Məhkəmə qərarları › İş №2(102)-2808/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2808/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsənin ipoteka üzrə öhdəliyinin hədləri, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili XXXnun, Cavabdehin vəkili XXX nun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)4553/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 17 aprel 2013-cü il tarixli, AZBA-007168 nömrəli kredit müqaviləsi ilə “xxxx” BOKT MMC tərəfindən X2 avtomobilin alınması məqsədi ilə 60 ay müddətinə, illik 19 % ödəmək şərti ilə 20300 ABŞ dolları məbləğində kredit verilmiş, borc alan həmin borcu faizi ilə birlikdə hər ay 527 ABŞ dolları olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 17 aprel 2013-cü il tarixli, AZBA-007168 nömrəli girov müqaviləsi ilə X3 götürdüyü kredit hesabına aldığı və mülkiyyətində o lan “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsini girovla yüklü etmişdir. Həmçinin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq “xxxx” BOKT MMC və Cavabdeh arasında 17 aprel 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. X3 12 fevral 2015-ci il tarixdə vəfat etmiş və 10 aprel 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi arvadı Cavabdeh tanınmış, şəhadətnamə verilən miras əmlak “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı olmuşdur. “xxxx” BOKT MMC-nin təqdim etdiyi 07 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən 17 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə X1 14286,45 ABŞ dolları əsas borc, 5116,38 ABŞ dolları faiz borcu və 18931,23 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 38334,06 ABŞ dolları kredit borcu vardır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 20 dekabr 2019-cu il tarixli rəyinə əsasən X1 11 iyul 2019-ci il tarixə “xxxx” BOKT MMC-yə əsas borc üzrə 14286,45 ABŞ dolları, faiz borcu üzrə 5100 ABŞ dolları olmaqla, ümumi borc 19386,45 ABŞ dolları təşkil etmişdir. “xxxx” MMC-nin 13 oktyabr 2020-ci il tarixli, PR/M-21/2020 saylı ekspert rəyinə əsasən “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsinin 10 aprel 2015-ci il tarixə olan bazar dəyəri 9200 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, cavabdehdən iddiaçının xeyrinə 14286,45 ABŞ dolları əsas borc, 5116,38 ABŞ dolları faiz borcu və 18931,23 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 38334,06 ABŞ dolları kredit borcunun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, AB 936092 qeydiyyat şəhadətnaməsinə əsasən, X2 məxsus olan **DO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara metal rəngli, buraxılış ili 2003-cü il, “XXX E220 CDİ minik” markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməklə açıq hərracdan satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 fevral 2015-ci il tarixdə vəfat etmiş kredit alan X1 vərəsəsi olsa da, kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtı nda və lazımi qaydada yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(010)142/2020 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx BOKT” MMC-nin xeyrinə 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı nisbəti ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan **-DO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara metal rəngli, 2003-cü il buraxılışlı “XXX E220 CDİ minik” markalı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəld ilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(010)-142/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və tələbin ondan yalnız miras aktivi kimi qəbul etdiyi payına mütənasib surətdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-4553/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(010)-142/2019 nömrəli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı nisbəti ilə tutulması” hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh miras aktivi kimi qəbul etdiyi “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsinin 10 aprel 2015-ci il tarixinə olan bazar dəyəri 9200 manat məbləğinin yalnız payına mütənasib surətdə 4600 manat borcun tutularaq, iddiaçı “xxxx BOKT” MMC-nin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh mərhum borclunun qanun üzrə vər əsəsi olduğundan, iddia tələbi üzrə zamin kimi yox, birbaşa borclu kimi cavabdehlik daşıyır. Başqa sözlə, Cavabdeh zaminliyi aradan qalxdığı üçün o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Çünki, cavabdeh mərhum həyat yoldaşından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməklə mərhumun kreditor(lar)u qarşısında borclanmışdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, rayon məhkəməsi, mərhum X3 ilə “xxxx” BOKT MMC arasında bağlanmış 17 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış bütün borcu mərhumun vərəsəsi olan Cavabdeh tutmaqla, maddi hüquq normalarını pozmuşdur. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdə cavabdehə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən mərhum ərindən miras qalmış əmlaka dair 10 aprel 2015-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı avtomobildən ibarət olduğu qeyd olunmuşdur. Eyni zamanda, sözügedən avtomobil Cavabdeh ilə mərhum X1 nikah dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Bu hallar ona dəlalət edir ki, mərhum əri cavabdehə yalnız qeyd olunan avtomobilin 1/2 hissəsi vərəsəlik qaydasında keçmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mərhum ərinin “xxxx” BOKT MMC qarşısında olan icra edilməyən borc öhdəliyinə görə “XXX E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı avtomobilin 1/2 hissəsinin ona keçdiyi məqamda mövcud olmuş dəyəri həcmində məsuliyyət daşıyır. Məhkəmə “xxxx” MMC-nin 13 oktyabr 2020-ci il tarixli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 4600 manat (9600 manat: 2 = 4600 manat) məbləğində kredit borcu tutulmalıdır. Kassasiya şikayətlərinin və onlara etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” BOKT MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-4553/2020 nömrəli qətnaməsinin cavabdehin apellyasiya şikayətinin qismən tə min olunduğu, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edildiyi və həmin hissədə yeni qətnamə qəbul olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyi hissədə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən MM-in 1306.1 və 1257.1-ci maddələrinin tələblərini pozmuş, cavabdehin miras əmlakı qəbul etməklə tam olaraq ipotekaqoyan statusuna malik olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə hər hansı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəs i X5 və vəkili XXX kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verməmiş, iddiaçı həmin qətnaməni yalnız yeni qərar qəbul edildiyi (borcun müəyyən edilməsi) hissədə mübahisələndirmişdir. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə mübahisələndirdiyi hissəsi təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam veri lməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 274-cü maddəsinə əsasən (mübahsələndirilən hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişdirmir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikd irilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanm a və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə v ə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müq aviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci madd əsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, tə ləb olunan borcu cavabdehdən zaminlik müqaviləsi əsasında deyil, onun mərhum borcalanın vərəsəsi olduğu üçün tutmuşdur. Belə ki, həmin məhkəmə qeyd etmişdir ki, kredit borcu üzrə borcu üzrə məsuliyyəti öz üzərinə götürmüş Cavabdeh mərhum borclunun qanun üzrə vərəsəsi olduğundan borc məbləği ondan zamin kimi yox, birbaşa borclu kimi tutulmalıdır. Birinci instansiya məhkəməsinin həmin mövqeyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin iddiaçının qarşısında məsuliyyətinə zamin kimi deyil, borcalanın vərəsəsi kimi hüquqi qiymət vermişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə əsasən... miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.... Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsini səhv təfsir etmiş, bununla da qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi avtomobilin birgə nikah dövründə əldə olunma sını və onun cavabdehlə mərhum borcalanın ümumi birgə mülkiyyətləri olmasına istinad edərək, cavabdehin yalnız həmin avtomobilin ona keçdiyi məqamda mövcud olmuş dəyərinin 1/2 hissəsi həcmində məsuliyyət daşıması nəticəsinə gələrkən nəzərə almamışdır ki, həmin avtomobil borcalanın öhdəliklərinin icrasının təminatı kimi tam olaraq kredit verənin qarşısında girov qoyulmuşdur. Girov müqaviləsi cavabdehin mərhum əri tərəfindən imzalansa da, cavabdehin həmin müqavilədən xəbəri olmuş (o, kredit müqaviləsi üzrə zamin olmuş) və girov müqaviləsini mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin kredit müqaviləsi üzrə öhdəlikləri yalnız miras aktivi kimi qəbul etdiyi hissədə yaransa da, həmin müqavilə üzrə borc miras aktivindən artıq olduğu halda, girov predmetin in tam dəyəri borcun ödənilməsinə yönəldilməlidir. Əks yanaşma iqtisadi dövriyyənin normal fəaliyyət göstərməsinə, sabitlik və dayanıqlılığına, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməli olması prinsipinə zidd olmaqla yanaşı, girov predmetinin birgə mülkiyyətçisinin mirasqoyanın ölümü ilə daha əlverişli vəziyyətə düşməsinə gətirib çıxarır. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cavabdehdən iddiaçının xeyrinə yalnız 4600 manat məbləğində borcun tutulmasını qət etmişdir. Kredit müqaviləsi üzrə borcun məbləği işin birinci instansiya məhkəməsi tərəfindən 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları məbləğində müəyyən olunmuş və tərəflərin şikayətlərinin predmeti olmamışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisəyə MM-in 279 və 1306.1-ci maddələri əlaqəli tətbiq olunaraq kredit müqaviləsi üzrə borc məbləği yalnız cavabdehə miras aktivi kimi keçdiyi həddə deyil, avtomobilin tam dəyəri həddində iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğ isə yalnız avtomobilin açıq hərracda satılması nəticəsində müəyyən oluna bilər. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini “qalan hissədə” dəyişdirilmədən saxlamaqla, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası girov predmetinin ilkin satış qiymətinin müqaviləy ə əsasən müəyyənləşdirilməsini və tərəflərlə mübahisələndirilməməsini nəzərə alır. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, “xxxx” BOKT MMC və X3 arasında bağlanmış 17 aprel 2013-cü il tarixli, AZBA-007168 nömrəli kredit müqaviləsi üzrə 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları məbləğində kredit borcu girov predmeti olan “XXX E220 CDİ” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunmuş məbləğə yönəldilməli, satışdan əldə edilən vəsa it hesabına borc ödənilməli, avtomobilin açıq hərracdan ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilməli, iddia kredit borcunun avtomobilin açıq hərracdan əldə edilən vəsaitdən artıq olan hissəsində cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” BOKT MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-4553/2020 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. “xxxx” BOKT MMC və X3 arasında bağlanmış 1 7 aprel 2013-cü il tarixli, AZBA007168 nömrəli kredit müqaviləsi üzrə 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları (on doqquz min dörd yüz otuz altı ABŞ dolları qırx beş sent) məbləğində kredit borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30 manat dövlət rüsumu girov predmeti olan “XXX E220 CDİ” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilə yönəldilsin və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına həmin kredit borcu ödənilsin. Avtomobilin açıq hərracdan ilkin satış qiyməti 15000 (on beş min) manat məblə ğində müəyyən edilsin. İddia tələbi kredit borcunun avtomobilin açıq hərracdan satışından əldə edilən vəsaitdən artıq olan hissədə Cavabdeh tutulması hissəsində təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar