Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2805/2022 (Açar sözlər: sahibliyin müdafiəsi) Bakı şəhəri, 22 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3529/2021 saylı iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı (bundan sonra iddiaçı) tərəfindən Abşeron rayonun Digah qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir.
2. İddiaçı bildirir ki, o, həmin evdə tamamlama işlərini görmək istəyir, lakin Cavabdeh (bundan sonra cavabdeh) həmin evin və altında yerləşən torpaq sahəsinin ona mənsub olmasını iddia edərək iddiaçının mübahisəli evdə onun iş görməsinə maneçilik törədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ona məxsus 0,04 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikil idən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2013-cü il tarixdə Digah qəsəbəsində İlham adlı şəxsdən 0,04 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində qaldıqdan sonra 2018-ci ildə torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Ev inşa olunub damı vurulduqdan sonra cavabdeh ustalara yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına süni maneələr yaratmağa başlamışdır. Hazırda həyətyanı torpaq sahəsinin qapı-darvazasının və evin açarları iddiaçıda olsa da, evə daxil ol maq imkanı əsassız olaraq cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. İddiaçı evin tikilməsi üçün külli miqdarda vəsait sərf etsə də, hazırda həmin evə daxil olaraq istədiyi kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Buna görə də, iddiaçının hüquqları bərpa olunmalı və cavabdeh tərəfindən torpaq sahəsinə daxil olub tikinti işlərinin başa çatdırılmasına maneələr törədilməsi ilə bağlı qanunsuz müdaxilə aradan qaldırılmalıdır.
5. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilərək şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsinin və tikilinin qonşuluğunda yaşayır. Qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılmasından onun xəbəri olmuşdur. Belə ki, torpaq sahəsində tikilini hazırki iş üzrə iddiaçı tikmişdir. O, da həmin tikilinin t ikilməsində iddiaçıya kömək etmişdir. Tikili 2018-ci il tarixdə tikilmişdir. Həmin tarixə qədər mübahisəli torpaq sahəsi və aparılan tikinti işləri ilə bağlı mübahisə olmamışdır. Arada hazırki mülki iş üzrə cavabdeh mübahisəli ünvana gəldiyini və gələndə torpaq sahəsinin ona məxsus olduğunu dediyini görmüşdür.
6. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilərək şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsində tikinti işlərində usta işləmişdir tikilidə ancaq suvaq işlərini görmüşdür. Həmin torpaq sahəsində o, yalnız cavabdehin iddiaçıyla danışıb getdiyini görmüşdür. Torpaq sahəsində şəkilin çəkilməsindən xəbəri yoxdur. O, çəkilən şəkillərdə düşməmişdir.
7. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçı və cavabdehi tanıyır. Bir dəfə cavabdeh ona evin qapısını qırıb içəri girdiklərini demişdir. Daha sonra, tərəflər mübahisə ilə bağlı razılığa gələ bilməmişlər. Mübahisə vaxtı Əkrəm və iddiaçı orda olmuşdur. Mübahisəli ünvanda tikilinin nə vaxt tikildiyini dəqiq deyə bilməz. O, tikinti aparılan vaxt sadəcə ora yemək və çay aparmışdır. 1 həyətin içində 2 tikili olmuşdur. İddiaçının iddia etdiyi tikili cavabdehin evinin qabağında yerləşən yeni tikilidir. İddiaçı cavabdehi hazırkı mülki iş üzrə məhkəməyə verməmişdən əvvəl Əkrəm adlı şəxslə birlikdə gələrək mübahisəli torpaq sahəsi və tikili ilə bağlı cavabdehə 7.000 manat pul təklif etmişlər. Evi almaq üçün 17.000 manata razılaşmışlar. Daha sonra, makler evə gəlib baxmışdır. İddiaçı və Əkrəm sözügedən mübahisəli torpaq sa həsini və tikilini ələ keçirmək üçün mübahisəli evin və cavabdehin evinin qapısını 6 dəfə qırıb evə girmişlər. Ümumilikdə onun cavabdehə məxsus 0,08 ha torpaq sahəsinin olması, həmin torpaq sahəsinin 0,03 ha hissəsinin cavabdeh tərəfindən satılması, 0,03 ha hissəsində cavabdeh tərəfindən ev tikilməsi, qalan 0,02 ha torpaq sahəsində isə cavabdeh tərəfindən hazırki mübahisəli tikilinin tikilməsindən məlumatı vardır. Mübahisəli torpaq sahəsi ilk əvvəl İqbal adlı şəxsə məxsus olmuşdur. Daha sonra isə cavabdehə satılmışdır. Cavabdeh isə mübahisəli torpaq sahəsi və evi Elnurə adlı şəxsə satmışdır. Onu da dəqiq bilir ki, mübahisəli torpaq sahəsində ev Elnurənin pulu ilə tikilmişdir.
8. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehi çoxdan tanıyır. İddiaçı və onun adamları onun şəxsi evinə də girmişlər. İddiaçı tərəf boş evlərin zəbt edilməsi ilə məşğuldur. Cavabdehin həmin ərazidə evinin yanında ümumilikdə 0,08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,02 ha hissəsində onun evi mövcuddur. Həmin evi cavabdeh ilə birlikdə tikmişlər. Daha doğrusu cavabdeh ilə birlikdə pul qoyub ev tikmişlər. Digər evləri isə cavabdeh öz vəsaiti hesabına tikmişdir. Hazırki mülki iş üzrə iddiaçı mübahisəli torpaq sahəsində ev tikməmişdir. İddiaçı özü onun yanında sözügedən mübahisəli torpaq sahəsi və evin Əkrəm adlı şəxs tərəfindən ona satıldığını etiraf etmişdir. Həqiqətdə isə mübahisəli torpaq sahəsi və üzərində yerləşən ev Rozaya məxsusdur.
9. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmiş dir ki, hazırda mülki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş evi o, cavabdehə pul verib etibarnamə əsasında almışdır. Cavabdeh isə həmin torpaq sahəsini İlham adlı şəxsdən almışdır. İqbal adlı şəxs isə həmin torpaq sahəsinə dair İlhamə və Elnurə adlı şəxsə etibarnamə vermişdir. İddia edilən torpaq sahəsindəki ev onun vəsaiti hesabına tikilmişdir. Daha doğrusu pulu o, vermiş, evi Cavabdeh onun pulu ilə tikmişdir.
10. Abşeron Rayon məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim C.İ. Səfiyeva) 2(012)-2773/2021 nömrəli iş üzrə 16 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi ü zrə Nümayəndəliyi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli 675 nömrəli arayışın surətindən görünür ki, X14 Abşeron rayonu, Digah qəsəbəsi, Əliağa Vahid küçəsi tikdirdiyi bir mərtəbəli fərdi yaşayış evi şəxsən özünə məxsusdur. Mülki işin materiallarına əlavə olunan reyestrdə 7E0 nömrə ilə qeyd edilmiş 12 may 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X15 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat № 4060, xx/xx/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X2 İlhamə Teymur qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərənc am verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 49 il 11 ay 26 gün müddətinə verilib və 08 may 2064-cü ilədək qüvvədədir.Mülki işin materiallarına əlavə olunan reyestrdə 7E-17999 nömrə ilə qeyd edilmiş 25 noyabr 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X15 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat 7E № 4100, xx/xx/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X1 Elnurə Yaşar qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən 0,02 ha sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olm ayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiym ətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlarda imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 48 il 5 ay 13 gün müddətinə verilib və 08 may 2064-cü ilədək qüvvədədir. Mülki işin materiallarına əlavə olunan qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən X6 məxsus 1 mərtəbəli fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış və fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan bazar dəyərinin 35.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. Məhkəmə tərəfindən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 1 sanitar qovşaq və 1 dəhlizdən ibarətdir. Yerində baxışda iştirak edən iddiaçı Azəri Həşimov mübahisəli tikilinin ölçülərinin və içərisindəki layihələndirmənin onun tərəfindən məhkəməyə təqdim edilmiş eskiz layihəsi ilə üst-üstə düşdüyünü bildirdi. Yerində baxışda iştirak edən Cavabdeh isə tikil inin ümumi ölçüsünün onun tərəfindən məhkəməyə təqdim edilmiş eskiz layihəsinə uyğun gəldiyini, lakin içəridəki arakəsmələrin iddiaçı tərəfindən qoyulduğunu, o, evi tikəndə arakəsmələrin olmadığını bildirmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin ona məxsus olmasını iddia etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olması və üzərindəki tikilinin onun tərəfindən tikilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadəsi isə iş üzrə digər sübutlarla öz təsdiqi tapmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi cavabdeh həmin ərazidə yerləşən evinin yanında yerləşən boş torpaq sahəsi olmuş, faktiki sahiblik cavabdeh tərəfindən olunmuşdur. Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsində tikili tikmiş, lakin həmin tikili Əkrəm adlı şəxs tərəfindən zəbt edildiyindən cavabdeh tərəfindən bu barədə müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki tikili cavabdeh tərəfindən tikilməsi cavabdehin şahidlərinin ifadələrindən başqa, işin materialları ilə də təsdiq olunur. Odur ki, hazırkı mübahisə tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən iddiaçıya yaradılmış qanunsuz maneələrin aradan qaldı rılması barədə iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2 və 106.1 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının (hakimlər Ş.R. Abasov (sədrlik edən və məruzəçi), S.A. Qafari və T.Q. Məmmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3529/2021 saylı mülki iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən İddiaçı faktiki sahibliyindəki 0,04 ha torpaq sahəsindən və onun tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikilidən (fərdi yaşayış evindən) istifadə olunmasına, təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr yaradılması qadağan edilmiş, habelə məhkəmə xərcləri həll ed ilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əvvəla mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Tərəflərin heç birinin həmin evə və altnda yerləşən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Hər iki tərəf torpaq sahəsini kimdənsə aldığını bildirsə də, bununla bağlı da heç bir legitim sənədi məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin təqdim etdikləri, yuxarıda sadalanan etibarnamələr mübahisəli torpaq sahəsinə dair heç bir sübut əhəmiyyəti kəsb etmir. Eləcə də, birinci instansiya məhkəməsində verilmiş şahid ifadələrini də məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etməyərək göstərmişdir ki, iş üzrə tərəflərin dəvət etdikləri şahidlər onları dəvət edən tərəfin maraqlarına uyğun ifadə verm işlər. İş üzrə yeganə qəbul edilməsi mümkün olan sübut iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və vidioçəkilişdir. Həmin sübutlara, eləcə də, iddiaçının məhkəməyə təqdim etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin də mübahisəli evə uyğun gəlməsinə əsasən mübahisəli evin iddiaçı tərəfindən inşa edilməsi qənaətinə gəlmək olar. İddiaçıdan fərqli olaraq cavabdeh məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki sahibliyi iddiaçı edir. Cavabdeh isə heç bir səlahiyyəti olmadığı halda onu bu sahiblikdən özbaşına məhrum etməyə cəhd edir. Özü də bu hal özbaşınalıqla müşaiyət olunur. Mübahisəli evin, altında yerləşən torpaq sahəsinin on a məxsus olmasını iddia etdiyi halda cavabdehin istər ev inşa edilərkən, istərsə də hazırki halda məhkəməyə müraciət etməməsi də onu deməyə əsas verir ki, o, haqsız olduğunu başa düşür.
19. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (videoçəkiliş və fotoşəkillər) mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyi məlum olur. Bu faktı, evə dair onun adına tərtib edilmiş eskiz-layihə də təsdiq edir. Cavabdehin isə bu tikili ilə bağlı hər hansı əlaqəsini təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Bu baxımdan məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, mübahisəli ev məhz iddiaçı tərəfindən inşa edilmişdir.
20. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, cavabdeh bu torpaq sahəsinin ona məxsus olduğunu, buranı Elnurə adlı şəxsə satdığını bil dirmişdir. İşin bu halları ona deməyə əsas verir ki, məhz cavabdeh bu dəlillərlə iddiaçının mübahisəli tikili üzərində sahiblik və istifadə hüquqlarını azad surətdə həyata keçirməyə imkan vermir, orada süni əngəllər yaradır. Bu isə, məhkəmə kollegiyasının qənaətinə görə qanunla qadağandır. Belə olan halda, hazırkı mərhələdə cavabdehin bu cür hərəkətlər etməsinə heç bir hüququ yoxdur, bu cür hüquqa yalnız mübahisəli torpaq sahəsinin mülkiyyətçisi malikdir. Cavabdehin müəyyən etibarnamələri əlində əsas tutması isə yolverilməzdir, çünki bu etibarnamələrin mübahisəli ərazi ilə bağlı heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq e dilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
21. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 180.1, 180.3, 180.4, 5.3, 16.1, 159, 560.1, 560.2,164.1 və 166.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin torpaq sahəsində tikilmiş evin özbaşına tikili olması barədə qənaətə gəlməklə faktiki sahibliyin iddiaçıya məxsus olması barədə düzgün qənaətə gəlməmişdir. Belə ki, bununla bağlı yeganə sübut kimi mülki işin materiallarında olan eskiz layihəsinə və fot oşəkillərə istinad edilmişdir və həmin layihədən də görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində iddiaçıya məxsus fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir. Bundan əlavə çəkilmiş fotoşəkillərə də istinad edilərək digər sübutların-şahid ifadələrinin, verilmiş etibarnəmələrin iş üçün sübut əhəmiyyəti olmaması qənaətinə gəlinmişdir. Lakin iş üzrə təqdim edilmiş etibarnamələr, şahid ifadələri təsdiq edir ki, həmin boş torpaq sahəsi faktiki olaraq Cavabdeh Temur qızına məxsus olmuş, həmin ərazidə tikinti işləri onun tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsində baxış zamanı həmin tikilinin Əkrəm adlı şəxs tərəfindən zəbt edilməsi və bu barədə cavabdehin müxtəlif orqanlara şikayət ərizələri ünvanlaması öz təsdiqini t apmışdır. Belə olan halda sadəcə fotoşəkillərə və eskiz layihəyə əsaslanmaqla və digər sübutlara əhəmiyyət verilmədən faktiki sahibliyin müəyyən edilməsi düzgün hesab edilməməlidir. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İşdə olan şahid ifadələrindən, verilmiş etibarnamələrdən göründüyü kimi iddiaçının faktiki sahibliyi olmamış, faktiki sahiblik isə cavabdeh verdiyi etibarnaməyə əsasən X6 məxsus olmuşdur. Bununla da məhkəmə iş üzrə sübutlara düzgün qiymət vrməməklə Mülki Məcəllənin sahibliklə bağlı normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
26. Maddə
162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqd a sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
30. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Belə ki, apellyasiya məhkəməsi işdəki sübutları qiymətləndirərək iddiaçının mübahisəli daşınmaz əmlak üzərindəki sahibliyinin cavabdeh tərəfindən pozulması nəticəsinə gəlmiş və sahibliyin müdafiəsinə dair normalar çərçivəsində iddianı haqlı saymışdır. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq onu d a qeyd edir ki, sahibliyin müdafiəsi çərçivəsində çıxarılan məhkəmə aktı özbaşınalığın sürətli şəkildə aradan qaldırılmasını təmin etməklə, mübahisəli daşınmaz əşyalar üzərində hüquq haqqında mübahisəni həll etmir.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3529/2021 saylı mülki iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov