Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2800/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı QSC-nin nümayəndəsi, vəkili X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(103)-4459/2018 saylı qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi, vəkili X1 və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nın vəkili Vəkil kas sasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(007)-1110/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) İddiaçı QSC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 28 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 260.371,85 ABŞ dolları, faiz borcuna görə 56.236,87 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 50.000 ABŞ dolları, cəmi 366.608,72 ABŞ dolları; 09 sentyabr 2013-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 64.870,57 ABŞ dolları, faiz borcuna görə 13.577,58 ABŞ dolları, ona hesablanmış cəriməy ə görə 5.000 ABŞ dolları, cəmi 83.448,15 ABŞ dolları; 16 oktyabr 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 224.210,73 ABŞ dolları, faiz borcuna görə 138.688,31 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 20.000 ABŞ dolları, cəmi 382.899,04 ABŞ dolları; 06 avqust 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 119.232,43 ABŞ dolları, faiz borcuna görə 24.956 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 10.000 ABŞ dolları, cəmi 154.188,43 ABŞ dolları, ümumilikdə 987.144,34 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi; ipoteka predmetləri olan ünvan 1 ünvanda, 3-mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 110,5 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin- 88.000 manat; ünvan 1 ünvanda 3-mərtəbəli yaşayış binasının zirzəm isində yerləşən ümumi sahəsi 119,3 kv.metr, əsas sahəsi 96,8 kv.metr və köməkçi sahəsi 22,5 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin- 175.000 manat; ünvan 1 ünvanda 3-mərtəbəli yaşayış binasının zirzəmisində və 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 304,8 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin- 315.000 manat; ünvan 3 evin, 16-mərtəbəli, yeni tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 207,0 kv.metr, yaşayış sahəsi 125,9 kv.metr və yardımçı sahəsi 81,10 kv.metr olan, 4otaqlı, 53 saylı mənzilinin bazar dəyərinin- 340.000 manat müəyyən edilməsi, tutmanın həmin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan vəsai tin Cavabdeh1 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra ipoteka predmetlərinin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət olunmuşdur. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(103)-4459/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi əsas, faiz borcu, cərimə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 28 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 257.947,12 ABŞ dolları, fa iz borcuna görə 54.203,5 ABŞ dolları, hesablanmış cəriməyə görə 25.000 ABŞ dolları, cəmi 337.150.52 ABŞ dolları; 09 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 64.513,34 ABŞ dolları, faiz borcuna görə 13.148,75 ABŞ dolları, hesablanmış cəriməyə görə 5.000 ABŞ dolları, cəmi 82.662.09 ABŞ dolları; 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 224.210,73 ABŞ dolları, faiz borcuna görə 47.440,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.000 ABŞ dolları, cəmi 281.651.07 ABŞ dolları; 06 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 119.232,43 ABŞ dolları, faiz borcuna görə 23.473,52 ABŞ dolları, hesablanmış cəriməyə görə 5.000 ABŞ dolları, cəmi 147.705.95 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi; ipoteka pre dmetləri olan ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 110,5 kv.metr olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 88.000 manat; ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,3 kv.metr, əsas sahəsi 96,8 kv.metr, köməkçi sahəsi 22,5 kv.metr olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 175.000 manat; ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının zirzəmisində və 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 304.8 kv.metr olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 320.000 manat; ünvan 3 ünvanda yerləşən evin, 16 mərtəbəli, yeni tikilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 217 kv.metr, yaşayış sahəsi 125,9 kv.metr və yardımçı sahəsi 81,10 kv.metr olan 4 otaqlı, 53 saylı mən zilinin ilkin satış qiymətinin 368.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 27 avqust 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 2.000.000 ABŞ dolları kredit xətti açılmışdır. 28 avqust 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.4167 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400.00 0 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 03 mart 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04 iyul 2016-cı il tarixdən iddiaçı təşkilata qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 139.628,15 ABŞ dolları ödəmişdir və onun 260.371,85 ABŞ dolları kredit borcu qalmışdır. 12 yanvar 2017-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 38.465,09 ABŞ dolları, cərimə borcu 73.449,67 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə 09 sentyabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1. 375 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 03 mart 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 35.129,43 ABŞ dolları ödəmişdir və onun 64.870,57 ABŞ dolları kredit borcu vardır. Onun 12 yanvar 2017-ci il tarixə faiz borcu 9.139,63 ABŞ dolları, cərimə borcu 18.424,04 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə 16 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabd eh1 60 ay müddətinə, aylıq 1.3333 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 02 mart 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olan vəsaitləri 18 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 50.419,02 ABŞ dolları ödəmişdir və onun 249.580,98 ABŞ dolları kredit borcu qalmışdır. Kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 125.543,77 ABŞ dolları təşkil edir. 12 yanvar 2017-ci il tari xə 178 gün üçün hesablanmış cərimə 63.125,87 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə 06 avqust 2015-ci il tarixli kredit razılaşması əsasında iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.1667 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 125.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 02 mart 2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 5767.57 ABŞ dolları ödəmişdir və onun 119.232,43 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri iddiaçı təşkilata qaytarmadığı üçün 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 16.815,01 ABŞ dolları təşkil edir. 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış cərimə 27.544,55 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013- cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən zirzəmini və 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 304.8 kv.metr olan qeyri-yaşayış sahəsini (29 saylı mağaza) iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka qeydə alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013-cü il tarixli ipoteka müq aviləsi əsasında ünvan 1 ünvanda zirzəmidə yerləşən ümumi sahəsi 110.5 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka hüququ qeydə alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində istifadədə olan 0,106 ha torpaq sahəsində yerləşən 55 saylı binanın 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 96,8 kv.metr, köməkçi sahəsi 22,5 kv.metr, ümumi sahəsi 119,3 kv.metr olan qeyriyaşayış sahəsini (41 saylı mağaza) iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edərək ipoteka hüququ qeydə alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icr asını təmin etmək məqsədilə Cavabdeh3la iddiaçı təşkilat arasında bağlanan 15 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 3 evin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 207 kv.metr olan 53 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka hüququ qeydə alınmışdır. İddiaçı təşkilat tərəfindən Cavabdeh2 12 dekabr 2016-cı ildə, Cavabdeh3 05 yanvar 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və həmin bildirişlər Cavabdeh2 tərəfindən 13 dekabr 2016-cı ildə, Cavabdeh3 tərəfindən isə 06 yanvar 2017-ci ildə qəbul edilmişdir. Eləcə də kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı təşkilatla cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlana raq onlar iddiaçı təşkilat qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı QSC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı QSC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia tələbinin əsas, faiz borclarının dəyişdirilərək təmin edilməmiş, cərimə borcunun azaldılması hissələrində ləğv edilib, həmin hissələrd ə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh1 və digərləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 və digərlərinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin faizlərin və dəbbə pulunun tutulması hissəsində rədd edilməsi və ipoteka predmetlərinin qiymətlərinin artırılması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi və vəkili X öz kassasiya şikayətin də göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili Vəkil məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə əsas, faiz borcunun, cərimənin tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişiklik edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, ca vabdehlərin həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmələrinə, əsas, faiz borclarının, cərimənin düzgün hesablanmamasına, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 27 avqust 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 2.000.000 ABŞ dolları kredit xətti açılmışdır. 28 avqust 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.4167 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 03 mart 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04 iyul 2016-cı il tarixdən iddiaçı təşkilata qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 139.628,15 ABŞ dolları ödəmişdir və onun 260.371,85 ABŞ dolları kredit borcu qalmışdır. 12 yanvar 2017-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 38.465,09 ABŞ dolları, cərimə borcu 73.449,67 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə 09 sentyabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.375 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 03 mart 2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş pla nına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 35.129,43 ABŞ dolları ödəmişdir və onun 64.870,57 ABŞ dolları kredit borcu vardır. Onun 12 yanvar 2017-ci il tarixə faiz borcu 9.139,63 ABŞ dolları, cərimə borcu 18.424,04 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə 16 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.3333 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 16 iyul 2015-ci il, 18 dekabr 2015-ci il və 02 mart 2016-cı il tarixli sazişl ərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olan vəsaitləri 18 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 50.419,02 ABŞ dolları ödəmişdir və onun 249.580,98 ABŞ dolları kredit borcu qalmışdır. Kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 125.543,77 ABŞ dolları təşkil edir. 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış cərimə 63.125,87 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə 06 avqust 2015-ci il tarixli kredit razılaşması əsasında iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1.1667 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 125.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 02 mart 2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 5767.57 ABŞ dolları ödəmişdir və onun 119.232,43 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri iddiaçı təşkilata qaytarmadığı üçün 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 16.815,01 ABŞ dolları təşkil edir. 12 yanvar 2017-ci il tarixə 178 gün üçün hesablanmış cərimə 27.544,55 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013- cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən zirzəmini və 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 304.8 kv.metr olan qeyri-yaşayış sahəsini (29 saylı mağaza) iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka qeydə alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda zirzəmidə yerləşən ümumi sahəsi 110.5 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka hüququ qeydə alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərin in icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı təşkilatla bağladığı 27 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində istifadədə olan 0,106 ha torpaq sahəsində yerləşən 55 saylı binanın 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 96,8 kv.metr, köməkçi sahəsi 22,5 kv.metr, ümumi sahəsi 119,3 kv.metr olan qeyri-yaşayış sahəsini (41 saylı mağaza) iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edərək ipoteka hüququ qeydə alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3la iddiaçı təşkilat arasında bağlanan 15 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 3 evin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 207 kv.metr olan 53 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilərək ipoteka hüququ qeydə alınmışdır. İddiaçı təşkilat tərəfindən Cavabdeh2 12 dekabr 2016-cı ildə, Cavabdeh3 05 yanvar 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və həmin bildirişlər Cavabdeh2 tərəfindən 13 dekabr 2016-cı ildə, Cavabdeh3 tərəfindən isə 06 yanvar 2017-ci ildə qəbul edilmişdir. Eləcə də kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı təşkilatla cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanaraq onlar iddiaçı təşkilat qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçı təşkilat kassasiya şikayətində əsas və faiz borclarının düzgün hesablanmamasını, qanunsuz olaraq azaldılmasını, cavabdehlər isə kassasiya şikayətində faizlərin artı q hesablanmasını, şişirdilməsini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla işdən görünür ki, sözügedən kredit müqavilələri üzrə əsas və faiz borcları işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir və həmin rəydən görünür ki, 28 avqust 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 18 sentyabr 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcu cəmi 312.150,62 ABŞ dolları təşkil edir və ondan da 257.947,12 ABŞ dolları əsas, 54.203,5 ABŞ dolları faiz borcuna aiddir. 09 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 18 sentyabr 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcu cəmi 77.662,09 ABŞ dolları təşkil edir və ondan da 64.513,34 ABŞ dolları əsas, 13.148,75 ABŞ dolları faiz borcuna aiddir. 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 18 sentyabr 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcu cəmi 271.651,07 ABŞ dolları təşkil edir və ondan da 224.210,73 ABŞ dolları əsas, 47.440,34 ABŞ dolları faiz borcuna aiddir. 06 avqust 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 18 sentyabr 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata olan cəmi kredit borcu 142.705,95 ABŞ dolları təşkil edir, ondan da 119.232,43 ABŞ dolları əsas, 23.473,52 ABŞ dolları faiz borcuna aiddir. Digər tərəfdən iddiaçı təşkilat kassasiya şikayətində əsassızlığına gör ə ekspertin rəyi ilə razılaşmamasını, həmin rəyin sözügedən kredit müqavilələri üzrə işə əlavə edilmiş hesabdan çıxarışlarla ziddiyyət təşkil etməsini, cavabdehlər isə kassasiya şikayətində faiz borcunun düzgün hesablanmamasını göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. H əmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, iddiaçı təşkilat kassasiya şikayətində ekspertin rəyinin əsassız olmasını və onun işə əlavə edilmiş hesabdan çıxarışlarla ziddiyyət təşkil etməsini göstərsə də, təkrar ekspertizanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinə hər hansı vəsatət verməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 102.1, 102.2-ci maddələrinin mənasına görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertizanın təyin edilməsi, həmçinin ekspertin rəyi əsassız olduqda, digər rəylərlə ziddiyyət təşkil etdikdə təkrar ekspertizanın təyin edilməsi, işdə iştirak edən şəxslərin vəsatətləri üzrə də keçirilə bilər. Göründüyü kimi tərəflər bu hüquqlarından istifadə etmədikləri halda, ekspertin rəyini şübhə altına almağa çalışmışlar ki, bu da yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyinə Azərbaycan Respublikası MPM-nin 101.3, 103.1-ci maddələrinin tələbləri baxımdan düzgün hüquqi qiymət vermişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, tərəflərin kassasiya şikayətlərinin qeyd olunan dəlilləri aşağıdakı maddələrin tə ləbləri baxımından da əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əld ə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi faiz borcunun tutulmasına aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu ha lda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhz bu mövqedən çıxış edərək, Qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, sözügedən kredit müqavilələri üzrə Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borclarının olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borclarının tutulmasına aid hissələrdə dəyişdirilərək, həmin tələblərə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Bundan başqa iddiaçı təşkilat kassasiya şikayətində dəbbə pulunun miqdarının əsas borcun məbləğinə nisbətdə qeyri-mütənasib olaraq azaldıldığını, cavabdehlər isə kassasiya şikayətində dəbbə pulunun miqdarının əsas borca nisbətdə tənasübsüz surətdə yüksək olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alı nır. Şərh olunan maddələrin mənasına görə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu əsas öhdəlik haqqında bağlanmış müqavilənin bir hissəsi kimi həmin müqavilədə nəzərdə tutula bilər və ya müstəqil müqavilənin predmeti ola bilər. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Öhdəliklərin təmin edilməsi üsulu olan dəbbə pulunun spesfik xüsusiyyəti ondan ibarətdir ki, dəbbə pulu kimi müəyyən edilmiş pul məbləğinin ödənilməsi öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında zərərin dəyibdəyməməsindən bir qayda olaraq asılı deyil. Mülki hüquq pozuntuları nəticəsində kreditora zərər dəyməməsi belə borclunu dəbbə pulunu ödəmək vəzifəsindən azad etmir. Dəddə pulu və onun miqdarı qanunla və ya müqavilə ilə müəyyən edilir. Dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunur. Buna görə də şərh olunan maddələrdə tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının işə baxan məhkəmələr tərəfindən azaldıla bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə yüksək məbləğdə təyin edilmiş dəbbə pulunu azaldarkən kreditorun bütün əsaslı mənafelərini, o cümlədən əmlak mənafelərini nəzərə almalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqavilələri ölkədə devalvasiya baş verməmişdən əvvəl bağlanmış müqavilələrdir və kredit ABŞ dolları ilə verilmişdir. Kredit verildikdən sonra baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına nisbətdə dəyəri iki dəfədən çox qalxmışdır. Bunların borclunun maddi vəziyyətinə və öhdəliyin icrasız qalmasına təsiri istisnasızdır. İşin qeyd olunan hallarını, qaytarılmalı olan vəsaitin ABŞ dolları ilə olmasını, əsas və faiz məbləğinin nisbətini nəzərə alanda cavabdehlərdən tutulmalı olan cərimə məbləği ədalətli deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi təyin edilən dəbbə pulun un miqdarının aşağı salınmasını məqsədəmüvafiq hesab edərək, cavabdehlərdən müştərək qaydada tutulmalı olan dəbbə pulunun miqdarını 28 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə 25.000 ABŞ dolları, 16 oktyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 10.000 ABŞ dolları, 06 avqust 2015-ci il tarixli kredit razılaşması üzrə 5.000 ABŞ dolları, 09 sentyabr 2013-cü il tarixli kredit razılaşması üzrə 5.000 ABŞ dolları məbləğində müəyyən etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, iddiaçı təşkilatın iddia etdiy i dəbbə pulunun məbləği, Cavabdeh1 tərəfindən ödənilmiş, həmçinin ödənilməmiş kredit borcuna nisbətdə tənasübsüz surətdə yüksək olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində də dəyişdirilmiş və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetlərinin ilkin satış qiymətlərini düzgün müəyyən etməməsini göstərsələr də kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla işdən görünür ki, “xxxx” MMC-nin 18 avq ust 2017-ci il tarixli rəyi ilə ünvan 1 ünvanda, 3-mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 110,5 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri- 88.000 manat; ünvan 1 ünvanda 3-mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 119,3 kv.metr, əsas sahəsi 96,8 kv.metr, köməkçi sahəsi 22,5 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri- 175.000 manat; ünvan 1 ünvanda 3-mərtəbəli yaşayış binasının zirzəmisində və 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 304,8 kv.metr olan qeyriyaşayış sahəsinin bazar dəyəri- 315.000 manat; ünvan 3 evin 16-cı mərtəbəsində, yeni yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 207,0 kv.metr, yaşayış sahəsi 125,9 kv.metr və yardımçı sahəsi 81,10 kv.metr olan, 4-otaqlı, 53 saylı mənzilin bazar dəyəri- 340.000 m anat təşkil edir. Eləcə də “xxxx” MMC-nin 17 avqust 2018-ci il tarixli rəyinə görə, ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 110,5 kv.metr olan qeyri yaşayış sahəsinin bazar dəyəri 72.000 manat; ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,3 kv.metr, əsas sahəsi 96,8 kv.metr və köməkçi sahəsi 22,5 kv.metr olan qeyri yaşayış sahəsinin bazar dəyəri 167.000 manat; ünvan 2 ünvanda, 3 mərtəbəli yaşayış binasının zirzəmisində və 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 304.8 kv.metr olan qeyri yaşayış sahəsinin bazar dəyəri 320.000 manat; ünvan 3 evdə yerləşən 16 mərtəbəli, yeni yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 217 kv.metr, yaşayış sahəsi 125,9 kv.metr və yardımçı sahəsi 81.10 kv.metr olan 4 otaqlı, 53 saylı mənzilin bazar dəyəri 368.000 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin yuxarıda müəyyən edilmiş faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur və “İpoteka haqqında” haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinin tələblərinə cavab verir. Belə ki, həmin maddənin mənasına görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması əsasında, müb ahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi qanunvercilikdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin iki qaydası nəzərdə tutulmuşdur, birincisi razılaşma əsasında; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, qeyd olunan Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşmanı nəzərdə tutur. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər onun ilkin satış qiymətini deyil, qiymətini müəyyənləşdirirlər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anl ayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə mənzilin dəyərinin dəyişməsi mümkündür, bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı halda tərəflər ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılığa gəlmədikləri və bu barədə onlar arasında mübahisə olduğu üçün, apellyasiya instansiyası məhkəməsi tərəfindən h aqlı olaraq müstəqil qiymətləndiricilərin rəylərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri yenidən müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərin i pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı QSC-nin nümayəndəsi, vəkili X1 və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nın vəkili Vəkil kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(103)-4459/2018 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-2800/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2800/2019
30.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver