Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2806/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir X1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair Bakı Apel yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8334/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Bank Standard” KB ilə cavabdeh Mir X2 arasında kredit münasibətləri olmuş, cavabdehə 4749,55 manat məbləğində kredit verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, cavabdehin banka borc, faiz, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 9888.69 manat məbləğində borcu yarandığından məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İd diaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh Mir X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» KB ilə cavabdeh arasında bağlanmış 30.10.2013-cü il tarixli 105/05/46389/13/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4749,55 manat məbləğində əsas borcun, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcunun, 3399,44 manat məbləğində cərimə borcunun, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: QSC «Bank Standard» KB ilə Mir X2 arasında 30.10.2013-cü il tarixdə kredit verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 37 ay müddətinə 4749,55 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 4749,55 manat məbləğində əsas borcu, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcu, 3399,44 manat məbləğində cərimə borcu, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcu qalmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hətəmzadə) iddia təmin olunmamışdır.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1- ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı “Bank Standart” KB apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş No 2(103)-8334/20 saylı mülki iş) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1314/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin iddiaçının iddia müddətini ötürməsini əsas tutmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı “Bank Standart” KB kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı “Bank Standart” KB kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddianın təmin olunması barədə və yaxud işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 80, 81, 218, 220.4-cü maddələrinə əsasən iddia tələbi təmin olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqınd a iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə
367. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”.
18. Maddə 372.1 və 372.2. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tə ləbləri üzrə iddia müddəti isə altı ildir.
20. Maddə 375.2. İddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 22. “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə ba ğlı düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlamış olduğu kredit müqaviləsinə istinad etsə də, məhkəmə gedişi zamanı həmin müqavilənin mövcudluğu ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, eyni zamanda istinad etdiyi (olmayan) kredit müqaviləsinin müddətinin bitməsindən sonra üç ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiyası məhkəməsi istinad olunan kredit müqaviləsinin təqdim edilməməsinə əsaslanaraq tələbi əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifə yaradan müqavilə olmadığı üçün iddia təmin oluna bilməz. İşə iddiaçının apelyasiya şikayəti əsasında baxan Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin həmin mövqeyi ilə, yəni müqavilənin mövcud olmamasının qa rşılıqlı hüquq və vəzifə yaratmaması ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və eyni zamanda qeyd etmişdir ki, həmin müqavilə aşkar edilmiş olsa belə, iddia tələbi üzrə qanunla müəyyən edilən iddia müddəti də ötürülmüşdür.
30. Hazırkı qərarın 15-17-ci bəndlərində qeyd olunan normalara görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamına səbəb olur.
31. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müb ahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO QSC “ Bank Standart” KB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8334/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.