Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2802/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-6193/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 87791,87 manat əsas borcun, 3862,70 manat faiz borcunun, cəmi 91654,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsiin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi, tələbin bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən olunması, açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qəbul ediləcək qətnamədə ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 180 000 manat müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Almaz Süleymanova) 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 3-cü şəxs X1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(001)-14853/2017 saylı qətnaməsi mübahisələndirilən-“evin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımz irzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat müəyyən edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. İddiaçı “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-6193/2019 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisəli qətnamə işdə olan sübutlarla ziddiyyət təşkil edir, bir sıra maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarılmışdır. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş rəy ilə razılaşmayaraq qeyd olunmuşdur ki, qiymətləndirici tərəfindən iş üzrə düzgün araşdırma, təhlil aparılmamış və nəticədə təqdim edilmiş rəydə məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suala dəqiq cavab verilməmişdir. Belə ki, qiymətləndirici tərəfindən təhqiqat zamanı ipoteka predmeti olan əmlakın satış qiymətinin müəyyən olunması üçün heç bir araşdırma aparılmamışdır. Həmin rəydən görünür ki, əmlaka baxış keçirilmiş, ərazidə araşdırılma aparılmış, mənzilinmehmanxananın içərisinə baxış keçirilərək təmirin səviyyəsi müəyyən olunmuş, həmin ərazidə olan digər yaşayış və qeyri-yaşayış sahələri ilə obyekt arasında müqayisə aparılaraq qeyri-yaşayış sahəsini n bazar qiyməti 2019-cu ilin oktyabr ayına 235000 manat müəyyən edilmişdir. Rəydən də görünür ki, ekspert tərəfindən qeyri-yaşayış sahəsi əvəzinə mənzil-mehmanxanaya baxış keçirildiyi və ona əsasən qiymət qoyulduğu qeyd edilmişdir. Bunun nəticəsi olaraq qiymətləndirici tərəfindən onun qarşısında qoyulmuş suala qeyri-obyektiv, işin hallarına uyğun olmayan cavab verilmişdir. Halbuki üzrə ipoteka predmeti olan əmlak mənzil-mehmanxana deyil, zirzəmidə yerləşən qeyriyaşayış sahəsidir. Rəyin işin hallarına uyğun olmadığı, tədqiqatın başqa obyekt, üzərində aparıldığı məhkəmənin diqqətinə çatdırılmış və iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçırılməsi barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə, tərəfindən rəydə ki, hallara texniki səhv olması adı İlə qiymət verilərək, iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilməsinə ehtiyac olmaması qənaətinə gəlmiş və bununla da iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Hesab edirik ki, 1-ci instansiya məhkəməsi tərəfindən qeyd olunmuş ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti əmlakın şəraitinə, yerləşdiyi əraziyə, obyektin rentabellik səviyyəsinə tam uyğundur. Bundan əlavə, ipoteka müqaviləsində də ipoteka predmeti olan əmlakın likvid dəyəri 180000 manat göstərilmiş və mülkiyyətçi Cavabdeh2 da həmin qiymətlə razılaşaraq ipoteka müqaviləsini imzalamışdır. Sadalanan xüsusatlardan göründüyü kimi hazırkı işlə bağlı apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə m əhkəmə yalnız məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında işin faktiki hallarını müəyyən etməlidir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara müvafiq qiymət verməlidir. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, amma məhkəmə əldə olunmuş sübuta yəni, ekspertiza rəyinə obyektiv qiymət verməmiş və sonda işin faktiki hallarını əks etdirməyən qətnamə qəbul etmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi hazırkı işə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsində düzgün olmayan nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏ LƏLƏR: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya şikayətində qətnamənin yalnız ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsi mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslı lığını yoxlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki: Bankla Cavabdeh2 arasında bağlanmış 10.02.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Bankla Cavabdeh1 arasında bağlanmış 10.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid dəyəri 180.000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti müba hisələndirildiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi “xxxx” MMC-nə həvalə olunmuşdur. “xxxx” MMC-nin 22 oktyabr 2019-cu il,19/QY saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 534-cü məhəllə, Məmməd Rahim küçəsi, 2 nömrəli binanın yarımzirzəmisində yerləşən 188,0 kv.m ümumi, 145,5 kv.m əsas, 42,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan 2017-ci ilin dekabr ayına bazar qiyməti 260000 manat, 2019-cu ilin oktyabr ayına isə 235000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyatorun ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 180000 manat müəyyən olunması hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 235000 manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı və qanunidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsas ında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində m üayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici “xxxx” MMC tərəfindən əmlaka qiymət qoyularkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edildiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. İddiaç ı kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etsə də, kassasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha aşağı olması barədə heç bir sübut əlavə edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)6193/2019 nömrəli qətnaməsi müba hisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2802/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2802/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver