Məhkəmə qərarları › İş №2(102)-2799/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2799/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2799/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı iş üzrə QƏRARI Açar sözlər: maddi zərərin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3076/2025 nömrəli, 02 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 1135 saylı arayışına əsasən, Əliyev X5 qəsəbəsi, bağ sahəsində qeydiyyatsız yaşayır.

2. İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, “qonşusu Arif adlı şəxsin ev tikmək nəticəsində ona maddi ziyan dəyməsi” barədə polis şöbəsinə müraciət etdiyi xx.xx.2023-cü il tarixli ərizə üzrə şikayəti olmadığını, qonşusu Arif tərəfindən ziyanın ödəniləcəyini bildirmişdir. Həmin ərizənin arxa hissəsində qeyd olunmuşdur ki, “Mən İddiaçı 1.500 (min beş yüz) m anat verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1500 manat aldım”.

3. X2 RPİ-nin 1-ci PŞ-nə yenidən şikayət edərək qeyd etmişdir ki, Cavabdeh1 adlı şəxs ilk öncə ona ziyan vurmasını etiraf etməsə də, sonradan dəymiş ziyanı etiraf edərək bildirdi ki, bir hissəsini ödəyəcək, qalan hissəsini isə qısa zamanda tam ödəyəcək. Lakin növbəti dəfə aldatdı. Belə ki, Cavabdeh1 dəymiş ziyanın əvəzi kimi ilkin olaraq 1.500 manat ödəyərək bildirdi ki, şikayəti geri çəksin, bundan əlavə ona bir neçə kamaz qum, 40 ədəd sement və digər tikinti materialları verəcək. O, yalan vədlərə inandı. Lakin Cavabdeh1 məsuliyyətdən boyun qaçırmaq məqsədilə onu növbəti dəfə aldatdı 4. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elgün Zülfüqarovun xx.xx.2023-cü il tarixli qərarın a əsasən, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikdirməyə başlamış və 2022-ci ilin oktyabrında qonşuluqda yaşayan Elşan adlı şəxs onunla əlaqə saxlayaraq evinə ziyan dəyməsini bildirmişdir. Bundan sonra, Elşan adlı şəxs onu evlərinə dəvət edərək guya, onun evini tikən zaman evinin divarlarında çatlar əmələ gəldiyini bildirmişdir. O, Elşan adlı şəxsə bağ evində işləyən ustaları göndərərək həmin çatları təmir etməkdə köməklik edəcəyini bildirmişdir. Lakin Elşan onun insanı və qonşuluq naminə atdığı addımdan imtina edərək onu şantaj etməyə başlamışdır. Elşan adlı şəxs onun evinə 50.000 manat dəyərində maddi ziyan dəydiyini və həmin ziyanın ödənilməsini tələb etmiş, l akin o, növbəti dəfə qonşuluq naminə Elşana evində işləyən ustaları göndərərək evinin təmirində köməklik edəcəyini bildirmişdir. Lakin onun təkilifini növbəti dəfə rədd edən Elşan onu şantaj etmiş, o, Elşan adlı şəxsin təklifi ilə razılaşmadığını bildirən zaman, Elşən onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi kimi 14.320 manatın və 133 manat ödənilmiş məhkəmə xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi L.Tolstoy küçəsində yerləşən və ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda cavabdeh tərəfindən evin inşasına başlanılmışdır. Bu zaman bir çox qanunsuzluqlara yol verilmişdir. Belə ki, aparılan qanunsuz tikinti zamanı onun evinin hasarının 1 metr yaxınlığında qazıntı işləri aparılarkən isinad divarı dağıdılmış, fərdi yaşayış evinin bir istiqamətli çöküntüyə uğraması nəticəsində yük daşıyan kənar divarları, tavanı çatlamışdır, kanalizasiya və elektrik sistemi dağıdılmışdır. Cavabdehlə dəfələrlə ona dəymiş ziyanın aradan qaldırılması barədə söhbətlər aparsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Hətta ilk söhbəti olan zaman yanında tanımadığı vəzifəli şəxs onlar söhbət edən zaman belindəki silahı belə ona göstərməyə cəhd etmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidmətinə də şi kayət etmişdir. Cavabdeh ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini bildirsə də, onun tərəfindən həmin ziyanın ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Həmçinin, Xəzər RPİ 1-ci PŞ-də aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh1 onun yaşadığı fərdi yaşayış evinə maddi ziyan vurduğunu etiraf etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, onun torpaq sahəsi vardır və o, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında Elşən adlı şəxş onu evinə dəvət edərək tikinti aparılan zaman evinə ziyan dəyməsini və evinin divarlarında çatlar əmələ gəlməsini bildirmişdir. Həmin çatların təmir edilməsi üçün bağ evində işləyən ustaları göndərəcəyini, evin təmirində köməklik edəcəyini bildirmiş, lakin bir şərtlə ki, o, polisdə ol an şikayət ərizəsini geri götürsün. Cavabdehə növbəti dəfə inandığı üçün ərizə ilə müraciət edib ona qarşı heç bir şikayət və tələbinin olmadığını təhqiqatçıya bildirmiş və bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Lakin, cavabdehin onu növbəti dəfə aldatdığını anlamış və ona görə də təkrar şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanlıq və evin yenidən təmir-bərpası, tikinti-quraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14.320 manat müəyyən edilmişdir.

7. Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2025-ci il tarixli, 3-1 616/2-10/798 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsi yerləşən yaşayış evində yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı müəyyən olunmuşdur ki, bu da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv el ementlər üzrə eləcə də, tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafik mütəxəssisləri tərəfindən mübahisəli yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilmə işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 250 manat məbləğində müəyyən olunur ”.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirli yi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun “ünvan 2 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə” xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazinin relyefi düzəndir. Fərdi yaşayış evi 2006-cı ildə planda düzbucaqlı formada olmaqla, 1 mərtəbəli, zirzəmili inşa olunmuşdur. Tikilinin uzunluğu 9,0 metr, eni 7,55 metrdir. Fərdi yaşayış evinin mərtəbə hündürlükləri döşəmədən tavana qədər olan hündürlük zirzəmidə h 1,8, 1.95 metr, mərtəbədə h=2,6 metrdir. Evin həyət tərəfindən uzununa istiqamətində olan divarı 200 mm qalınlıqda, digər divarları 400 mm qalınlıqda mişarlanmış əhəng daşlarından sement-qum məhlulu inşa olunmuşdur. Daxili divarlar 200 mm qalınlıqda mişarl anmış əhəng daşlarından hörülmüşdür. Evin döşəmə səviyyəsi yer səthindən 0,8 m hündürlükdə kürsülü inşa olunmuşdur. Mərtəbə örtükləri, zirzəmidə və otaqlarda ağac elementlərdən quraşdırılmışdır. Evin giriş qapısı metaldan, daxili qapılar və döşəmələr ağac materialından, pəncərələr PVC plastik elementlərdə quraşdırılmışdır. Dam konstruksiyası ağac elementlərdən çardaq tipli quraşdırılmış və üzəri siklənmiş dalğavari metal vərəqələrlə örtülmüşdür. Fərdi yaşayış evin fasadları sement-qum məhlulu ilə suvaqlanmışdır. Vizual texniki baxış zamanı fərdi yaşayış evinin bünövrəsi bir qat eninə istiqamətdə düzülmüş mişarlanmış əhəng daşları üzərində inşa olunmuşdur (bünövrə qazılaraq baxılmışdır). Qapı və pəncərə üzərində atmalar 2-4 ədəd armatur millərdən quraşdırılmışdır. Fərdi yaşayış evi antise ysmik kəmərsiz və sütunsuz inşa olunmuşdur. Zirzəmiyə baxış zamanı 50x150 (h) mm en kəsik ölçülü ağac tirlərin başlıqlarının üzərində yerləşmə sahələri məhlulla doldurulmamış və izolə edilməmişdir. Ağac tirlerin altında qoyulmuş dirəklər kifayət qədər azlıq təşkil edir və orta hissədə 1 ədədin altlığı sürüşdürülərək asılı vəziyyətdə qalmış, 2 ədədi isə mailli vəziyyətdə olduğu müşahidə edildi. Bu səbəbdən döşəmədə silkələnmə hiss olunur. Evinin arxa divarı ilə qonşunun hasar divarı arasındakı sahədə bünövrə səviyyəsinə qədər qrunt çıxarılmış və yeri boş saxlanılmışdır. Həmin hissənin quruntla doldurulması sakinə bildirilmişdir. Zirzəmi mərtəbəsinin döşəməsi hamarlanmamış və nəmlik müşahidə olunmadı. Zirzəminin giriş qapısı ilə üzbə-üz istiqamətdə və ara məsafəsi 1,55 m olmaqla 200 mm qalın lıda mişarlanmış əhəng daşlarından 1,10x1,60x3,0(h)m ölçüdə su anbarı inşa olunmuşdur. Həmin sahədə döşəmədə qismən nəmlik müşahidə olundu. Yaşayış evinin daxilində, orta hissədə, mərtəbə səviyyəsindən şaquli istiqamətdə divar döşəmə səviyyəsinə qədər azalaraq istiqamətlənmiş, eni 0,52,0 mm olan çat müşahidə olundu. Çatın mərtəbə səviyyəsində 1 metrə qədəri iki tərəfli, qalan hissəsi bir tərəflidir. Evin 200 mm qalınlıqlı orta divarında yerləşən qapı boşluğu ətrafında bir ədəd mailli istiqamətli, iki tərəfli çat müşahidə olundu. Çatın eni 1,0:2,0 mm-ə qədərdir. Diger divarda künc hissədə 20 sm uzunluqda bir tərəfli nazik suvaq çatı qeyd olundu. Həyətyanı sahədə inşa olunmuş hamamın divarları 200 mm qalınlıqda mişarlanmış əhəng daşlarından, mərtəbə örtüyü 100 mm qalınlıqlı monolit dəmir bet ondan, qapı və pəncərəsi plastikdən inşa olunmuşdur. Tikilinin döşəməsi və divarları üzlük daşları ilə üzlənmişdir. Vizual texniki baxış zamanı tavana yaxın sahə üfüqi istiqamətli 1,0 m-ə qədər uzunluqlu kafelin sındığı qeyd olunmuşdur. Hamam binasının divarlarında çat, dağılma və deformasiya müşahidə olunmadı. Həyətyanı sahədə və ərazidə sınma, deformasıya, dağılma və çökmə halları müşahidə olunmadı. Qeyd olunan qüsurların təbii fəlakətlərlə əlaqəsi yoxdur. Binanın texniki cəhətdən vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərazidə daha dolğun mühəndisi-geololji tədqiqat, instrumental müayinə işləri və araşdırma işləri aparıldıqdan sonra nəticələrdən asılı olaraq müvafiq rəyin verilməsi məqsədəuyğun hesab olunur.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7884 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində yerləşən fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8.157 manat məbləğində olduğu müəyyən olunmuşdur.

10. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-49/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 6.907 manat məbləğində maddi ziyan və 89,07 manat dövlət rüsumu olmaqla, cəmi 6.996,07 manatın tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İ.Cəfərzadə).

11. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyinin əsaslandırıcı hissəsinə əsasən, tədqiq olunan yaşayış evi birmərtəbəlidir. Tədqiq olunan yaşayış evinin sahələri 15.2 kv.metr (3.8x4.0m), 9.0 kv.metr (3.0x3.0) və 12.6 kv.metr (3.7x3.4m) olan yaşayış otaqlarında divarlarda çatlar olduğu, sahəsi 12.4 kv.metr (5.0x1.4+1.8x3.0m) olan dəhlizində döşəmədə taxtanın aralanması müşahidə edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı yaşadığı ünvan 4 ünvanında yaşayış evinə Cavabdeh1 tərəfindən ziyan vurulması sübuta yetirilmişdir.

12. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin Bakı şəhə ri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1080İ, Yeni qaydalarla:AZ1150, ünvan 5 ünvanında 0,1141 ha torpaq sahəsində yerləşən bağ evi X1 adına qeydiyyata alınması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh1dur.

13. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin qərardadı ilə alınmış ekspert rəylərində ünvan 4 ünvanında yaşayış evinin daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8.157 manat məbləğində müəyyən edilmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin təqdim etdiyi rəylər arasında ziddiyyətlər mövcuddur. Lakin Məhkəmə hesab etmişdir ki, Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspert rəyləri işin fak tiki hallarına uyğun olmaqla, daha ağlabatandır. Buna görə də, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər bu hissədə sübut növü kimi qəbul edilməli və iddiaçıya dəymiş ziyan həmin rəylərə müvafiq olaraq hesablanmalıdır.

15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ekspertiza rəyləri həddində, yəni daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq 8.157 manat məbləğində maddi ziyan iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə iddiaçıya dəymiş zərərinin məbləğinin 8.407 manat qiymətləndirilməsi nəticəsinə gəlsə də, iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdehlə aralar ında olan sövdələşmə nəticəsində cavabdehdən qəbul etdiyi 1.500 manat pulun, ekspert rəyləri ilə hesablanmış 8.407 manat məbləğində maddi zərərdən çıxılmasını məqsədəmüvafiq hesab etmişdir. Ona görə ki, iş materialları ilə İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin arxa hissəsində “Mən İddiaçı 1.500 verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1.500 manat aldım” qeyd etmişdir. Bu işin mübahisəsiz halı olmaqla, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə inkar olunmamış, iddiaçı həqiqətəndə cavabdehdən 1.500 manat maddi ziyanı almasını etiraf etmişdir.

16. Məhkəmə iddianın “cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə və 5.913 manat maddi ziyan” hissəsini” araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Ona görə ki, iddianın bu hissəsi işin faktiki halları və iddiaçının təqdim etdiyi sübutlarla sübuta yetirilməmişdir. İddiaçı iddiasının 5.913 manat maddi ziyan hissəsini və fərdi yaşayış evinə və hasarına dəymiş ziyanın cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin təqsiri ucbatından yaranmasını sübut etməlidir. Halbuki, məhkəmə iclasında iş üzrə iddiaçıya bir daha iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iş materiallarında olan sübutları iddianın tam təmin edilməsi üçün kifayət hesab edərək əlavə sübutların təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir.

17. Məhkəmənin mövqeyinə görə, iddia qismən təmin edildiyindən, iddianın təmin olunan hissəsinə müvaf iq olaraq, cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə iddianın təmin olunan hissəsinə, yəni 6907 manat məbləğinə müvafiq olaraq 89,07 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097, 1115-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 50, 77.1, 80, 88, 101.7, 103.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən narazı qalan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3076/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məhəmməd Rüstəmli – sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Səadət Səlimova).

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə əsasən, iddiaçıya məxsus yaşayış evində və daş h asarda yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikintiquraşdırma işləri aparıldığı nəticəsində əmələ gəlmişdir. İddiaçıya hasarın sökülməsi nəticəsində dəymiş zərərin məbləği 250 manat, fərdi yaşayış evində yaranmış qüsurlara görə dəymiş zərərin məbləği isə 8.157 manat təşkil edir.

22. Cavabdeh apellyasiya şikayətində iddiaçıya dəymiş ziyanın onun təqsirindən, hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsinin sübuta yeririlmədiyinə istinad etsə də, polis orqanında verdiyi izahatında bildirdiklərindən də müəyyən edilir ki, iddiaçı onunla əlaqə saxlayaraq evinə ziyan dəyməsini bildirdiyində, o, bağ evində işləyən ustaları göndərib həmin çatları təmir etdirmək istəmiş, daha sonra isə iddiaçıya 1.500 manat pul ödəmişdi r. Birinci instansiya məhkəməsi tərəfindən də zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutularkən həmin məbləğ nəzərə alınmışdır.

23. Bundan başqa, cavabdeh apellyasiya şikayətində onun təqsiri üzündən iddiaçının evinə ziyan dəymiş olsa belə, həmin ziyanın 1.700-1.800 manatdan artıq olmadığını bildirmiş və məhkəməyə təqdim etdiyi “yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin (işçilik və material xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 1.813,3 manat təşkil etməsinə dair” "xxxx" MMC-nin rəyinə istinad etmişdir.

24. Kollegiya bununla bağlı qeyd edir ki, "xxxx" MMC-nin tərtib etdiyi mütəxəssis rəyinə əlavə edilmiş qiymətləndiricinin ixtisas şəhadətnaməsindən görünür ki, qiymətləndirici daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırki mübahisə isə yaşayış evində və daş hasarda yaranmış qüsurların nəticəsində dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır.

25. Odur ki, məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi rəyləri mötəbər sübut kimi qəbul edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, Kollegiya sözügedən ekspert rəylərini digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəylərin əsassızlığı üçün hallar müəyyən edilmir. Kollegiya qeyd edir ki, ekspert rəylərində iddiaçıya məxsus daş hasarının sökülməsi nəticəsində dəymiş ziyanın həcmi, o cümlədən, fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işl ərinin dəyəri göstərilmiş, rəylər kifayət qədər əsaslandırılmış və rəylərdə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

27. Bununla yanaşı, iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun mütəxəssis rəyi də əldə olunmuşdur.

28. Bu səbəbdən də, məhkəmə kollegiyası tərəfindən iş üzrə yenidən ekspertizanın keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

29. O da qeyd olunmalıdır ki, iddiaçıya məxsus özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.

30. Sözügedən fərdi yaşayış evi iddiaçının sahibliyində olduğundan və onun tələbi Cavabdeh1 söküntü-qazıntı və tikinti-quraşdırma işləri apar ması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması ilə bağlı olduğundan iddiaçı haqlı olaraq iddia ərizəsini ona məxsus daşınmaz əmlakın olduğu yerə görə vermişdir.

31. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 39.1, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassator şikayətini belə əsaslandırmışdır ki, iddiaçının evində yaranmış çatların cavabdehin təqsiri ucbatından yaranması sübu ta yetirilməsə də, işə baxan məhkəmə kollegiyası, cavabdehin iddiaçıya maddi ziyan vurduğu qənaətinə gəlmişdir ki, bu da Mülki Məcəllənin 21.1 və 1096.1-ci maddələrinin hazırkı mübahisəyə düzgün tətbiq edilməməməsi ilə nəticələnmişdir. Tərəflər bundan əvvəl mübahisəni öz aralarında həll etmişlər. Zərərin ödənilməsi üçün 1500 manat pul vermiş və cavabdeh polisə ərizə verərək şikayət və tələbinin olmamasını qeyd etmişdir.

34. Kassasiya şikayətinin digər dəlilinə görə, ekspert və mütəxəssis rəyi arasındakı ziddiyəti aradan qaldırmaq üçün işə baxan məhkəmə kollegiyası yenidən ekspertiza keçirməli və tərəflərin iştirakı ilə yerli baxış keçirməli və bundan sonra yekun nəticəyə gəlməli olduğu halda, qanunvericiliyin əlaqədar göstərişlərinə riayət etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurul masına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təş kil edir.

42. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarına obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir

52. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin araşdırılan hallarından gör ünür ki, iddiaçıya məxsus yaşayış evində və daş hasarda yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı nəticəsində əmələ gəlmişdir. İddiaçıya hasarın sökülməsi nəticəsində dəymiş zərərin məbləği 250 manat, fərdi yaşayış evində yaranmış qüsurlara görə dəymiş zərərin məbləği isə 8.157 manat təşkil edir.

53. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq ma ddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur

54. Apellyasiya məhkəməsi ziyanın məbləğinin müəyyən edilməsi və tutulması zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmış olsa da, həmin dəlilləri hansı səbəbdən qəbul etmədiyini qətnamədə göstərməmişdir.

55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübut ları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

56. İşdən görünür ki, iddiaçının özünün etiraf etdiyinə görə tərəflərin hazırkı mübahisəsi bundan əvvəl cinayət təqibi zamanı araşdırma predmeti olmuş, həmin araşdırmanın nəticəsi olaraq 1 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin rədd olunması barədə qərar onunla əsaslandırılmışdır ki, İddiaçı 1 may 2023-cü il tarixdə təkrar Xəzər RPİ 1-ci PB ərizə ilə müraciət edərək 12 aprel 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Xəzər RPİ 1-ci PB müraciəti ilə əlaqədar olaraq, qonşusu Arif adlı şəxsin özünə ev tikən vaxt ona məxsus evinin hasarına və evinə ziyan vurmadığını, hadisə ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bil dirmişdir.

57. İşin müəyyən olunmuş digər hallarından görünür ki, həmin vaxt cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyana görə 1500 manat məbləğində pul ödənilmişdir.

58. İddiaçının təkrar ərizəsini nəzərə alan cinayət təqibi orqanı belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-187, 189 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə 5000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhz cinayət nəticəsində vurulmuş ziyan ödənilməsinə, zərəçəkmiş şəxsin h ər hansı şikayət və tələbinin olmamasına əsaslanan cinayət təqibi orqanı cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərarın qəbul olunmasından 4 aydan artıq müddətdən sonra iddiaçı hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatı çərçivəsində barəsində şikayət verilən şəxslə zərərçəkmiş şəxsin barışması, dəymiş ziyanın ödənilməsi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.

60. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin barəsində şikayət verilən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi bir çox hallarda şəxsin məs uliyyətdən azad edilməsi üçün əsas hesab olunur. Cinayət təqibi üzrə zərərçəkən şəxsin belə bir bəyanı cinayət təqibinin sonrakı gedişinə təsir edən amildir. Bu işin halları baxımından məhz həmin bəyanın nəticəsi olaraq cinayət işinin başlanması rədd olunmuşdur.

61. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

62. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblər lə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyən lik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət təqibi zamanı zərərçəkən şəxsin barəsində şikayət verilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə orqana təqdim etdiyi və qərar qəbul olunarkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş yalnız həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Lakin hazırkı iş üzrə tələb olunan zərərin mövcudluğu istinad olunan bəyandan sonra yaranması müəyyən edilmir. İdd iada zərərin mövcudluğu məhz əvvəl baş vermiş hadisələr baxımından əsaslandırılmışdır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona 1500 manat ödənildikdən sonra digər ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim edilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmişdir. Əksinə cinayət təqibi orqanının 1 may 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ərizəsində cavabdeh tərəfindən ona zərər vurulmadığı, ona 1500 manat pul ödənildiyi, heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir.

66. Cavabdeh tərəfin mövqeyindən aydın olur ki, onun hərəkətləri nəticəsində iddiaçıya hər hansı zərər vurulmamış, yaln ız qonşular arasında yaranmış mübahisəni sonlandırmaq üçün həmin məbləği ödəmişdir. Sonradan isə iddiaçı yaranmış vəziyyətdən sui-istifadə etməkdədir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənziml ənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

68. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının məhz iddiada göstərdikləri əsaslarla tələb hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.

69. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğv edilməsinin apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına əsaslanmaqla iddia rədd olunmalıdır.

70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyun 2025-ci il tarixli 2(103)-3076/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yen qərar qəbul edilsin. İddi a təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı oluna aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44,60 manat, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 67,60 manat dövlət rüsumları İddiaçı tutularaq Cavabdeh1 ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar