Məhkəmə qərarları › İş №2(102)-2807/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2807/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2807/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Yusubova (Bayramlı) Aynur Rəşid qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-830/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması fondu (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Yusubova (Bayramlı) Aynur Rəşid qızına 16 ay müddətinə illik 0 faiz dərəcəsi olmaqla mənzil təmir etdirmək məqsədilə 41.630 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür.

2. Zaminbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 288 nömrəli ipot eka müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Yusubova (Bayramlı) Aynur Rəşid qızı özünə məxsus olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90,6 kv.m. sahəsi olan 19 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilədə ipoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 80.000 manat məbləğində qiymətləndirilmişdir. 3. 16.06.2023-cü il tarixli, **********023 nömrəli maliyyə arayışına əsasən, Yusubova (Bayramlı) Aynur Rəşid qızının İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 41.630 manat əsas borc, 17.747,36 manat faiz borcu, 10.386,66 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azər baycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764,02 manat borcunun olduğu qeyd olunmuşdur. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)3620/2016 saylı qərarına əsasən, İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya ASC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli 289 nömrəli kredit müqaviləsi nə əsasən 41.630 manat əsas borc, 17.747,36 manat faiz borcu, 10.386,66 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764,02 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi, S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90,6 kvadrat metr sahəsi olan 19 nömrəli mənzilə (bundan sonra ipoteka predmeti olan mənzil) tutmanın yönəldilməsi, həmin mənzilin açı q hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-ə tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda istinad edilən hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 16 ay müddətinə 41.630 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 90,6 kv.m. sahəsi olan 19 nömrəli mənzil ipoteka predmeti k imi banka təqdim edilmiş və bu barədə xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş. kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda ASC ilə c avabdeh arasında bağlanmış 289 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Cavabdehin ləğv prosesində olan ASC qarşısında 41.630 əsas borc, 17.747,36 manat faiz borcu, 10.386,66 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764,02 manat məbləğində borc öhdəliyi yaranmışdır.

7. Cavabdeh xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(125)-211/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (ha kim Camal Quliyev) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ASC tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra etməsini və daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmənin mövqeyinə əsasən, qanunvericiliyin tələbindən Azərbaycan Respublikası və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi iddia müddətinin tətbiq edilməsi üçün ilk növbədə iddiaçının cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnun olduğu, daha sonra isə həmin öhdəliklər üzrə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilməlidir. Əks halda iddia müddətinin tətbiqi qanuna uyğun deyildir. Hazırki halda iddiaçı kredit müqaviləsini məhkəməyə təqdim etsə də, həmin müqavilə üzrə öz öhdəliklərini icra etməklə razılaşdırılmış məbləğdə pul vəsaitini cavabdehə verməsini və bununla da cavabdehdən borcun qaytarılmasını tələb hüququnun yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309.1, 372.1, 385.1, 389.1-ci maddələrinə və “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü i l tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil təmirini həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır və açıq iradə ifadəsidir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan mənzil ipoteka predmeti kimi banka təqdim edilmi ş və bu barədə xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, ipoteka müqaviləsinin predmeti olan əmlakın ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.

14. İddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ASC ilə cavabdeh arasında bağlanılmış kredit müqaviləsinin əsli, cavabdehə pul verilməsinə dair məxaric orderi yoxdur, ona görə də, təqdim edə bilmir. İpoteka predmeti olan mənzilə dair 288 saylı ipoteka müqaviləsinin əslini təqdim edir, lakin həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır. İddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-830/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzil ASC-nin xeyrinə yüklü edilsə də, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, iddiaçı kredit müqaviləsinin və ipoteka müqaviləsinin surətlərini məhkəməyə təqdim etsə də, həmin müqavilə üzrə öz öhdəliklərini icra etməklə pulun cavabdehə verməsini və bununla da ondan borcun qaytarılmasını tələb hüququnun yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

17. Cavabdeh iddianın müddəti ötür məklə qaldırdığını və mübahisəyə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq edilməsi üçün əvvəlcə tərəflər arasında göstərilən halla bağlı müqavilənin pozulması halı mövcud olmalı, cavabdeh tərəfindən iddiaçının hazırkı iddia ilə bağlı subyektiv hüququ pozulmalıdır ki, daha sonra həmin pozulmuş hüququn müdafiəsi üçün iddiaçı tərəfindən iddia qaldırılan zaman müddət ötürülmüş olsun. Cavabdeh tərəfindən kredit müqaviləsinin tələblərinin pozulması halı öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Başqa sözlə, 3 illik iddia müddətinin ötürülməsi əsassız olduğundan təmin edilməməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 309.1, 385.1, 386.1, 389.1, 739.1, 739.2-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən də görünür ki, cavabdehə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcunun olmaması və ya qeyd olunan kredit məbləğinin onun tərəfindən götürülməməsi ilə bağlı banka hər hansı bir müraciət olunmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda cavabdeh iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizə də özü etiraf ərizəsidir. Şəxs öz borcunu etiraf edir və iddia müddətinin tətbiqini məhkəmədən xahiş edir.

21. Həmçinin, hazırda ASC qeyd edilən ipoteka predmetinə t utmanın yönəldilməsi hüququna malikdir. Belə ki, kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, tərəflərindən ipoteka müqaviləsinin predmeti olan əmlakın ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.

22. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual səhvə də yol verdiyindən qanuni və əsaslı deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası nın Mülki Məcəlləsi.

23. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

24. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yet irilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

26. Maddə 372.1. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyn i keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

31. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələb in ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

32. Maddə 36.1.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassa siya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları na dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarm ağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-830/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar