067 ABŞ dolları yazılmasını xahiş etmiş, ona görə də həmin tarixli qəbzdə cavabdehin ona 10067 ABŞ dollarının qaldığı qeyd edilmişdir. Həmin qəbzin əslini cavabdeh özü məhkəməyə təqdim etmişdir. Lakin cavabdehin uşağı ona 1000 ABŞ dollarını ödəməmiş və əsl ində 11067 ABŞ dolları məbləğində borc qalmışdır. Sonuncu dəfə 12 avqust 2018-ci il tarixdə ona 600 manat, yəni rəsmi kursa əsasən 353 ABŞ dolları məbləğində pul ödənilmiş, yerdə qalan 10714 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. Borcun qaytarılması ilə əlaqədar cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş, cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2018-ci il tarixli, 2(103)-11814/2018 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul e dilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 noyabr 2018-ci il tarixli, 2(103)-11814/2018 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Quliyev Rauf Cəbrayıl oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 vəkili Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan x2, x4 və x1 tərəfindən tərtib olunmuş və imzalanmış 20 avqust 2015-ci il tarixli aktdan görünür ki, x2 x1dən 25000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. İş materiallarında olan 05.05.2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı əlavə sazişin surətindən görünür ki, iddiaçı x1 ilə x3 arasında 24 min ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və 22 may 2018-ci il tarixdə x1 tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, cavabdehin iddiaçıya 10067 ABŞ dolları məbləğində borcu qalmışdır. İşdən göründüyü kimi, iddiaçı x1 tərəfindən cavabdeh x2 25000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Bundan əlavə, hər iki tərəfin istinad etdiyi 22 may 2018-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, cavabdehin həmin tarixə 10067 ABŞ dolları məbləğində borcu qalmışdır. Daha sonra cavabdeh tərəfindən 12.08.2018-ci il tarixdə 600 manat (600:1.70=353 ABŞ dolları) ödəniş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini 9714 ABŞ dolları hissəsində təmin etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçı tərəf iddia tələbində eləcə də apellyasiya şikayət ində 22 may 2018-ci il tarixli qəbzdə qalıq borcunun 1000 ABŞ dolları az göstərilməsinə istinad etsə də bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi tərəflərin mübahisələndirmədiyi 22 may 2018-ci il tarixli qəbzdə borcun məbləği 10067 ABŞ dolları müəyyən edilmişdir və həmin qəbzdə iddiaçının istinad etdiyi kimi 1000 ABŞ dollarının az göstərilməsi barədə hər hansı qeyd olmamışdır. Həmin borcun 11067 ABŞ dolları olması barədə iddiaçı tərəfindən eləcə də həmin məbləğdən az olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf borcu manatla götürsələr də aktda borcun ABŞ dolları ilə yazılması barədə dəlili də öz təsdiqini tapmamış, cavabdeh tərəf bu barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən 12.08.2018-ci il tarixdə 600 manat (600:1.70=353 ABŞ dolları) ödəniş edilməsini də nəzərə almaqla borcun məbləğini (10067-353=9714 ABŞ dolları) müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa iddia qismən təmin edildiyindən, hüq uqi yardıma görə xərclə bağlı tələbin də qismən, yəni 50 manat həddində təmin olunması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olund uğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun və x2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2799/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2799/2019
25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver