Məhkəmə qərarları › İş №2(102)-2807/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2807/2022

14.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2807/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması, vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və vurulmuş ziyanın ödənilmə si tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-352/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 280605878 qeydiyyat nömrəli, **********54-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsində yerləşən ev 12, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilə dair texniki pasport da İddiaçı1 adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat

2. İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 Əmirəh qızı, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına aparılmış tikili və hasarların onların hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə manelərin yaradılmasının cavabdehlərə qadağan edilməsi, yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı vurulmuş maddi ziyan məbləği olaraq 17000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər vurduqlarına görə də 10000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdırlar ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birinci iddiaçı olaraq onun - İddiaçı1 mülkiyyətindədir. Həmin evdə onlar keçmiş ailə üzvləri olan cavabdehlərlə birgə yaşamışlar. Sonradan ailə üzvlərinin sayı çoxaldığından və həmin evdə darısqallıq yarandığından o, Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsində yeni yaşayış evi tikmək və bundan sonra əvvəlki evi sökmək üçün icazə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ona məxsus həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı olaraq hər ikisi müxtəlif banklardan kredit məbləğləri götürərək həmin evin tikintisinə başlamışlar. Lakin tikilmiş evin dam örtüyünün vurulması mərhələsində Cavabdeh1 iddiaçı həyat yoldaşı İddiaçı2 ilə birgə yaşamaq istəməyərək nikahının pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və onların nikahı pozulmuşdur. Bundan sonra Cavabdeh1 onların vəsaiti ilə tikilmiş fərdi yaşayış evini ələ keçirmiş, digər cavabdehlərlə həmin evə yerləşərək onları öz mülkiyyətlərindən məhrum etmişdir. Bununla kifayətlənməyən cavabdehlər həyətin daxilində darvazadan başlayaraq hasarlama işləri aparmış, köhnə evə girişləri üçün kiçik cığır saxlayaraq həyətin torpaq sahəsini də özlərinin qanunsuz istifadələrinə qatmışlar. Halbuki, yuxarıda qeyd etdikləri kimi, sözügedən həyətyanı torpaq sahəsi mülkiyyətində olan fərdi yaşayış e vinin torpağıdır və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həmin torpaq sahəsi üzərində onun - İddiaçı1 əvəzsiz mülkiyyət hüququ yaranmışdır. Baxmayaraq ki, o, bu hüququnu bu günədək həyata keçirməmiş, həmin torpaq sahəsi üzərində onun gözləntili mülkiyyət hüququ artıq formalaşmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlar nəinki öz mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum edilmişlər, həm də kredit və borc müqabilində tikdikləri fərdi yaşayış evi də əllərindən alınaraq ziyana uğradılmışlar. Belə ki, "xxxx" ASC və "xxxx" ASC-dən götürdükləri kreditin bir qismi tərəflərindən bağlanılmış, bir qismi üzrə isə banklara ödənişləri hələ də davam edirlər. Ümumilikdə, həmin fərdi yaşayış evinin tikintisinə tərəfl ərindən 17000 manata yaxın pul vəsaiti xərclənilmişdir. Hesab edirlər ki, cavabdehlərin bu qanunsuz əməllərinə məhkəmə qaydasında son qoyulmaqla yanaşı, onlar tərəfindən dəymiş ziyan məbləği də ödənilməlidir. Cavabdehlərin zəbt etdikləri fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etmələrinə əsas verən hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Buna baxmayaraq onlar qanunsuz olaraq onlara məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-2023/2021 nömrəli 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə i ddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar iddia etdikləri torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişlər.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-352/2022 nömrəli mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 onun istifadəsində olan 0.00084 ha torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına aparılmış tikili və hasarların sökülərək torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə tələbi əsassızdır, belə ki, həmin torpagın üzərində iddiaçıya məxsus mənzil yerləşir və həmin torpagın onun mülkiyyətində olunması heç bir sənədlə sübuta yetirilmir.

10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 iki uşagı ilə birlikdə İddiaçı1 mülki yyətində olan Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüququ müəyyən edilmişdir və 1999cu ildən daimi orada yaşayırlar.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1 və 157-ci maddələrin tələbləri ilə ziddiyyət təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi iddia tələblərinə baxarkən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatından keçmədiyini bəhanə gətirərək iddia tələblərini əsassız saymışdır. Halbuki, mülkiyyətində olan yaşayış sahəsi daşınmaz əmlakı dövlət reyestrində mənzil kimi dövlət qeydiyyatından keçsə də, həmin mənzil ümumi sahəsi 80 kv.m olan torpaq sahəsində yerləşir. Sözügedən mənzil “fin” tipli birmərtəbəli fərdi yaşayış evi kimi inşa edilmişdir ki, sonradan digər qonşular kimi o da tikilinin yerləşdiyi torpaq sahəsini hasara alaraq faktiki həyətyanı torpaq sahəsi kimi istifadə etmişdir. Nəticədə sənəd üzrə mənzil olan mülkiyyətindəki yaş ayış evi faktiki olaraq həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimi istifadə olunmuşdur. Məhz bu səbəbdən o ərizə ilə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək qəzalı vəziyyətdə olan mənzilinin sökülərək onun yanında yeni evin tikilməsini xahiş etdiyində, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 3 noyabr 2010-cu il tarixli, 303 saylı sərəncamı ona qəzalı vəziyyətdə olduğu üçün yaşayış evini sökərək yanında, mənzilin hasar daxilində yerləşən həyətində olan boş torpaq sahəsində yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda tikintisinə icazə verilmiş yeni yaşayış evi mənzil statusunu almadığından və hələ ki, dövlət qeydiyyatından keçmədiyinə görə, həmin tikilini iddia ərizəsində fərdi yaşayış evi kimi və onun yerləşdiyi torpaq sahəsini də həyətyanı t orpaq sahəsi kimi göstərmişlər. Məhkəmə torpaq sahəsi üzərində hüququmun dövlət qeydiyyatından keçmədiyini əsas gətirərək mülki və torpaq qanunvericiliklərinin müvafiq müddəalarını ona münasibətdə tətbiq etdiyi halda, həmin maddi hüquq normaları nədənsə cavabdehlərə münasibətdə tətbiq olunmamışdır. Halbuki, nə Cavabdeh1 Əmiralı qızının, nə də digər mülkiyyətçilərin sözügedən torpaq sahəsi üzərində dövlət qeydiyyatından keçirilmiş hüquqları mövcud deyildir. Eyni zamanda onların kassatorun mülkiyyətində olan mənzilə istifadə hüquqları tanınsa da, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında mülkiyyətində olan mənzilin hasar daxilində yerləşən həyətində olan boş torpaq sahəsində tikintisinə icazə verilmiş yeni yaşayış evi üzərində də hər hansı hüquqları yaranmamışdır. Necə ola bilər ki, kassatora münasibətdə hüquqlarının dövlət qeydiyyatından keçirilməməsi ilə bağlı normalar əsas götürülərək tələblərinə baxılmır, amma cavabdehlərin də torpaq sahəsi və üzərinə kassator tərəfindən inşa edilmiş yeni tikili üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi halda, cavabdehlərə münasibətdə həmin maddi hüquq normaları tətbiq olunmur? Həmçinin, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının sərəncamından da görünür ki, mübahisələndirilən torpaq sahəsi kassatorun faktiki istifadəsində olan torpaq sahəsi kimi tanınaraq faktiki olaraq kassatora ayrılmışdır. Belə ki, həmin sərəncamda mülkiyyətində olan mənzilin qəzalı vəziyyətdə olduğu üçün yaşayış evini sökərək yanında yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Yaninda dedikdə də, məhz həmin m ənzilin də yerləşdiyi hasar daxilində onilliklərlə kassatorun istfadəsində olmuş mübahisələndirilən torpaq sahəsi nəzərdə tutulmuşdur.

14. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152, 157ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdehlər kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə

13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.

18. Maddə 29.2.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüq uqu-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur.

25. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələbl ərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdi yi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-352/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar