Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8013/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətində qaytarmaq şərti ilə illik faiz dərəcəsi 26 faiz olmaqla 2532 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin 3.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək krediti qaytarmamışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdə liyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən 2310,62 əsas, 590,27 faiz, 115,49 cərimə, cəmi 3016,38 məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş et mişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit müqaviləsinin 3.2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişlər. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən xx.xx.2018-ci il tarixinədək həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə 2310 (iki min üç yüz on) manat 62 (altmış iki) qəpik əsas, 590 (beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik faiz, 115 (bir yüz on beş) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 3.016 (üç min on altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcu qalmışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2020-ci il tarixdə iddia tələbinin azaldılmasına barədə ərizə verərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2235 manat 62 qəpik əsas, 647 manat 59 qəpik faiz, 40 manat 49 qəpik cərimə, cəmi 2923 manat 70 qəpik məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/186 saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı (c.i.v.-53) məlumatları və xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixə (iddia tələbinin həcmi azaldılan tarixə (c.i.v - 43, 44) banka olan borcu 2174,71 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 2133,11 manat, faiz borcu üzrə 41,60 manat. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)532/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səh mdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə 2133,11 manat əsas, 41,60 manat faiz, 40 manat cərimə, cəmi 2214, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsi işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/186 nömrəli rəyi ilə əsaslandırılmışdır. Məhkəmə iclasında həmin rəyə etiraz edilmiş və iddia tələbinin dəlillərinə uyğun olaraq iddianın təmin olunması xahiş ed ilmişdir. Lakin məhkəmə iş materiallarında Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı, habelə hesabdan çıxarış məlumatları və nümayəndənin izahatı əsas götürülməmiş, yeganə əsas kimi ekspert rəyinin nəticə hissəsi əsas götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/186 saylı ekspert rəyini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə əsas borcu 2133,11 manat, faiz borcunu isə 41,60 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndə məhkəmə iclasında iştirak edərkən, belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə apellyasiya şikayətinin formal mülahizələrlə əsaslandırıldığını göstərir. Belə ki, ekspert rəyindən görünür ki, rəy verilərkən ekspert iş materiallarında Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı, habelə hesabdan çıxarış məlumatları əsasında rəy vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlill əri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyində n Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 101.7. Ekspertin rəyi mə hkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8013/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.