Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin məbləğinin artırılması, əlavə xərclərin ödənilməsi Açar sözlər: alimentin məbləği 21.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə Cavabdeh birgə nikahlarından 30 yanvar 2004-cü il tarixdə Aysu adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah 04 dekabr 2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə uşağın anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. 13 may 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə uşağın atası İddiaçı yanında qalması və yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 117 manat məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı tələbinə əsasən həmin alimentin məbləği artırılaraq, 12 oktyabr 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə 137 manat, 14 fevral 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə 154 manat müəyyən edilmişdir. X1 inkişaf qüsuru ilə əlaqə dar əmələ gələn anadangəlmə skolioz, 3-4-cü dərəcəli ağır skolioz diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat 08 yanvar 2020-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə 30 yanvar 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 154 manat sabit pul məbləğində aliment məbləğinin 170 manatadək artırılması, eləcə də uşağın müalicəsi ilə əlaqədar hər ay 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-609/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia qismən təmin edilmiş, Bakı şəh əri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 30 yanvar 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və 60 manat məbləğində əlavə xərcin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulması qət edilən aliment məbləği yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün minimum xərcləri ödəmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nika hından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun xəstəliyini, hazırki yaşayış minimumu həddini, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab etmişdir ki, 30 yanvar 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment və 60 manat məbləğində əlavə xərc tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.Onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb, əksinə vəziyyəti daha da ağırl aşıb və hazırda işsizdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətini və diqqətəlayiq digər halları nəzərə almalı idi. Belə olan halda əlavə xərclərə cəlb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun işsiz olması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4584/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov, İ.S.Şirinov, A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apel yasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 170 manat sabit pul məbləğində alimentin və 60 manat məbləğində əlavə xərcin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından qanuna müvafiqdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini tələb edilən vəsaiti (aliment və əlavə xərci) ödəmək qabiliyyətinin olmaması ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, 22.08.2020-ci il tarixdən etibarən “xxxx” MMC-də sex rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 265 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavab dehin kasasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə istənilən tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2020-ci il üçün yaşayış minimum u uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərildiyi kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanaca q xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 81.1. və 81.2. maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qayd asını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassa siya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2804/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2804/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver